Məhkəmə qərarları › İş №2-2(103)-641/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-641/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-641/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı QSC bank olmayan kredit təşkilatının (BOKT) Cavabdeh MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və əmlaklara yönəldilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-257/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-257/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə həmin qətnamədən verilmiş apellyasiya şikayəti, MPM-in Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh yenidən apellyasiya şikayəti ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə onun apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan tələbləri qaydasında iş materiallarını araşıdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsində nəzərdə tutulur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır, onu vermiş şəxsə qaytarılır. İş materiallarında olan məhkəmə və poçt xidməti qəbzlərinə əsasən müəyyən olunur ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi (Nümayəndə2 Fəxərəddin oğlu) birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2020-ci il tarixində rəsmi qaydada almış, ilkin olaraq həmin qətnamədən apellyasiya şikayəti məhkəməyə xx.xx.2020-ci il tarixində təqdim edilmiş, lakin MPM-in 10-1.3-cü maddəsinin tələbinə müvaiq olaraq elektron kabinet vasitəsilə verilmədiyindən, apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti, qeyd olunan nöqsanı aradan qaldırılmaqla, xx.xx.2020-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yenidən məhkəməyə təqdim edilmişdir (Apellyasiya şikayəti xx.xx.2020-ci il tarixində imzalanmışdır) . xx.xx.2020-ci il tarixində məhkəmə qəbzi ilə rəsmi qaydada alınmış qətnamədən apellyasiya şikayəti vermə müddətinin son günü xx.xx.2020-ci il tarixinə, yəni həftənin qeyri-iş gününə (şənbə) düşür. Belə olan halda, cavabdeh tərəfindən apellyasiya şikayəti MPM-in 129.2-ci maddəsinin tələbi qaydasında, növbəti iş günü, yəni, xx.xx.2020-ci il tarixində məhkəməyə təqdim edilməli idi. Lakin onun tərəfindən arpellyasiya şikayəti elektron kabinet vasitəsilə xx.xx.2020-ci il tarixində təqdim edilmiş, bununla da şikayət vermə müddətini 3 (üç) gün buraxmışdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarına diqqət yetirilməmiş, apellyasiya şikayətinin qaytarılması üçün prosessual əsasların olubolmaması yoxlanılmadan, apellyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, MPM-in qeyd olunan 130.3-cü, habelə, 363.1.3-cü maddələrinin tələbləri baxımından, prosessual müddət keçdiyi və həmin müddətin bərpa olunmasına dair məhkəmə aktı mövcud olmadığı halda, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkünlüyü istisna edilir. Beləliklə də qeyd olunan prosessual pozuntuları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və onu vermiş cavabdehə qaytarılması üçün apellyasiya şikayəti iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsnnə göndərilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti onu vermiş cavabdehə qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar