Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-628/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: pul ) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndələri X2, X3, cavabdehin nümayəndəsi X4, 3-cü şəxsin nümayəndəsi X5 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 1 avqust 2022-ci il tarixli, 2-2(113)-2076/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 sentyabr 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 2019-cu il 1 yanvar - 2022-ci il 1 fevral ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş yük daşıma və stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışda 195.017,07 manat cəmi məbləğ hesablanmışdır.
2. EBAG seriyalı, 379771 nömrəli, 2020-ci il 14 fevral tarixli elektron qaiməyə əsasən 5.956,99 manat, EBAF seriyalı, 183163 nömrəli, 2020-ci il 17 yanvar tarixli elektron qaiməyə əsasən 2.272,17 manat, EBAC seriyalı, 525018 nömrəli, 2019-cu il 15 noyabr tarixli elektron qaiməyə əsasən 3.975 manat, EBAD seriyalı, 830802 nömrəli, 2019-cu il 13 dekabr tarixli elektron qaiməyə əsasən 7.607 manat, EBAK seriyalı, 134692 nömrəli, 2020-ci il 20 may tarixli elektron qaiməyə əsasən 3.767 manat, EBAİ seriyalı, 904584 nömrəli, 2020-ci il 17 aprel tarixli elektron qaiməyə əsasən 7.645,61 manat, EBAH seriyalı, 669669 nömrəli, 2020- ci il 13 mart tarixli elektron qaiməyə əsasən 6.483,51 manat, EBAL seriyalı, 413597 nömrəli, 2020-ci il 22 iyun tarixli elektron qaiməyə əsasən 1.350 manat, EBAN seriyalı, 891898 nömrəli, 2020-ci il 21 avqust tarixli elektron qaiməyə əsasən 2.542,10 manat, EBAQ seriyalı, 002767 nömrəli, 2020-ci il 16 sentyabr tarixli elektron qaiməyə əsasən 4.131 manat, EBAR seriyalı, 854896 nömrəli, 2020-ci il 28 oktyabr tarixli elektron qaiməyə əsasən 940,59 manat, EBAV seriyalı, 749907 nömrəli, 2019-cu il 13 iyun tarixli elektron qaiməyə əsasən 2.565 manat, EAAU seriyalı, 254759 nömrəli, 2019-cu il 10 may tarixli elektron qaiməyə əsasən 2.728,88 manat, EAAR seriyalı, 675485 nömrəli, 2019-cu il 14 mart tarixli elektron qaiməyə əsasən 9.164,44 manat, EBAT seriyalı, 483712 nömrəli, 2020-ci il 4 dekabr tarixli elektron qaiməyə əsasən 110.033,8 manat, EAAX seriyalı, 072685 nömrəli, 2019-cu il 12 iyul tarixli elektron qaiməyə əsasən 1.132,7 manat, EAAY seriyalı, 507515 nömrəli, 2019-cu il 15 avqust tarixli elektron qaiməyə əsasən 2.589 manat, EBAB seriyalı, 177604 nömrəli, 2019-cu il 14 oktyabr tarixli elektron qaiməyə əsasən 8.805,52 manat, EBAW seriyalı, 303946 nömrəli, 2021-ci il 19 yanvar tarixli elektron qaiməyə əsasən 37.335,2 manat, EAAN seriyalı, 655505 nömrəli, 2018-ci il 16 noyabr tarixli elektron qaiməyə əsasən 1.196 manat, EAAO seriyalı, 430112 nömrəli, 2018-ci il 17 dekabr tarixli elektron qaiməyə əsasən 1.112 manat "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
3. "xxxx" MMC-nin "xxxx" QSC-yə ünvanladığı 2020-ci il 9 iyul tarixli 78 nömrəli məktubuna əsasən, Astara stansiyasına gələn RF-na məxsus olan qapalı vaqonlar Astara (eksp) stansiyasına (kod 554503), yəni İran Astarasına keçə bilmirlər. Vaqonların Azərbaycan Respublikasının ərazisində, astara stansiyasında və ya digər stansiyalarda yığılıb qalması, vaqonların məxsus olduqları şirkətləri, yüklərin sahiblərini narahat edir. Artıq bir neçə təşkilatdan vaqonların uzun müddət Azərbaycan Respublikasının ərazisində, yanvar ayından qalmaları səbəbindən, boşdayanmaya görə cərimələr barədə iddia ərizələri daxil olmuşdur. Sahibkarlar vaqonların hansı səbəbədən Astara (eksp) stansıyasına keçirilməməsini bilmək istəyirlər.
4. "xxxx" MMC-nin 2020-ci il 9 iyul tarixli 78 nömrəli məktubuna Azərbaycan Dəmir Yolları” QSC tərəfindən verilmiş cavabda bildirilmişdir ki, qapalı vaqonların yüklü halda uzun müddət Astara-Export (İran) terminalına keçə bilməməsi və Astara stansiyasında yığılıb qalmış taxta ilə yüklü qapalı vaqonların uzun müddət boşalma əməliyyatına verilməmə səbəbi Cəmiyyətin aidiyyəti qurumu, Astara və Astara-Export (İran) stansiyalarının operatoru olan "xxxx" MMC yükalanların dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə yüklərini qəbul etməkdən imtina edirlər.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2019-cu il 1 dekabr tarixindən 2022-ci il 1 fevral tarixə kimi cavabdehə göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış 195.017,07 manat, 486 manat ödənilmiş dövlət rüsumu, cəmi 195.503,07 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2019cu il 1 dekabr tarixindən 2022-ci il 1 fevral tarixə kimi stansiya və yükdaşıma xidmətləri göstərilmiş, həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının (Astara, Hövsan və Biləcəri) stansiyalarında göstərilmiş xidmətlərə görə (“MDB və Baltikyanı dövlətlərə məxsus vaqon istifadə”, “vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “boş vaqonun (özəl və icarədə olan) dayanmasına görə”, iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi və s.) cavabdehə stansiya xidmətləri üzrə 194.918,89 manat, yükdaşıma xidməti üzrə isə 98,18 manat məbləğində yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2021-ci il 10 mart tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 avqust tarixli, e-2-2(113)- 2076/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – A.Əliyeva).
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı göstərilmiş stansiya xidmətlərinə görə tələb olunan ödənişin cavabdehin və ya iddiaçı tərəfindən bildirildiyi kimi digər tərəfin malı qəbul etməkdən imtinası nəticəsində saxlanılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan xidmətlər üzrə ödənişləri tələb etməkdə haqlı deyildir.
9. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.2, 442, 448.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 oktyabr 2022ci il tarixli 2-2(103)-1015/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
Kassasiya instansiyası məhkəməsində icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2- 2(102)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən – B.Qəribov, hakimlər – B.Məmmədli və A.Abbasov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2- 2(103)-1015/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
15. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
19. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri Maddə 1.Təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır: 1.4. Magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri;
"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanı
3.4. dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi
3.2.29. dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi;
Azərbaycan Respublikasının da qoşulduğu 1951-ci il 1 noyabr tarixli “X9 Yük Daşımaları haqqında” Saziş Maddə 2. Daşıma ödənişlərinin anlayışında nəzərdə tutulmuş normada, həmçinin əlavə yığımlar da müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd olunduğundan və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 1 avqust 2022-ci il tarixli qətnaməsi kassasiya qaydasında tam ləğv edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
23. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərildiyi kimi, tərəflər arasında yazılı müqavilənin olmaması, həmçinin cavabdehə aidiyyəti olan vaqonların Azərbaycan Respublikası ərazisində iddiaçıya məxsus stansiyada saxlanılması ilə bağlı şifahi müqavilənin bağlanmaması və bununla da vaqonların saxlanılmasının əsassız olması qənaətinə gəlməsi tərəflər arasında olan faktiki münasibətlərin maddi hüquq baxımından tam qiymətləndirilməməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız iddiaçının stansiyalarında cavabdehə məxsus vaqonların (yüklərin) qanunsuz saxlanılmasının kifayət qədər araşdırılıb qiymətləndirilməmiş halını əsas götürülməklə, həmin ildən əvvəlki və sonrakı illər üzrə iddiaçı tərəfindən göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə xidmət haqqı olaraq hesablanmış yığımlar üzrə borc da daxil olmaqla cavabdehdən tutulmaması qənaətinə gəlməsi anlaşılan deyil. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrin əsas hissəsində “NFDu” qeyd edildiyi göstərilmiş, onun məzmunu ilə bağlı hər hansı araşdırılma aparılmamış və cavabdehə xidmətin göstərilməsinin digər sübutlarla təsdiq olunmadığı, o cümlədən həmin qaimələrə əsasən ödəniş edilmədiyi qənaətinə gəlinərək, bu elektron qaimələr əsasında iddianın əsaslı olduğunun təsdiq edilə bilməməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası ərazisində dəmir yolu daşımalarında fəaliyyət göstərən yeganə müəssisə olaraq iddiaçı ilə, Rusiya Federasiyası ərazisindən İrana göndərilən vaqonlarla bağlı ekspeditor rolunu həyata keçirən cavabdeh arasında münasibətlərin mövcud olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və anlaşılan deyildir.
25. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
26. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
27. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. Məhkəmə kollegiyası ilk növbədə Ali Məhkəmənin qərarında şərh olunan göstərişlərlə bağlı aşağıdakıları qeyd edir.
29. İş materiallarında mövcud olan elektron qaimələrin 21 ədədindən görünür ki, həmin qaimələrdən 2 ədədi 2008-ci il, 8 ədədi 2019-cu il, 10 ədədi 2020-ci il, 1 ədədi isə 2021-ci il üzrə iddiaçı tərəfindən cavabdehə stansiya xidmətlərinin göstərilməsi ilə bağlı tərtib edilmişdir. Bu baxımdan göstərilən illər üzrə müəyyən dövri ardıcıllıqla tərəflər arasında mövcud münasibətlərdən irəli gəlməklə yerinə yetirilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən qanunvericiliyə uyğun hərəkətlər edilmişdir. Lakin cavabdeh tərəfindən mütəmadilik baxımından müəyyən dövri ardıcıllıqla göndərilmiş həmin qaimələrdən hər hansı biri barəsində etiraz edilməsi və ya dəyişdirilməsi ilə bağlı görülmüş tədbirləri təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir.
30. Digər tərəfdən, məhkəmə kollegiyası onu da vurğulayır ki, iş materiallarında birinci instansiya məhkəməsinə təqdim olunmuş (1-ci cild, iş v. 42-72) “əlavə yığımlar üçün yığım vərəqələri” mövcuddur. Astara stansiyasının xx.xx.2022 tarixi göstərilən və möhürü olan “əlavə yığımlar üçün yığım vərəqələr”ində ödəyici kimi cavabdeh qeyd edilir (belə bir vərəqədə Hövsan stansiyasına aiddir). Bundan başqa, iş materiallarında birinci instansiya məhkəməsinə təqdim edilən müxtəlif illərlə bağlı “Dorojnaya vedomost” adlı sənədlərdən də görünür ki, Rusiya Federasiyasından müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən mallar göndərilmiş, həmçinin göndərilən malların alıcısı(qəbul edəni) kimi cavabdeh göstərilmişdir. Habelə iş materiallarında ünvanı Rusiya Federasiyası göstərilən göndərici (yollayıcı) cavabdeh olmaqla müxtəlif illəri əhatə edən “Dorojnaya vedomost” adlı sənədlər də vardır (1-ci cild, iş v. 106-154).
31. Belə vəziyyətdə Kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında cavabdehə aidiyyəti olan vaqonların Azərbaycan Respublikası ərazisində iddiaçıya məxsus stansiyada saxlanılması ilə bağlı yazılı müqavilə bağlanmasa da, yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, tərəflər arasında bununla bağlı faktiki müqavilə münasibətləri mövcud olmuşdur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (MM-in 329.2, 329.3-cü maddələri).
33. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (MM-in 390.7-ci maddəsi).
34. İddiaçı cavabdehə məxsus yüklərin iddiaçıya məxsus stansiyada müəyyən müddət üçün saxlanılmasında cavabdehin təqsirli olduğunu əsas gətirərək xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə kimi göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış yığımla əlaqədar pul məbləğinin ödənilməsini tələb edir.
35. Cavabdeh isə tərəflər arasında nə müqavilə, nə də şifahi yaxud yazılı razılaşma olmadığını, yəni xidmət göstərmələri üçün heç bir qanuni əsaslar olmadığını, 2020-ci ildə iddiaçı cavabdehə aid vaqonları qanunsuz olaraq Liman, Salyan və Astara dəmir yolu stansiyalarında saxladığını, bununla cəmiyyətə xüsusilə külli miqdarda ziyan vurduğunu, iddiaçı tərəfindən tələb olunan məbləğin xidmət haqqı deyil, vaqonların qanunsuz saxlanılmasına görə qanunsuz cərimə pulları hesab etdiyini bildirmişdir.
36. Hazırkı iş üzrə iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün ilk öncə cavabdehə məxsus vaqonların saxlanılmasında cavabdehin təqsirinin sübuta yetirilib-yetirilməməsi araşdırılmalıdır.
37. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında aşağıdakılar nəzərdə tutulur: “3. Müəyyən edilsin ki: ... 3.4. dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır; ...”
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində aşağıdakılar nəzərdə tutulur: “3.2. Cəmiyyət bu məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: ... 3.2.29. dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi;
39. Nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazisində təbii inhisar subyektidir. Belə olan təqdirdə, cavabdehin Azərbaycan Respublikasının ərazisindən yüklərinin keçirilməsi zamanı iddiaçıya məxsus stansiyalarda stansiya xidmətlərindən istifadə etməsi labüd və qaçılmazdır. Belə vəziyyət isə göstərilmiş stansiya xidmətlərinə görə cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsini də ehtiva edir. Bu vəzifə Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Sazişin, Azərbaycan Respublikasının Prezidentinin Fərmanının, Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamənin müvafiq normalarında müəyyənləşdirilmiş qaydaların tələblərindən irəli gəlir.
40. İş materiallarındakı sənədlərdən də aydın olur ki, tərəflər arasında münasibətlər cavabdehin etirazında iddiaçı tərəfindən pozuntunun törədildiyi kimi göstərilən ildən əvvəlki illəri də əhatə edir.
41. İş materiallarında cavabdehin iddiaçıya ünvanladığı 9 iyul 2020-ci il tarixli məktubda onun RF-in hüquqi şəxsləri ilə müqavilələr bağladığı, yüklərin RF-in hüqiqi şəxslərinə məxsus olan müxtəlif tipli vaqonlarla cavabdehin ünvanına yollanıldığı göstərilmişdir. Bundan başqa, o da bildirilmişdir ki, Astara stansiyasına gələn RF-na məxsus qapalı vaqonlar Astara (eksp) stansiyasına (kod 554503), yəni İran Astarasına keçə bilmirlər. Onların Astara və digər stansiyalarda yığılıb qalması vaqon və yük sahiblərini narahat edir. Bir neçə təşkilatdan, yükalıcı cavabdeh şirkət olduğundan, cavabdehin ünvanına vaqonların Azərbaycan Respublikası ərazisində yanvar ayından qalmaları səbəbindən və boşdayanmaya görə cərimələr barədə iddia ərizələri daxil olmuşdur. Sahibkarların vaqonların hansı səbəbdən İran ərazisinə keçirilməməsinin səbəblərini cavabdehdən bilmək istədikləri göstərilərək, iddiaçının tabeliyində olan müvafiq qurumlara yaranmış problemlə əlaqədar rəy bildirilmələri barədə göstəriş verilməsi xahiş olunmuşdur. Məktubun məzmunundan belə aydın olur ki, onun göndərilməsi səbəbi vaqonların yanvar ayından Azərbaycan Respublikasının ərazisində qalmasıdır
42. Bundan başqa, "xxxx" MMC-nin Kutum, Dərbənd, Yalama, Astara, Salyan, Liman stansiyalarına ünvanlanmış 31 avqust 2020-ci il tarixli, 14 nömrəli teleqramında, 17 avqust 2020-ci il tarixli müqavilə əsasən, Latviya dəmiryolu Sangeyt kompaniyasının mülkiyyətində olan vaqonların "xxxx" MMC-yə icarəyə verdiyi və bu teleqramda sadalanan konteynerlə olan vaqonların Salyan, Liman stansiyalarındakı vaqonların Astara ekspert stansiyasına verilməsinin zəruriliyi göstərilmişdir. Bu teleqramın mətnindən isə aydın olur ki, Salyan və Liman stansiyalarında olduğu qeyd edilən həmin vaqonlar "xxxx" MMC-yə məhz 17 avqust 2020-ci il tarixdə icarəyə verilmişdir.
43. Qeyd olunmalıdır ki, teleqramda göstərilən halların iddiaçının hərəkətləri nəticəsində pozuntu kimi qəbul edilməsi, onun səbəblərinin izah olunması və nəticələrinin aradan qaldırılması ilə bağlı cavabdehin iddiaçıya müraciəti ilə bağlı hər hansı sübutedici sənəd iş materiallarında mövcud deyildir.
44. 9 iyul 2020-ci il tarixli məktubla həmin teleqramın mətninin müqayisəsindən belə aydın olur ki, məktubun məzmunu teleqramda göstərilən konteynerlə olan vaqonları əhatə etmir. Faktiki olaraq teleqramda göstərilən vaqonlar isə 17 avqust 2020-ci il tarixli müqaviləyə əsasən icarə münasibətlərinin predmeti olmuşdur.
45. Digər tərəfdən, iddiaçının yükdaşımaları departamentinin cavabdehin 9 iyul 2020-ci il tarixli, 78 nömrəli məktubuna cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, taxta ilə yüklü qapalı vaqonların boşalma əməliyyatında verilməməsinin səbəbi cəmiyyətin aidiyyəti qurumu Astara və Astara-Eksport stansiyalarının operatoru olan "xxxx" MMC tərəfindən yükalanların dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə yüklərini qəbul etməkdən imtinasıdır. Həmçinin məktubda qeyd olunmuşdur ki, vaqonların 12 ədədi iyun ayınının, 8 ədədi isə iyul ayının ilk dekadasında Astara-Export (İran) terminalına ötürülmüş və 10-16 iyul tarixləri intervalında boşaldılmışdır. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktubların məzmununu təhlil etdikdə isə belə qənaətə gəlinir ki, cavabdehin iddiaçıya ünvanlandığı məktubda vaqonların nömrələrinin əlavə olunduğu qeyd edilsə də iş materiallarında onların ümumi sayı göstərilməmişdir və nə məktubda, nə də iş materiallarında bununla bağlı sənəd mövcud deyil. Belə olan təqdirdə iddiaçının cavabdehə ünvanlandığı məktub əsasında vaqonların ümumi sayının 20 ədəd olduğu qənaətinə gəlinir.
46. O da qeyd edilməlidir ki, iddiaçının xx.xx.2020-ci il tarixli məktubu Astara- Eksport stansiyalarının operatoru olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubu əsasında tərtib edilmişdir. Həmin məktubda da göstərilmişdir ki, vaqonların ümumi sayı 20yə yaxın olmuşdur.
47. Astara və Astara-Eksport stansiyalarının operatoru kimi xx.xx.2020-ci il tarixli məktubda "xxxx" MMC qeyd edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilən həmin məktub isə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubu əsasında tərtib edilmişdir. Belə olan təqdirdə göstərilən vaqonların saxlanmasının səbəblərinin aydınlaşdırılması üçün prosessual qanunvericiliyin tələbləri baxımından sonuncunun üçüncü şəxs qismində cəlb olunması prosessual nöqteyi-nəzərdən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
48. MPM-in 57-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
49. Kollegiya Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq apellyasiya baxışı zamanı "xxxx" MMC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb etmiş, sonuncu məhkəmə iclasında verdiyi izahatında vaqonların stansiyada qalmasının səbəbini qısa olaraq cavabdeh KDY Logistikdən bununla bağlı sifarişin gec daxil olması ilə izah etmiş və bu məsələdə cavabdehin günahkar olduğunu göstərmişdir.
50. İşdən görünür ki, "xxxx" özü müstəqil hüquqi şəxsdir.
51. MM-in 43.1-ci maddəsində isə hüquqi şəxsin anlayışı göstərilmişdir.
52. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır (maddə 43.1).
53. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, bir hüquqi şəxsin təqsirli hərəkətinə görə başqa hüquqi şəxsin mülki hüquqi məsuliyyətə cəlb olunması qanunvericilik nöqteyi-nəzərdən məqbul hesab edilə bilməz.
54. Yeni apellyasiya baxışı zamanı tərəflərin izahatları, üçüncü şəxsin məhkəmə iclasında verdiyi izahat və iş materialları əsasında müəyyən edildi ki, "xxxx" MMC tərəfindən vaqonların İran Astarasına göndərilməməsi cavabdehin təqsirindən baş vermiş, iddiaçı ilə bağlılığı olmamışdır.
55. Digər tərəfdən, yuxarıda da qeyd olunduğu kimi iddia tələbi nə 2020-ci il üzrə, nə də 20 vaqonla əlaqədar tələb olunan yığım borcu ilə məhdudlaşdırılmamışdır.
56. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə 2018-ci il 16 noyabr tarixdən 2020-ci il 21 avqust tarixədək 21 ədəd elektron qaimə-faktura göndərilmiş, həmin qaimələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na (bundan sonra – “Qaydalar”) uyğun olaraq cavabdeh tərəfindən təsdiq olunmuş və onlara etiraz edilməmişdir.
57. Həmçinin o da vurğulanmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrin əsas hissəsində “NFDu” qeyd edildiyi göstərilmişdir. İddiaçının təbii inhisar subyeki olması faktından çıxış edərək onun digər müştərilərlə münsibətlərində də belə elektron qaimələr tərtib olunmuşdur.
58. Belə olan halda, Azərbaycan Respublikası ərazisində dəmir yolu daşımalarında fəaliyyət göstərən yeganə müəssisə olaraq iddiaçı ilə, Rusiya Federasiyası ərazisindən İrana göndərilən vaqonlarla bağlı ekspeditor rolunu həyata keçirən cavabdeh arasında münasibətlər mövcud olmuşdur.
59. İşin yeni apellyasiya baxışı zamanı elektron qaimələrdən müəyyən edilmişdir ki, iddia tələbinin əhatə etdiyi xx.xx.2019-xx.xx.2022-ci ilədək cəmi 171.045,36 manat borc hesablanmışdır. İşdə olan digər qaimələr isə xx.xx.2019-cu ildən əvvəlki dövrü əhatə etmiş, həmin dövrlər üzrə 41075, 54 manat borc hesablanmışdır.
60. MPM-ə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
61. Kollegiya MPM-in 218.3-cü maddəsinə əsasən tələbdən kənara çıxmadan hesab edir ki, cavabdehdən iddia tələbi həcmində xx.xx.2019-ci ildən xx.xx.2022-ci ilədək olan dövr üçün 171.045,36 manat pul tutulmalıdır.
62. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, mübahisələndirilən hissədə qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin 1 avqust 2022-ci il tarixli, 2-2(113)-2076/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Cavabdeh MMC-dən 171.045,36 manat (yüz yetmiş bir min qırx beş manat, otuz altı qəpik) pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.