Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-634/2023 31.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1678/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (mülkiyyətçi qismində) ilə iddiaçı (idarə edən qismində) arasında bağlanmış 29 mart 2018-ci il tarixli AZV-29/04/18-328 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilənin 1-ci hissəsinə əsasən, idarə edən binanı və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, subicarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud binanı birgə istifadə etmək hüququna malikdir (1.1). İdarə edən binanın saxlanılması və xidmət göstərilməsi məqsədilə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərlə müqavilələr bağlaya bilər (1.2). Binanın bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya subicarəçilərə ikinci əldən icarəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur (1.4).
2. İddiaçı (icarəyə verən qismində) ilə cavabdeh (icarəçi qismində) arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 1-ci hissəsinə əsasən, bu müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasında (“Çinar Plaza” İş Mərkəzi) aşağıdakı qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə və istifadəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib, icarə haqqını və digər ödənişləri bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür: binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 112.00 kv.m təşkil edən ofis sahəsi.
3. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli qarşılıqlı razılaşma əsasında 03 fevral 2022-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və həmin razılaşma ilə cavabdeh xitam tarixinə icarə müqaviləsindən irəli gələn 9969,52 manat (ƏDV daxil) və 431,07 manat məbləğində dəbbə pulu borcunun olduğunu təsdiq etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 fevral 2022-ci il tarixli icarə müqaviləsi üzrə xitam tarixinə yığılmış 9969,52 (ƏDV daxil) manat əsas borcun, 431,07 manat dəbbə pulunun və 210 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 112 kv.m təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq başlama tarixi kimi göstərilmiş 25 fevral 2022-ci il tarixindən etibarən müqavilənin qüvvədə olduğu müddət ərzində ƏDV xaric icarə obyekti üçün 1344 manat icarə haqqı, 638,40 manat təmizlik və texniki xidmətlərə görə haqq və 145,60 manat mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə 2128 manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 30 iyun 2022-ci il tarixində xitam verilmişdir. Xitam razılaşmasında cavabdehin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarə obyektinin iddiaçıya təhvil verildiyi tarixədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməli olması nəzərdə tutulmuşdur. Həmin razılaşma üzrə cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu əsas borcu ƏDV daxil 9969,52 manat, dəbbə pulu isə ƏDV xaric 431,07 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, o cümlədən 10 noyabr 2022-ci il tarixində borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında FMG01/22/345 nömrəli pretenziya bildirişi göndərilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə məhəl qoymamış və xitam tarixindən 8 aya yaxın bir müddətin keçməsinə baxmayaraq, müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Tərəflər arasında keçirilən ilkin mediasiya sessiyası da hər hansı nəticə verməmişdir.
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1678/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə ƏDV daxil 9969 (doqquz min doqquz yüz altmış doqquz) manat 52 (əlli iki) qəpik əsas borc, 431 (dörd yüz otuz bir) manat 07 (yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 10400 (on min dörd yüz) manat 59 (əlli doqquz) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1678/2023 sayl qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 112 kv.m təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq başlama tarixi kimi göstərilmiş 25 fevral 2022-ci il tarixindən etibarən müqavilənin qüvvədə olduğu müddət ərzində ƏDV xaric icarə obyekti üçün 1344 manat icarə haqqı, 638,40 manat təmizlik və texniki xidmətlərə görə haqq və 145,60 manat mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə 2128 manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 30 iyun 2022-ci il tarixində xitam verilmişdir. Xitam razılaşmasında cavabdehin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarə obyektinin iddiaçıya təhvil verildiyi tarixədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməli olması nəzərdə tutulmuşdur. Həmin razılaşma üzrə cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə güya iddiaçıya ödəməli olduğu əsas borcu ƏDV daxil 9969,52 manat, dəbbə pulu isə ƏDV xaric 431,07 manat təşkil edir. Halbuki müqavilədə mühafizə xidmətləri ayrıca qiymət olaraq razılaşdırılmamış, xx.xx.2022-ci il tarixdə müqaviləyə qarşılıqlı xitam verilməsinə baxmayaraq hansı hüquqi mövqeyə və əsaslandırmaya əsasən cərimə borcu (dəbbə pulu) hesablanması təəssüflər olsun ki məhkəmə tərəfindən bu faktalara düzgün hüquqi qiymət verilməmiş və ədalətsiz qərar qəbul olunmuşdur. İcarəyə verən hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0.1%-İ məbləğində İcarəçiyə dəbbə pulu tətbiq etmək öhdəliyini özündə saxlayır. Göründüyü kimi məhkəmə tərəfindən maddənin tələbləri düzgün qiymətləndirilməmiş və iddiaçının ərizədə qeyd etdiyi həcmdə cərimə məbləği tutulmuşdur. Beləki, müqavilədə ümumiyyətlə anlayış başlığı olmamış və “ümumi ödəniş məbləği”-nin hansı mənanı verdiyi öz əksini tapmamış və əsassız şəkildə həmin məbləğ məhkəmə tərəfindən cavabdehdən tutulmuşdur. Tərəflər arasında olmuş müqavilənin 7.2-ci maddəsinin tələbləri məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş və tətbiq olunmuşdur. Ona görə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)- 1678/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
17. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
18. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
21. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
23. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər
24. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
25. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
26. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
29. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
30. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
31. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
34. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçı icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Çinar Plaza” İş Mərkəzi) 2-ci mərtəbəsində yerləşən, sahəsi 112.00 kv.m təşkil edən ofis sahəsini icarəçiyə icarəyə və istifadəyə verməyi, cavabdeh isə isə icarəyə verilən əmlakı qəbul edib, icarə haqqını və digər ödənişləri bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürmüşdür.
35. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, müqavilə üzrə icarə haqqı və digər ödənişlər Başlama Tarixindən (25 fevral 2022-ci il) etibarən aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir: bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-i üçün ƏDV xaric 12.00 (on iki Azərbaycan manatı, 00 qəpik) olmaqla, ümumilikdə ƏDV xaric 1,344.00 AZN (bir min üç yüz qırx dörd Azərbaycan manatı, 00 qəpik) məbləğində aylıq icarə haqqı;
36. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarəyə verən tərəfindən bu müqavilənin 2, 3 və 5 saylı Əlavələrində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-i üçün ƏDV xaric 5.70 AZN (beş Azərbaycan manatı, yetmiş qəpik) olmaqla, ümumilikdə ƏDV xaric 638.40 AZN (altı yüz otuz səkkiz Azərbaycan manatı, qırx qəpik) məbləğində aylıq haqq;
37. Müqavilənin 3.1.3-cü bəndinə əsasən icarəyə verən tərəfindən bu Müqavilənin 4 saylı Əlavəsində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-i üçün ƏDV xaric 1.30 AZN (bir Azərbaycan manatı, otuz qəpik) olmaqla, ümumilikdə ƏDV xaric 145.60 AZN (bir yüz qırx beş Azərbaycan manatı, altmış qəpik) məbləğində aylıq haqq.
38. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin həyata keçirilməsində gecikməyə yol verərsə, icarəyə verən hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1% məbləğində icarəçiyə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır.
39. Müqavilənin 8.6 və 8.7-ci bəndinə əsasən, qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt bu müqaviləni ləğv edə bilərlər. Bu müqaviləyə hər hansı əsasla xitam verilməsi icarəçini icarə haqqının və müqavilə üzrə digər ödənişlərin həyata keçirilməsi daxil olmaqla, lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir.
40. İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq edilmiş “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi barədə” 29 iyun 2022-ci il tarixli razılaşmaya əsasən, tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 30 iyun 2022-ci il tarixində xitam veriləcək. İcarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Tərəflər təsdiq edirlər ki, 17 iyun 2022-ci il tarixindən xitam tarixinə kimi olan dövr ərzində icarəçi tərəfindən istehlak edilmiş icarə müqaviləsinin 3.2-ci bəndində göstərilmiş kommunal xidmətlər üzrə borc istisna olmaqla, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 9,969.52 AZN təşkil edir. İcarə Müqaviləsinin 3.2-ci bəndində sadalanan kommunal xidmətlər üzrə hesab icarəçi tərəfindən ayrıca olaraq ödəniləcəkdir. Həmçinin icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən icarəçiyə icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün xitam tarixinə tətbiq edilən dəbbə pulu üzrə icarəçi tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 431,07 AZN təşkil edir və həmin məbləğin ödənişi ayrıca olaraq həyata keçirilir. İcarə müqaviləsinə xitam verilməsi icarəçini icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir.
41. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli qarşılıqlı razılaşma əsasında 03 fevral 2022-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və həmin razılaşma ilə cavabdeh xitam tarixinə icarə müqaviləsindən irəli gələn 9969,52 manat (ƏDV daxil) borcu olduğunu və 431,07 manat məbləğində dəbbə pulunu etiraf etmişdir. İddiaçı da etiraf edilən 9969,52 manat (ƏDV daxil) borcu və 431,07 manat məbləğində dəbbə pulunu tələb edir.
42. Apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi barədə 29 iyun 2022-ci il tarixli razılaşmada tərəflər arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi ilə bağlı razılaşmanın, eyni zamanda 03 fevral 2022-ci il tarixli müqavilə üzrə mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin müddəaları öz əksini tapmışdır.
43. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində öz əksini tapmışdır.
44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 431,07 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və ədalətlidir.
45. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1678/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Fərrux Qasımov Raqib Qurbanov