Məhkəmə qərarları › İş №2-2(103)-656/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-656/2021

08.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-656/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iş üzrə tərəf olmayan Ərizəçi vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1417/2016 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.05.2021-ci il tarixli qərardadından iş üzrə tərəf olmayan Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.07.2014-cü il tarixli 2(81)-2307/2014 saylı qiyabi qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin iddiası təmin edilərək, Cavabdeh MMCdən 780000 manat əsas, 372830 manat faiz, 265980 manat cərimə, cəmi ******* manat məbləğində pul vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. 14.10.2014-cü il tarixdə qiyabi qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Tələbkar İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatı 09.12.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- 2307/2014 saylı, 30.07.2014-cü il tarixli qiyabi qətnaməsinin icra üsulunun dəyişdirilərək, borc tələbinin “Cavabdeh" MMC-yə məxsus daşınmaz əmlaklara, o cümlədən həmin müəssisəyə aid daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində borclunun mülkiyyət hüququna xitam verilməsi və İddiaçı2 QSC-nin mülkiyyət hüququnun tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.02.2017-ci il tarixli 2-2(81)-1417/2016 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2(81)-2307/2014 saylı, 30.07.2014-cü il tarixli qiyabi qətnaməsinin icra qaydası dəyişdirilərək, borclu Cavabdeh MMC-dən İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatına tutulmalı olan ******* manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu üzrə tutmanın borclunun mülkiyyətində olan ünvan 1 ünvanda olan yaşayış sahəsinə yönəldilməsi, həmin əmlak üzərində borclu Cavabdeh MMC-nin mülkiyyət hüququna xitam verilməsi və İddiaçı2 QSC-nin Bank Olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınması qərara alınmışdır. 14.03.2017-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1417/2016 nömrəli, 22.02.2017-ci il tarixli qərardadı üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. İş üzrə tərəf olmayan Ərizəçi həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 05.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iş üzrə tərəf olmayan Ərizəçi vəkili Vəkil şikayəti müdafiə etdi. İcra işi üzrə tərəflər və İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunan maddənin tələblərindən görünür ki, məhkəmə icra üsulu və qaydasının müəyyən edilməsi barədə deyil, onun dəyişdirilməsi barədə ərizəyə baxmaq səlahiyyətindədir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.07.2014-cü il tarixli 2(81)- 2307/2014 saylı qiyabi qətnaməsində icra qaydası və üsulu müəyyən edilməmişdir. Bu isə o anlama gəlir ki, həmin qətnamə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun icra olunmalıdır. Lakin həmin Qanunda tələbkarın ərizəsində göstərilən məsələlərlə bağlı məhkəməyə müraciət etmə imkanı və məhkəmənin həmin məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli 8(001)-311/2015 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramovun təqdimatı təmin edilərək, borclu Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, 1-ci Xrebtovıy küçəsi, 91 saylı evin üzərinə həbs qoyulmuşdur. Ərizəçi həmin icra işi üzrə tələbkar olmuşdur. Göründüyü kimi hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.02.2017-ci il tarixli 2-2(81)-1417/2016 nömrəli qərardadında göstərilən ünvan 1 ünvanda olan yaşayış sahəsinin üzərinə daha əvvəl məhkəmə qərarı ilə həbs qoyulmuşdur. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş üzrə tərəf olmayan Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1417/2016 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.02.2017-ci il tarixli qərardadı ləğv edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.07.2014-cü il tarixli 2(81)-2307/2014 saylı qiyabi qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilat tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar