Məhkəmə qərarları › İş №2-2(103)-637/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-637/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-637/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X6 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehna qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-81/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,243.74 manat əsas borc, 2,298.36 manat faiz borcu, 286,19 manat cərimə borcu olmaqla, cəmi 19,828.29 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh X1 DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,243.74 manat əsas borc, 3,381.36 manat faiz borcu, 726.26 manat cərimə borcu olmaqla, cəmi 21,351.36 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh X1 DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,243.74 manat əsas borc, 3,577.32 manat faiz borcu, 558.68 manat cərimə borcu olmaqla, cəmi 21,379.74 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-228/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdеh X1 DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17,243.74 manat əsas borc, 2041,89 manat faiz borcu, 558,68 manat dəbbə pulu olmaqla, cəmi 19844,31 manat məbləğində borc və mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.

5. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın faiz borcuna münasibətdə təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə cavabdehin müqavilə üzrə yaranmış faiz borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırmamışdır. Belə ki, ekspertizaya təqdim edilmiş hesabdan çıxarışdan göründüyü kimi, xx.xx.2023-cü il tarixində ödənilən 5 manatdan 4.50 manat icbari tibbi sığorta üzrə, 0.5 manat isə xidmət haqqı üzrə, xx.xx.2023-cü il tarixdə ödənilən 250 manatdan 249.38 manat vergi ödənişi üzrə, 0.62 manat isə xidmət haqqına, xx.xx.2023-cü il tarixdə ödənilən 3000 manat manatdan 2892.11 manat DC00318062-06 saylı kredit müqaviləsi üzrə cərimə borcuna, 107.89 manat isə faiz borcuna silinmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə faiz məbləğlərinin ödənişlərində silinmələr ekspert tərəfindən düzgün aparılmamış, bu səbəbdən faiz borcu məbləğində fərq yaranmışdır. Odur ki, hesab edirik ki, xx.xx.2023-cü il tarixə hesablanmış 3,577.32 manat faiz borcu düzgün olduğundan tam təmin edilməli idi. Ekspertizaya təqdim edilmiş hesabdan çıxarışlarla müqayisədə müəyyən edilir ki,ekspertiza rəyində xx.xx.2023-cü il tarixə hesablanmış 2041,89 manat faiz borcu düzgün hesablanmamışdır. Bu səbəbdən də, qətnamə ilə müəyyən edilən faiz borc məbləği əsaslı hesab edilə bilməz

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.

9. Məhkəmə iclasında cavabdeh X4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız faiz borcunun tutulması barədə tələbin təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

15. İşdən görünür ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/8652 saylı Razılaşma imzalanmışdır. X4 tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3.№”-li versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/8652 saylı razılaşmaya əsasən X4 razılaşmanı imzalamaqla, Bank xidmtlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/link üzrə yerləşdirilən xx.xx.2021ci il tarixli 1.0.3 №-li veriyasının şərtlərini diqqətlə oxudğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edlən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. xx.xx.2022-ci il tarixli, DC00318062-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17857 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 15% olmaqla xx.xx.2024-cü il tarixinə kimi avadanlıqların alanması məqsədilə kredit götürmüşdür.

16. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00239-2023/2 saylı maliyyə arayışına əsasən X2 xx.xx.2023-cÜ il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00318062-06 maliyyələşdirmə üçün ərizəyə əsasən 17243,74 manat əsas borc, 3381,36 manat faiz borcu, 726,26 manat cərimə borcu olmaqla, cəmi 21.351,36 manat və gecikdirilmiş günlərin sayı 398 gün qeyd olunmuşdur.

17. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-01476-2023/1 saylı maliyyə arayışına əsasən X2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00318062-06 maliyyələşdirmə üçün ərizəyə əsasən 17243,74 manat əsas borc, 3572,32 manat faiz borcu, 558,68 manat cərimə borcu olmaqla, cəmi 21.379,74 manat və gecikdirilmiş günlərin sayı 628 gün qeyd olunmuşdur.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9923 saylı rəyində cavabdehin xəbərdarlıq məktubunun çatdırıldığı tarixə yəni xx.xx.2022-ci il tarixə əsas borcu 17256,84 manat, faiz borcu 2518,06 manat, xəbərdarlıq məktubunun elektron qaydada göndərildiyi tarixə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 17256,84 manat, faiz borcu 3357,41 manat, maliyyə arayışının verildiyi tarixə yəni xx.xx.2023-cü il tarixə (məhkəmə iclasına dəvət edilmiş ekspert rəyin nəticə hissəsində xx.xx.2023-cü il tarixi göstərməkdə texniki yalnışlığla yol verdiyini, əslində əsas və faiz borcunu son olaraq xx.xx.2023-cü il tarixinə, yəni qərardadın son sualında qoyuna xx.xx.2023-cü il tarixə hesabladığını bildirdi) əsas borcu 17256,84 manat, faiz borcu 2041,89 manat müəyyən edilmişdir.

19. Apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədilə Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-637/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olunanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/6039 №li ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/6039 saylı rəyində, cavabdehin xəbərdarlıq məktubunun çatdırıldığı tarixə yəni xx.xx.2022-ci il tarixə əsas borcu 17256,84 manat, faiz borcu 2518,06 manat, xəbərdarlıq məktubunun elektron qaydada göndərildiyi tarixə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 17256,84 manat, faiz borcu 3357,41 manat, maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borcu 17256,84 manat, faiz borcu 2041,89 manat müəyyən edilmişdir.

21. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, cavabdehdən tutulacaq faiz borcu isə ekspert rəyinə uyğun müəyyən edilməlidir.

22. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsində əldə edilmiş ekspertiza rəyinin mübahisə edilməsinə yönəlsə də, həmin dəlillərin yoxlanılması məqsədilə təkrar mühasibatlıq ekspertizası keçirilmiş və əldə edilmiş ekspert rəyi məhkəmənin istinad etdiyi rəyi təsdq etmişdir. Odur ki, məhkəmə əsaslı olaraq faiz borcunu ekspert rəyinə uyğun müəyyən edilmişdir.

23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

24. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-81/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar