Məhkəmə qərarları › İş №2-2(103)-656/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-656/2020

17.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-656/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-540/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh fermer təsərrüfatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 68060,60 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh fermer təsərrüfatı ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı İB tərəfindən əsassız hesablanmış 212013,20 manat borcun silinməsi, 790400 manat dəymiş maddi ziyanın İddiaçı İB tutularaq Cavabdeh fermer təsərrüfatının hesabına ödənilməsi və qaz tənzimləyicisinin yerini dəyişdirərək əvvəlki vəziyyətə gətirməsi, yəni qaz tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh fermer təsərrüfatı iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Cavabdeh fermer təsərrüfatına məxsus istixananın qaz təchizatının bərpa edilməsi və qaz təchizatının dayandırılmasına yönələn bütün hərəkətlərin İddiaçınə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)-540/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı İB həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işə mahiyyəti üzrə baxılana kimi cavabdehə təbii qazın verilməsinin dayandırılmasının iddiaçıya qadağan edilməsi barədə iddianın təmini tədbirini seçmişdir. Belə ki, hazırkı məhkəmə icraatında həm də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh fermer təsərrüfatının əsassız hesablandığını iddia etdiyi borcun silinməsi tələbi araşdırılır və iddiaya mahiyyəti üzrə baxılana qədər həmin borca görə onun bu sahədə inhisarçı olan İddiaçı İB tərəfindən təbii qazın istehlakından məhrum edilməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olanCavabdeh fermer təsərrüfatının mütənasibsiz maddi zərərə uğraması ehtimalını kifayət qədər yüksəldir. Bu isə nəticədə tərəflər arasında əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir və gələcəkdə qəbul ediləcək qətnamənin icrası zamanı yeni əngəllərin yaranma ehtimalını artırır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-540/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar