Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-628/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X9 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul və əmlak tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6493/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli, № 1035 saylı icarə müqaviləsinin ləğv olunması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli, № 1035 saylı icarə müqaviləsi üzrə yaranmış 27411,2 manat və 4934 manat məbləğində ƏDV borcunun cavabdehdən tutularaq İddiaçı MMC-yə verilməsi, cavabdehə təqdim olunmuş və cəmi dəyəri 17805 manat olan əmlaklar, 1 ədədinin qiyməti 45 manat olan 34 ədəd (cəmi dəyəri 1530 manat) Qalas qalvaniz 2.40 URT, 1 ədədinin qiyməti 25 manat olan 17 ədəd (cəmi dəyəri 425 manat) Qalas taxta 3m, 1 m qiyməti 15 manat olan 275 m (cəmi dəyəri 4125 manat) iskələ Bakı yağmur dəsti (İskələ Bakı yağmur ayaq hissə ədəd 54, İskələ Bakı yağmur qısa qol 24 ədəd, İskələ Bakı yağmur uzun qol 42 ədəd), 1 m qiyməti 17 manat olan 650 m (cəmi dəyəri 11050 manat) İskələ H tipli URT, (İskələ H tipli ayaq URT 118 ədəd, iskələ H tipli qısa qol URT 123 ədəd), 1 m2 qiyməti 15 manat olan 45 m (cəmi dəyəri 675 manat) İskələ qalvaniz Altrad, (İskələ qalvaniz Altrad ayaq hissə 1.1*2 metr 8 ədəd, İskələ qalvaniz Altrad qısa qol 3.03sm 70 ədəd, İskələ qalvaniz Altrad uzun qol 3.66sm 11ədəd) və ya onların müvafiq olaraq dəyərinin cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsi, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 242 manat dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6493/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdehndən 12 oktyabr 2022-ci il tarixli, 1035 saylı icarə müqaviləsi üzrə yaranmış 27411,20 manat (iyirmi yeddi min dörd yüz on bir manat iyirmi qəpik) və 4934 (dörd min doqquz otuz dörd) manat olmaqla, cəmi 32345,20 manat (otuz iki min üç yüz qırx beş manat iyirmi qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, Cavabdehnə təhvil verilmiş 34 ədəd Qalas qalvaniz 2.40 URT; 17 ədəd Qalas taxta 3m; 275 m2 iskələ Bakı yağmur dəsti (İskələ Bakı yağmur ayaq hissə ədəd 54, İskələ Bakı yağmur qısa qol 24 ədəd, İskələ Bakı yağmur uzun qol 42 ədəd); 600 m2 İskələ H tipli URT (İskələ H tipli ayaq URT 118 ədəd, iskələ H tipli qısa qol URT 123 ədəd); 45 m2 İskələ qalvaniz Altrad (İskələ qalvaniz Altrad ayaq hissə 1.1*2 metr 8 ədəd, İskələ qalvaniz Altrad qısa qol 3.03sm 70 ədəd, İskələ qalvaniz Altrad uzun qol 3.66sm 11ədəd) alınaraq İddiaçınə geri qaytarılması, Cavabdehndən 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155,08 manat (yüz əlli beş manat səkkiz qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Qeyd edilən qətnamədən cavabdeh tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6493/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 6493/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6493/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
5. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmişdir.
6. Şikayət onunla əsaslanıdırılmışdır ki, şikayət müddətinin bərpası üçün üzrlü səbəblər iş üzrə cavabdehin direktoru olaraq onun məhkəmə icraatına cəlb edilməməyi, xəbəri olmadığına görə məhkəmə iclasında iştirak edə bilməməyi, ümumilikdə məhkəmə işindən məlumatlı olmamağıdır. Ərizədə qeyd edilən kimi, direktoru olduğu şirkətin hüquqşünası da yoxdur və onun iş barədə ancaq məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra müddətində xəbəri olmuşdur. Məhkəmə onu heç bir prosesə cəlb etməmişdir. Qeyd olunan bu hallar məhkəmə tərəfindən üzrlü hesab edilməli və məhkəməyə çatımlılıq hüququnun təmin olunması üçün Cavabdeh MMC-nin əleyhinə qəbul edilmiş qətnamədən şikayət vermək hüququ bərpa edilməli idi. Buna baxmayaraq, məhkəmə müddətin üzrlü səbəblərə görə buraxılmasına dair dəlillərin təqdim edilməməsini qeyd etmişdir. Bildirilir ki, məhkəmənin onu işə cəlb etməməsinə dair sübut təqdim etmək hazırda mümkünsüzdür, çünki məhkəmənin hərəkətsizliyinin sübutunu təqdim etmək ağlabatan deyildir. Məhkəmə həmçinin qətnaməni aldıqdan sonra apellyasiya şikayəti üçün kifayət qədər vaxt olduğunu bildirmişdir. Bildirilir ki, qətnamə elektron sistemə xx.xx.2025-ci il tarixində yerləşdirilsə də, iş barədə qətnamə qüvvəyə mindikdən sonra Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən 7 mart 2025-ci il tarixində ona zəng edildikdə xəbəri olmuşdur. Buna səbəb isə cavabdehin məhkəmə iclaslarına, ümumiyyətlə prosesə cəlb edilməməyi olmuşdur. Həmçinin bildirilir ki, məhkəmə qanunvericilikdə prosessual müddət anlayışını və şərtlərini hədsiz formal olaraq tətbiq etmişdir. Belə ki, qanunvericilikdə prosessual müddət dedikdə, qanunla şəxsə tanınan müəyyən qanuni prosesual hərəkətin həyata keçirilməsi müddətidir. Qanunvericilikdə prosessual müddətin buraxılmasının üzrlü səbəblərdən baş verməsi halları nəzərə alınmaqla məhz müddətin bərpası institutu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 6 oktyabr 2023-cü il tarixli qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbul edilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Prosessual müddətlə əlaqədar həddən artıq sərt formal tələblərə əsaslanan əks yanaşma şəxsin konstitusion məhkəməyə müraciət etmək hüququnun pozulması ilə nəticələnə bilər. X10 Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Fəhmin Hacıyev Azərbaycana qarşı” işdə (16 iyun 2015-ci il tarixli qərar) bildirmişdir ki, məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cımaddəsinin 1-ci bəndində müəyyən edilmiş hüququn ayrıca hissəsidir. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: “Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X5rşı işlər). “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin təqdim etdiyi ərizə təmin edilməli, bildirilən səbəblər üzrlü hesab edilməlidir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
7. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
8. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
9. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
10. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
11. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
12. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
13. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
14. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
15. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
16. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
17. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Məhkəmənin mövqeyi
18. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
19. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 6493/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə AZEMİS elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, MPM-in 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən şikayətin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.
21. Həmin qətnamədən cavabdeh tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir.
22. Beləliklə, işin yuxarıda göstərilən halları ilə müəyyən edilir ki, cavabdeh hazırkı şikayətini qətnaməni rəsmi qaydada aldıqdan 1 ay 21 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməklə həmin qətnamədən şikayət vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır.
23. Cavabdeh müddətin bərpa edilməsi barədə ərizəsində əsas kimi iş üzrə cavabdehin direktoru olaraq onun məhkəmə icraatına cəlb edilməməyi, xəbəri olmadığına görə məhkəmə iclasında iştirak edə bilməməyi, ümumilikdə məhkəmə işindən məlumatlı olmamağını qeyd etmişdir.
24. İş materialları ilə müəyyən edilir ki, Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sistemində hazırkı, yəni e-2-2(113)-6493/2024 saylı iş üzrə “proses iştirakçısı – cavabdehin nümayəndəsi” qismində əlavə edilmiş, məhkəmə iclasları ilə bağlı bildirişlər, iş üzrə çıxarılmış yekun olmayan və yekun məhkəmə aktları, həm onun, həm də Cavabdeh MMC-nin elektron kabinetinə yerləşdirilmiş, həmçinin cavabdehin qanuni təmsilçisinin elektron məhkəmə informasiya sistemində “əlaqə məlumatları” bölməsindən əldə olunan mobil telefon nömrəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə SMS bildirişlər göndərilmişdir.
25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X6 birinci instansiya məhkəməsinin qətnaməsi barədə məlumatı olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçinin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
26. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Kommersiya Məhkəməsi haqlı olaraq qərardaddan şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti buraxılmış hesab etmişdir.
27. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6493/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.