Məhkəmə qərarları › İş №2-2(103)-658/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-658/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-658/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və X1 ibarət tərkibdə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli e-2-2(82)- 306/2018 saylı qətnaməsində buraxılmış yanlışlığın düzəldilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəyə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1nə, Sahib Qasımova və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 09 iyul 2013-cü il tarixli, 62AV/F20-13 saylı kredit müqaviləsinə əsasən, 04 yanvar 2018-ci il tarixə əsas borc üzrə 74.418,89 manat, faiz borcu üzrə 24.456,99 manat, cərimə üzrə 2.072,90 manat olmaqla, cəmi 100.948,78 manat; 17 yanvar 2013-cü il tarixli, 42AV/F20-13 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 26.079,74 manat, faiz üzrə 12.908,65 manat, cərimə üzrə 1.435,19 manat olmaqla, cəmi 40.423,58 manat; 29 mart 2013-cü il tarixli, 45AV/F20-13 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 141.129,43 manat, faiz üzrə 64.754,03 manat, cərimə üzrə 5.567,76 manat olmaqla, cəmi 211.451,22 manat; 25 sentyabr 2012-ci il tarixli, 33AV/F20-12 saylı kredit müqavilsinə əsasən, əsas borc üzrə 57.891,04 manat, faiz borcu üzrə 28.656,80 manat, cərimə üzrə 3.577,68 manat olmaqla, cəmi 90.125,52 manat məbləğlərin; iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqının; iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan cavabdehə məxsus ** ZC ***, ** ZC ***, ** ZC ***, ** ZC ***, ** JH ***, ** JH ***, ** JH ***, ** JH ***, ** TG ***, ** TG *** dövlət qeydiyyat nişanlı “İsuzu Ecobus” markalı avtobuslara yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-2(82)-306/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2-2(103)-41/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 həmin qətnamədən kasassiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2-2(103)-41/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ləğv prosesində olan İddiaçı ASC 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-2(82)-306/2018 saylı qətnaməsində buraxılmış yanlışlığın düzəldilməsi barədə ərizə ilə müraciət edərək qətnamədə yol verilmiş avtomobilin dövlət qeydiyyat nişanı səhvinin düzəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə təmin edilərkən ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus “İsuzu Ecobus” markalı avtobusların dövlət qeydiyyat nişanları 90- ZC483, **-JH-***, 90-JH -468, **-JH-***, **-TG-*** və **-TG-*** əvəzinə **-JH-***, **-JH-***, **-JH-***, **-JH-***, **-JH-*** və **-JH-*** kimi qeyd edilməli idi. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-306/2018 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 228.1-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Hazırki işdə isə həmin maddənin tətbiq edilməsi və qətnaməyə düzəliş edilməsi üçün əsaslar mövcüd deyil. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-2(82)- 306/2018 saylı qətnaməsindən görünür ki, ipoteka ilə yüklü edilmiş avtomobillərin dövlət qeydiyyat nişanları iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş iddia ərizəsində qeyd olunduğu kimi göstərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, qətnamədə həmin avtomobillərin dövlət qeydiyyat nişanları ilə bağlı yanlışlığa yol verilməmişdir. Ona görə də, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri isə əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2024-cü il tarixli e-2-2(82)-306/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar