Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-66/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “11 saylı X3 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi barədə” iddiasına dair iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2021-ci il tarixli qətnamədən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və cavabdeh “11 saylı X3 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış AZTX/312 saylı, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinə” əsasən, icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 82.083,31 (ƏDV daxil) manat əsas borc və gecikdirilmiş günlər üzrə hesablanmış 1,517 manat cərimə pulu daxil olmaqla, ümumilikdə 83.600,31 manatın (ƏDV daxil), həmçinin texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən hesablanmış 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322.515,52 manat, cəmi isə 406.115,83 manat məbləğində pulun, hazırki iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində bağlanmış “İcarə müqaviləsinə” əsasən, icarəçinin (cavabdehin) istifadəsinə verilmiş müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektlərinin (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) istifadəsinə görə göndərilmiş sonuncu aylıq hesabfaktura bu günə qədər icarəçi tərəfindən iddiaçıya tam ödənilməmiş, nəticədə cavabdehin iddiaçıya iddia ərizəsində qeyd edilən məbləğlərdə borcları yaranmışdır. İddiaçı yaranmış borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etmiş, lakin cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddianın məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iş üzrə tərəflər arasında bağlanmış “İcarə müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 82.083,31 manat, əsas borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.517 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin – 6 manat, cəmi isə 83.606,31 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat pulun 41 manat hissəsinin cavabdehdən, 159 manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini qət etmişdir.
4. Kommersiya Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ƏDV daxil 82.083,31 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və cavabdehdən iddiaçının xeyrinə 1.517 manat məbləğində cərimə borcu tutulmalıdır. İddia tələbinin digər hissəsi texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləği olmaqla, ümumilikdə 322.515,52 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsindən ibarətdir. İddiaçı tərəfindən iddia edilən texnikaların əlavə iş saatlarına cəlb edilməsi işin gedişində sübuta yetirilə bilməmiş və ümumilikdə əlavə iş saatlarına görə 322.515,52 manat borcun yaranmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, ekspertiza təyin olunmuş, lakin verilən rəydə qeyd olunmuşdur ki, icarə müqaviləsi üzrə iddiaçıya məxsus texnikaların icarəçi tərəfindən əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatalara görə ödənilməli məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, əlavə iş saatları ilə bağlı e-qaimələr cavabdeh tərəfindən qəbul olunmayaraq, “səhv” qeydi ilə geri qaytarılmışdır. Bununla da, texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən cavabdehin iddiaçıya ümumilikdə 322.515,52 manat məbləğində borcunun yaranması sübuta yetirilmədiyindən, iddia tələbi həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin olunmamalıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə iddianın bir qismini əsassız olaraq təmin etməmişdir. Həmin hissədə Bakı Kommersiya Məhkəməsinin iş üzrə gəldiyi nəticə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. Belə ki, birinci instansiya məhkəməsinin eqaimələrin cavabdeh tərəfindən qəbul olunmayaraq geri qaytarmasını sübut kimi qəbul etməsi və qaimələrin mötəbərliyini şübhə altına alması yanlışdır. Cavabdeh əlavə iş saatlarını qəbul etmədiyi üçün iş mübahisəyə çevrilmişdir. Cavabdeh qeyd olunan qaimələri qəbul etsəydi məhkəməyə müraciət olunmaz, məsələ tərəflər arasında həll olunardı. İddiaçının təqdim etdiyi qaimələr düzgündür və GPRS elektron sistemindən götürülmüş cədvələ əsasən texnikaların nə qədər əlavə iş saatlarına cəlb edildiyi müəyyən edildikdən sonra müqavilədə qeyd edilmiş düstura əsasən hesablanaraq tərtib edilmişdir. Məhkəmə əlavə ekspertiza təyin etməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş təhviltəslim aktı müqavilənin tələblərinə uyğun deyil, sübut kimi qəbul edilə bilməz. Müqavilədə icarəyə verilən texnikalara reyslərə görə ödəniş edilməsi və ya həmin reyslərə görə təhviltəslim aktı tərtib edilməsinə zərdə tutulmamışdır.
İİ. APELLYASİYA VƏ KASSASİYA İNSTANSİYA MƏHKƏMƏLƏRİNDƏ İCRAAT
d) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2-2(103)- 52/2022) ilə apellyasiya şikayətinin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilərək cavabdehdən iddiaçı xeyrinə texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə 322.515,52 manat (ƏDV daxil) məbləğində pulun tutulmasını, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülülməsini qət etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təmin olunmayan iddia tələbi cavabdehə icarəyə verilmiş texnikaların 2019-cu ilin yanvar-avqust aylarında əlavə iş saatlarına cəlb edilməsinə görə hesablanmış ƏDV daxil 322.515,52 manat borcun cavabdehdən tutulmasıdır. İddiaçının bu tələbinin əsasını “İcarə müqaviləsinin” 4.6-cı bəndi təşkil edir ki, həmin bəndə əsasən, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/234 saat) əlavə iş saatı. İcarə verilmiş texnikaların və nəqliyyat vasitələrinin sayı, markası, modeli dövlət qeydiyyat nişanı, aylıq icarə haqqı müqaviləyə əlavələrlə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Əlavələrə” əsasən, cavabdehə hər biri aylıq 5.000 manata (saatlıq icarə haqqı 21,4 manat olmaqla) “Volvo” markalı özüboşaldan maşınlar, aylıq icarə haqqı 9.500 və 6.500 manat olan 3 ədəd “Volvo” markalı ekskavator, aylıq icarə haqqı 9.500 manat olan “Komatsu” markalı texnika icarəyə verilmişdir. Cavabdeh tərəf “İcarə müqaviləsini” bağlayarkən icarəyə verilmiş nəqliyyat vasitələrinin və texnikaların gün ərzində razılaşdırılmış iş saatından əlavə iş saatlarında istifadəsinin GPRS sistemi vasitəsilə müəyyən edilməsinə dair şərtlə razılaşdığından həmin sistemdən çıxarışın mötəbərliyinə etiraz etməsi əsaslı hesab edilə bilməz. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən GPRS sistemindən çıxarışdakı məlumatlar əsasında icarə müqaviləsinin şərtlərinə uyğun hesablanmış 322.515,52 manat borcun hesablanma qaydasına dair izahlı maliyyə arayışı təqdim edilmiş, sonuncu məhkəmə iclasında isə iddiaçının nümayəndəsi “A+A Security” MMC-nin “X2ması Sisteminə” iclas zalında kompüter vasitəsi ilə giriş edərək iddiaçıya məxsus nəqliyyat vasitələrinin və texnikaların işinə hansı qaydada nəzarət edildiyi, həmin sistemdən məlumatların hansı qaydada çıxarıldığını əyani şəkildə nümayiş etdirmişdir. Sistemə baxış nəticəsində müəyyən edilmişdir ki, sistemdəki məlumatların iddiaçı və ya digər kənar şəxs tərəfindən dəyişdirilməsi, o cümlədən sistemə müdaxilə edilməsi mümkün deyil. İddiaçı yalnız həmin MMC tərəfindən verilmiş giriş kodu vasitəsi ilə həmin sistemə daxil olaraq zəruri məlumatları əldə edə bilir. Eyni zamanda, tərəflərin nümayəndələri arasında tərtib edilmiş, icarəyə verilmiş obyektlərin istifadə edildiyi günlərin və reyslərin sayı barədə aktlarda texnikaların və nəqliyyat vasitələrinin əlavə iş saatlarının qeyd edilməməsi və həmin saatlara görə tələb olunan borcun iddiaçı tərəfindən hər ay təqdim edilmiş elektron qaimədə öz əksini tapmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında cavabdehin öz etirazında istinad etdiyi aktlarda icarəyə verilmiş texnikaların və nəqliyyat vasitələrinin iş saatları deyil, iş günlərinin və reyslərin sayı qeyd edilmişdir. İddiaçının icarəyə verilmiş obyektlərin əlavə iş saatlarına görə ödənişi 3 illik iddia müddəti ərzində (müqavilədən irəli gələn tələb olduğu nəzərə alınarsa) cavabdehdən tələb etmək hüququ olduğundan, bu ödənişlərin hər ay tələb edilməməsi iddianın təmin edilməməsi üçün əsas ola bilməz. e) kassasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
10. Cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla (İş № 2-2(102)-499/2022) kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və işə apelyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
11. Ali Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları, o cümlədən iddiaçı tərəfin təqdim etdiyi sənədləri qiymətləndirərkən prosessual qanunun tələblərinə əməl etməmiş, həmin sənədləri işdə olan digər sənədlərlə əlaqəli şəkildə təhlil etməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə mühasibatlıq ekspertiza təyin olunmuş, ekspert məhkəməyə vəsatət verərək aşağıdakı sənədlərin təqdim olunmasını tələb etmişdir: 1) istifadə edilmiş texnikaların əlavə iş saatlarına hansı tarixlərdə və saatlarda cəlb olunmasına dair ətraflı məlumat (arayış); 2) texnikaların əlavə iş saatlarına cəlb olunmasının hansı qaydada müəyyən edilməsi ilə bağlı ətraflı məlumat (əlavə iş saatlarına görə yaranmış borc məbləğinin hansı qaydada hesablanması göstərilməklə). Bununla belə, ekspert rəyindən məlum olur ki, vəsatətlə bağlı təqdim edilmiş məlumatlar natamam olduğundan, eyni zamanda, vəsatətdə göstərilənlər iddiaçının təqdim etdiyi CD diskdə müəyyən olunmadığından texnikaların əlavə iş saatlarına cəlb olunmasına və buna görə ödənilməli məbləğin həcminə dair ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının öz tələbini əsaslandırmaq üçün təqdim etdiyi materiallar natamam olduğundan ekspert rəyini əldə etmək mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəməyə nəqliyyat vasitələrinin GPRS sistemindən çıxarış da təqdim etmiş, apellyasiya instansiyası məhkəməsi də öz qətnaməsində həmin sənədə istinad etmişdir. Apellyasiya icraatı zamanı yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Lakin ikinci ekspert rəyindən də məlum olur ki, sözügedən GPRS sistemindən çıxarış əsasında hesablama keçirilərək texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdehin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu vəsaitin həcmini müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Bundan başqa, iş materiallarında əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatlara görə ödənilməli məbləğin həcmini müəyyən etmək üçün müvafiq audit aktı mövcud deyildir. Beləliklə, yenə də müvafiq mühasibat sənədləri təqdim edilmədiyindən GPRS sistemindən çıxarış əsasında texnikaların əlavə iş saatlarına cəlb edilməsi ilə bağlı suala cavab almaq mümkün olmamışdır. Lakin iş üzrə yeni ekspertiza təyin edilməmiş, habelə müvafiq audit aktının alınması da təmin edilməmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, lazımi sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi halda GPRS sistemindən çıxarışa istinad edərək müvafiq iddia tələbini təmin edərkən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni kifayət qədər əsaslandıra bilməmişdir. Bundan başqa, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış müqavilənin 4.5-ci bəndinə görə, hər bir icarə obyekti (texnika) aylıq 234 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verilimişdir. Müqavilənin 1, 2 və 5 saylı Əlavələrinə görə, “Volvo” markalı, özüboşaldan maşınların hər birinin icarə haqqı aylıq 5.000 manat (ƏDV daxil olmamaqla), saatlıq 21,4 manat (ƏDV daxil olmamaqla) məbləğində müəyyən edilmişdir (aylıq 5.000 manat : saatlıq 21,4 manat = aylıq 233,6 saat). İcarə obyektlərinin böyük hissəsini də məhz özüboşaldan maşınlar təşkil edir. Halbuki iş materiallarında olan tərəflərin imzaladıqları aylıq aktlarda belə texnikalar üzrə bir sıra hallarda müqavilənin Əlavəsində nəzərdə tutulmuş 5.000 manatdan daha artıq qiymətlər – 5.088, 5.184, 5.280, 5.376, 5.472, 5.568, 5.760 manat göstərilmişdir. Həmin aylıq qiymətləri 21,4 manata (saatlıq qiymətə) böldükdə isə iş saatlarının həcmi müvafiq olaraq 237, 242, 246, 251, 253, 260 və 269 saata çatır ki, bu da faktiki olaraq texnikalar üzrə müqavilə üzrə müəyyən edilmiş aylıq 234 saatdan əlavə saatların hesablanmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, eyni sözlər aylıq qiymətləri daha baha olan texnikalara da (ekskavator, buldozer) şamil edilə bilər. Lakin işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatlar apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırda iddiaçının tələb etdiyi əlavə iş saatlarının həcminin cavabdeh tərəfindən faktiki olaraq əvvəlki aktlar üzrə artıq tam və ya qismən ödənilməsi, nəticə etibarilə hazırda eyni əsasla təkrar ödənişlərin tələb edilməsi istisna olunmur. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan bütün aktlar, arayışlar və digər sənədlər üzrə ixtisaslı qaydada dəqiq hesablamalar aparılmadan iş üzrə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
İİİ. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ YENİ İCRAAT
f) apellyasiya baxışında iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. İşə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
13. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətin dəlillərinə etiraz edərək, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. g) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına (bundan sonra – Məhkəmə) bildirir ki, işə baxmış Bakı Kommersiya Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdeh qətnaməni apelyasiya qaydasında mübahisələndirməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə Bakı Kommersiya Məhkəməsinin iddia tələbinin bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. h) mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
17. Hazırki iş üzrə apellyasiya baxışının həcmini nəzərə alan Məhkəmə, iddiaçının apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
18. Belə ki, iddiaçının təmin olunmayan iddia tələbi cavabdehə icarəyə verilmiş texnikaların 2019-cu ilin yanvar-avqust aylarında əlavə iş saatlarına cəlb edilməsinə görə hesablanmış ƏDV daxil 322.515,52 manat məbləğində borcun cavabdehdən tutulmasıdır.
19. İddiaçının bu tələbinin əsasını onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AZTX/312 saylı “İcarə müqaviləsinin” 4.6-cı bəndi təşkil edir.
20. Müqavilənin 4.6-cı bəndinə əsasən, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: (Aylıq icarə haqqı/ 234 saat)* əlavə iş saatı. İcarə verilmiş texnikaların və nəqliyyat vasitələrinin sayı, markası, modeli dövlət qeydiyyat nişanı, aylıq icarə haqqı müqaviləyə əlavələrlə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Əlavələrə əsasən cavabdehə hər biri aylıq 5.000 manata (saatlıq icarə haqqı 21,4 manat olmaqla) “Volvo” markalı özüboşaldan maşınlar, aylıq icarə haqqı 9.500 və 6.500 manat olan 3 ədəd “Volvo” markalı ekskavator, aylıq icarə haqqı 9.500 manat olan “Komatsu” markalı texnika icarəyə verilmişdir.
21. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəməyə nəqliyyat vasitələrinin GPRS sistemindən çıxarış təqdim etmişdir.
22. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ilə “A+A Security” MMC arasında iddiaçıya məxsus nəqliyyat vasitələrinə nəzarət sxeminin qurulması üçün müqavilə bağlanmışdır.
23. “A+A Security” MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli arayış ilə təsdiq etmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2019-cu ilin yanvar-avqust ayları üzrə nəqliyyat vasitələrinin dövlət nömrə-nişanları arayışda qeyd edilmiş cədvəldə göstərildiyi kimi “webuser974” istifadəçi kodu vasitəsi ilə şirkətə aid X1 Sistemi üzərindən monitorinq imkanı verilmişdir.
24. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, texnikaların əlavə iş saatları üzrə 273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV məbləğinə dair sistemə daxil edilən 17 fevral 2020-ci il tarixli, EBAG 180409, EBAG 186047, EBAG 235166, EBAG 239219, EBAG 249491, EBAG 252944, EBAG 255845, EBAG 267162 nömrəli e-qaimələr icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarılmış və geri qaytarılmaya səbəb “səhv” olaraq göstərilmişdir.
25. Cavabdehin apelyasiya baxışının predmeti olan hissədə iddia tələbinə etirazı ondan ibarətdir ki, icarəyə verilmiş nəqliyyat vasitələri və texnikaların işləmə qaydası, ümumi iş saatı və buna görə aylıq icarə haqqının məbləği barədə tərəflər arasında aktlar təsdiq edilmiş, həmin aktlarda əlavə iş saatları barədə qeyd olunmamışdır. Qeyd edilən aktlar əsasında elektron qaimələr göndərilmişdir. Əlavə iş saatlarına görə tələb edilən borcla bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
26. Bakı Kommersiya Məhkəməsi cavabdehin etirazını əsaslı hesab edərək belə nəticəyə gəlmişdir ki, texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə borcun tutulması hissəsində iddia mötəbər sübutlarla təsdiq edilməmişdir.
27. Lakin Məhkəmə, iddiaçının təqdim etdiyi X2ması Sistemindən (GPRS) çıxarışın iddiaçının tələbinin əsaslı olduğunu təsdiq edən mötəbər sübut olmaması barədə Bakı Kommersiya Məhkəməsinin bu mövqeyi ilə razılaşmır.
28. Belə ki, cavabdeh icarə müqaviləsini bağlayarkən icarəyə verilmiş nəqliyyat vasitələrinin və texnikaların gün ərzində razılaşdırılmış iş saatından əlavə iş saatlarında istifadəsinin GPRS sistemi vasitəsilə müəyyən edilməsinə dair şərtlə razılaşdığından həmin sistemdən çıxarışın mötəbərliyinə etiraz etməsi əsaslı hesab edilə bilməz.
29. İşə birinci dəfə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən GPRS sistemindən çıxarışdakı məlumatlar əsasında icarə müqaviləsinin şərtlərinə uyğun hesablanmış 322.515,52 manat borcun hesablanma qaydasına dair izahlı maliyyə arayışı təqdim edilmiş, sonuncu məhkəmə iclasında isə iddiaçının nümayəndəsi “A+A Security” MMC-nin X2ması Sisteminə iclas zalında kompüter vasitəsi ilə giriş edərək iddiaçıya məxsus nəqliyyat vasitələrinin və texnikaların işinə hansı qaydada nəzarət edildiyi, həmin sistemdən məlumatların hansı qaydada çıxarıldığını əyani şəkildə nümayiş etdirmişdir.
30. İşə apellyasiya qaydasında birinci dəfə baxılan zaman işə baxmış məhkəmə kollegiyası tərəfindən sistemə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, sistemdəki məlumatların iddiaçı və ya digər kənar şəxs tərəfindən dəyişdirilməsi, o cümlədən sistemə müdaxilə edilməsi mümkün deyil. İddiaçı yalnız “A+A Security” MMC tərəfindən verilmiş giriş kodu vasitəsi ilə həmin sistemə daxil olaraq zəruri məlumatları əldə edə bilir.
31. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin nümayəndələri arasında tərtib edilmiş, icarəyə verilmiş obyektlərin istifadə edildiyi günlərin və reyslərin sayı barədə aktlarda texnikaların və nəqliyyat vasitələrinin əlavə iş saatlarının qeyd edilməməsi və həmin saatlara görə tələb olunan borcun iddiaçı tərəfindən hər ay təqdim edilmiş elektron qaimədə öz əksini tapmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz.
32. Belə ki, tərəflər arasında cavabdehin öz etirazında istinad etdiyi aktlarda icarəyə verilmiş texnikaların və nəqliyyat vasitələrinin iş saatları deyil, iş günlərinin və reyslərin sayı qeyd edilmişdir. İddiaçının icarəyə verilmiş obyektlərin əlavə iş saatlarına görə ödənişi üç illik iddia müddəti ərzində (müqavilədən irəli gələn tələb olduğu nəzərə alınarsa) cavabdehdən tələb etmək hüququ olduğundan bu ödənişlərin hər ay tələb edilməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış “İcarə müqaviləsi” üzrə cavabdeh tərəfindən icarə götürülmüş texnika və nəqliyyat vasitələri əlavə iş saatlarına cəlb edilmişdir. Bu səbəbdən də müqavilə şərtlərinə görə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
34. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (maddə 700.2.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448).
35. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə, hesab edir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və iddiaçı ona qarşı apelyasiya baxışının predmeti olan hissədə hazırki tələbi irəli sürməkdə haqlıdır.
36. İddiasının mövqeyinə texnika və nəqliyyat vasitələri əlavə iş saatlarına cəlb edilməsinə görə, cavabdehin ona 322.515,52 manat borcu yaranmışdır.
37. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş texnika və nəqliyyat vasitələrinin əlavə iş saatlarına cəlb edilməsinə görə yaranmış borcun məbləğinin düzgün müəyyən edilməsi, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilən göstərişin yerinə yetirilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir.
38. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 9/1294 saylı, xx.xx.2023-cü il tarixli rəyində aşağıdakılar qeyd olunmuşdur: “Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən iddiaçı "xxxx" MMC ilə cavabdeh “11 saylı X3 Müəssisəsi” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə iddiaçı "xxxx" MMC-yə məxsus texnikaların əlavə iş saatlarına cəlb olunma müddətləri ilə bağlı təqdim edilmiş və iş materiallarının birinci cildinin 215-225-ci vərəqlərinə əlavə edilmiş GPRS sistemindən çıxarışda olan məlumatlar əsasında hesablama aparılaraq texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdeh “11 saylı X3 Müəssisəsi” MMC-nin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu məbləğin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. Belə ki, yuxarıda da göstərildiyi kimi, məhkəmə-mühasibatlıq ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Bundan başqa, qeyd edilir ki, yuxarıda da göstərildiyi kimi, iş materiallarında əlavə iş saatlarına cəlb olunmasını və olunubsa, həmin saatlara görə ödənilməli məbləğin nə qədər təşkil etməsini və s. müəyyən etmək üçün müvafiq audit aktı mövcud deyildir. Bununla yanaşı iş materiallarında "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışı mövcuddur ki, həmin maliyyə arayışında ödənilməli olan borcun məbləği 82.083,31 (ƏDV ilə birlikdə) manat göstərilmişdir. Həmçinin həmin arayışda hesablanmış əlavə iş saatları üzrə isə 273.318,24 manat (əsas məbləğ) və 49.197,28 manat (ƏDV məbləği) sistemə daxil edilən e-qaimələrin icarəçi tərəfindən qəbul edilməyərək geri qaytarıldığı (geri qaytarmaya səbəb “səhv” kimi göstərilmişdir) əksini tapmışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, cavabdeh “11 saylı X3 Müəssisəsi” MMC tərəfindən 82.083,31 (ƏDV ilə) manat borc məbləği qəbul edilmişdir. Həmçinin qeyd edilir ki, tədqiqi hissədə öz əksini tapmış səbəblərdən məhkəmənin hazırki ekspertiza təyini haqqında qərardadının 3-cü səhifəsinin 5-6-cı səhifələrində göstərilənlər nəzərə alınaraq iş materiallarının birinci cildinin 215-225-ci vərəqlərinə əlavə edilmiş GPRS sistemindən çıxarışda olan məlumatlar əsasında hesablama aparıldıqda (sualda göstərilən çıxarış) iddiaçı "xxxx" MMC ilə cavabdeh “11 saylı X3 Müəssisəsi” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə texnikaların əlavə iş saatlarına gəlb edilməsinə görə cavabdeh “11 saylı X3 Müəssisəsi” MMC-nin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu məbləğ 322.515,52 (273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV) manat müəyyən olunur”.
39. Ekspertizanın rəyində göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş sübutların mötəbər olub-olmamasına ekspert deyil, isə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilir. Buna görə də, Məhkəmə rəyin nəticə hissəsinin yalnız 3cü abzasında göstərilənləri nəzərə alır. Çünki ekspert onun qarşısında qoyulmuş sual (İddiaçı "xxxx" MMC ilə cavabdeh “11 saylı X4 Müəssisəsi” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə iddiaçı "xxxx" MMC-yə məxsus texnikaların əlavə iş saatlarına cəlb olunma müddətləri ilə bağlı təqdim edilmiş və iş materiallarının birinci cildinin 215-225-ci vərəqlərinə əlavə edilmiş GPRS sistemindən çıxarışda olan məlumatlar əsasında hesablama aparılaraq texnikaların əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdeh “11 saylı X3 Müəssisəsi” MMC-nin müqavilə şərtləri nəzərə alınmaqla ödəməli olduğu məbləğ nə qədər təşkil edir?) üzrə tədqiqat apararaq sualı cavablandırmışdır.
40. Məhkəmə bildirir ki, yuxarıda qeyd olunan rəyi (3-cü abzas) şübhə altına ala biləcək sübut (məsələn: alternativ rəy) cavabdeh tərəfindən Məhkəməyə təqdim edilməmişdir.
41. Eyni zamanda Məhkəmə onu da nəzərə alır ki, işə birinci dəfə apellyasiya qaydasında baxılarkən işə baxmış məhkəmə kollegiyası tərəfindən “A+A Security” MMCnin X2ması Sisteminə (GPRS) iclas zalında kompüter vasitəsi ilə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, sistemdəki məlumatların iddiaçı və ya digər kənar şəxs tərəfindən dəyişdirilməsi, o cümlədən sistemə müdaxilə edilməsi mümkün deyil.
42. Bu səbəbdən də, Məhkəmə rəyi (3-cü abzas) mötəbər sübut kimi qiymətləndirir və ona əsaslanaraq hesab edir ki, cavabdeh tərəfindən icarəyə götürülmüş texnika və nəqliyyat vasitələrinin əlavə iş saatlarına cəlb edilməsinə görə cavabdehin iddiaçı qarşısında yaranmış borcun məbləği 322.515,52 (273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV) manat təşkil edir.
43. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, icarəyə götürülmüş texnika və nəqliyyat vasitələrinin əlavə iş saatlarına cəlb edilməsinə görə 322.515,52 (273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. i) apellyasiya baxışının nəticəsi
44. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apelyasiya baxışının predmeti olan hissədə iddia əsaslıdır. Bakı Kommersiya Məhkəməsinin həmin tələbin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.
45. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
46. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2021ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Hazırki apelyasiya baxışının predmeti olan iddia tələbi təmin edilsin. İcarəyə götürülmüş texnika və nəqliyyat vasitələrinin əlavə iş saatlarına cəlb edilməsinə görə yaranmış borcun ödənilməsi məqsədilə 322.515 (üç yüz iyirmi iki min beş yüz on beş) manat 52 (əlli iki) qəpik (273.318,24 manat əsas məbləğ və 49.197,28 manat ƏDV) məbləğində pul cavabdeh “11 saylı X3 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hazırki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 350 (üç yüz əlli) manat məbləğində pul cavabdeh “11 saylı X3 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.