Məhkəmə qərarları › İş №2-2(103)-631/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-631/2022

27.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-631/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsinin ləğv edilməsi, borcun tutulması, lizinq obyektinin geri qaytarılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1207/2022 nömrəli qətnaməsindən (hakim Kənan Hüseynov) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia və xx.xx.2022-ci il tarixdə iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/3851/DLİZ nömrəli X5 Müqaviləsinin xitam olunması, İddiaçı MMC-yə məxsus “Chevrolet” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, NG Kapital Lizinq” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 06/3851/DLİZ nömrəli X5 Müqaviləsinə əsasən yaranmış 10.725,81 manat əsas borc, 1.199,21 manat mükafat borcu, 128,78 cərimə, cəmi 12.053,8 manat lizinqi borcu məbləğinin, iddiaçı tərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/3851/DLİZ nömrəli X5 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1 (bir) ədəd, 2015-ci il buraxlışlı, “Chevrolet Cruze” markalı, ban 1G1PC5SB9F7273044 nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdən etibarən Cavabdeh2 istifadəsinə vermişdir. Müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 Fizuli oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 17.033 (on yeddi min otuz üç) manat təşkil edir. Bu ümumi məbləğdən 5.133 (beş min yüz otuz üç) manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 473,14 (dörd yüz yetmiş üç on dörd) manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 25 (iyirmi beş) % olmaqla 36 (otuz altı) ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2021ci il tarixdən etibarən hər ay 473.14 manat olmaqla ödəniş etməli olduğu təqdirdə xx.xx.2021-ci il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1207/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək "xxxx" ММС ilə Cavabdeh2 arasında bağlanmış 19.0З.2021-сi il tarixİi 06/3851/DLlZ nömrəli X9 müqaviləsinə xitam verilməsi, 19.0З.2021сi il tarixİi 06/3851/DLlZ nömrəli X9 müqaviləsi üzrə əsas borc üzrə 10.725,81 manat, mükafat borcu üzrə 1.199,21 manat, cərimə borcu üzrə 128,78 manat olmaqla, cəmi 12.053,80 manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" ММС-yə ödənilməsi, lizinq obyekti olan "Chevrolet" markalı 99-PV-47З dövlаt qeydiyyat nişanlı avtomobilin "xxxx" ММС-yə qaytarılması, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" ММС-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1207/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində cavabdehin etibarnamə əsasında idarə etdiyi **-PV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamadığı göstərilsə də, əslində özü həmin avtomobili X1 istifadəsinə vermişdir. Bunu təsdiq edən etibarnamə apellyasiya şikayətinə əlavə edilmişdir. Lakin nədənsə iddiaçı bu barədə iddia ərizəsində hər hansı bir məlumat vermir. MPM-nin 387.2.4-cü maddəsinin tələbi pozularaq həmin şəxs işə cəlb edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.12, 748- 1.12.4 və 424-cü maddələrinə əsasən lizinq müqaviləsi üzrə borc hesablanarkən nəzərdə tutulan müddət həmin müqaviləyə xitam verildiyi gündən sonrakı dövrü əhatə edə bilməz. Lakin məhkəmə tərəfindən qət edilmiş 19.0З.2021-сi il tarixİi 06/3851/DLlZ nömrəli X9 müqaviləsi əsasında əsas borc üzrə 10.725,81 manatın hansı hesablama üsulu və dövr üzrə hesablanmasını müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli X5 Müqaviləsi üzrə ödənişin xx.xx.2021- ci il tarixdən dayandırıldığını qeyd etsə də, göründüyü kimi ödənişin dayandırıldığı tarixdən iş üzrə qətnamənin çıxarıldığı tarixədək olan müddət 8 aydan ibarətdir. Aylıq ödənişlərin 473.14 manat olmasını nəzərə alsaq, 8 x 473.14 manat =3785.12 manat təşkil edir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə təxirə salınmış, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1207/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə, X5 Müqaviləsi bağlanmış və müqavilənin obyekti olan 1 (bir) ədəd, 2015-ci il buraxlışlı, “Chevrolet Cruze” markalı, ban 1G1PC5SB9F7273044 nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 lizinqə (bütün ödənişlər həyata keçirildikdən sonra lizinq predmeti olan avtomobilin lizinqalanın mülkiyyətinə verilməsi şərti ilə) verilmişdir. Həmçinin adı çəkilən müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 Fizuli oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsi üzrə sonuncu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə öhdəliyin tamamı ilə icra edilməsini öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil təslim aktına əsasən lizinq predmeti olan avtomobil həmin tarixdə lizinq alana təhvil verilmişdir. Lizinq müqaviləsinin 9.4-cü bəndində lizinq ödənişlərinin ümumi məbləğinin 17033 manat təşkil etdiyi, bu ümumi məbləğin 5133 manatının lizinq verənin mükafatı olduğu razılaşdırılmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikində lizinq ödənişlərinin 36 ay ərzində, hər ay 473,14 manat olmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşdəki maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə 2435 manat ödəniş həyata keçirilmiş, sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmuş, bu ödənişin 31,82 manatı cərimə borcu üzrə silinmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri tam icra etdiyi halda lizinq alan tərəfindən xx.xx.2021ci il tarixdən sonra müqavilə üzrə hər hansı ödəniş həyata keçirilmədiyindən lizinq verən qanuna və müqavilənin şərtlərinə əsasən müqaviləyə xitam verilməsini, müqavilə üzrə borcun ödənilməsini və lizinqə verilmiş avtomobilin geri qaytarılmasını tələb etməyə haqlıdır. Məhkəmə Mülki Məcəllənin 747.1, 748-1.12, 748- 1.12.4-cü, 470-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia əsaslıdır. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətini əsassız hesab edir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddaçı tərəfindən lizinq predmeti olan avtomobilin xx.xx.2021-ci il tarixdə X2 istifadəsinə verildiyi nəzərə alınmalı və həmin şəxs iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməli idi. Apellyasiya şikayətinin bu dəlili üzrə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, lizinq alanın öz ərizəsi əsasında 1 (bir) ədəd, 2015-ci il buraxlışlı, “Chevrolet Cruze” markalı, ban 1G1PC5SB9F7273044 nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X3 etibarnamə verilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilənlərə əsasən, qeyd edilən etibarnamə ilə sözügedən avtomobilə sahiblik hüququ deyil, müəyyən müddətə idarə etmə hüququ verilmiş, xx.xx.2021-ci il tarixdən sonra isə etibarnamə verilməmişdir. Məktuba Cavabdeh2 istifadəsində olan avtomobillə bağlı X4 etibarnamə verilməsinə razılıq ərizəsi əlavə edilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehə lizinqə verilmiş avtomobilə dair X3 onun razılığı ilə verilmiş etibarnamə xx.xx.2021-ci il tarixədək qüvvədə olduğundan baxılan mübahisə həmin şəxsin hüquq və maraqlarına toxunmadığı üçün iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə hər hansı zərurət yoxdur. Apellyasiya şikayətinin digər dəlili bundan ibaətdir ki, lizinq müqaviləsi üzrə borc məhkəmə tərəfindən 8 ay üçün tutulmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə hazırkı halda tərəflər arasında bağlanmış lizinq müqaviləsinin iddiaçı tərəfindən məhkəmə iddia qaldırılanadək birtərəfli qaydada ləğv edildiyinə dair işdə sübut olmadığını, bu barədə tərəflər arasında razılaşma imzalanmadığını, MM-nin 424.3-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi barədə qətnamə qanuni qüvvəyə minənədək lizinq alanın müqavilə üzrə öhdəliklərinin xitam olunmadığını və hal-hazıradək lizinqə verilmiş avtomobilin lizinq alanın sahibliyində və istifadəsinə olduğunu nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-1207/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1207/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar