Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-66/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-2661/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında bağlanmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanında əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2500.0 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 305 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən 305 nömrəli icarə müqaviləsi üzrə 11250 (on bir min iki yüz əlli) manat və mediasiya ilə bağlı ödənilmiş 100 (yüz) manat, cəmi 11350 (on bir min üç yüz əlli) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 305 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanında əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2500 m2 torpaq sahəsi Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 11250 (on bir min iki yüz əlli) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2022-ci il tarixli, **********56 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həlli ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediatora müraciət olunmuş, lakin mübahisənin həlli ilə bağlı qarşılıqlı razılıq əldə edilməmişdir (ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 11 aprel 2023-cü il tarixli, MŞB/18/2023-0044 nömrəli arayış əlavə olunur). Həmçinin bildiririk ki, mediasiya sessiyasının keçirilməsi üçün 100 (yüz) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediatorun bank hesabına ödənilmişdir
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi ona istinad edir ki, tərəflər arasında icarə müqaviləsi mövcuddur. Həmin icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 0,25 ha. torpaq sahəsini cavabdeh icarəyə verilmişdir. Cavabdeh aylıq icarə haqqının ödənilməsini öhdəsinə götürmüş, lakin ödəməsini təmin etməmişdir. İcarə müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı iddia tələbinə qarşı deyilik. Lakin bunun əsası icarǝ haqqının ödənilmədiyindən deyil, həmin icarə müqaviləsinin qanuna zidd və vəzifə səlahiyyətindən irəli gələn hüquq səlahiyyətindən sui-istifadə edilməklə, tərəfi mühüm yanılma ilə icarə müqaviləsinin təsdiqinə vadar edilmək əsasından olmalıdır. Daha doğrusu həmin icarə müqaviləsi bağlandığı gündən etibarsız hesab edilməlidir. Həmin icarə müqaviləsinin mahiyyəti cavabdeh tərəfə aydın olan gündən müqaviləni mübahisələndirmiş, bununla bağlı iddiaçı tərəfə dəfələrlə müraciətlər etmiş, müqavilənin bağlandığı gündən ləğv edilməsi qanuni əsaslarla tələb edilmişdir. Lakin cavabdeh bununla bağlı hərəkətsizlikdə davam etmişdir. İcarə müqaviləsi ilə bağlı əsaslı mübahisəni həll etmək əvəzinə ondan irəli gələn öhdəliklərin icrasını tərəfdən məhkəmə qaydasında tələbə qalxmışdır. Belə ki, iddia ərizəsindən elə görünür ki, adı çəkilən 0,25 ha. torpaq sahəsi iddiaçıya məxsusdur və ya ona sərəncam vermə hüququ ona aiddir, onun əməli istifadəsində olmaqla cavabdehə icarəyə verilmişdir. Halbuki həmin torpaq sahəsi hələ keçən əsrin 70-80-cı illərdən cavabdehin əməli istifadəsindədir, qanuni əsaslarla müddətsiz istifadəsinə ayrılmışdır. Cavabdeh “Azərovçu” İctimai Birliyi kommersiya təşkilatı deyildir. Adı keçən torpaq sahəsindən biznes və qazanc əldə edilməsi üçün istifadə edilmir. İctimai Birliyin əmlakı onun fəaliyyəti müddətində sərəncamında olur. Fəaliyyətinə son veriləndən sonra bütün əmlakı dövlətə keçir. “Azərovçu” İB keçən əsrin ortalarından fəaliyyət göstərir və mübahisəli torpaq sahəsi 50 ildən çoxdur ki, onun əməli istifadəsindədir. İddiaçı cavabdehin əməli və müddətsiz istifadəsinə verilmiş və kommersiya məqsədləri üçün nəzərdə tutulmamış torpaq sahəsini onun özünə hansı məntiqlə icarəyə verdiyi sual altındadır. Həmin torpaq sahəsinə dair əldə edilmiş və uzun müddət iradsız hüququn qeydiyyata alınması üçün iddiaçıya müraciət edilmişdir. Bu işin aparılması həmin torpaq sahəsinə nəzarət edən işçi koordinatora həvalə edilmiş və onun adına etibarnamə verilmişdir. İddiaçı ona torpağa olan hüququ qeydiyyata alınması üçün öncədən icarə müqaviləsi, ondan dərhal sonra da daimi istifadə hüququnun reyestrdə qeydə alınacağı, bu müddət ərzində də bir aylıq icarə haqqının ödənilməli olacağı bildirilmiş, qaydanın bu şəkildə olduğu izah edilmişdir. Lakin bir ay müddətində razılaşmaya, daha doğrusu məcburi olan qayda kimi izah edildiklərinə riayyət edilmədiyindən tərəflər arasında mübahisəyə yol açmışdır. İcarə müqaviləsi əsasında verilmiş çıxarışın məzmununda 0,25 ha. torpaq sahəsi, qəsəbə torpağı, sənaye, nəqliyyat və digər təyinatlı torpaq sahəsi kimi qeyd edilmişdir. Ona icarə haqqı da qəsəbə torpağı kimi müəyyən edilmişdir. Əslində həmin torpaq sahəsi, qəsəbədə deyil, dəniz sahilində yerləşir və həmin ərazidə 1 ha özəl torpağın dəyəri 2-3 min manat arasındadır. Yəni həmin ərazidə 0,25 ha torpaq sahəsinin bazar dəyəri maksimum 600 manatdır. Belə olan halda onun aylıq icarə haqqı üçün 500 manatın müəyyən edilməsi hansı məntiqlə hesablanmışdır. Həmin sahə İB-nin üzvlərinin ovçuluq məşğuliyyətinin təşkil edilməsi, onların bu istiqamətdə səriştələrinin artırılması, boş zamanlarını daha səmərəli keçirilməsi üçün istifadə olunur. İB onun üzvlərinin üzvlük haqları hesabına maliyyələşir. Kommersiya fəaliyyət göstərmir və həmin torpaqdan qazanc, mənəət əldə edilməsi məqsədində deyildir ki, onu icarəyə götürsün və qazancın bir hissəsini də icarə haqqı ödəsin. Ona görə də iddianın icarə müqaviləsinin ləğv edilməsi hissəsi təmin edilməli və həmin icarə müqaviləsi onun bağlandığı gündən ləğv edilməlidr. O, ki qaldı həmin torpaq sahəsindən cavabdehin çıxarılması, həmin sahənin qanuni əsaslarla cavabdehə ayrılması və 50 ildən çox müddətdə əməli istifadəsində olması, orada ovçu evlərinin inşa etməsi və.s. kimi hallar bu tələbin əsassız və məntiqsiz olması baxımından rədd olunmalıdır.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2661/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında bağlanmış “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 305 nömrəli icarə müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2661/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyindən 305 nömrəli icarə müqaviləsi üzrə 11250 (on bir min iki yüz əlli) manat icarə haqqı borcu və 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 11350 (on bir min üç yüz əlli) manat məbləğində pul vəsaitinin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN: **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN: **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi, icarə müqaviləsinin predmeti olan, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənubşərq hissəsi ünvanında əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2500.0 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi qət edilmişdir.
6. Cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkməsinin e-2-2(113)-2661/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəli halları həmin icarə müqaviləsinin bağlanmasına səbəb olmuş razılaşmanın iddiaçı tərəfindən pozulması, torpaq sahəsinin hazırkı icarə müqaviləsi əsasında faktiki icarəçiyə təhvil verilmədiyi, həmin torpaq sahəsi 50 il bundan əvvəl cavabdehin daimi istifadəsinə ayrıldığı və torpaq sahəsinin 50 ildən çoxdur zatən cavabdehin istifadəsində olduğu halda, ona yenidən icarəyə verilməsi ilə bağlı hissəsindədir. Qeyd etmək vacibdir ki, həmin torpaq sahəsinin “balıq artırma, balıqovu ilə bağlı İB üzvlərinin səmərəli vaxtının keçirilməsinin təmin edilməsi məqsədlərinə görə kompleksin tikintisi üçün 50 il bundan əvvəl cavabdehə daimi istifadəsinə verildiyi, cavabdeh özünün vəsaiti hesabına orada layihələndirilmiş tikililəri inşa etdiyi və hazırda həmin torpaq sahəsində cavabehə məxsus tikilillərin mövcud olduğuna dair təqdim edilmiş sübutların heç biri qətnamədə qeyd edilməmiş və qiymət verilməmişdir. Halbuki, qeyd olunan sənədli sübutlar, onlarla bağlı dəlillər məhkəmə iclaslarında geniş tədqiq edilmişdir və həmin dəlillər ən azından iddia tələbinin torpaq sahəsinin boşaldılması hissəsindən rədd edilməsi üçün yetərli əsaslardır. Belə ki, həmin sahənin daimi istifadəyə verilməsi və tikililərin inşaası barədə: Bakı şəhəri Xalq Deputatları İcra Hakimiyyətinin 7 mart 1975-ci il tarixli 91/1649 saylı qərarından çıxarış. Bakı şəhər İcra Hakimiyyətinin Memerlıq və şəhər salma Baş İdarəsinin 3629 saylı İnşaat pasportu Adı çəkilən 0,25 ha. Torpaq sahəsinin təhvil-təsliminə dair 1975-ci ilin yanvar ayında tərtib edilmiş Akt və cizgi sxemi. Həmin sahə ilə bağlı Balıqçılığın tənzimlənməsi və balıq ehtiyatlarının reproduksiyasının qorunması üzrə Baş İdarə tərəfindən verilmiş, SSSR balıqçılıq təsərrüfatı Nazirliyinin xx.xx.1972-ci il tarixli, 53 nömrəli xüsusiləşdirilmiş P-116 nömrəli formatda təsdiqlənmiş pasport və s. Bundan başqa həmin torpaq sahəsinə “Azərovçu” İB-nin ziddinə hər hansı müdaxilənin qadağan edildiyinə dair 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin 45/10 saylı, xx.xx.2013-cü il tarixli qərardadı iddia tələbinin əsası olan icarə müqaviləsinə etiraz edilməsi və ona xitam verilməsi tələbi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2021-ci il, 28 saylı, xx.xx.2021-ci il 42 saylı,xx.xx.2022-ci il 26 nömrəli məktublar. Yuxarıda sıra ilə adları qeyd olunanlar məhkəməyə təqdim edilmiş, məhkəmədə təhqiq edilmiş və tərəflər arasında mübahisə olunmayan, mənbəyi məlum rəsmi sənədli sübutlardır. Lakin məhkəmə qətnamə qəbul edərkən ümumiyyətlə həmin sənədlərlə müəyyən edilən halları nəzərə almamışdır. Məhkəmə iclaslarında təhqiq edilmiş həmin sənədli sübutlarla məhkəmənin özü tərəfindən iş üzrə müəyyən etdiyi mövcud dəlillərə əsasən aşkar şəkildə görünür mübahisəli torpaq sahəsi cavabdeh “Azərovçu” İB-yə qanuni əsaslarla 1975-ci ildə ayrılmış, ona təhvil verilmiş, sonuncu tərəfindən öz vəsaiti hesabına orada tikililər aparmışdır. Həmin torpaq sahəsi və onun üzərindəki tikililərə 50 ilə yaxındır ki, qanuni istifadəsində davam etməkdədir. Bununla bağlı bir halı da unutmaq lazım deyil ki, bundan 10 il öncə Ekologiya Nazirliyi həmin ərazini geri alınması tələbi, qanunsuz hesab edildiyindən, adı çəkilən torpaq sahəsi və orada mövcud tikililərə hər hansı formada müdaxilənin qadağan edilməsi barədə məhkəmə aktı mövcuddur. “Azərovçu” İB adı çəkilən torpaq sahəsinə qanuni əsaslarla əldə etdiyi daimi istifadə hüququnu reyestrdə rəsmiləşdirilməsi ilə bağlı 2 il bundan əvvəl Reyestr Xidmətinə müraciət etmişdir. Məsələnin iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti ilə həll edilməsi bildirilmişdir. Sonuncuya müraciətlə bağlı cavab belə olmuşdur ki, ilkin olaraq, icarə müqaviləsi bağlanmalı, iki aydan sonra torpaq sahəsinə daimi istifadə hüququ reyestrdə qeydiyyata alınması məsələsi həll edilə bilər. Əks təqdirdə bunun mümkün olmadığı bildirilmişdir. Məhz hazırkı iş üzrə mübahisələndirilən icrarə müqaviləsinin bağlanması belə meydana gəlmişdir. Bu razılığa görə də cavabdeh tərəf cəmi iki ay üçün ödəniş etmişdir. Bundan sonra isə dəfələrlə iddiaçı tərəfə müraciətlərin nəticəsiz qaldığından, adı çəkilən icarə müqaviləsinin torpağa nisbətdə tərəflər arasında faktiki mövcud münasibətlərə uyğun olmadığı baxımından ləğv edilməsi barədə müraciətlər edilmişdir. Lakin iddiaçı bu məsələni vaxtında həll etməmiş, icarə müqaviləsi üzrə tərəfin ödəniş etməyəcəyini bilə-bilə, icarə haqqının hesablanmaqda davam etmişdir. Bunun isə doğru olmadığı bəllidir. “Azərovçu” İB adıçəkilən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin düzgün bağlanmadığı, torpaq sahəsinin icarə münasibətlərinə son qoyulması, icarə ilə bağlı yüklülüyündə düzəliş aparılması, daha sonra müqavilənin ləğvi barədə iddiaçıya xx.xx.2021-ci il tarixli 28 saylı, xx.xx.2021-ci il tarixli 42 saylı, xx.xx.2022ci il tarixlərdə mütəmadi olaraq məktublarla yazılı müraciətlər etmişdir. Belə olan halda, yəni icarəçi tərəf icarə müqaviləsinin düzgün bağlanmadığı, hüququn qeydiyyatında yol verilmiş yanlışlığın aradan qaldırılmaqla, düzəliş edilməsi, icarə münasibətlərin davam etdirilməsindən aşkar şəkildə imtina etdiyi baxımından iddiaçı tərəf icarə müqaviləsinin müddətinin bitənə kimi hər ay üçün icarə haqqı hesablamalı deyil, həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verməli idi. Bundan başqa, iddiaçı torpaq mülkiyyət hüququ ilə ona məxsus olduğu ilə çıxış edərək, torpaq sahəsini boşaldılması, cavabdehdən geri alınması, ona təhvil verilməsi tələbi ilə çıxış edir və şikayət olunan qətnamə ilə bu tələb təmin edilmişdir. Halbuki, mübahisəsiz haldır ki, adı çəkilən torpaq sahəsi 50 ildir ki, cavabdehin əməli istifadəsindədir və onu özbaşına deyil, qanuni əsaslarla əldə etmişdir. Həmin sahədə ona məxsus daşınmaz əmlak mövcuddur. Birincisi qanuni əsaslarla əldə edilmiş əmlak, onun sahibinin əlindən zorla alınması yol verilməz və qadağan olmuş əməldir. Buna yalnız sahibinin razılığı əsasında, dövlət ehtiyacları üçün tələb olunduğu hallarda isə yalnız əvəzi ədalətli kompensasiya ödəməklə yol verildiyi də bəllidir. Şikayət olunan qətnamənin məzmunundan da aşkar şəkildə görünür ki, yuxarıda qeyd edilən iş üzrə mövcud mübahisə olunmayan halları ümumiyyətlə nəzərə alınmamış, mübahisə yalnız təqdim edilmiş icarə müqaviləsindən irəli gələn münasibətlər baxımından şərh və həll etmişdir. Əslində adı çəkilən torpaq sahəsi ilə bağlı yuxarıda qeyd edilənlər, mübahisənin ədalətli, obyektiv həll və cavabdehin məhkəmə müdafiəsinin təmin edilməsi məqsədləri üçün nəzərə alınmalı və işin nəticəsi üçün mühün əhəmiyyətə malik hallardır. Lakin məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bu halları tam aydınlaşdırmamış, iddiaçının göstərdiklərini daha üstün tutmuş, bu da həm ödənişlə bağlı cavabdehin üzərinə yol verilməyən borca görə əlavə öhdəliklər qoyması və həm də qanuni əsaslarla əldə etdiyi əmlaka sahibliyindən məhrum edilməsi ilə nəticələnən qətnamə qəbul edilməsinə səbəb olmuşdur. İşin mübahisəsiz hallarında göründüyü kimi cavabdeh adı çəkilən icarə müqaviləsinin bağlandığından tam 2 ay sonra həmin müqavilənin yanlış bağlandığı, icarə münasibətlərinə xitam verilməsini və torpaqla bağlı münasibətdə hüququnun düzgün qeydə alınmasını tələb edir. Lakin iddiaçı tərəf buna əhəmiyyət vermir və müqavilə əsasında müəyyən etdiyi icarə haqqını hesablanmaqda davam edir və bunu müqavilə müddətinin bitənə kimi davam edir. Nəticədə cavabdehin üzərinə yol verilməyən 11.250 manat məbləğində öhdəlik qoymuş olur. Məhkəmə də bu halı müəyyən etdiyinə baxmayaraq, buna zidd qənaətli qətnamə qəbul etməklə, maddi hüququ normaların tələbləri pozmuş, icarə ilə bağlı tərəflər arasında mövcud olan faktiki münasibətləri nəzərə almışdır. Tərəflər arasında icarə müqaviləsi mövcuddur və icarəçi həmin müqavilənin ləğv edilməsini tələb edir. Yəni icarə müqaviləsinin bağlanması ilə bağlı tərəflər arasında mübahisə vardır. Lakin icarəyə verən tərəf icarə müqaviləsi üzrə icarə hqqının hesablanmasında davam edir. Məhkəmə də qətnaməsini bu yönümdə qəbul edir. Halbuki, maddi hüquq normasına və həmçinin adı keçən icarə müqaviləsinin şərtinə əsasən icarəyə verən həmin icarə müqaviləsinin xx.xx.2021-ci il tarixdən ləğv edilməsi barədə tədbirlər görməli idi. Tərəflər arasında bağlanmış icarə müqaviləsi onda adı çəkilən 0,25 ha torpaq sahəsinin cavabdehə xx.xx.2021-ci il tarixdən icarəyə verildiyi qeyd edilir. İş üzrə müəyyən edilmiş hallara görə həmin torpaq sahəsinin cavabdehin daimi istifadəsinə hələ 1975-ci ildən verildiyi, cavadehin həmin torpaq sahəsində özünə məxsus tikililər mövcuddur. Göründüyü kimi məhkəmə tərəflər arasında icarə və ən əsası tərəflərin adı çəkilən 0,25 ha torpaq sahəsinə nisbətdə faktiki münasibətləri ilə bağlı iş üçün əhəmiyyətli olan halları diqqətə almamışdır. İddianın əsası kimi istinad edilən icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə icarə əsasları ilə verildiyi qeyd olunan 0,25 ha mübahisəli torpaq sahəsi cavabdeh “Azərovçu” İB-yə qanuni əsaslarla 1975-ci ildə ayrıldığı, ona təhvil verilmiş, sonuncu tərəfindən öz vəsaiti hesabına orada tikililər aparmışdır. Həmin torpaq sahəsi və onun üzərindəki tikililərə 50 ilə yaxındır ki, qanuni istifadəsində davam etməsi, bundan 10 il əvvəl Ekologiya Nazirliyi həmin ərazini geri alınması tələbi, qanunsuz hesab edildiyindən, adı çəkilən torpaq sahəsi və orada mövcud tikililərə hər hansı formada müdaxilənin qadağan edilməsi barədə məhkəmə aktının mövcud olduğu, bundan başqa “Azərovçu” İB adıçəkilən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin düzgün bağlanmadığı, torpaq sahəsinin icarə münasibətlərinə son qoyulması, icarə ilə bağlı yüklülüyündə düzəliş aparılması, daha sonra müqavilənin ləğvi barədə iddiaçıya xx.xx.2021-ci il tarixli 28 saylı,xx.xx.2021-ci il tarixli 42 saylı, xx.xx.2022-ci il tarixlərdə mütəmadi olaraq məktublarla yazılı müraciətlərin işin nəticəsi üçün əhəmiyyətli olduğuna baxmayaraq, həmin hallar tam aydınlaşdırılmamış və hüquqi qiymətdən kənarda saxlanılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
18. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
19. Həmin Məcəllənin 722.1-ci maddəsinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia tələbi qismən əsaslıdır.
22. İcarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 305 nömrəli müqavilə bağlanmışdır.
23. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 2500 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.
24. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz.
25. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil.
26. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 6000 manat; aylıq icarə haqqı 500 manat.
27. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 idarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T., bik: NABZAZ2C) ödənilməlidir.
28. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır.
29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icarə müqaviləsinin predmeti olan, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanında əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2500.0 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir.
30. Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 7 mart 1975-ci il tarixli 91/1649 saylı qərarından çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 2500 m2 torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir.
31. Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 2500 m2 torpaq sahəsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 3629 saylı İnşaat pasportu verilmişdir.
32. Adı çəkilən torpaq sahəsinin təhvil-təsliminə dair 1975-ci ilin yanvar ayında Akt və cizgi sxemi tərtib edilmişdir.
33. Cavabdehin mübahisələndirilən torpaq sahəsinə istifadə hüququ icarə müqaviləsi əsasında deyil, ondan daha əvvəl Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 7 mart 1975-ci il tarixli 91/1649 saylı sərəncamı əsasında yaranmışdır.
34. Mübahisəli 2500.0 kv.m torpaq sahəsi dövlət mülkiyyətində və iddiaçının bundan irəli gələn mülkiyyətçiyə məxsus hüquqları olsa da, cavabdehin mövcud vəziyyətdə sahiblik və istifadə hüququ isə Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 7 mart 1975-ci il tarixli 91/1649 saylı sərəncamı əsasında yaranmış, cavabdehin mübahisəli torpaq sahəsinə qanuni əsas olmadan sahiblik etməsi müəyyən edilməmişdir.
35. 27.02.2001-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər.
36. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir.
37. Bununla yanaşı, hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
38. Həmin Məcəllənin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
39. İddiaçı cavabdehin sahiblik və istifadə hüququnun qanunsuz olmasını iddia edərək mülkiyyət hüququnun qorunmasını tələb etsə də, cavabdehin bu hüquqlarının sərəncam əsasında yarandığından və iddiaçı tərəfindən bu aktın mübahisələndirilməsi və bilavasitə cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilmədiyindən cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanında əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2500.0 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi barədə iddia tələbi təmin edilə bilməz.
40. İcarə müqaviləsi üzrə 11250 (on bir min iki yüz əlli) manat icarə haqqının tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, aylıq icarə haqqı 500 manat məbləğində müəyyən edilmişdir.
41. Müqavilə bağlandığı tarixdən məhkəməyə müraciət edilən tarixədək 24 ay 15 gün müddət keçmişdir. Həmin müddət üzrə ödənilməli icarə haqqı borcu 12250 manat təşkil edir.
42. Cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən 1000 manat məbləğində icarə haqqı ödənişi edilmişdir.
43. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyindən xx.xx.2021-ci il tarixli, 305 nömrəli icarə müqaviləsi üzrə 11250 manat icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.
44. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2661/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi qismən, icarə müqaviləsinin predmeti olan, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanında əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2500.0 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(113)-2661/2023 saylı qətnaməsi qismən, icarə müqaviləsinin predmeti olan, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanında əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2500.0 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov