Məhkəmə qərarları › İş №2-2(103)-632/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-632/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-632/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli e-2-2(113)-86/2023 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli razılaşmasına əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 50.652,18 manat məbləğində əsas borc, 15.080,07 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 65.732,25 manat məbləğində pulun, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli 271874-1-35031 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli razılaşmasına əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 6324,03 manat məbləğində əsas borc, 1914,70 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8238,73 manat məbləğində pulun, habelə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli razılaşmasına əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 5475,12 manat məbləğində əsas borc, 1673,62 manat məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 7148,74 manat məbləğinin və ipotekanın qeydə alınması üçün ödənilmiş 270 manat məbləğində dövlət rüsumunun və 400 manat məbləğində mediasiya xərcinin Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 110.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32a nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü (qeydiyyatda olan Cavabdeh2) yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı, “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 investisiya məqsədilə illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 75.000 manat məbləğində kredit verilmişdir. Həmçinin Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı, “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 investisiya məqsədilə illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7.500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 271874-1- 36162 saylı, “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 investisiya məqsədilə illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. Bu arada Bank ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli, eləcə də xx.xx.2019cu il tarixli 271874-1- 36162 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli Razılaşmalara əsasən kreditin müddəti 39 ay müəyyən edilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32a nömrəli, 10 mərtəbəli binanın 4cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli 110085- NEDVİJ-4603 saylı, xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603/2 saylı, xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603/3 saylı, “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” bağlanılmaqla həmin əmlak Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. O cümlədən, “Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixli 110085- NEDVİJ-4603 saylı, xx.xx.2019-cu il tarixli 110085- NEDVİJ-4603/2 saylı və xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603/3 saylı, “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli Razılaşmalar bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı “Kommersiya krediti müqaviləsi” üzrə ümumilikdə 65.732,25 manat məbləğində borcu, eləcə də xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı “Kommersiya krediti müqaviləsi” üzrə ümumilikdə 8.238,73 manat məbləğində borcu, habelə xx.xx.2019- cu il tarixli 271874-1-36162 saylı “Kommersiya krediti müqaviləsi” üzrə ümumilikdə 7.148,74 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh1 xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bank ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-86/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 110085-1- 31884 saylı kommersiya krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 50.652,18 manat əsas borc, 14.808,44 manat faiz borcu, cəmi 65.460,62 manat məbləğində pul vəsaitinin, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı, kommersiya krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 6324,03 manat əsas borc, 1879,71 manat faiz borcu, cəmi 8203,74 manat məbləğində pul vəsaitinin, xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 5475,12 manat əsas borc, 1645,95 manat faiz borcu, cəmi 7121,07 manat məbləğində pul vəsaitinin, ümumilikdə 80.785,43 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 270 manat məbləğində və mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32 A nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 173.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Eyni zamanda iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-86/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı ASC şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli e-2-2(113)-86/2023 saylı qərardadının ləğv edilməsini, iddia tələbinə əmlakın satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması hissəsində mahiyyəti üzrə baxılaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı qərardad əsassızdır, maddi və prosessual hüquq normalarının tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, cavabdehlərdən biri Cavabdeh2 3 saylı Notariat ofisində **********002 saylı ərizəsi ilə yazaraq bildirmişdir ki, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzlin Bank VTB (Azərbaycan) ASC-də ipotekaya qoyulmasına etiraz etməmiş, ipotekaya qoyulmuş əmlaka tutma yönəldikdə və ya o satıldıqda öz öhdəsinə götürmüşdür ki, həmin mənzili qeyd-şərtsiz tərk edəcəkdir. Eyni zamanda qətnamənin nəticə hissəsində icra mexanizmi əks olunmayıbsa icra hərəkətləri icra etmək mümkün deyil. Bakı Kommersiya Məhkəməsinin 08 may 2023-cü il tarixli e-2-2(113)-86/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması ayrıca məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilir. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, ipoteka qoyulmuş ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsasların mövcud olmaması səbəbindən, həmin hissədə iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verməkdə birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402.2.4-cü maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2-2(113)-86/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar