Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-63/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-489/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh2 MMC ilə arasında bağlanmış 04 may 2021-ci il tarixli 060CRLN21000008 nömrəli Baş Kredit Müqaviləsinin 1.1.1-ci bəndinə əsasən Bu Müqavilənin predmeti Kreditorun Borcalana 400.000,00 AZN (Dörd yiiz min manat 00 qəpik) (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 (otuz)%-dən, qaytarılınası gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (a!tmış)%-dən, cərimə faizi gündəlik 0.1 (sıfır tam onda bir )%-dən, komissiya haqları bu Müqaviləyə əsasən bağlanacaq Əlavə Razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 %-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10 %-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanın ümumi məbləğinin illik 15 %-dən, akkreditiv üzrə benefisiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə illik 15 %-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılmış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdiribmiş məbləğlərə görə illik 15 %-dən çox olmamaq şərti ilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, Borcalanın isə bu Müqavilədə və bu Müqaviləyə əsasən bağlanacaq Əlavə Razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin Kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin: 1.1.2-ci bəndinə əsasən gələcəkdə bu Müqaviləyə əsasən bağlanılacaq Əlavə Razılaşmalar üzrə Borcalana veriləcək məbləğlər bu Müqaviləyə bağlıdır və Tərəflər razılaşır ki, bu Müqavilənin 1.1.1 -ci yarımbəndində göstərilən limit üzrə Kreditor tərəfindən ayrılmış məbləğlərin son qaytarılma tarixi həmin bənddə nəzərdə tutulmuş müddətdən çox təyin edilə bilməz. Limit çərçivəsində verilən hər bir öhdəliyin müddəti, məbləği, məqsədi və təyinatı, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri Tərəflər arasında bağlanan və bu Müqavilənin tərkib hissəsini təşkil edən müvafiq Əlavə Razılaşmalar ilə müəyyən edilir. 3.2.5-ci bəndinə əsasən Kredit/kredit xətti üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır. Kredit xətti üzrə faizlər kredit xəttinin istifadə edilən borc qalığına hesablanır və Borcalan tərəfindən hər ay Müqavilənin tərkib hissəsini təşkil edən Əlavə Razılaşmanın bağlandığı gün ödənilir. Tərəflər arasında kredit xəttinin limitinin azaldılması qrafiki tərtib edildiyi halda Borcalan həmin qrafik üzrə pul vəsaitini vaxtında qaytarmadıqda, gecikdirilən gündən gecikdirilən məbləğə görə artırılmış faizlər ödəyir. 3.2.9-cu bəndinə əsasən Borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranın gecikdiriİdiyi halda), gecikdirilən məbləğə görə Kreditora bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada hesablanmış faiz və cərimə ödəyir. Faizlər, cərimə bu Müqavilə ilə müəyyən edilmiş gündən Kreditora tam ödənildiyi günə qədər hesablanır. Faizlərin, cərimənin və zərərin əvəzinin ödənilməsi Borcalanı bu Müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir. 3.2.10-cu bəndinə əsasən Borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti ilk növbədə Kreditorun xərclərinin və ona dəyən zərərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə kredit/kredit xətti üzrə hesablanmış faizlərin və dördüncü növbədə kredit/kredit xətti məbləğinin ödənilməsinə yönəldilir. İpoteka hesabına borcun ödənilməsi ardıcıllığı müvafiq qanunvericiliklə müəyyən edilir. 3.4.4.3-cü bəndinə əsasən ödəniş cədvəlində nəzərdə tutulmuş miiddətlərdə/kredit xəttinin limitləri qrafiki tərtib edilərsə, qrafıkdə nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilinəsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəmək borcalanın vəzifəsi kimi müəyyən edilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh2 MMC ilə arasında bağlanmış 06 may 2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Kreditor Azərbaycan Respublikası Sahibkarlıq inkişaf Fondunun "23" aprel 2021-ci il tarixli ZM 810/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) şərtilə Borcluya 194000 manat məbləğində illik 15 faiz dərəcəsi ilə 36 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 ay olmaqla kredit verir.
3. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir. 3.1.5-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcludan tələb edə bilər.
4. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli, 006REAL21000091 №-li İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvan: ünvan 2rdi yaşayış evinin ipoteka qoyulmuş və ipoteka predmetinin qiyməti müqavilənin 2.2-ci bəndinə əsasən 194000 manat müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvan: ünvan 4di yaşayış evi üzərində mülkiyyət hüquqları Cavabdeh1 adına hüquqi qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvan: ünvan 4di yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları qalmaqla, torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.
7. İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli 006GRNT21000078 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000090 nömrəli, Cavabdeh3 ilə xx.xx.2021ci il tarixli 006GRNT21000082 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000088 nömrəli, X9 ilə xx.xx.2021-ci il tarixli 006GRNT21000077 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000089 nömrəli Zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər Kreditordan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.
8. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli, ZB-2173/23 saylı arayışına əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixli 060CRLN21000008-2 saylı müqaviləyə əsasən banka əsas borcu – 93802,58 manat, faiz borcu – 3491,45 manat olmaqla cəmi borc 97294,03 qeyd olunmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/352 saylı rəyinə əsasən "xxxx" MMC-nin müqavilə üzrə borcu xx.xx.2023-cü il tarixə əsas borcu 94409,38 manat, faiz borcu 3352,54 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 94409,38 manat, faiz borcu 4650,67 manat müəyyən edilmişdir.
10. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-020/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 3 ünvan: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəi, Qarabağ küçəsi, ev 31 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin hazırkı bazar qiyməti 223000 manat və likvid qiyməti 201000 manat müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/9686 saylı rəyinə əsasən ümumi sahəsi 304 m2 olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsi, ev 31 ünvanında 0,10 hektar (10 sot) torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evlərinin (yerləşdiyi torpaq sahəsinin dəyəri nəzərə alınmaqla) mövcud orta bazar dəyəri təqribən 486400 (304 m2 x 1600,00 man) manat, likvid dəyəri isə 437700 (486400- 10%) manat müəyyən edilmişdir. Ekspert qarşısında qoyulmuş ikinci suala cavab olaraq rəydə göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsi, ev 31 ünvanında yerləşən, rəydə qeyd edilən analoji xüsusiyyətlərə malik fərdi yaşayış evlərinin (yerləşdiyi torpaq sahəsinin dəyəri nəzərə alınmadan) satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
12. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh4, Cavabdeh3, X6 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 may 2021-ci il tarixli 060CRLN 21000008 nömrəli Baş Kredit Müqaviləsi çərçivəsində bağlanmış 06 may 2021-ci il tarixli 060CRLN 21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi üzrə əsas borc 93.802,58 manat, faiz borcu 3.491,45 manat olmaqla, cəmi 97.294,03 manat məbləğində borcun, mediasiya xərci olaraq 400 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulmasına, tutmanın Cavabdeh1 məxsus ipoteka predmeti olan ünvan 1 ünvan: ünvan 2rdi yaşayış evinə yönəldilməsinə, həmin ipoteka predmetinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh4, Cavabdeh3, X6 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında 04 may 2021-ci il tarixli 060CRLN21000008 nömrəli Baş Kredit Müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən Borcalana 400.000 manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 0,1%-dən çox olmamaq şərtilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Baş Kredit müqaviləsi çərçivəsində X2 zəmanət məktubu ilə 06 may 2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi əsasında Cavabdeh2 MMC-yə 36 ay müddətinə (kredit üzrə güzəşt müddəti-əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 ay olmaqla), illik 15% faiz dərəcəsi ilə, 194.000 manat kredit verilmişdir. Yuxarıda göstərilən kredit öhdəliyinin təminatı olaraq aşağıdakı müqavilələr bağlanmışdır: Cavabdeh1 məxsus və ünvan 1 ünvan: ünvan 5di yaşayış evinin ipoteka qoyulması barədə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli, 006REAL21000091 №- li İpoteka müqaviləsi; Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 006GRNT21000078 nömrəli Zaminlik müqaviləsi və xx.xx.2021-ci il tarixli, 006GRNT21000090 №-li Zaminlik müqaviləsi; Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 006GRNT21000082 nömrəli Zaminlik müqaviləsi və xx.xx.2021-ci il tarixli, 006GRNT21000088 №-li Zaminlik müqaviləsi; X9 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 006GRNT21000077 nömrəli Zaminlik müqaviləsi və xx.xx.2021-ci il tarixli, 006GRNT21000089 №-li Zaminlik müqaviləsi; Borcalan yuxarıda göstərilən bütün öhdəlikləri üzrə müqavilə şərtlərini pozmuş və ödənişlərində ciddi və uzunmüddətli gecikmələr olmuşdur. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə Mediasiya Təşkilatına müraciət olunmuş və müraciət əsasında xx.xx.2023- cü il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş və cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər sessiyada iştirak etmədiyi üçün adıgedən mediasiya təşkilatı tərəfindən iddiaçıya X5 (İMS) İştirak Edilməməsi barədə Arayış təqdim olunmuşdur. Həmçinin qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləği xx.xx.2023-cü il tarixinə aşağıdakı kimidir: 06 may 2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi üzrə əsas borc 93.802,58 manat, faiz borcu 3.491,45 manat, cəmi borc 97.294,03 manat.
14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-489/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh3, X8 və Cavabdeh1 qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata X8 münasibətdə xitam verilmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-489/2024 saylı qətnaməsi ilə iddia qismən edilmiş, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada 04 may 2021-ci il tarixli 060CRLN 21000008 nömrəli Baş Kredit Müqaviləsi çərçivəsində bağlanmış 06 may 2021-ci il tarixli 060CRLN 21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi üzrə 93802,58 manat əsas borc, 3352,54 manat faiz borcu və mediasiya xərcinin əvəzi olaraq 382 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsümün və xidmət haqqının əvəzi olaraq 51 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvan: ünvan 2rdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, Əmlakın ilkin satış qiymətinin 201.000 manat məbləğində müəyyən edilməsi, Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməsi, Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılması, Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 MMCdən, Cavabdeh4, Cavabdeh3 tutulması, Qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında 04 may 2021-ci il tarixli 060CRLN21000008 nömrəli Baş Kredit Müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən Borcalana 400.000 manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 0,1%-dən çox olmamaq şərtilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Baş Kredit müqaviləsi çərçivəsində X2 zəmanət məktubu ilə 06 may 2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi əsasında Cavabdeh2 MMC-yə 36 ay müddətinə (kredit üzrə güzəşt müddəti-əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 ay olmaqla), illik 15% faiz dərəcəsi ilə, 194.000 manat kredit verilmişdir. Qeyd olunan kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 məxsus və ünvan 1 ünvan: ünvan 2rdi yaşayış evinin ipoteka qoyulması barədə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-cı il tarixli, 006REAL21000091 №-li İpoteka müqaviləsi, Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli 006GRNT21000078 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000090 №-li, Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli 006GRNT21000082 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000088 №-li, X9 ilə xx.xx.2021-ci il tarixli 006GRNT21000077 nömrəli və xx.xx.2021-ci il tarixli, 006GRNT21000089 №-li Zaminlik müqavilələri bağlanmışdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh "xxxx" MMC-nin mübahisəli kredit müqavilələri üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyində müəyyən edilən əsas borc məbləğindən aşağı həddə, faiz borc məbləği tələbi ekspert rəyində göstərilən məbləğlə eynilik təşkil etməmişdir. Beləliklə, məhkəmə 04 may 2021-ci il tarixli 060CRLN 21000008 nömrəli Baş Kredit Müqaviləsi çərçivəsində bağlanmış 06 may 2021-ci il tarixli 060CRLN 21000008-2 nömrəli Nümunəvi Kredit müqaviləsi üzrə əsas borc məbləği iddia ərizəsində göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyində müəyyən edilən məbləğdə yəni xx.xx.2023-cü il tarixə (pretenziya məktubunun cavabdehə elektron qaydada çatdırıldığı tarixə) 3352,54 manat olmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli, 006REAL21000091 №-li İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvan: ünvan 5di yaşayış evi ipoteka ilə yüklü edilməsi barədə öhdəlik götürülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvan: ünvan 4di yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları qalmaqla, torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvan: ünvan 2rdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh4, Cavabdeh3 tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-020/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 3 ünvan: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəi, Qarabağ küçəsi, ev 31 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin hazırkı bazar qiyməti 223000 manat və likvid qiyməti 201000 manat dəyərində olması müəyyən edilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq ünvan 3 ünvan: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəi, Qarabağ küçəsi, ev 31 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin likvid dəyərinin 201000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab eetmişdir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat məbləğində, bildirişin qeydə alınması üçün dövlət rüsumu və xidmət haqqı kimi isə (15 manat və 72 manat deyil) 51 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə,məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyi üçün mediasiya xərcinin əvəzi olaraq 382 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsümün və xidmət haqqının əvəzi olaraq 51 manat, mühasibatlıq ekspertizasnın xərcinə görə 100 manat və əmlakın qiymətləndirilməsi xərci olaraq 300 manat cavabdehlərə aid edilməlidir.
17. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmənin qəbul etdiyi qətnamə ilə razı deyil. Məhkəmə əsassız olaraq kredit borcuna yüksək faiz hesablamışdır. Faiz borcu, şikayət verən cavabdehin adından silinməlidir. Bundan başqa hesab edir ki, kredit borcu, faiz borcu iddiaçı tərəfindən şişirdilmiş, yüksək rəqəm göstərilmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/352 saylı rəyinə əsasən "xxxx" MMC-nin müqavilə üzrə borcu xx.xx.2023-cü il tarixə əsas borcu 94409,38 manat, faiz borcu 3352,54 manat, xx.xx.2023- cü il tarixinə əsas borcu 94409,38 manat, faiz borcu 4650,67 manat müəyyən edilmişdir. Cavabdeh bununla razı deyil, ekspertizanın rəyi ilə razı deyil, ekspert hesablamanı düzgün aparmamışdır, hesab edir ki, kredit borcu yenidən mütəxəssis, peşəkar ekspert tərəfindən hesablanmalıdır, iş üzrə məhkəmə təkrar orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. mühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmış, cavabdehi məhkəmədə müdafiə olunmaq hüququndan məhrum etmişdir. Bundan başqa məhkəmə iş üzrə qiymətləndirmə ekspertizası təyin etsə də ekspertizanın aparılması Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinə deyil, özəl bir MMC-yə həvalə etmişdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-020/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 3 ünvan:Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəi, Qarabağ küçəsi, ev 31 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin hazırkı bazar qiyməti 223000 manat və likvid qiyməti 201000 manat müəyyən edilmişdir. Cavabdeh bu rəy ilə qəti razı deyil, cavabdehin hal-hazırda yaşadığı evin torpaq sahəsi ilə birlikdə 450.000-500.000 manat dəyəri vardır. Ekspert yalnız cavabdehə məxsus fərdi yaşayış evini qiymətləndirmiş, lakin mülkiyyətində olan 10 sot torpaq sahəsini qiymətləndirməmişdir. Hal-hazırda Buzovna qəsəbəsində1 sot torpaq sahəsi 30.000 manata satılır. Beləliklə də, təkcə cavabdehin 10 sot torpaq sahənin dəyəri 300.000 manat təşkil edir, onun üzərinə evin dəyərini- 223.000 manat da əlavə dilsə cavabdehə məxsus torpaq sahəsi ilə birlikdə hal hazırda bazar dəyəri 523.000 manat təşkil edir. İşə baxan məhkəmə isə bunu nəzərə almamış, işi özəl bir MMC-yə həvalə etmişdir, ekspertiza təyin edərkən ekspert qarşısında fərdi yaşayış evinin torpaq sahəsinin qiymətləndirilməsi barədə sual qoymamış, halbuki məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli və rəy verilməsi üçün Ədliyyə Nazirliyinin ekspertiza mərkəsinə göndərilməli idi. Ona görə də hesab edir ki, iş üzrə təkrar məhkəmə əmtəəşünasıq ekspertizası keçirilməli, rəy verilməsi üçün Ədliyyə Nazirliyinin ekspertiza mərkəsinə həvalə edilməlidir. Ona görə də hesab edir ki, işin obyektiv həlli naminə iş üzrə təkrar məhkəmə ekspertizaları keçirilməlidir. Hesab edir ki, işə baxılan zaman prosessual hüquq norması pozulmuşdur, belə ki, məhkəmə AR MPM-nin 77, 88 ,217, 218-ci maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə riayət olunmamışdır. İşə baxılarkən maddi və prosessual hüququ normaları düzgün tətbiq olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir.
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. Mülki Məcəllənin: -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun: -1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
24. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayətini verməmişdir, Cavabdeh1 isə verdiyi apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Odur ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ipoteka predmetiolan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hisssəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC ilə arasında bağlanmış 04 may 2021-ci il tarixli 060CRLN21000008 nömrəli Baş Kredit Müqaviləsinə əsasən borcalana 400.000 manat məbləğində, illik faiz dərəcəsi 30 %-dən, cərimə faizi gündəlik 0.1 %-dən çox olmamaq şərti ilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Həmin müqavilə çərçivəsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 06 may 2021-ci il tarixli 060CRLN21000008-2 nömrəli nümunəvi kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 194000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli, 006REAL21000091 №-li ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvan: ünvan 2rdi yaşayış evi ipotekaya qoyulmuş, həmin müqaviləyə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin fərdi yaşayış evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində İddiaçı ASC-nin xeyrinə ipoteka yüklülüyü qeydiyyata alınmışdır. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh4, Cavabdeh3, X9 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən sonuncular mübahisəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinə zamin durmuşlar. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun mübahisəli hüquq münasibətlərində borc alan və zaminlər olan Kreopak” MMC-dən, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
30. Məhkəmə kollegiyası ilk növbədə əsas borclu və zaminlər olan cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş kredit borcunun (əsas və faiz borcunun) məbləğinin əsaslılığı ilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəməmühasibatlıq ekspertizasını keçirmiş və həmin rəyə əsasən xx.xx.2023-cü il tarixə (pretenziyanın göndərildiyi tarixə) əsas borc 94409,38 manat, faiz borcu 3352,54 manat məbləğində müəyyən edilmişdir.
31. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını bildirsə də, həmin rəyin şübhə altına alınması üçün əsas verə biləcək konkret faktiki hallara (məsələn, etdiyi bəzi ödənişlərin nəzərə alınmamasına və s.) istinad etməmişdir. Beləliklə, məhkəmənin sözügedən ekspert rəyi ilə razılaşmaması üçün əsaslar olmadığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq borc məbləğlərini MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alınmaqla həmin rəyə uyğun müəyyənləşdirməkdə haqlı olmuşdur.
32. Digər tərəfdən kollegiya mübahisəli kredit müqaviləsi üzrə yalnız xx.xx.2023cü il tarixinədək, yəni pretenziya məktubu göndərilənədək olan müddət üçün hesablanmış faiz borcunun cavabdehlərdən tutulması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticəyə münasibətdə qeyd edir ki, iddiaçı qətnamədən apellyasiya şikayəti verməməklə həmin hissədə (faiz borcunun yalnız pretenziya məktubu göndərilənədək tutulması) məhkəmənin gəldiyi nəticə ilə razılaşmış, odur ki, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya baxışının predmetinə daxil deyildir.
33. Bununla yanaşı apellyasiya şikayətinin dəlillərindən biri də ipoteka predmeti olan ünvan 3 ünvan:ünvan 7aq sahəsində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evi qiymətləndirilərkən həmin evin yerləşdiyi torpaq sahəsinin dəyərinin nəzərə alınmamasından ibarətdir.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
35. Hazırkı halda mübahisəli fərdi yaşayış evi yerləşdiyi torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya olmaqla Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınmış və həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarış verilmişdir. Mübahisəli ipoteka müqaviləsi əsasında həmin əmlak bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, sözügedən müqavilə əsasında verilmiş ipoteka yüklülüyü haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak qismində fərdi yaşayış evi (304 kv.m.) ilə yanaşı onun yerləşdiyi torpaq sahəsi (0,10 ha) də göstərilmişdir.
36. Göründüyü kimi fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsi vahid mülkiyyət obyekti kimi ipoteka ilə yüklü edildiyindən ipoteka predmetinə tutma yönəldildikdə vahid əmlak kimi hərracdan satılacaqdır. Bu baxımdan kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşır ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti torpağın dəyəri nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
37. Göstərilən hallar nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə torpaq sahəsinin dəyəri nəzərə alınmaqla fərdi yaşayış evinin orta bazar dəyəri təqribən 486400 (304 m2 x 1600 man) manat, likvid dəyəri isə 437700 (486400- 10%) manat müəyyən edilmişdir.
38. Məhkəmənin həmin rəylə razılaşmaması üçün əsaslar olmadığından ipoteka predmeti olan əmlakın dəyəri həmin rəydə müəyyən edilmiş likvid qiyməti nəzərə alınmaqla müəyyən edilməlidir.
39. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində qətnamə dəyişdirilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 437.700 manat məbləğində müəyyən edilməlidir. Qalan mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi Cavabdeh1, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
41. Apellyasiya şikayətinin yalnız qiymətləndirilməyən iddiadan verilmiş hissədə təmin edildiyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi iddiaçıdan tutularaq Cavabdeh1 ödənilməli, qalan hissədə dövlət rüsumu cavabdehə aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-489/2024 saylı qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilsin, ipoteka predmetinin ilkin satış qiyməti 437.700 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi Cavabdeh1, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi iddiaçıdan tutularq Cavabdeh1 ödənilsin, qalan hissədə dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov