Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-640/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borc, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-88/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 4012- ƏKM №-li əsas kredit müqaviləsindən görünür ki, borc verən borc alana 60 ay müddətində (xx.xx.2017-ci il tarixədək) 350000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, borc alan isə ona bi kredi limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.3-cü bəndinə əsasən hər bir kreditin müddəti, məbləği, valyutası, qaytarma şərtləri, ona hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri, məqsədi (təyinatı) və digər xüsusi şərtləri müvafiq Əlavə kredit müqaviləsi ilə tənzimlənir. 5.4.11-ci bəndinə əsasən əlavə kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bu müqavilə rəsmiləşdirildikdən sonra 15 bank günü ərzində Cavabdeh3 məxsus **********405101-093037 reyestr nömrəli ünvan 1 ünvanda yerləşən əmlakın borc verənin xeyrinə ipoteka hüququ ilə yüklü edilməsini, bununla əlaqədar borc verənlə Cavabdeh2 arasında ipoteka müqaviləsinin bağlanmasını təmin etmək; borc alan qeyd olunan öhdəliyini icra etmədikdə, borc verən birtərfli qaydada əlavə kredit müqavilələrində müəyyən olunmuş illik faiz dərəcəsini 3%-dək artırmaq hüququna malikdir. 7.1-ci bəndinə əsasən bu müqavilə, o cümlədən bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində: 4012-İZG/1 saylı ipoteka müqaviləsi üzrə ipoteka olan əmlak; xx.xx.2022-ci il tarixli 4012-İZG/2 saylı zaminlik müqaviləsi çıxış edir.
2. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli, 4194- KQ №-li əlavə kredit müqaviləsindən görünür ki, borc verən borc alana 36 ay müddətində (xx.xx.2025-ci il tarixədək) 121000 manat məbləğində, kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.Həmin müqavilənin 1.8-ci bəndinə əsasən tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti, borc alanın öhdəliklərinin icra edilməməsinə görə tətbiq edilən cərimə sanksiyalarının miqdarı, kreditin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi hüququ, tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq bu müqavilə ilə tənzimlənməyən digər məsələlər üzrə tərəflərin münasibətlərinə əsas kredit müqaviləsinin müvafiq müddəaları tətbiq edilir.
3. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 4012- KQ №-li əlavə kredit müqaviləsindən görünür ki, borc verən borc alana 6 ay müddətində (xx.xx.2023-cü il tarixədək) 14000 manat məbləğində, kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.7-ci bəndinə əsasən tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti, borc alanın öhdəliklərinin icra edilməməsinə görə tətbiq edilən cərimə sanksiyalarının miqdarı, kreditin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi hüququ, tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq bu müqavilə ilə tənzimlənməyən digər məsələlər üzrə tərəflərin münasibətlərinə əsas kredit müqaviləsinin müvafiq müddəaları tətbiq edilir.
4. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 4012-İZG/2 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin 1.2-ci bənddə qeyd olunmuş əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və müqavilənin 1.4-cü bəndinə göstərilmiş müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilənin 2.3.1-ci bəndinə əsasən zamin borc alanın əsas və ya əlavə kredit müqavilələri üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borc alanla birlikdə məsuliyyət daşımaq öhdəliyi daşıyır.
5. "xxxx" ASC (İpoteka saxlayan) ilə Cavabdeh3 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 4012-İZG/1 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən, borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir. İpoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li çıxarışa əsasən İpoteka qoyanın mülkiyyətində olan aşağıdakı əmlakdır: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59,0 kv.m ümumi, 45,9 kv.m yaşayış, 13,1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 48 nömrəli mənzil. Müqavilənin 1.7-ci bəndinə əsasən FM Consulting MMC qiymətləndirmə şirkətinin ******* saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 105000 manat, likvid dəyəri isə 95000 manat məbləğində müəyyən edilir.
6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ünvanında yerləşən 59 kv.metr olan mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir.
7. 04.12.2023-cü il tarixə verilmiş maliyyə arayışından görünür ki, həmin tarixə 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-yə olan əsas borcu 8219,09 manat, ödənilməmiş faiz borcu 58,22 manat, ödənilməmiş cərimə faizi 0 manat olmaqla, ümumilikdə 8277,31 manat təşkil edir.
8. 04.12.2023-cü il tarixə verilmiş maliyyə arayışından görünür ki, həmin tarixə 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-yə olan əsas borcu 121000 manat, ödənilməmiş faiz borcu 10248,93 manat, ödənilməmiş cərimə faizi 2637,8 manat olmaqla, ümumilikdə 133886,73 manat təşkil edir.
9. 06 noyabr 2024-cü il tarixə verilmiş maliyyə arayışından görünür ki, həmin tarixə 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-yə olan əsas borcu 8219,09 manat, ödənilməmiş faiz borcu 437,21 manat, ödənilməmiş cərimə faizi 0 manat olmaqla, ümumilikdə 8656,3 manat təşkil edir.
10. 06 noyabr 2024-cü il tarixə verilmiş maliyyə arayışından görünür ki, həmin tarixə 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-yə olan əsas borcu 121000 manat, ödənilməmiş faiz borcu 26987,23 manat, ödənilməmiş cərimə faizi 7695,25 manat olmaqla, ümumilikdə 155692,48 manat təşkil edir.
11. 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 121000 manat olan illik faiz dərəcəsi 15 % olmaqla 36 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 16 yanvar 2023-cü il tarixdən 16 dekabr 2025-ci il tarixinə qədər hər ayın 16-ı olmaqla 4390,35 manat, sonuncu ay 4390,28 manat ödəməlidir.
12. 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 14000 manat olan illik faiz dərəcəsi 15 % olmaqla 6 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 01 yanvar 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixinə qədər hər ayın 1-i olmaqla 2436,47 manat, sonuncu ay 2436,49 manat ödəməlidir.
13. 29 noyabr 2023-cü il tarixli MŞB/18-01581 nömrəli mediasiya arayışından məlum olur ki, tərəflər mediasiya prosesində iştirak etmişlər, iddiaçı tərəfindən ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir.
14. "xxxx" ASC tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, bank xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsinə əsasən 8219,09 manat əsas borc, 58,22 manat faiz borcu, cəmi 8277,31 manat, xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı kredit müqaviləsinə əsasən 121000 manat əsas borc, 10248,93 manat faiz borcu, 2637,80 manat cərimə borcu olmaqla, cəmi 133886,73 manat olmaqla, ümumilikdə 142164,04 manat məbləğin tam şəkildə 3 gün ərzində ödənilməsini tələb etmiş əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.
15. "xxxx" ASC tərəfindən ipoteka qoyan X4 ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq Abşeron rayonu Saray qəsəbəsində 0.06 ha torpaq sahəsinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün başladıqları xəbərdarlıq edilmişdir.
16. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/5821 saylı rəyi ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2022 tarixli 4012-KQ saylı Əlavə Kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu sualda göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc 7431,48 manat, faiz borcu 0 manat və ekspert rəyi verilən tarixə - xx.xx.2024-cü il tarixinə əsas borc 7431,48 manat olması müəyyən edilmişdir.
17. İş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/8003 saylı rəyi ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2022 tarixli 4012- ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2022-ci il tarixli 4194- KQ saylı kredit müqaviləsinə əsasən banka ödənilməli olan kredit borcu maliyyə arayışında göstərilən tarixə - xx.xx.2024-cü il tarixinə əsas borc 120546,25 manat, faiz borcu 17908,34 manat və ekspert rəyi verilən tarixə - xx.xx.2024-cü il tarixinə əsas borc 120546,25 manat, faiz borcu 25141,11 manat olması müəyyən edilmişdir.
18. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 9/9750 saylı rəyi ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2022 tarixli 4194- KQ saylı əlavə kredit müqaviləsinə əsasən banka ödənilməli olan kredit borcu maliyyə arayışında göstərilən tarixə - xx.xx.2024-cü il tarixinə əsas borc 121000 manat, faiz borcu 26770,83 manat olması müəyyən edilmişdir.
19. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/1646- 10/1634 saylı ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 38 saylı evin, 55 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 126000 manat məbləğində, likvid dəyəri isə təqribən 113000 manat məbləğində müəyyən edimişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
20. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012- KQ saylı əlavə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 8219.09 manat əsas borc, 58.22 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 8277.31 manat, xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022- ci il tarixli 4194- KQ saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 121 000 manat əsas borc, 10 248.93 manat faiz borcu, 2637.80 manat cərimə borcu olmaqla, cəmi 133 886.73 manat olmaqla, ümumilikdə 142164.04 manat məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.85 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2022-ci il tarixli 4012-İZG/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh2 xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsi üzrə ümumilikdə 142164.04 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30.85 manat dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan – Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə tutma yönəldikdən sonra cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi, Satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 4012-ƏKM nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 30 faizdən çox olmamaq şərti ilə, 60 ay müddətinə 350000 manat məbləğində bərpa olunan kredit xətti ayrılmışdır. 4012-ƏKM nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi: 1. Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2022-ci il tarixli 4012-İZG/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli 4012-İZG/2 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh2 aktiv kredit öhdəliyinin bağlanılması məqsədi ilə illik 15 faiz dərəcəsi ilə 6 ay müddətinə 14000 manat məbləğində kredit verilmiş, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas vəsaitlərin artırılması məqsədi ilə illik 15 faiz dərəcəsi ilə, 36 ay müddətinə 121 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4012- ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsinə əsasən vəsaitdən istifadə etmiş, hər iki kredit müqaviləsi üzrə əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi hər müqavilə üzrə tərtib edilən ödəniş cədvəllərinə müvafiq həyata keçirilməlidir. Cavabdehlər kredit müqavilələri üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012- KQ saylı əlavə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 8219.09 manat əsas borc, 58.22 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 8277.31 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022- ci il tarixli 4194- KQ saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 121 000 manat əsas borc, 10248.93 manat faiz borcu, 2637.80 manat cərimə borcu olmaqla, cəmi 133886.73 manat borcu qalmışdır. Ümumilikdə, Cavabdeh2 hər iki kredit müqaviləsi Banka ödənilməmişborcu 142164.04 manat borcu qalmışdır. Cavabdehlərə xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4012- KQ saylı əlavə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan əlavə, 4012-ƏKM nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinədair təminat qismində olan əmlaka – əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş tərəfimizdən göndərilmiş, həmin bildiriş üzrə əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair 52.48 manat dövlət rüsumu tərəfimizdən ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Bundan başqa, cavabdehə kredit vəsaiti sahibkarlıq məqsədi üçün verildiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilmiş, razılıq əldə edilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. İlkin mediasiya sessiyası üçün tərəfimizdən 410 manat dövlət rüsumu ödənilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Hazırki mübahisə üzrə iddia qiyməti 142 164.04 manat olduğundan, tərəfimizdən ilkin mediasiya sessiyası üçün tərəfimizdən 410 manat dövlət rüsumu ödəniş edildiyini nəzərə alaraq, məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumu 30.85 manat təşkil edir.
22. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 01,12.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əiavə olaraq xx.xx.2022-ci il tarixli 4012- KQ saylı Ə|avə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu - 8219.09 manat əsas borc, 437.21 manat faiz borcu olmaqla, cəmi 8656.30 manat, xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu 121000 manat əsas borc, 26987.23 manat faiz borcu, 7695.25 manat cərimə borcu olmaqla, cəmi 155 682.48 manat olmaqla, ümumilikdə 164338.78 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 AZN məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44.34 manat dövlət rüsumunun tutulması, Tələbin Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2022-cİ il tarixli 4012-İZG/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1- ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə yönəldilməsi, Həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh2 xx.xx.2022~ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq 01,12.2022-ci il tarixli 4012-KQ saylı əlavə kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli 4012-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2022-ci il tarixli 4194-KQ saylı əlavə kredit müqaviləsi üzrə ümumilikdə 164 338.78 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 44.34 manat dövlət rüsumunun ödənilməsinə yönəldilməsi; Satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-88/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 4012- KQ saylı əlavə kredit müqaviləsinə əsasən 7431 manat 48 qəpik əsas borc, xx.xx.2022-ci il tarixli 4194-KQ saylı kredit müqaviləsinə əsasən 121000 manat əsas borc, 10248,93 manat faiz borcu, 2637,80 manat cərimə borcu olmaqla, cəmi 133886 manat 73 qəpik borc tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 52 manat 48 qəpik dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərcinin 200 manatının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat 85 qəpik dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Tələb, xx.xx.2022-ci il tarixli 4012-İZG/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 113000 manat müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsait cavabdehlərin borcunun ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Hərrac satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli olduğu, məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaitinin 250 manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 100 (yüz) manat məbləğində hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi müəyyən edilmişdir.
24. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kreditor, yəni iddiaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdeh də kredit müqavilələri üzrə üzrlü səbəblərdən ödənişləri gecikdirdiyini, vaxtında öhdəliyini icra etmədiyini qəbul etmişdir. Nəticədə iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit və zaminlik müqavilərləri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Lakin bununla belə məhkəmə iddiaçının iddia ərizəsini verdikdən sonra iddia tələbinin həcminin faiz borcları hissəsində artırılmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlərə xx.xx.2023-cü il tarixdə bildiriş göndərərək 16 dekabr 2022-ci il tarixli, 4194- KQ №-li əlavə kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcların tam ödənilməsini, yəni müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etmiş, bununla da müqavilədən birtərəfli qaydada imtina edərək öz iradə ifadəsini göstərmişdir. Belə olan halda isə xx.xx.2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə ləğv edildikdən sonra faiz hesablana bilməz, iddiaçı yalnız müqavilədən imtina etdiyi müddətədək, yəni xx.xx.2023- cü il tarixədək hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını əsas götürüb faiz borcunun müqavilənin ləğvinə qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab etmişdir ki, 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə faiz borcu iddiaçının həmin müqavilədən birtərəfli qaydada imtina etdiyi xx.xx.2023-cü il tarixinə hesablanmış 10248,93 manat məbləğində, əsas borc isə 121000 manat məbləğində müəyyən olunmalıdır. Həmçinin məhkəmə iddiaçının 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcuna münasibətdə qeyd etmişdir ki, həmin müqavilə üzrə iddiaçı ilkin olaraq 8219.09 manat əsas borc, 58.22 manat faiz borcu, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə 8219.09 manat əsas, 437.21 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Halbuki həmin kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Bir daha, yuxarıda qeyd edilmiş əsaslara, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarındaformalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə qeyd etmişdir ki, faiz borcu müqavilə müddətinin sonuna qədər hesablanmalıdır. Eyni zamanda keçirilmiş məhkəmə ekspertizası ilə rəyin verildiyi tarixə əsas borcun 7431,48 manat olduğu, faiz borcunun isə olmadığı müəyyən edilmişdir. Buna görə də məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, həmin müqavilə üzrə ekspert rəyinə uyğun olaraq cəmi 7431,48 manat əsas borc tutulmalıdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, cavabdehlərin 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehlərdən 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə tutulması ilkin iddia ilə tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından həmin müqavilə üzrə 2637,8 manat məbləğində cərimə məbləği tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/1646- 10/1634 saylı ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 38 saylı evin, 55 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 126000 manat məbləğində, likvid dəyəri isə təqribən 113000 manat məbləğində müəyyən edimişdir. Məhkəmə, ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab etmişdir ki, ilkin satış qiyməti müəyyən olunarkən ekspert rəyi əsas götürülərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 38 saylı evin, 55 saylı mənzilinin ilkin satış qiyməti 113000 manat məbləğində müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına cavabdehlərin borcu ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etdiklərini nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş 400 manat mediasiya xərcinin 200 manatının, iddia ərizəsi üçün ödənilmiş 30,85 manat dövlət rüsumunun, ipoteka bildirişinin qeyda alınması üçün ödənilmiş 52.48 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti – texniki və mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat xərcin 100 manatı iddiaçıdan, 250 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 269.1, 269.4, 317.1, 319.1, 399.3, 399.4, 421.2, 421.3, 442, 447.1, 448.1, 462.1, 465.2, 467-ci maddələrinə, 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə, “İpoteka haqqında” Qanunun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3, 41.1, 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
26. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin əsas, faiz və cərimə borcu hissəsində ləğv edilməsi, iddia tələbinin əsas, faiz və cərimə borcu hissəsində tam təmin edilməsi, apellyasiya şikayəti üçün ödənilmiş 227.17 manat dövlət rüsumunun və 0.80 manat xidmət haqqının banka qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, qətnamənin əsas, faiz və cərimə hissəsində ləğv edilməlidir. Məhkəmə mühasibatlıq ekspertizası nəticəsi düzgün aparılmamışdır. Kredit müqaviləsinin 4.4-cü bəndinə əsasən əlavə kredit müqaviləsində ayrı qayda nəzərədə tutulmayıbsa, borc alanın xeyrinə həyata keçirilən ödəniş borc alanın borc verən qarşısında cari tarixə müvafiq əlavə kredit müqaviləsi üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayət etmədikdə müvafiq pul vəsaitləri borc alanın borc verən qarşısında həmin əlavə kredit müqaviləsi üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıqla yönəldilir. 1-ci növbədə məhkəmə və ya məhkəmədənkənar qaydada tələbin irəli sürülməsi və bu müqavilə və /və ya müvafiq Əlavə kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasına nail olmaq üçün borc verənin xərcləri, 2-ci növbədə cərimə, penya, 3-cü növbədə hesablanmış faizlər, 4-cü növbədə əsas borc, bu bəndədə qeyd olunan ardıcıllıq borc verən tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Ekspert müqavilənin bu bəndini nəzərə almadan rəy tərtib etmişdir. Belə ki, cərimə borcunu faiz və əsas borcundan silinmə kimi qəbul etmiş və əsas və faiz borcunu azaltmışdır.
28. Apelyator şikayətində pozulmuş maddi və prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini, AR Mülki Məcəlləsinin 432.4, 445.1, 445.2, 445.3, 445.8-ci maddələrini, AR MPM-in 106.1, 88, 77.1-ci maddələrini göstərmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
30. Məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi, təmin edilməsini və qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini xahiş etdi.
31. Cavabdeh2 apellyasiya şikayətinə etiraz etdi, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
32. Digət cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
33. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206-cı maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin əsas, faiz və cərimə borcu tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini, habelə digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcu üzrə borcun tutulmasına dair iddianın rədd edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 4012-ƏKM №-li əsas kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətində 350000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılmışdır. Həmin müqavilə çərçivəsində eyni tərəflər arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 4012-KQ №-li əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 6 ay müddətində (xx.xx.2023-cü il tarixədək), kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə 14000 manat məbləğində və 16 dekabr 2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətində (xx.xx.2025-ci il tarixədək), kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə 121000 manat məbləğində kreditlər verilmişdir.
39. Əsas kredit müqaviləsi və onun çərçivəsində bağlanmış kredit müqavilələri üzrə Cavabdeh2 öhdəliklərinin təminatı olaraq digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəlikləri lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə banka borcu yaranmışdır. Hazırda iddiaçı "xxxx" ASC həmin müqavilə üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.
40. xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas və faiz borclarına gəldikdə kollegiya qeyd edir ki, həmin müqavilə üzrə kreditin verilməsi müddəti (xx.xx.2025-ci il) bitmişdən əvvəl iddiaçı cavabdehlərə xx.xx.2023-cü il tarixli bildiriş göndərərək həmin müqavilə üzrə kredit məbləğinin və faizlərin tam şəkildə ödənilməsini tələb etmiş, bununla da müqavilənin vaxtından əvvəl ləğv edilməsinə dair iradəsini cavabdehlərə çatdırmış, yəni sözügedən müqavilə ən geci həmin tarixdən etibarən vaxtından əvvəl ləğv edilmişdir. Kollegiya xatırladır ki, iddiaçı yalnız müqavilənin xitam tarixinədək olan müddət üçün müqavilə şərtlərinə əsaasən hesablanmış faizlərin cavabdehlərdən tutulmasını tələb etmək hüququna malikdir.
41. Bununla bağlı kollegiya həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi, sözügedən kredit müqavilələriü üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, lakin həmin bildirişin cavabdehlərə göndərildiyi tarixi təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. “İpotekaya tutma yönəldilməsi barədə” bildirişin qeydiyyata alınması tarixinə əsasən həmin bildirişin “borcun vaxtından əvvəl tam məbləğdə ödənilməsi barədə” xx.xx.2023-cü il tarixli bildirişdən əvvəl göndərilməsini, yəni mübahisəli kredit müqaviləsinin xx.xx.2023-cü il tarixdən əvvəl ləğv edilməsini ehtimal etmək mümkündür. Lakin kollegiya birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsinin ləğv edilməsi tarixi kimi xx.xx.2023-cü il götürülməklə kredit müqaviləsi üzrə borcun həmin tarixədək hesablandığını və cavabdehlərin isə qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verməməklə məhkəmənin gəldiyi nəticə ilə razılaşdığını nəzərə alaraq hesab edir ki, hazırkı halın araşdırılması apellyasiya baxışının predmetinə daxil deyildir.
42. Digər tərəfdən iş materiallarından o da görünür ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehlərdən tutulacaq əsas və faiz borcu məbləğlərini müəyyən edərkən ekspert rəylərini əsas götürməmiş, əksinə həmin borc məbləğlərini iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş məktubunda və iddiaçının ilkin olaraq məhkəməyə müraciət etdiyi iddia ərizəsində tələb edilmiş məbləğdə - 121000 manat əsas borc, 10248,93 manat faiz borcu məbləğində müəyyənləşdirmişdir. Odur ki, həmin müqavilə üzrə cavabdehlərdən tutulması qət edilmiş əsas və faiz borcu məbləğləri bank tərəfindən müqavilə üzrə pretenziyanın tarixinə hesablanmış və tələb edilmiş borc məbləğləri olduğundan, yəni həmin məbləğlər ekspert rəyləri əsasında hesablanmadığından həmin hissədə ekspert rəyinin əsassız olması barədə iddiaçının dəlillərinin araşdırılması zərurəti mövcud deyildir.
1. İddiaçının məhkəmə iclasında səsləndirdiyi məhkəmənin iddianı dəqiqləşdirilməsi barədə ərizəni nəzərə almaması barədə dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, iddianın həcminin artırılması müqaviləyə xitam verildiyi tarixdən sonrakı dövr üçün əlavə faizlərin hesablanması ilə bağlı olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı yalnız müqavilə xitam verilənədək olan müddət üçün hesablanmış faizləri tələb etmək hüququna malik olduğundan iddia tələbinin artırılmış hissəsinin əsassız olması açıqaşkardır.
2. xx.xx.2022-ci il tarixli əlavə kredit müqavilələri üzrə cavabdehlərdən tutulmalı olan əsas və faiz borcunun məbləği ilə bağlı isə kollegiya qeyd edir ki, Cavabdeh2 borcların məbləğini müəyyən etmək üçün birinci instansiya məhkəməsi iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirmişdir. Ekspert rəyi ilə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə əsas borc 7431,48 manat məbləğində olması, faiz borcunun isə olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar əsaslar olmadığından birinci instansiya məhkəməsi həmin rəyi mötəbər sübut qismində nəzərə almaqla haqlı olmuşdur. İddiaçı isə apellyasiya şikayətində ekspert rəyinin mötəbərliyini mübahisələndirsə də, həmin rəyi şübhə altına alacaq konkret hallara istinad etməmişdir. Odur ki, kollegiya iddiaçının sözügedən arqumentlərini əsaslı hesab etmir.
3. Digər tərəfdən məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, mübahisəli müqavilə üzrə kreditin verilmə müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi halda ekspert rəyində məhkəmənin qoyduğu suala uyğun olaraq xx.xx.2024-cü il tarixinə əsas borcun 7431,48 manat olması müəyyən edilmişdir. Həmin borc məbləği xx.xx.2024-cü il tarixinədək olan müddət üçün hesablanmış faizlər nəzərə alınmaqla və ödənişlərin bir qismi həmin faizlərə silinməklə hesablanmışdır. Lakin kollegiya vurğulayır ki, qətnamənin əsaslılığı cavabdehlər tərəfindən mübahisələndirmədiyindən sözügedən məsələyə də münasibət bildirilmir.
4. Tələbin dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini, eləcə də dəbbə pulunun müqavilə üzrə öhdəliklərə aid olduğundan onun da məhz müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün hesablanmalı olmasını nəzərə almışdır. Odur ki, həmin hissədə də iddiaçının dəlilləri əsassızdır.
5. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
6. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
7. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-88/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov