Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-637/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh MMC-nin direktoru Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1496/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında servis texniki xidmət göstərilməsi barədə xx.xx.2018-cı il tarixli, 65700 saylı müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli zavod №00219884 Nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür.
3. Həmin müqavilənin 2-ci bəndinə əsasən “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır.
4. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehsalçının “STXM”-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı, xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənir.
5. Həmin müqavilənin 4-cü bəndinə əsasən texniki xidmətin müvafiq tələbləri NKA-ya əlavə edilən Formulyar və istismar qaydalarına uyğun yerinə yetirilir.
6. Həmin müqavilənin 5-cü bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehsalçı tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”üzərinə düşür.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli nəzarət-kassa aparatı haqqında məlumatında Merkuri-130F-01 markalı, 00219884 nömrəli nəzarət-kassa aparatının **********-31002 kodlu təsərrüfat subyektində qeydiyyatda olduğu bildirilmişdir.
8. İddiaçı MMC-nin 9 saylı maliyyə arayışına əsasən Xəzər Qrup MC-yə hesablanmış aylıq 6 manat abunə üzrə xidmət haqqı 432 manat (xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi) və qeydiyyatdan çıxma aktı üzrə 35 manat olmaqla toplam borcunun 467 manat olması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Razılaşma əsasında ödənilməli olan 72 ay abunə borcu 432 və qeydiyyatdan çıxma aktı 35 manatı. Cəmi borcu 467 (yüz altmiş yeddi) manat və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Daha sonra cavabdeh yeni ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Mülki Məcəllənin 372 maddəsi ilə iddia müddəti anlayışı nəzərdə tutulmuşdur. Məcəllənin 373.2 maddəsinə görə müqavilənin tələbləri ilə iddia müddəti 3 il nəzərə tutulmuşdur. Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənən müqavilə müddəaları AR NK-nin 01 avqust 2019cu il tarixli 338 saylı qərarı ilə ləğv edilmişdir və bununla da müqavilə avtomotik olaraq qüvvəsini itirmişdir. Bütün yuxarıdakıları nəzərə alaraq məhkəmədən iddianı əsassız sayaraq rədd edilməsi haqqında qərar çıxarılmasını xahiş edir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1496/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 216 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi yalnız 2022, 2023 və 2024-cü illər üzrə olan dövr üçün təmin edilə bilər. Belə ki, Göründüyü kimi, tərəflər arasında “servis texniki xidmət göstərilməsi haqqında” müqavilənin bağlanılması işin mübahisəsiz halını təşkil edir. Belə ki, kassa nəzarət aparatı cavabdehin adına qeydiyyata alınıb, xidmətlər göstərilib, cavabdehin izahatına əsasən 2018-2019-cu illərdə aylıq 6 manat olaraq cavabdeh iddiaçıya nəğd qaydada ödənişləri də edib. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin 2019, 2020 və 2021-ci illər üzrə xidmət göstərilməsi hissəsində təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Bundan başqa iddia tələbinin digər hissəsini təşkil edən NKA-nın qeydiyyatdan çıxarılmasına görə 35 manatın tələb edilməsini məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən cavabdehə kassa aparatının qeydiyyatdan çıxarılma xidmətinin göstərilmədiyi (hətta bugün də həmin kassa aparatı cavabdehin adına qeydiyyatdadır) müəyyən olunduğu üçün 35 manatın tutulması tələbi təmin oluna bilməz.
13. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1496/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bildirmək istəyirik ki, iddiaçının vəzifəsi NKA plomblayaraq sifarişçinin istifadəsinə vermək və bunu müqabilində aylıq xidmət haqqı yığmaqdan ibarətdir, guya iddiaçının başqa heç xidmət göstərmək vəzifəsi yoxdur. Əvvəla, qeyd edim ki, xx.xx.2017-ci ildə "xxxx" MMC-yə 260.00 manat ödəməklə (ödəniş tapşırığı əlavə olunur) Merkuri 130 F-01 markalı NKA almış və xx.xx.2017-ci ildə 028 saylı xx.xx.2017-ci il tarixli NKA servis hesabna əsasən 20.00 manat ödənilərək ilk dəfə 2017-ci il də qeydiyyata götürmüşük. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılmışdır və qərarın qeyd hissəsində bildirilmişdir ki, “ Bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmış müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir . Birinci və ikinci mərhələdə iri marketlər, yanacaqdoldurma məntəqələri və sair şirkətlər, üçüncü mərhələdə isə yəni xx.xx.2020-ci il tarixinədək bütün şəhər və regionlar üzrə ƏDV ödəyiciləri keçməli idi. Bizim ƏDV ödəyicisi olduğunu nəzərə alaraq, AR Nazirlər Kabinetinin adıçəkilən qərarı avtomatik surətdə iddiaçı ilə aramızda bağlanmış müqaviləyə xitam verdi. Yeni nəsil kassa aparatları reyestrinə baxanda görərik ki, onların çoxu 2019-cu ilin sentyabr-oktyabr aylarında dövlət reyestrinə daxil edilmişdirlər və bu səbəbdən 2020-ci ilin əvvəlində onların bazarda sayı məhdud idi, qiyməti 450.00 manatdan başlamasına baxmayarq bir çoxları POS TERMİNAL funksiyasını yerinə yetirmirdi. Bir müddət gözləyəndən sonra nəhayət 2020-ci ilin may ayında Paşabank ASC vasitəsi ilə yenidən 60.00 manat ödəyərək yeni nəsil e-kassa aldıg, aylıq servis xidməti 9.44 manat (2024-cu ildən 13,00 manat) üstəlik 2022-ci ildən Paşabank ASC xidmət tariflərində dəyişiklik edərək, 1500.00 manat limitdən az kart əməliyyatları aparan şırkətlərə əlavə aylıq 20.00 manat cərimə tətbiq edir, hazırda bizim NKA ayda 33.00 manat ödəniş edirik. Əlbəttə bizim seçimimiz olsaydı 6.00 manatlıq servis haqqı ilə Merkuri NKA istıfadə edərdik. E-kassa aparatının olmaması səbəbindən 2020-ci ilin mayına qədər biz fəaliyyət göstərmədik. (2020-ci il üçün aylıq ƏDV hesabatı reyestri əlavə edilir). İddiaçı MMC NKA-nın qeydiyyatdan çıxarılması ilk növbədə bizim marağımızda idi, belə ki kassa qeydiyyatdan çıxarıldıqda orada fiskal yaddaş göstəricisi qeyd edilir (nümünə əlavə olunur) bu da bizim sonrakı 3 il ərzində Vergı Xidmətinin səyyar yoxlamaları zamanı əsas yoxlama predmeti hesab edilirdi. Lakin 2020-ci ilin yanvar ayında bizim İddiaçı MMC iki dəfə müraciət etməyimizə baxmayaraq pasportun olmaması səbəbindən bizə xidmət göstərməkdən imtina etdilər. Hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmişdir Nəzarət-kassa aparatlarının istismarı qaydalarınnın - 7.2.17. NKA-nın texniki pasportu (formulyarı) itdikdə, həmin sənədin dublikatını vermək kimi vəzifəsi var idi. 2020-ci ilin yanvar ayınadək, biz bütün ödənişləri bütünlüklə İddiaçı MMC tərəfindən heç bir elektron hesab faktura təqdim etmədən servis xidmətini nağd şəkildə (heç bir ödəniş qəbzi təqdim etmədən) ödəmişik. Əgər İddiaçı əksini tələb edirsə onda o zaman 2017-2018-ci illərdə bizim tərəfimizdən ödənilmiş ödəniş sənədlərinin surətini məhkəməyə təqdim etsin. Eyni zamanda qeyd edim ki, NKA aylıq servis haqqı ödənilmədikdə növbəti ayda bir neçə gün sonra blok olurdu və onun istifadəsi mümkün olmurdu. İddia ərizəsində göstərilir ki, “ Hər rüb Vergi ödəyicisi Vergiyə bəyamnamə (online) təqdim edir. Və bu bəyamnamə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM tərəfindən Z- hesabatı çıxarılaraq VN təqdim edilərək təsdiqlənir.” Əgər bizim tərəfimizdən ödəniş olunmayıbsa o zaman 2019-cu ildə STXM tərəfindən Z –hesabat necə çıxarılıb? İddia ərizəsindən belə çıxır ki, bizim şirkət 2019-cu ildə kassa aparatından istıfadə etməmişdir və iddiaçıda bizə heç bir xidmət göstərməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi arayış ilkin uçot sənədi deyil və borcun yaranması haqqında sənəd sayıla bilməz. Mühasibat uçotu haqqında qanununa görə, (maddə 3) bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məcburidir. (2.1.10). Tərəfimizdə 2017-2024-cü illər üçün bizə xidmət göstərən bütün şirkətlərin bizə təqdim edilən bütün elektron qaimələrin siyahısını əlavə edirəm. İddiaçıdan başqa bütün şirkətlər xidmət göstərib, EQ təqdim edib və ödənişini də alıblar. Onu da qeyd edim ki, bizim yeni operatorumuz “NBA texnologies MMC” servis xidməti ilə əlaqədar hər ay EQ təqdim etməsinə baxmayarq biz ödənişi bir dəfə ilin əvvəlindən avans olaraq ödəyirik. İddiaçı MMC 2020-ci ildən başlayaraq bizim şirkətə heç bir xidmət göstərməyib və bizim də heç bir öhdəçılıyimiz yaranmayıb. İddiaçı nəinki xidmətlərin görülməsi haqqnda 1 ədəd belə elektron qaimə tətbiq etməyib, 5 il ərzində borc haqqında heç olmasa 1 ədəd məktubla belə müraciət etməyib. Yalnız iki ay əvvəl telefon danışığı zamanı mən onlardan görülmüş xidmətlər haqqında hər hansı bir sənəd tələb edəndə bizə 5 illik müddəti əhatə edən EQ və xx.xx.2024-cü ildə xəbərdarlıq məktubu və 1 saat 20 dəqiqədən sonra iddia ərizəsi ilə müraciət olunmuşdur. Xəbərdarlıq məktubunda göstərilir ki, biz Merkuri kassa aparatından bu günə qədər istifadə edirik “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli 1704-VQD nömrəli Qanununun 2.3-cü maddəsinə əsasən 2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları barədə məlumat formasını vergi orqanına təqdim etməlidirlər. 1 yanvar 2020-ci il tarixə debitor və avans üzrə kreditor borclara dair məlumatı ASAN imzadan istifadə edərək 1 yanvar 2021-ci il tarixədək təqdim edilməlıdir. “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması”nın tərtib edilməsi QAYDASİ-nin 1-ci bəndində göstərilir. Bu forma xx.xx.2020-ci il tarixədək qeydiyyata alınmış ƏDV ödəyiciləri tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək təqdim olunur. Müvafiq forma təqdim edilmədikdə (və yaxud heç bir göstərici olmadan təqdim edildikdə) vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur. Tərəfimizdən iddia tələbinə dair müddətin ötürülməsi ilə bağlı ərizə məhkəməyə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdehin direktoru Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
25. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
26. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında əsasnamənin 1.3-cü bəndinə əsasən NKA-nın satışı, istismarı, servis texniki xidməti və təmiri qaydalarının yaradılmasında iştirak edən və bilavasitə NKA-nı satan, istismar, servis texniki xidmət və təmir edən, həmçinin göstərilən fəaliyyətlərə, o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə nəzarət edən təşkilat, müəssisə və idarələrə aşağıdakılar aiddir: - nəzarət-kassa aparatlarının servis texniki xidmət mərkəzləri (STXM) 9.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır. 9.2-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçısı:-NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır. 9.3-cü bəndinə əsasən nəzarət-kassa aparatları istehlakçısının vəzifələri: - 9.3.1. NKA-nı vergi orqanlarında qeydiyyatdan keçirmək; - 9.3.2. Vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; 9.3.3. NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; 9.3.8. Vergi orqanlarında STXM-in tələblərinə uyğun NKA-nın alınması, servis texniki xidməti və təmiri ilə əlaqədar olan sənədləri və həm də bu məsələlərlə əlaqədar olan lazımi izahat, arayış və məlumatları təqdim etmək;
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən , apelleyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı iddia rədd olunmalıdır.
35. İddiaçı MMC ilə Xəzər Grup MMC arasında servis texniki xidmət gösdərilməsi barədə xx.xx.2018-cı il tarixli, müqavilə bağlanmış və xidmət haqqı aylıq 6 manat müəyyən edilmişdir.
36. Müqavilənin 2-ci bəndinə əsasən, “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA -nın fasiləsiz işləməsinə imkan yaradır.
37. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılmışdır və qərarın qeyd hissəsində bildirilmişdir ki, “Bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmış müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməsi nəzərdə tutulmuşdur.
38. Kollegiya qeyd edir ki, adı çəkilən qərardan göründüyü kimi, birinci və ikinci mərhələdə iri marketlər, yanacaqdoldurma məntəqələri və sair şirkətlər, üçüncü mərhələdə isə yəni xx.xx.2020-ci il tarixinədək bütün şəhər və regionlar üzrə ƏDV ödəyiciləri keçməli idi. Cavabdeh ƏDV ödəyicisi olduğundan xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan yeni nəsil e-kassa aparatları ilə əvəz edildiyindən NKA apartlarından istifadə olunmamış, bu səbəbdən də xx.xx.2020-ci il tarixdən 2024-cü il daxil olmaqla İddiaçı MMC-tərəfindən cavabdehə məxsus NKA apartına ayliq texniki servis xidməti göstərilməsi ilə bağlı hər hansı sübut (elektron qaimə, mühasibat üçot sənədi, xidmətin göstərilməsinə dair yekun akt və.s) iş materillarına əlavə olunmamışdır. Həmçinin iddiaçı tərəfindən 5 il ərzində nəinki aylar, hətta illər üzrə də borcla bağlı cavabdehə hər hansı məktubla belə müraciət olunmamışdır.
39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məlumatında Merkuri-130F-01 markalı, 00219884 nömrəli nəzarət-kassa aparatının **********-31002 kodlu təsərrüfat subyektində hazırda qeydiyyatda olmasına münasibətdə məhkəmə kollegiyası hesab edir ki, sözügedən köhnə nəsil nəzarət-kassa aparatının təsərrüfat subyektində hazırda qeydiyyatda qalması səbəbinə görə xidmətlərin göstərilməsinin davam etməsi kimi qiymətləndirmək olmaz. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarı ilə Merkuri-130F-01 markalı, 00219884 nömrəli nəzarət-kassa aparatının istifadəsi tam məhdudlaşdırılmış və cavabdeh həmin aparatdan istifadə edəbilmədiyinə görə fəaliyyətsiz qalmış, 2020-ci ilin may ayından yeni nəsil e-kassa aparatı ilə qeydiyyatdan keçmiş və həmin aparata servis xidmətlərinin göstərilməsi ilə bağlı ayda 33.00 manat ödəniş etməklə yeni müqavilə bağlamışdır.
40. Kollegiya vurğulayır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında dəfələrlə qeyd edilmiş mövqeyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
41. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Ona görə də, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
43. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1496/2025 nömrəli qətnaməsi ləğv edilsin, iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.