Məhkəmə qərarları › İş №2-2(103)-654/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-654/2020

19.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-654/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, İddiaçı-nin cavabdeh “X2” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-366/2020 saylı qərardadından, həmin qərardadla maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 məxsus, “Hyündai Accent” markalı 90SG-604 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması ilə bağlı xx.xx.2018-ci il tarixli, 14 saylı yekun protokolun və Cavabdeh2 MMC-nin 432 saylı xx.xx.2017-ci il tarixli rəyinin etibarsız hesab edilməsi, həmin avtomobilin yenidən qiymətləndirilərək real bazar qiymətinin müəyyən olunması və yenidən hərrac keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda dövlət qeydiyyat nişanı **-NG-*** olan, “Hyundai Accent” markalı avtomobilin üzərinə, ipoteka saxlayanın saxlancına verməklə, həbsin qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-366/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, dövlət qeydiyyat nişanı **-NG-*** olan, “Hyundai Accent” markalı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardadla maraqlarına toxunan işdə iştirak etməyən şəxs Maraqlı şəxs məhkəməyə şikayət verərək qərardadın ləğv edilməsini və iddiaçının iddianı təmini tədbiri barədə ərizəsinin rədd olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobili xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən almış və adına AD N ******* nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Onun mülkiyyətində olan avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi heç bir qanuni əsas olmadan, bir mülkiyyətçi kimi hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Çünki, o vicdanlı alıcı kimi qanuni qaydada pulunu ödəyərək, avtomobili almış və mülkiyyətində olan avtomobilin hazırki mübahisəyə aidiyyəti yoxdur və hazırkı mübahisənin məhkəmədə həll olunmasına hər hansı bir təsiri mümkünlüyündən söhbət gedə bilməz. Qərardad onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs avtomobili alqı-satqı müqaviləsi əsasında alıdığını və qeydiyyat şəhadətnaməsinə əsasın onun mülkiyyətində olduğunu bildirərək şikayəti dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2 və 397.2-ci maddələririnin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Belə ki, Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 158.1.1-ci maddəsində isə nəzərədə tutulur ki, məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı tədbiri görə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsi nəzərədə tutur ki, məhkəmə, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi iddianı tədbiri görə bilər. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən, düzgün olaraq MPM-in 158.1.3-cü maddəsi düzgün tətbiq olunsa da, özgəninkiləşdirilməsinə qadağa qoyulmuş dövlət qeydiyyat nişanı **-NG-*** olan, “Hyundai Accent” markalı mübahisə predmeti olan həmin avtomobilin kimin mülkiyyətində olması göstərilməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixində AR BDYP Qİİ tərəfindən verilmiş AD N ******* nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən isə müəyyən olunur ki, mübahisənin predmeti olan **-NG-*** olan, “Hyundai Accent” markalı avtomobil hazırda Maraqlı şəxs mülkiyyətindədir. Hər bir halda, məhkəmə kollegiyası mübahisə predmeti olan həmin avtomobilin hazırkı mülkiyyətçisi olan Z.Səmədovun hüquqi marağını nəzərə alaraq hesab edir ki, onun şikayəti qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-366/2020 saylı qərardadı dəyişdirilməli, iddiaçının ərizəsi qismən təmin olunmalı, mübahisə predmeti olan və xx.xx.2018-ci il tarixində AR BDYP Qİİ tərəfindən verilmiş AD N ******* nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən hazırda Maraqlı şəxs mülkiyyətində olan - “Hyundai Accent minik” markalı,**-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə «qadağa» qoyulmalı, ərizə qalan hissəsində təmin edilməməlidir. MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İşdə iştirak etməyə cəlb edilməyən, mübahisə predmeti ilə maraqlarına toxunan Maraqlı şəxs şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-366/2020 saylı qərardadı dəyişdirilsin. İddiaçı-nin iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilsin. Hazırkı mübahisənin predmeti və xx.xx.2018-ci il tarixində AR BDYP Qİİ tərəfindən verilmiş AD N ******* nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Maraqlı şəxs mülkiyyətində olan - “Hyundai Accent minik” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə «qadağa» qoyulsun. Ərizə qalan hissəsində təmin edilməsin. Qərardadın icrası AR DİN Baş Dövlət X4 həvalə edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar