Məhkəmə qərarları › İş №2-2(103)-629/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-629/2020

10.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-629/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1750/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 78.524 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 155/2016, 190/2016, 191/2016 saylı alqı-satqı müqavilələri ilə cavabdehin iddiaçıdan satın aldığı avadanlıqlara görə ona sonuncuya 78.524 ABŞ dolları qalıq borcu qalmış, bu barədə xx xxxxxx 2020-ci il tarixində onlar arasında borcun təsdiqi haqqında Akt tərtib olunmuş və cavabdeh həmin borcu qısa bir vaxt ərzində ödəyəcəyini vəd etmişdir. Lakin 6 ay keçməsinə baxmayaraq, vədini yerinə yetirməmiş, bu günə qədər həmin qalıq borcunu ödəməmişdir. Alqı-satqı müqavilələrində tərəflər arasında yarana bilən mübahisələrə Azərbaycan Respublikasının Qanunları tətbiq edilir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1750/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 78.524 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən mübahisə üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi olmuşdur. Həmin müqavilə üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Cavabdeh ödəməli olduğu vəsaiti ödəmişdir. Lakin, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən mallar hissəhissə gətirildiyi üçün həmin mallara görə sonradan gömrük və vergi rüsumlarında müəyyən dəyişikliklər əmələ gəlmişdir ki, bu da fors major hal hesab edilə bilər. Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, iddiaçı tərəfindən gömrük və vergi rüsumlarında baş vermiş dəyişikliklərə görə əlavə ödənişlərin tələb edilməsi qanuni deyil. Bu baxımdan iş materiallarında iddiaçının hazırki iddia tələblərini sübut edən kifayət qədər sübutlar da mövcud deyildir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, iddiaçının nümayəndəsi (vəkili) Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə səlumatlı olsalar da məhkəməyə gəlməmişlər, MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir). İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarına və cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 155/2016, 190/2016, 191/2016 saylı alqı-satqı müqavilələri əsasında cavabdehə avdanlıqlar satıldığı və onlar arasında xx xxxxxx 2020-ci il tarixində 78.524 ABŞ dolları məbləğində qalıq borcun təsdiqi haqqında aktın imzalandığı işin mübahisələndirilməyən halıdır (İşə əlavə olunmuş həmin üzləşmə aktı müəssisə rəhbərləri tərəfindən imzalanıb dairəvi möhürü ilə təsdiq edilmişdir). Lakin cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, bir tərəfdən mübahisələndirir ki, iddiaçıya ödəməli olduğu vəsait tərəfindən ödənilmişdir. Digər tərəfdən, bunun ardınca, həmin cümləsinə zidd olaraq bildirir ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən mallar hissə-hissə gətirildiyi üçün həmin mallara görə sonradan gömrük və vergi rüsumlarında müəyyən dəyişikliklər əmələ gəlmiş, bu da fors major halı hesab edilə bilər. Cavabdehin qeyd olunan ikinci cümləsinin mənasından belə anlaşılır ki, mübahisəli borc məbləği malların gömrük rəsmiləşdirilməsi və vergilərlə əlaqədar yaranmış olan bir borc məbləğidir. Hər bir halda, cavabdeh nə 78.524 ABŞ dolları məbləğində borcu ödəməsinə dair məhkəməyə sübutetmə vasitələri təşdim etmiş, nə də ki fors major hesab edələ bilən həmin gömrük və vergi dəyişikliyinin nədən ibarət olmasına aydınlıq gətirə bilən sübutlarla çüxüş etmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq istinad etdiyi həmin halları sübut etmə vəsifəsi onun üzərinə düşür. Belə olan halda, borcun təsdiq haqqında Akt ilə qeyd olunan alqı-satqı müqavilələrindən irəli gələn 78.524 ABŞ dolları məbəlğində qalıq borcunu ödəməyə borcludur. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etirf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərədə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda, qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət olunması məcburi deyildir. Tədqiq olunan xx xxxxxx 2020-ci il tarixində tərəflərin müəssisə rəhbərləri səviyyəsində imzalayıb təsdiq etdikləri borcun təsdiqi haqqında akt – mülki qanunvericilyin qeyd olunan tələblərinə uyğun olan borcun etirafıdır. Belə olan halda, MPM-in 191.3-cü maddəsinin tələbləri baxımından, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən, etiraf etdiyi 78.524 ABŞ dolları məbləğində borcun iddiaçının xeyrinə tutulmasının qət olunması, işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən maddi və prosessul hüquq normalarını pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1750/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 218, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh Cavabdehn apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1750/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar