Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-644/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2-2(113)-108/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC-nin yaxınlığında yerləşən "xxxx" MMC-nin enerji təchizatı iddiaçının balans və xidmətində olan kabel xətti və müvafiq transformator məntəqəsi vasitəsilə həyata keçirilir. xx.xx.2019-cu il tarixdən "xxxx" MMCyə məxsus olan qeyri yaşayış sahəsi qeydiyyata alınaraq müvafiq kod aktiv edilmiş və xx.xx.2019-xx.xx.2019-cu il üzrə sayğac göstərişləri məlumat bazasına daxil edilmişdir.
2. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında göstərilmişdir ki, hüquqi şəxs tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək istifadə edilməmiş işıq sərfiyyatına görə "xxxx" ASC-yə 90999 manat məbləğ artıq ödənilmişdir.
3. İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrləri üçün cavabdeh tərəfindən sayğac göstəricilərinin iddiaçının hesabından çıxılmadığını, xx.xx.2019-xx.xx.2020-ci illər üzrə isə hesabatlarda çıxılmanın qismən nəzərdə alındığını bildirir, cavabdeh isə xx.xx.2019xx.xx.2019-cu il dövrü üzrə 43.380 manat məbləğində çıxılmanın aparılmadığını təsdiqləmiş, mübahisələndirilən digər dövrü isə qəbul etmir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının hesabına əsassız yaranmış 43,380 manat borcun silinməsinə dair və mediasiya təşkilatına ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı "xxxx" ASC-nin balans və xidmətində olan gərginliyi 35/10 kV-luq, gücü 2x25 olan 218 saylı yarımstansiyanın (YS) 10 kV-luq paylayıcı qurğusundan (PQ) 2 dövrəli kabel xətti çəkilmiş və obyektdə quraşdırılmış 10/0.4 kV-luq. gücü 2x2500 kVA olan 3298 saylı transformator məntəqəsi (TM) vasitəsilə yerinə yetirilir. Belə ki, qeyri-yaşayış sahəsində istehlak edilmiş elektrik enerjisinin hesabatı 218 saylı yarımstansiyanın (YS) 10 kV-luq PQ-də quraşdırılmış müvafiq olaraq 2 ədəd “LUNA” markalı 69206055; 69206498 zavod nömrəli, dövlət möhürləri 1152121: İİ534 15. alt qapaq möhürləri 790236; 790239. göstərişləri 476.640: 2771.967 olan hesablaşma elektrik sayğacları vasitəsi ilə aparılır və "xxxx" ASC-nin kompüter məlumat bazasında 06/22-594 (**********20594; **********20595) nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. Eyni zamanda sözügedən obyektin qonşuluğunda yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı "xxxx" MMC-nin balans və xidmətində olan gərginliyi 10/0.4 kV-luq. gücü 2x2500 kVA olan 3298 say lı TM-in 10 kV-luq PQ-dəıı 1 dövrəli kabel xətli çəkilmiş və "xxxx" MMC-yə quraşdırılmış 10/0.4 kV-luq. gücü 1x1600 kVA olan 3472 saylı TM vasitəsilə yerinə yetirilir. Qeyri-yaşayış sahəsində istehlak edilmiş elektrik enerjisinin hesabatı 3472 saylı TM-in 10 kV-luq PQ-də quraşdırılmış 1 ədəd “LUNA” markalı. 69208058 zavod nömrəli, dövlət möhürü ******* alt qapaq möhürü 883055. göstərişi 1277,019 olan hesablaşma elektrik sayğacı vasitəsi ilə aparılır və "xxxx" ASC-nin kompüter məlumat bazasında 06/18-2 (**********0631) nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. "xxxx" MMC-yə məxsus olan qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin kompüter məlumat bazasında xx.xx.2019-cu il tarixində qeydiyyata alınaraq müvafiq kod aktiv edilmiş və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək aylar üzrə çıxılması hesabatlarda nəzərə alınmamış və nəticə olaraq 43.380 manat məbləğində əlavə məbləğ yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə tərəflərindən müraciət olunmuşdur. Nazirliyin 24 fevral 2022-ci il tarixli AERA-20-807/22 nömrəli məktubuna əsasən bu məsələ öz təsdiqini tapmışdır, lakin sözügedən borcun silinməsi "xxxx" ASC-nin səlahiyyətində olduğu qeyd edilmişdir. Əlavə olaraq, "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə tərəflərindən pretenziya məktubu göndərilərək əsassız yaranmış borcun silinməsi barədə müraciət olunmuşdur, lakin borcun silinməsi ilə bağlı hər hansı rəsmi cavab verilməmişdir, bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
6. 28 sentyabr 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən istifadə olunmamış işıq sərfiyyatına görə cavabdehə artıq ödənilmiş 90,999 manat məbləğində pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz daxil olmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2-2(113)-108/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MMC tərəfindən istifadə olunmamış işıq sərfiyyatına görə cavabdeh "xxxx" ASC-yə artıq ödənilmiş 90,999 (doxsan min doqquz yüz doxsan doqquz) manat məbləğində pulun geri qaytarılması vəzifəsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir.
9. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin təmin etdiyi məbləğ hansı ki, Cəmiyyət tərəfindən çıxılmış olan məbləğ "xxxx" MMC tərəfindən sərf edilən enerjinin dəyəridir və bu məbləğ təmin edilməməlidir. Cəmiyyət tərəfindən kifayət qədər sübutedici sənədlər Məhkəməyə təqdim edilmişdir. Sadəcə ekspert rəyinə münasibətdə tərəfimizdən araşdırmalar aparılması müəyyən zaman almışdır. Həmin sübutedici sənədlər eyni zamanda məhkəmənin hazırlıq iclasında da təqdim edilmişdir. Hansı ki, abonentə hər ay təqdim edilmiş hesab fakturalardan da görünür ki, "xxxx" MMC-nin istifadə etdiyi sərfiyyat İddiaçı MMC-dən çıxılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir.
19. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir.Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır.
20. Qaydaların 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır.
21. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
22. Qaydaların 8.13-cü maddəsinə əsasən subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, iddia tam əsaslıdır.
25. İddiaçı MMC tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilmişdir ki, hüquqi şəxs tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək istifadə edilməmiş işıq sərfiyyatına görə "xxxx" ASC-yə 90.999 manat məbləğ artıq ödənilmişdir.
26. İş materiallarına əlavə edilmiş hesab fakturalardan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə işıq sərfiyyatına görə xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 8910 manat, 18.022019-xx.xx.2019-cu il dövrü üçün 13014 manat, xx.xx.2019xx.xx.2019-cu il dövrü üçün 8316 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 11070 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 19980 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 35640 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 40230 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 31311 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 12249 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 11790 manat, xx.xx.2019xx.xx.2019-cu il dövrü üçün 11700 manat, xx.xx.2019-xx.xx.2020-ci il dövrü üçün 14850 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 13140 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 10530 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 7740 manat, xx.xx.2020xx.xx.2020-ci il dövrü üçün 7650 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 16200 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 22050 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 30060 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 32220 manat, xx.xx.2020- xx.xx.2020-ci il dövrü üçün 16226.28 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 11880 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 8190 manat, xx.xx.2020xx.xx.2020-ci il dövrü üçün 13500 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 12960 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 12019.86, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 12480.93 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 14870.88 manat olmaqla borc hesablanmışdır.
27. Hesab fakturalardan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 6840 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 2880 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 3960 manat, xx.xx.2019-cu il dövrü çün 4500 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 4320 manat, xx.xx.2019xx.xx.2019-cu il dövrü üçün 8460 manat, xx.xx.2019- xx.xx.2019-cu il dövrü üçün 10080 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 9540 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 7380 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrü üçün 6840 manat, xx.xx.2019xx.xx.2019-cu il dövrü üçün 5580 manat, xx.xx.2019- xx.xx.2020-ci il dövrü üçün 6480 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 6300 manat, xx.xx.2020-xx.xx.2020-cu il dövrü üçün 4860 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 3600 manat, xx.xx.2020xx.xx.2020-ci dövrü üçün 3690 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 6480 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 6300 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 7740 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 10440 manat, xx.xx.2020-xx.xx.2020ci il dövrü üçün 7020 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 5400 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün 3960 manat, xx.xx.2020- xx.xx.2021-ci il dövrü üçün 5940 manat, xx.xx.2021-xx.xx.2021-ci il dövrü üçün 5400 manat, xx.xx.2021xx.xx.2021-ci il dövrü üçün 5867.10 manat, xx.xx.2021-xx.xx.2021-ci il dövrü üçün 4909.50 manat, xx.xx.2021-xx.xx.2021-ci il dövrü üçün 4914.72 manat borc hesablanmışdır.
28. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, AERA-20-807/22 nömrəli, AERA-20-807/22 nömrəli məktubla bildirilmişdir ki, "Autolux” MMC-yə məxsus olan qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin kompüter məlumat bazasında xx.xx.2019-cu il tarixində qeydiyyata alınaraq müvafiq kod aktiv edilmiş və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-eu İl tarixinədək aylar üzrə çıxılması hesabatlarda nəzərə alınmamış və nəticə olaraq 43.380 manat məbləğində əlavə dəyər yaranmışdır.
29. Cavabdeh də xx.xx.2019-xx.xx.2019-cu il dövrü üzrə 43.380 manat məbləğində çıxılmanın aparılmadığını etiraf etmişdir.
30. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7858 saylı, 22 fevral 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, "xxxx" MMC-yə hesablanmış xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə 50580 manat məbləğində ümumiyyətlə çıxılmalar nəzərə alınmamış, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək isə 10791 manat məbləğində çıxılmalar aparılmış, 40689 manat məbləğində çıxılma nəzərə alınmamışdır. xx.xx.2020-ci il tarixdən sonra isə "xxxx" MMC-yə yazılan faktura İddiaçı MMC-dən tam olaraq çıxılmışdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
34. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
35. Göründüyü kimi ekspert rəyi ilə də təsdiq olunur ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə "xxxx" MMCyə hesablanmış 50580 manat məbləğində pul ümumiyyətlə, İddiaçı MMC-dən çıxılmamış, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə ümumilikdə 10791 manat məbləğində çıxılmalar aparılmış, 40689 manat məbləğində çıxılmalar isə nəzərə alınmamışdır. xx.xx.2020-ci il tarixdən etibarən isə çıxılmalar tam şəkildə həyata keçirilmişdir.
36. Kollegiya qeyd edir ki, ekspert rəyi ilə çıxılmamış məbləğ 91269 manat müəyyən edilsə də, iddiaçı 90999 manat məbləğin geri qaytarılmasını tələb etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin edərək, 90999 manat məbləğin geri qaytarılması barədə qətnamə qəbul etmişdir.
37. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sənədlər əsasında birinci instansiya məhkəməsi tərəfindən espertiza təyin edilərkən ekspert tərəfindən rəy verilmişdir. Cavabdeh tərəfindən məbləğin ekspert rəyi ilə müəyyən edilən məbləğdən az olmasını təsdiq edəcək hər hansı əlavə sübutlar təqdim edilmədiyindən iş üzrə yenidən ekspertizanın təyin edilməsi zərurəti yaranmamışdır.
38. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2-2(113)-108/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Mirzə Tağızadə