Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-651/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili və nümayəndəsi Vəkil2, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 676/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən ona ödənilmiş avans üzrə malların çatdırılmasını gecikdirməyə görə faiz borcunun – 33.723,9 manat məbləğdə pul vəsaitinin, vurduğu zərərin əvəzi kimi 30.860,37 manat məbləğdə pul vəsaitinin, mediasiya xərcləri üçün ödənilmiş 400 manat pul vəsaitinin, cəmi 64.984,27 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 33.723,9 manat cərimənin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qismən təmin edilən hissədə ləğv edilib, iddianın rədd olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiyası mümkün hesab edilərək, iş Məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra İddiaçı ASC ərizə ilə müraciət edib, onun tərəfindən xx.xx.2022-ci il tarixli qətnamədən apellyasiya şikayəti verildiyi üçün, qanunvericiliklə nəzərdə tutulan hərəkətlərin yerinə yetirilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Elektron məhkəmə sistemindən görünür ki, iddiaçı, həqiqətən də, xx.xx.2022-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermiş, habelə şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərini nəzərə alaraq, hesab edir ki, icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının Cavabdeh MMC-nin apellyasiyasının icraata qəbul edilməsi haqqında 17 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-651/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-651/2022
22.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver