Məhkəmə qərarları › İş №2-2(103)-649/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-649/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-649/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X7 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kommersiya işi Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçı “X7 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-134/2024 nömrəli qətnaməsindən cavabdeh X4 (ipoteka qoyan) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən 60 (altmış) ay müddətinə, maksimal faiz dərəcəsi 28% olmaqla, əlavə müqavilələr bağlamaqla 170.000 manat məbləğində kredit xətti açılmışdır.

2. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinə 18 fevral 2022- ci il tarixli, 1 nömrəli əlavənin məzmunundan görünür ki, "xxxx" MMC 85000 manat məbləğində pul vəsaitini illik 24% dərəcəsi ilə kredit alana ("xxxx" MMC) verir, kredit alan isə krediti 18 ay müddətində əlavənin şərtlərinə uyğun olaraq geri qaytarmağı öhdəsinə götürür.

3. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinə 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavənin məzmunundan görünür ki, "xxxx" MMC 42500 manat məbləğində pul vəsaitini illik 24% dərəcəsi ilə kredit alana ("xxxx" MMC) verir, kredit alan isə krediti 18 ay müddətində, 3 ay güzəşt müddəti ilə əlavənin şərtlərinə uyğun olaraq geri qaytarmağı öhdəsinə götürür.

4. İpoteka saxlayan – "xxxx" MMC ilə ipoteka qoyan – X4 və borc alan – Cavabdeh1 MMC arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 01SME000122(İ) nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022- ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi üzrə Cavabdeh1 MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X4 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 160 nömrəli reyestr kitabının 15000 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin "xxxx" MMCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

6. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 18 fevral 2022-ci il tarixli, 01SME000122-01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka əsas borcu 53832,63 manat, faiz borcu 5490,92 manat, cərimə borcu 5077,53 manat olmaqla, ümumilikdə 64401,08 manat təşkil edir.

7. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 16 mart 2022-ci il tarixli, 01SME000122-02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka əsas borcu 29686,95 manat, faiz borcu 3028,07 manat, cərimə borcu 2602,99 manat olmaqla, ümumilikdə 35318,01 manat təşkil edir

8. "xxxx" MMC-nin X2 ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli və 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavələr üzrə 99719,09 manat borc banka 5 gün ərzində ödənilməzsə, mülkiyyətində olan ipoteka predmetinə tutmanın yönəldiləcəyi ilə bağlı xəbərdar edilmişdir.

9. "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli və 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavələr üzrə 99719,09 manat borc banka 5 gün ərzində ödənilməzsə, məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.

10. "xxxx" MMC-nin X2 ünvanladığı xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin məzmunundan görünür ki, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli və 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavələr üzrə 99719,09 manat borc banka 5 gün ərzində ödənilməzsə, mülkiyyətində olan ipoteka predmetinə məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutmanın yönəldiləcəyi ilə bağlı xəbərdar edilmişdir.

11. "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin məzmunundan görünür ki, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli və 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavələr üzrə 99719,09 manat borc banka 5 gün ərzində ödənilməzsə, X1 mülkiyyətində olan ipoteka predmetinə məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutmanın yönəldiləcəyi ilə bağlı xəbərdar edilmişdir.

12. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə ərizə ilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı “X7 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022ci il tarixli, 1 nömrəli əlavə üzrə 53832,63 manat əsas borc, 5490,92 manat faiz borcu, 5077,53 manat cərimə borcu, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli əlavə üzrə 29686,95 manat əsas borc, 3028,07 manat faiz borcu, 2602,99 manat cərimə borcu olmaqla, ümumilikdə 99719,09 manat borcun, 400 manat məbləğində ödənilmiş ekspertiza xərcinin, 400 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə (reyestr nömrəsi **********09-05301-083016, qeydiyyat nömrəsi **********, seriya RX, № 0787363) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 170000 manat olmaqla (ipoteka müqaviləsinin 3.3-cü bəndi), açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitin borc tələbinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X7 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh1 MMC arasında 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “X7 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh1 MMCyə maksimal 60 (altmış) ay müddətinə, maksimal faiz dərəcəsi 28 (iyirmi səkkiz) faiz olmaqla, 170000 (bir yüz yetmiş min) manat məbləğinədək kreditlər verə bilər. 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavəsi üzrə “X7 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh1 MMC-yə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 85000 (səksən beş min) manat məbləğində pul vəsaitini 18 (on səkkiz) ay müddətinə kredit vermişdir. Qeyd olunan əsas kredit müqaviləsinin 2 nömrəli əlavəsi üzrə “X7 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh1 MMC-yə illik 24 (iyirmi dörd) faiz dərəcəsiylə 42500 (qırx iki min beş yüz) manat məbləğində pul vəsaitini 18 (on səkkiz) ay müddətinə kredit vermişdir. Cavabdeh1 MMC hər iki əlavə üzrə son kredit ödənişini xx.xx.2022- ci il tarixində etmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin tarixdən indiyə kimi heç bir ödəniş etməmişdir. Bunun nəticəsində də Cavabdeh1 MMC-nin iddiaçı “X7 Olmayan Kredit Təşkilatı” MMC-yə 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 18 fevral 2022ci il tarixli, 1 nömrəli əlavəsi üzrə 53832,63 manat əsas borc, 5490,92 manat faiz borcu, 5077,53 manat cərimə; 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavəsi üzrə 29686,95 manat əsas borc, 3028,07 manat faiz borcu, 2602,99 manat cərimə borcu yaranmışdır. Hər iki əlavə üzrə Cavabdeh1 MMC-nin iddiaçı “X7 Olmayan Kredit Təşkilatı” MMC-yə 83519,58 manat əsas borc, 8518,99 manat faiz borcu, 7680,52 manat cərimə olmaqla, ümumilikdə 99719,09 manat məbləğində borcu var. Həmçinin “X7 Olmayan Kredit Təşkilatı” MMC (ipoteka saxlayan) ilə digər Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 MMC (borc alan) arasında 18 fevral 2022-ci il tarixli, 01SME000122(İ) nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin “X7 Olmayan Kredit Təşkilatı” MMC qarşısında yaranacaq öhdəlikləri üçün yüklü etmişdir. Qeyd olunan ipoteka müqaviləsi bağlandıqdan sonra həmin müqavilə ipoteka haqqında qanununun 10.4-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 2.8.1-ci maddəsinə görə “kredit alan kredit və onun faizlərinin ödənilməsini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox gecikdirdikdə kredit verən müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və əlavə müqavilə üzrə verilmiş əsas borcun qalıq məbləği və hesablanmış kredit faizinin qalıq məbləğinin qaytarılmasını tələb edə bilər”.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6845/2023 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavəsinin şərtləri əsas götürülməklə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 53840,25 manat, faiz borcu üzrə 5491,71 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 53840,25 manat, faiz borcu üzrə 7537,64 manat məbləğində müəyyən edilir. Cavabdeh1 MMC-nin 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavə üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavəsinin şərtləri əsas götürülməklə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 29692,29 manat, faiz borcu üzrə 3028,61 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 29692,29 manat, faiz borcu üzrə 4156,92 manat məbləğində müəyyən edilir.

16. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, ƏEM/F 46-083/24 saylı ekspert rəyindən görünür ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixə likvid dəyəri 210.000 manat, bazar dəyəri 250.000 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 400 manat məbləğində ekspert rəyi üzrə xidmət haqqı "xxxx" MMC-yə ödənilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-134/2024 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilmiş, Cavabdeh1ndən 18 fevral 2022- ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə üzrə 53832,63 manat əsas borc, 5490,92 manat faiz borcu, 2500 manat cərimə, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli əlavə üzrə 29.686,95 manat əsas borc, 3028,07 manat faiz borcu, 1500 manat cərimə olmaqla, cəmi 96.038,57 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin iddiaçı “X7 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını, Cavabdeh1ndən ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində pulun iddiaçı “X7 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş, X2 məxsus ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi **********09-05301- 083016, qeydiyyat nömrəsi **********, seriya RX, № 0787363) yönəldilməsini, həmin əmlak açıq hərracda satılmasını, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməsini, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ X3 qaytarılmasını, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (reyestr nömrəsi **********09-05301-083016, qeydiyyat nömrəsi **********, seriya RX, № 0787363) ilkin satış qiymətinin 210.000 manat məbləğində müəyyən edilməsini qət etmişdir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-yə bank tərəfindən 60 (altmış) ay müddətinə, maksimal faiz dərəcəsi 28% olmaqla, əlavə müqavilələr bağlamaqla 170000 manat məbləğinədək kreditlər verilə bilməsi razılaşdırılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq müqaviləyə əlavələrlə müəyyən olunur. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinə 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə bağlanmış və həmin əlavəyə əsasən Cavabdeh1 MMC bankdan 18 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla, 85000 manat məbləğində kredit götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsinə 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavə bağlanmış və həmin əlavəyə əsasən Cavabdeh1 MMC bankdan 18 ay müddətinə, 3 ay güzəşt müddəti ilə illik faiz dərəcəsi 24% olmaqla, 42500 manat məbləğində kredit götürmüşdür. İpoteka saxlayan – "xxxx" MMC ilə ipoteka qoyan – X4 və borc alan – Cavabdeh1 MMC arasında bağlanmış və Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 01SME000122(İ) nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X4 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcunun tutulması və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, Cavabdeh1ndən 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə üzrə 53832,63 manat (əlli üç min səkkiz yüz otuz iki manat altmış üç qəpik) əsas borc, 5490,92 manat (beş min dörd yüz doxsan manat doxsan iki qəpik) faiz borcu, 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli əlavə üzrə 29686,95 manat (iyirmi doqquz min altı yüz səksən altı manat doxsan beş qəpik) əsas borc, 3028,07 manat (üç min iyirmi səkkiz manat yeddi qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilən qənaətə gələrkən nəzərə alınmışdır ki, iddiaçı borcla bağlı məhkəməyə maliyyə arayışları təqdim etmiş və arayışlarda hər iki Əlavə üzrə xx.xx.2023- cü il tarixə hesablanan borclar öz əksini tapmışdır. İddia ərizəsində də məhz həmin tarixə hesablanan əsas, faiz və cərimə borclarının cavabdehdən tutulması xahiş olunmuşdur. Ona görə də məhkəmə tərəfindən həmin tarixə hesablanan borcun məbləği ilə bağlı ekspert qarşısında sual qoyulmuş və müəyyən edilmişdir ki, həmin tarixə əsas və faiz borcları tələbdə göstərilən məbləğlərdən bir az artıqdır. Verilən tələblər üzrə qətnamə çıxarıldığından məhkəmə iddia tələbindəki əsas və faiz borcunun tutulması hissəində iddianın tam təmin olunması qənaətinə gəlmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, pretenziya məktubları da cavabdehlərə xx.xx.2023-cü il tarixdə göndərilmişdir.

20. Məhkəmə iddianın cavabdеh Cavabdeh1 MMC-dən 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə üzrə 5077,53 manat cərimə borcu və 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavə üzrə 2602,99 manat cərimə borcu borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə üzrə 2500 (iki min beş yüz) manat və 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli əsas kredit müqaviləsi və ona əlavə edilmiş 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavə üzrə 1500 (min beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

22. Məhkəmə iddianın borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürülməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən X2 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2022-ci il tarixli, 01SME000122(İ) nömrəli ipoteka müqaviləsinə əsasən X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ X2 qaytarılmalıdır.

23. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 210000 manat olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 210000 manat məbləğində müəyyən edilməlidir.

24. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Cavabdeh1 nümayəndəsi iddianın təmin olunmasına etiraz etsə də, etirazın əsaslarını göstərməmişdir. Digər cavadehin nümayəndəsinin etirazında göstərdiyi hallar isə iddianın təmin olunmaması üçün əsas ola bilməz.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdeh X4 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-134/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

26. Cavabdeh X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh X4 tərəfindən məhkəmədə iddiaya etiraz edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında 18 fevral 2022-ci il tarixli əsas kredit müqaviləsinin 3.2.1-ci maddəsinə əsasən kredit verən kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğun istifadə edilməsini həyata keçirmək və bunu kredit alandan tələb etmək öhdəliyini düzgün yerinə yetirməmişdir. Belə ki, kredit verən kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarəti həyata keçirmək məqsədilə heç bir yoxlama (monitorinq) həyata keçirməmişdir. Kredit verənə bu yoxlamaların həyata keçirməsi üçün kredit alan tərəfindən heç bir maneçilik törədilməmişdir. Qeyd olunan məsələlər məhkəmə tərəfindən yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmamışdır. Məhkəmə digər Cavabdeh1 MMC-yə məxsus əmlakların müəyyən edilməsi və ödəmə qabiliyyətinin olubolmamasına hüquqi qiymət vernəmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

28. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək .şikayətin təmin edilməməsini xahiş etmişdir.

29. Cavabdeh1 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

30. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 269.1-ci maddə- girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddə- ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddə- girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 295-ci maddə-girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddə-girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddə- (tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olmuş redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.6-cı maddə- ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddə- ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddə- ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddə- daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddə- ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddə- əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır 39.3-ci maddə- məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddə- ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

31. Qətnamənin ləğv edilməsi xahiş edilsə də apellyasiya şikayətinin məzmununda qeyd edilənlərə əsasən qətnamə cavabdeh X4 tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-134/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 01SME000122 nömrəli kredit müqaviləsi çərçivəsində 18 fevral 2022-ci il tarixli, 1 nömrəli əlavə əlavəyə əsasən Cavabdeh1 MMC bankdan 18 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla, 85000 manat məbləğində, 16 mart 2022-ci il tarixli, 2 nömrəli əlavəyə əsasən 18 ay müddətinə, 3 ay güzəşt müddəti ilə illik faiz dərəcəsi 24% olmaqla, 42500 manat məbləğində kredit götürmüş, öhdəliyin təminatı olaraq cavabdeh X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

34. İpoteka qoyan X1 apellyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, iddiaçı tərəfindən kreditdən təyinatı üzrə istifadə edilib-edilmədiyinə nəzarət edilməmiş, məhkəmə tərəfindən isə borclu Cavabdeh1 MMC-nin ödəmə qabiliyyəti olub-olmadığı, hansı əmlakları olduğu araşdırılmamışdır.

35. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Hər iki kredit müqaviləsində (əlavələrdə) kreditin biznesin inkişafı, dövriyyənin artımı üçün verildiyi qeyd olunur, Əsas kredit müqaviləsinin 3.3.1-ci bəndində kreditdən məqsədli təyinatına uyğun istifadə etmək kredit alanın vəzifəsi, 3.2.1-ci bəndində kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğun istifadə etməsinə nəzarəti həyata keçirmək kredit verənin hüququ olaraq nəzərdə tutulmuşdur. İddiaçının bu hüquqdan istifadə edib-etməməsinin araşdırılması hazırkı mübahisənin həll üçün əhəmiyyətli deyil. Digər tərəfdən əsas borclu tərəfindən kredit öhdəliyi icra edilmədikdə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda sadalanan norcmalarına əsasən ipoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ yarandığından borclunun mülkiyyətində olan əmlakların hazırkı icaat çərçivəsində araşdırılmasına zərurət yoxdur.

36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 134/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-134/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar