Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-649/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-490/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTRK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli e-2-2(113)-490/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MTRK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh MTRK-nın cavabdeh İddiaçı qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddia qismən təmin edilmişdir Cavabdeh MTRK həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin 21 may 2021-ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli e-2-2(113)-490/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən də apellyasiya şikayətinin verildiyi bildirilmiş və həmin apellyasiya şikayətinin qəbul edilməsi məsələsinin müzakirə edilməsi üçün işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MTRK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh MTRK-nın cavabdeh İddiaçı qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddia üzrə iş apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-649/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-649/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver