Məhkəmə qərarları › İş №2-2(103)-661/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-661/2020

23.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-661/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «qanunsuz yazılmış borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2- 2(113)-3217/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdehnə («İB») qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus istixanaya (abonent №-si:**********00606) qanunsuz yazılmış 180765,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, həmçinin, ərizə ilə məhkəməyə iddia təmin tədbiri barədə ərizə təqdim edərək, hazırkı işə baxılıb qurtaranadək - Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən ona məxsus istixanaya (abonent nömrəsi:**********00606) qazın verilməsinin dayandırılmasına yönələcək hərəkətlər edilməsinin cavabdehə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirətərəvəzçilik-Südçülük savxozu ərazisində daşınmaz əmlakın dövlət reyestrindən RX serialı, ******* saylı çıxarışa əsasən ona məxsus torpaq sahəsi vardır. Türkiyə vətəndaşı ilə birlikdə istixana fəaliyyəti ilə məşğuldur. Lakin cavabdeh qaz sayğacını əvvəlki icarəçi olan fiziki şəxs Babayev İlhamın adına saxlayıb, onun adına keçirmir ki, qaza görə borcunuz var. Onun öz adına olan torpaq sahəsində qurduğu istixanada isə onlarla insan çalışır və ailələri bu təsərrüfat hesabına dolanır. Satışa çıxarılan məhsul isə ölkə vərəndaşlarına satılır. Cavabdeh onların qazlarını tez-tez müxtəlif bəhanələr ilə kəsir. Qazın kəsiməsi isə yeni əkilmiş şitillərini məhv edir. Qaz təchizatı açılmasa bu iddianın artıq bir mənası olmayacaq, çünki, əkin üçün istixanaya şitil əkilib, havalar da soyuqdur, qaz olmalıdır ki,istixananı qızdırsınlar. Cavabdeh isə qazın açılması barədə məhkəmə sənədi olmadanqazıaçmır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in135.8, 376.2 və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. İş üzrə iddiaçının iddia ərizəsinə, iddianı təmin etmə tədbiri barədə ərizəsinə, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikaytinin dəlillərinə, habelə, işə əlavə olunmuş «Abonentin saldosu» vərəqində təsbit olunan məlumatlara əsasən müəyyən olunur ki, konkret halda, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik-südçülük savxozu ərazisində yerləşən ona məxsus istixanaya olduğunu mübahisəlndirdiyi **********00606 nömrəli abonent qeydiyyatı onun özünə deyil, başqa fiziki şəxsə – İlham Babayevə məxsus olan abonent qeydiyyatıdır. Belə olan halda, yəni, adıçəkilən abonent nömrəsinin sahiblik hüququ İ.Babayevə məxsus olduğu halda, onun iradəsi olmadan, həmin abonent nömrəsi ilə bağlı qaz təchizatı məsələləri həmin abonentlə cavabdeh arasındakı hüquq münasibətlərindən irəli gəldiyi halda, onun hazırkı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilə bilməz Məhkəmə kollegiyası mübahisələndirilən məsələ ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən fiziki şəxs İ.Babayevin adına qeydiyyata alınmış **********00606 nömrəli abonent,iddiaçının dediyi kimi, daşınmaz əmlakın dövlət reyestrindən RX serialı, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə tərəvəzçilik-Südçülük savxozu ərazisində yerləşən həmin ünvanda iddiaçınnın təsərrüfat subyektinin qeydiyyata alınmasını və orada sahibkarıq faliyyəti göstərdiyini sübutetmə vasitələri işdə mövcud deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən onun hazırkı iddianı təmin etmə tədbiri barədə ərizəsinin rədd edilməsi işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, müvafiq qeydiyyat orqanından (o cümlədən sahibkarlıq fəaliyyətini qeydiyyata alan və ona VÖEN nömrəsi verən müvafiq vergi qürumundan) onun həmin ünvanda, yəni, Xəzər rayonu Zirə qəsəbəsi, Zirə tərəvəzçilik-südçülük savxozu” ərazisində sahibkarlıq fəaliyyəti ilə bağlı təsərrüfat sübuektinin qeydiyyatı barədə” məhkəməyə sübut (sənəd) təqdim ediləcəyi halda, hazırkı növdə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət oluna bilər. Beləliklə də yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin, birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3217/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmini tədbiri barədə məhkəmə qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü rəhbər tutaraq, kollegiya qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-3217/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar