Məhkəmə qərarları › İş №2-2(103)-644/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-644/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-644/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Cavabdeh, vəkili və nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “Main Development LTD”-nin Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi və borcun tutulmasına dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, e-2-2 (113)-576/2021 saylı qətnaməsindən (hakim Aytən Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Main Development LTD” Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanılmış 03 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qalıq borc olan 8400 manat və mart, aprel, may,iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarının icarə haqqı olan 75900 pulun tutularaq “Main Development LTD”-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,“Main Development LTD” Kanada şirkətinə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 847.2 kv/m, yaşayış sahəsi 267 kv/m olan 18 otaqlı fərdi yaşayış evinin icarəyə verilməsi ilə bağlı 03 dekabr 2019-cu il tarixdə, Cavabdeh ilə aralarında bağlanılmış icarə müqaviləsi, Bakı şəhəri 5 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən təstiq edilmişdir. Həmin müqavilənin 4cü bəndinə əsasən icarəçi Cavabdeh icarəyə verən “Main Development LTD” yə hər ay icarə haqqı olaraq 1-ci il üçün 7500 (yeddi min beş yüz manat), 2-ci il 8250 (səkkiz min iki yüz əlli manat), 3-cü il 9000 (doqquz min manat) icarə haqqı olan pulu vergilər çıxıldıqdan sonra qalan məbləğin konvertasiya olunaraq “Main Development LTD” Kanada şirkətinin hesabına köçürülməsini öhdəsinə götürmüşdür. Cavabdeh ilə əvvəllər də “Main Development LTD” arasında 02 may 2017-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır və icarəçi tərəfindən hər ay icarə pulunun verilməsində bəzi problemlər olmuşdur. Belə ki, ona icarə pulunun gecikdirilməsi ilə bağlı 13.05.2019-cu il tarixdə xəbərdarlıq edilmişdir Sonuncu dəfə “Main Development LTD” tərəfindən 9 iyun 2020ci il tarixdə Cavabdeh xəbərdarlıq edilərək bildirilmişdir ki, əvvəlki aylardan qalan 8400 ( səkkiz min dörd yüz manat) qalıq borcunun ödənilməsi və mart, aprel, may, iyun aylarının icarə haqlarının ödənilməsi bildirilmişdir. Həmçinin qeyd olunmuşdur ki, bütün dünyada baş vermiş pandemiya COVİD-19 ilə bağlı bütün sahələrdə olduğu kimi turizim sahəsində də problemlər var odur ki, icarəyə verilmiş sahənin təhvil verməsi və qalıq 8400 (səkkiz min dord yüz manat) qalıq borcunun ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh Mikayil Əliyev edilmiş bu xəbərdarlığa məhəl qoymayaraq, heç bir icarə haqqı ödənilmədiyi halda həmin sahədən bu günə kimi qanunsuz olaraq istifadə etməkdər. Odur ki, bu barədə məhkəməyə müraciət etmək məcburiyəti yaranmışdır. Cavabdeh 2020-ci ilin noyabr ayına kimi icarə haqlarını və 8400 manat pulu ödəməyərək hal-hazıra kimi həmin sahədən özbaşına istifadə etməkdə davam edir. “Main Development LTD” ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyata alıdığından “Main Development LTD”-yə hər ay 1050 manat vergi hesablanmaqdadır. Həmin qətnamədən X7 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının rədd edilməsi, “X7 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X6” MMC qeyd olunan icarə obyekti üzərində subyektiv hüquqların olub-olmaması barədə tərəfimizdən verilmiş sorğulara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavab verilməmiş məhkəmə həmin sənədlərin saxta olması barədə kifayət qədər əsas olmasına baxmayaraq həmin sərəncamlara istinad etmişdir. Bundan başqa məhkəmə zamanı "xxxx" MMC-nin nümayəndəsi işin faktiki halları ilə bağlı əhəmiyyətli sualları cavablandıra bilməməsinə və həmin sualların açıq qalmasına baxmayaraq yekun qənaətə gəlmiş, yanılmışdır. Belə ki, “X6” MMC ilə bağlanmış müqavilə sona çatdığı müddətdən etibarən həmin ofisdən istifadə edilməsi konkret olaraq dayandırılmış, heç bir formada həmin ofisdən istifadə edilməmişdir. "xxxx" MMC müqavilə müddəti bitmiş, istifadə edilməmiş ofis icarəsinin haqqını tələb etmiş, məhkəmə isə bu əsassız iddianı təmin etmişdir. “X6” MMC qeyd olunan ofisin 6 aylıq icarə haqqını tələb etdiyi dövrdə cavabdeh artıq başqa ofisdə təmir işlərini başa çatdıraraq fəaliyyət göstərmişdir ki, bunu təsdiq edən notarial müqavilə məhkəməyə də təqdim olunmuşdur. “X6” MMC heç bir sübüt təqdim etmir ki, niyə görə 6 ay mütəmadi olaraq icarə haqqı ödənilmirdisə hər hansı bir tələb ya xəbərdarlıq etməmişlər? Nəyə görə həmin ayların icarə haqqının ödənilməsinə dair nə yazılı, nə də ki elektron hesab faktura göndərilməmişdir? Göründüyü kimi Məhkəmə araşdırma apararkən işin faktiki halları üçün böyük əhəmiyyət kəs edən bu suallara aydınlıq gətirməmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, e-2-2 (113)-576/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 4-cü bəndindən də görünür ki, 2020-ci il üzrə ödənilməli olan aylıq 7,500.00 manat icarə haqqına vergilər də daxildir. Cavabdeh 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar və fevral aylarının (3 ay) icarə haqqını aylıq 6,450 manat olmaqla iddiaçının Kanada hesabına köçürmə yolu ilə etmişdir. Cavabdeh hər ay 1050 manat məbləğində vergini birbaşa dövlət büdcəsinə ödəmişdir. Həmçinin, 2020-ci ilin dekabr ayı da daxil olmaqla icarə müqaviləsi üzrə aylıq vergi borcunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə isə bu xüsusatları ümumiyyətlə nəzərə almamış, işi hərtərəfli araşdırmadan iddia tələbini təmin etmişdir. Cavabdeh iddiaçının razılığı əsasında icarəyə götürdüyü əmlakda təmir işləri apararaq mehmanxana yaratmışdır. Ümumilikdə, icarə götürülən əmlaka təqribi 30.000 manatadək xərc çəkilmişdir. Cavabdeh Cavabdeh, vəkili və nümayəndəsi X5 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmənin tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, e-2-2 (113)-576/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sənədlər və tərəflərin izahatları əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 847.2 kv/m, yaşayış sahəsi 267 kv/m olan 18 otaqlı fərdi yaşayış evi 02.05.2017-ci ildən iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş, həmin obyektlə bağlı sonuncu icarə müqaviləsi 03 dekabr 2019-cu il tarixdə bağlanmışdır. Müqavilədə birinci il üçün aylıq icarə haqqı 7500 manat (6400+1050 manat ödəmə mənbəyindən vergi) müəyyən edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehdən əvvəlki icarə müqaviləsi üzrə 8400 manat qalıq borcun və 2020-ci ilin mart-noyabr ayları (9 ay) uçun 67500 manat icarə haqqı borcunun ödənilməsini tələb edir. Borcun ödənilməsi və icarəyə verilmiş sahənin təhvil verməsi barədə cavabdehə 09.06.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh həmin məktubu aldığını üzərinə imza etməklə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 700.1, 704.1, 421.2, 423.2, 442, 4481-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində aylıq 7500 manat icarə haqqının 1050 manatının vergi borcu olduğunu, cavabdeh tərəfindən vergilərin tam ödənildiyini, birinci instansiya məhkəməsi tərəfindən bu halın nəzərə alınmadığını göstərmişdir. Cavabdeh Cavabdeh məhkəmənin 20.08.2021-ci il tarixli iclasında iştirak edərək tələb olunan icarə haqqı borcunu maddi imkan olmadığı, pandemiya ilə əlaqədar mehmanxana fəaliyyət göstərmədiyi üçün ödəyə bilmədiyini göstərmişdir. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş sənədlər (vergi ödəyicisinin şəxsi vərəqəsindən çıxarış, bank hesabından çıxarışlar) araşdırılaraq müəyyən edilmişdir ki, Cavabdeh məhkəmə tərəfindən tutulmuş icarə haqqı borcunun bir hissəsini (1050x9=9450 manat ödəmə mənbəyindən vergi) ödəsə də ödənişlər iş üzrə qətnamə qəbul edildiyi tarixdən sonra həyata keçirildiyindən birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən nəzərə alına bilməzdi. Məhkəmə izah edir ki, cavabdehin qətnamə qəbul edildikdən sonra həyata keçirdiyi ödəmə mənbəyindən vergi üzrə ödənişlər qətnamənin icrası mərhələsində nəzərə alınaraq iddiaçının xeyrinə tutulmalı olan ümumi məbləğdən çıxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə qəbul edilmi qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, e-2-2 (113)-576/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, e-2-2 (113)-576/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar