Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-628/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1230/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən "xxxx" QSC BOKT-un apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 11/09/2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 19.890,58 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 11.748,66 manat və işsizlikdən sığorta fonduna 479,13 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 30.000 manat məbləğdə siyahıya alınmış əmlaklının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. "xxxx" QSC BOKT qətnamədən şikayət verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi apellyasiya şikayətini baxılması üçün kommersiya mübahisəsi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Lakin işdən görünür ki, qətnamədən apellyasiya şikayəti işdə iştirak etməyən şəxs tərəfindən verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin qətnamənin ilk öncə onun hüquq və vəzifələrinə toxunub-toxunmamasını, daha sonra isə MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, yoxlamanın nəticəsində isə qərardad qəbul etməli olduğu halda, qanunun sözügedən tələblərinə əməl etməmiş, qətnamənin "xxxx" QSC BOKT-un hüquq və vəzifələrinə təsirini aydınlaşdırmadan və bu barədə qərardad qəbul etmədən, apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbləri pozulduğu və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1230/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən "xxxx" QSC BOKT-un apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-628/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-628/2022
06.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver