Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-655/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, üçüncü şəxs Cavabdeh1 MMC-nin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh2 ASC-nə və üçüncü şəxs Cavabdeh1 MMC-nə qarşı dəzgah və qurğuların qanunsuz sahiblikdən geri tələb edilməsi və əldən çıxmış fayda tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-404/2020 saylı qərardadından Cavabdeh2 ASC və üçüncü şəxs Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətlərə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-404/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 ASCyə və üçüncü şəxs Cavabdeh1 MMC-yə qarşı “dəzgah və qurğuların qanunsuz sahiblikdən geri tələb edilməsi və əldən çıxmış fayda tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-2(113)-404/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsilə göndərilmədiyindən geri qaytarılmışdır. İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə apellyasiya şikayəti göndərilmiş, eyni zamanda həmin şikayətə şikayətin verilməsi müddətinin bərpa olunması barədə vəsatət əlavə edilərək,ötürülmüş müddətin bərpa edilməsi və şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir Məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-404/2020 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 ASC və üçüncü şəxs Cavabdeh1 MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişlər və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-404/2020 nömrəli qərardadından Cavabdeh2 ASC və üçüncü şəxs Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətlər təmin edilməyərək, şikayətlər işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 ASC verdiyi şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxs Cavabdeh1 MMC-nin nümayəndəsi X5 şikayəti müdafiə edərək, üçüncü şəxsə xx.xx.2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə heç bir məlumat verilməmiş, proses iştirakçısı kimi elektron məhkəmə sisteminə qoşulmamışdır. İddiaçı ərizəsində müddətin ötürülməsini etiraf etmiş, lakin hər hansı üzrlü səbəbləri barədə heç bir qeyd etməmişdir. bundan əlavə, iddiaçı buraxılmış müddətin bərpası haqqında ərizəsində göstərir ki, güya o, hüquqi savadsızlığından COVİD-19 pandemiyası səbəbindən elektron kabinet yarada bilmədiyi üçün apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Halbuki iddiaçının bu göstərdiyi halda şikayətin verilməsi üçün nəzərədə tutulmuş prosessual müddətin bərpa edilməsi üçün üzürlü səbəb kimi hesab oluna bilməz. Çünki iddiaçıya bütün instansiya məhkəmələrində vəkil tərəfindən yüksək keyfiyyəti hüquqi yardım göstərilmiş, elektron məhkəmə sistemində şəxsi kabinet açmaq üçün isə heç bir yerə getməyə lüzum yoxdur. Bu işləri evdən çıxmadan da edilməsi mümkündür. Üstəlik SMS icazədən də istifadə etmək olardı. Həmçinin məhkəmə xx.xx.2020-ci il tarixli qərardadı qəbul edərkən iddiçının müvafiq xahişlə müraciət etmək imkanının nə vaxt yarandığını və nə vaxt müraciət olunduğunu da nəzərə almamışdır. İddiaçı şikayətin geri qaytarıldığı xx.xx.2020-ci il tarixdən imkanı olmasına baxmayaraq, müddətin bərpası xahişi ilə imkan yarandıqdan xeyli müddət sonra, yəni xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Halbuki, xx.xx.2020-ci il tarixli qərardaddan şikayət vermək əvəzinə, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Nümayəndə şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxs Cavabdeh1 MMC-nin nümayəndəsi X4 şikayəti müdafiə edərək, digər nümayəndə ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləöv edilməsini, iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı şikayətlərin dəlillərini qəbul etməyərək, onların təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin məhkəməyə gəlmədiyi, gəlmədiyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludur. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iddiaçının gəlməməsi işə baxılmasına mane olmur. hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, şikayətlərin dəlillərini müzakirə edərək, şikayətlərinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.6-c maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Birinci instansiya hsiəhkəmə iddiaçının şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzürlü səbəbdən buraxılması dəlilləri ilə razılaşmış və belə nəticəyə gəlir ki, buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməlidir Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün heç bir əsas olmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.6-cı maddəsinə əsasən Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268, 365 və 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh2 ASC və üçüncü şəxs Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-404/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-655/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-655/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver