Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-662/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Musaev Rafik) “torpaq sahəsindən istifadəyə edilən müdaxilə və maneələrin aradan qaldırılması, işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-740/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən torpaq sahəsi ərazisində yenidənqurma işlərinə, o cümlədən inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin təmizlənməsi istiqamətində işlər aparan fəhlələr və iş icraçısı tərəfindən görülən işlərə edilən müdaxilə və maneələrin aradan qaldırılması, İddiaçı tikinti işlərini aparan fəhlələrinə və iş icraçısına təqdim olunmuş, iddiaçıya aidiyyəti olmayan şəxsə ünvanlanmış müraciətdə göstərilən, eyni zamanda onların arasında bəyan edilmiş (yayılmış) “Şirkətin istifadəsinə 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyi və həmin ərazidə onların (yəni Cavabdeh və 3-cü şəxs X5) müəyyən hüquqa malik olmaları”, “Göl” restoranının axır daşına qədər Şirkət tərəfindən söküldüyü”, eləcə də "xxxx" məlumatlarının iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması, iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 5000 manatın və 20 manat mediasiya xərcinin, ödənilmiş 80 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, iddiaçının qanuni istifadəsində olan Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən 2700 kv.m torpaq sahəsində inşa işlərinə başlamaq üçün aparılan hazırlıq işlərinə, cavabdeh tərəfindən edilən bilə-bilə qanunsuz müdaxilələrə, eləcə də son zamanlar yenidən iddiaçı barədə həqiqətə uyğun olmayan məlumatlarla müraciətlər etməklə sonuncunun bəzi əməkdaşları arasında iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaydığına görə pretenziya və təkliflə onlayn kargüzarlıq vasitəsilə cavabdehə müraciət olunmuş və göstərilən hərəkətlərə son qoyulması xahiş edilmişdir. Lakin müraciət cavablandırılmadığından, mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və bundan sonra mediasiya arayışı alınmışdır. Belə ki, təxminən 15 il bundan öncə, cavabdeh xx.xx.2008-ci il tarixdə beh müqaviləsi əsasında tək təsisçisi və qanuni təmsilçisi olduğu “X24” Kiçik Müəssisəsinin istifadəsində olan 27 sot torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə və sonuncu tərəfindən orada yerləşən “Göl” adlı (restoran kompleksi) qeyri-yaşayış sahəsinin yenidənqurma işlərinin aparılmasına etiraz etməməsi barədə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısına müraciət edəcəyi, eləcə də 5 il ərzində “Göl” adlı restoran kompleksini iddiaçıya satacağı barədə öhdəlik götürmüş, “X24” Kiçik Müəssisəsinin 21 nömrəli xx.xx.2008ci il tarixli məktubu ilə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı ilə Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən 2700 kv.m torpaq sahəsinin abadlaşdırılması və “Göl” adlı (restoran kompleksi) qeyri-yaşayış sahəsinin yenidən qurularaq fəaliyyətinin davam etdirilməsi məqsədi ilə icarə əsasında iddiaçının istifadəsinə verilməsi və gölün çirkləndirilməsinin, çirkab suların axıdılmasının qarşısının alınması və fiziki şəxslər tərəfindən qanunsuz istifadə olunmasına nəzarəti həyata keçirmək məqsədi ilə iddiaçıya təhkim olunması qərara alınmışdır. Bununla yanaşı, qarşılıqlı razılıq əsasında cavabdehlə şərtləşdirilmiş dəyər məbləği tam olaraq ona ödənilmiş və pulun alınmasına dair onun tərəfindən şəxsən imzası ilə və tək təsisçisi olduğu müəssisənin möhürü ilə, eləcə də şəxsi imzası ilə təsdiq olunmuş əqdlər bağlanmışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, “Göl” adlı restoranın alqı-satqısını həyata keçirmək üçün sənədlər tam hazır olmasa da, şərtləşdirilmiş məbləğin iddiaçının direktoru tərəfindən xx.xx.2013-cü il tarixdə cavabdehə nağd qaydada ödənilməsinə hazır olduğu bildirilmiş, cavabdeh xx.xx.2013-cü ildə özünün tanıdığı Bakı şəhəri 10 saylı dövlət notariat kontoruna ərizə ilə müraciət etmiş və ona məxsus daşınmaz əmlakın iddiaçıya satılması üçün razılığa gəldiyini bildirilmişdir. Lakin alqısatqı müqaviləsi 10 saylı dövlət notariat kontorunda xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş, eləcə də cavabdehə ödənilməli həmin məbləğ bank vasitəsilə cavabdehin hesabına köçürülmüşdür. Həmçinin “Göl” adlı restoranın və daşınar əşyaların iddiaçının balansına təhvil verilməsinə dair xx.xx.2013-cü il tarixli müqavilə bağlanmış, iddiaçının balansına qəbul edilmiş “Göl” adlı restoran və orada yerləşən əmlaklar üzərində hüquqlar həyata keçirilərkən həmin əmlaklarla bağlı əvvəllər və müqavilənin bağlanması tarixinə hər hansı bir 3-cü şəxslər qarşısında yaranmış istənilən öhdəliklərə görə məsuliyyətin cavabdehin üzərində qalmaqla, həmin öhdəliklərin ödənilməsinin cavabdeh tərəfindən həyata keçirilməsi razılaşdırılmışdır. Məhz buna görə də cavabdehə şərtləşdirilmiş pul vəsaiti tam olaraq ödənilmişdir. Cavabdeh restoran kompleksinin və orada yerləşən əmlakların iddiaçıya faktiki olaraq 2013-cü ilin iyun ayının axırlarına kimi təhvil verilməsini xahiş etmiş və səbəb olaraq, 2013-cü ilin iyun ayında keçiriləcək toy məclislərinə görə, bir neçə müştəridən əvvəlcədən beh məbləği aldığını bildirmiş, iddiaçı cavabdehin xahişini nəzərə alıb, təhvil-təslimin 2013-cü ilin iyun ayının axırlarında həyata keçirilməsinə razı olmuş. lakin 2013-cü ilin iyun ayının axırlarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh bütün daşınar əmlakları götürmüş və restoran kompleksinin, demək olar ki, söküntüsünü başa çatdırmışdır. Tikili və orada yerləşən əmlakların iddiaçı üçün böyük bir əhəmiyyət daşımadığını, yəni tikilinin yenidən qurulması üçün nəticə etibarilə restoran kompleksi sökülməli olduğu və yeni istirahət mərkəzi inşa olunacağını nəzərə alıb, iddiaçı cavabdehdən ziyan tələb etməmişdir. Digər tərəfdən, ümumiyyətlə, cavabdehin həmin əmlaklara dair hər hansı bir hüququ qalmamış və onu həmin ərazidən məcburi olaraq uzaqlaşdırmışlar. Xüsusi olaraq qeyd olunmalıdır ki, əvvəllər də cavabdeh tərəfindən ifrat dərəcədə alkoqolu içki qəbul etməklə, yəni sərxoş vəziyyətdə iddiaçının tikinti işlərinə maneələr törədildiyinə, eləcə də iddiaçının guya ona borcu olması barədə bilə-bilə yalan məlumatlar yaymaqla iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumatlara görə Yasamal Rayon Polis İdarəsinə müraciətlər olunmuş və iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması bildirilmişdir. İddiaçı ilə cavabdehin və onun keçmiş həyat yoldaşı, həmçinin digər ortaqları arasında müxtəlif sayda məhkəmə mübahisələri olmuşdur. Həmin məhkəmə mübahisələri üzrə yekun, yəni qanuni qüvvədə olan məhkəmə qərarları ilə Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən 2700 kv.m torpaq sahəsi və “Göl” adlı (restoran kompleksi) qeyri-yaşayış sahəsi üzərində, nə cavabdehin, nə onun keçmiş həyat yoldaşının, nə də digər ortaqlarının hər hansı bir hüquqlarının mövcud olması müəyyən edilmişdir. Əksinə, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən 2700 kv.m torpaq sahəsi və “Göl” adlı (restoran kompleksi) qeyri-yaşayış sahəsi üzərində iddiaçının hüquqlarının qanuni əsaslarla yarandığı və həmin əmlak üzərində cavabdehin, eləcə də onun şəriklərinin subyektiv hüquqlarının olmadığı müəyyən edilmişdir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 2227/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən 2700 kv.m torpaq sahəsində iddiaçı tərəfindən yenidənqurma işlərinin aparılmasına dair eskiz layihəsinə münasibət bildirilməsi və müvafiq sərəncamın verilməsi Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən 2700 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun, eləcə də tikinti-inşaat işlərinin həyata keçirilməsinə dair edilən maneələr və müdaxilələrin aradan qaldırılması qərara alınmışdır. Göstərilən məhkəmə işi üzrə Cavabdeh 3- cü şəxs qismində tərəf olaraq iştirak etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)- 1206/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2227/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Ali Məhkəmənin 2-1(102)-1122/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-1206/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Başqa məhkəmə işi üzrə iddiaçı “X24” MMC cavabdeh Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs İddiaçınə qarşı Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2091/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1132/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2091/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilmişdir. Ali Məhkəmənin 2- 1(102)-1482/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1132/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, “X24” MMC özünün razılığı ilə verilmiş və artıq özünə aid olmayan və başqa şəxslərin istifadəsində olan torpaq sahəsi üzrə iddia qaldırıb. Belə olan halda, iddiaçı “X24” MMC-nin hazırkı iddia tələbi qaldırması üçün subyektiv hüququ yoxdur. Ali Məhkəmənin 2-1(102)-1482/2014 nömrəli xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçı “X24” MMC-nin “yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə” ərizəsi təmin edilməmişdir. Başqa məhkəmə işi üzrə “X24” MMC-nin adına oxşar adlı və cavabdeh tərəfindən təsis edilmiş, eləcə də qanuni təmsilçisi olduğu “X24 F” MMC ilə "xxxx" MMC arasında uydurma əqd əsasında xx.xx.2012-ci il tarixli icarə müqaviləsi imzalanmış, iddiaçının xəbəri olmadan "xxxx" MMC ilə “X24 F” MMC arasında süni məhkəmə mübahisəsi yaradılmış və iddiaçının balansına təhvil verilməli qeyriyaşayış sahəsinin təhvil verilməməsinə cəhd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-2537/2013 nömrəli xx.xx.2013-cü il tarixli qiyabi qətnaməsi ilə "xxxx" MMC-nin iddiası təmin edilmişdir. Həmin məhkəmə mübahisəsindən xəbərdar olan kimi iddiaçı tərəfindən 3-cü şəxs qismində iddiaçı "xxxx" MMC-yə və cavabdeh “X24 F” MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-2537/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddiası təmin edilməmiş, 3-cü şəxs İddiaçı iddiası qismən təmin edilmiş, "xxxx" MMC ilə “X24 F” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" MMC peşəkar idman klubunun Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı ilə İddiaçınə ayrılan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə 2700 kv.m torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-119/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və qətnamənin icra olunması üçün xx.xx.2014-cü il tarixdə icra vərəqi verilmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdeh “X24 F” MMC tərəfindən xx.xx.2012-ci il tarixli icarə müqaviləsində "xxxx" MMC-yə tamamilə başqa sahənin icarəyə verilməsi göstərilsə də, cavabdeh vaxtı ilə ona məxsus olmuş, hazırda isə hər hansı əmlak hüququ ilə özünə məxsus olmayan və qanuni əsaslarla İddiaçı istifadəsinə verilmiş torpaq sahəsində özbaşına inşa edilmiş qeyri-yaşayış sahəsini iddiaçı "xxxx" MMC-yə icarəyə vermişdir. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-119/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərardadı ilə qətnamə qanuni qüvvəyə minənədək, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı ilə Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə 2700 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin istifadə edilməsi "xxxx" MMC və MMC-nin fəaliyyətinə cəlb olunan şəxslərə qadağan edilmişdir. Həmin qərardad Ali Məhkəmənin 2-2(102)-235/2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Başqa məhkəmə işi üzrə Cavabdeh sabiq həyat yoldaşı X2, eləcə də şərikləri olan X13 və X14 iddiaçıya və Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonradan iddiaçılar “X24” MMC ilə əvəz olunmuşlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-73/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6487/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin 2(102)- 1856/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvədə olan məhkəmə qətnaməsində müəyyən olunmuşdur ki, “Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Bakı Şəhəri Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4\3 nömrəli Qərarına əsasən Bakı şəhəri, 593-cü məhəllədə yerləşən sahə abadlıq işlərinin görülməsi və istirahət mərkəzinin yaradılması məqsədilə “X24” kooperativinin istifadəsinə verilmişdir. Daha sonra, “X24” kooperativi yenidən təşkil edilərək, “X24” Kiçik Müəssisəsi kimi fəaliyyətini davam etdirmişdir”. “Daha sonra məhkəmə iclasında müəyyən olunmuşdur ki, “X24” kooperativinin təsisçisi və rəhbəri olan Nəbiyev X12 Rayon İcra Hakimiyyətinə xx.xx.2008-ci il tarixli 22 saylı məktubla müraciət edərək, Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4\3 nömrəli Qərarı ilə müəssisənin istifadəsinə verilmiş ərazidəki 2700 kv.m torpaq sahəsindən və həmin ərazidə yerləşən “Göl” kompleksindən imtina etdiyini bildirmiş və həmin əraziyə hüquqlarının İddiaçınə keçirilməsinə razılıq vermişdir. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən 2700 kv.m torpaq sahəsi abadlaşdırılması və “Göl” adlı qeyri-yaşayış sahəsinin (restoran kompleksi) yenidən qurularaq fəaliyyətinin davam etdirilməsi məqsədi ilə icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. “Bundan əlavə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cü il tarixli qətnaməsi ilə “X24” MMC-nin nizamnamə kapitalının 50%-i Məmmədova (Nəbiyeva) Şəmsiyyə Məmməd qızına, digər 50%-i X3, X11 və X7 aid edilmişdir. Başqa məhkəmə işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3413/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə “X24” kooperativinə icarəyə verilmiş və hazırda “X24” MMC-nin istifadəsində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yaradılmış əmlak və tikililərdən Cavabdeh çıxarılması qət edilmişdir. Cavabdeh və ortaqları, o cümlədən sabiq həyat yoldaşı arasında olan məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3413/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsi əsasında Yasamal Rayon İcra şöbəsinin tərtib etdiyi xx.xx.2013cü il tarixli aktın 2-ci səhifəsində səlis anlaşılan qaydada və açıq-aşkar göstərilmişdir ki, “icra sənədinin icrası ilə əlaqədar sözügedən ünvanda olduq və həmin ərazidə yerləşən “Göl” restoranının borclu Cavabdeh tərəfindən söküldüyü aşkar olundu. Cavabdeh sözügedən əraziləri tərk etməsi bildirildi və borclu həmin ərazilərdən çıxarıldı. Mübahisəli sahə iş üzrə tələbkarlar X15 və Nəbiyeva (Məmmədova) Şəmsiyyə Məmməd qızına təhvil verildi.”Sonradan, yəni iddiaçının istifadəsinə verilmiş ərazinin ələ keçirilməsi istiqamətində cavabdehin və 3-cü şəxslərin planlarından xəbərdar olan kimi, iddiaçı ilə tərəflər arasında bir sıra məhkəmə mübahisələri başlamışdır. Yuxarıda göstərildiyi kimi, qanuni qüvvədə olan məhkəmə qərarları ilə həm cavabdehin, həm də 3-cü şəxsin və onların yaratdığı MMC-nin həmin ərazi üzərində subyektiv olaraq hər hansı bir hüquqlarının olmadığı müəyyən edilmiş və həmin ərazinin qanuni əsaslarla iddiaçının istifadəsinə verilməsi müəyyən olunmuşdur. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş torpaq sahəsi üzərindəki hüquqlarına münasibətdə Cavabdeh və onun ortaqları, o cümlədən sabiq həyat yoldaşı arasında yaranmış mübahisələrə hüquqi müəyyənlik gətirilmiş və İddiaçı istifadəsinə verilmiş torpaq sahəsi üzərindəki hüquqlarının qanuni əsaslarla yaranması açıq-aşkar təsdiqlənmişdir. Digər tərəfdən, iddiaçının qeyd olunan əmlak hüquqlarının mübahisələndirilməsi üçün Cavabdeh və onun ortaqlarının, o cümlədən sabiq həyat yoldaşının və onların yaratdıqları MMC-nin də subyektiv hüquqlarının olmaması açıq-aşkar sübut olunmuşdur. Belə olan halda, cavabdeh tərəfindən qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmiş faktları və tərəflərin hüquq münasibətlərini yenidən bu və ya digər formada mübahisələndirilməsi, eləcə də inşa işlərinə başlamaq üçün aparılan hazırlıq işlərinə qanunsuz müdaxilələr edilməsi, eyni zamanda iddiaçı barədə həqiqətə uyğun olmayan məlumatlarla müxtəlif şəxslərə müraciətlər edilməklə iddiaçının bəzi əməkdaşları arasında da işgüzar nüfuzuna xələl gətirən məlumatların yayılması qəbul edilən deyil. Hazırkı məhkəmə işi üzrə mübahisəsiz hallar aşağıdakılardan ibarətdir: İddiaçınə ayrılmış 2700 kv.m torpaq sahəsi və gölün çirkləndirilməsinin, çirkab suların axıdılmasının qarşısının alınması və fiziki şəxslər tərəfindən qanunsuz istifadə olunmasına nəzarəti həyata keçirmək məqsədi ilə İddiaçınə təhkim olunmuş ərazi Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında verilmişdir; Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı etibarlıdır, həmin ərazilər qanuni əsaslarla iddiaçıya ayrılmışdır və həmin sərəncam əsasında iddiaçının yaranmış əmlak hüquqlarının mübahisələndirilməsi üçün cavabdehin və 3-cü şəxsin subyektiv hüquqları mövcud deyildir. Digər tərəfdən, həmin ərazidə yerləşən “Göl” restoranının Cavabdeh tərəfindən söküldüyünün aşkar olunması və onun həmin ərazilərdən çıxarılması-faktları da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3413/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsi əsasında, Yasamal Rayon İcra şöbəsinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli akt ilə açıq-aşkar sübut olunmuşdur. Qeyd olunmalıdır ki, hazırda inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin zibillərdən təmizləmə işlərinə cavabdeh tərəfindən müxtəlif vaxtlarda bilə-bilə və əksər hallarda isə ifrat dərəcədə alkoqolu içki qəbul edilməklə, yəni sərxoş vəziyyətdə maneələr törədilir. Belə ki, cavabdeh iddiaçının tikinti işlərini aparan fəhlələrə və iş icraçısına yaxınlaşaraq özünü həmin ərazinin 600 kv.m-nin mülkiyyətçisi kimi təqdim etmiş və iddiaçı barədə yazılı müraciətini iş icraçısına təqdim edərək, həmin müraciətdəkiləri işçilər arasında səsləndirmiş və işlərin dayandırılmasını israrlı şəkildə tələb etmişdir. Cavabdehin təqdim etdiyi yazılı müraciətdə, ümumiyyətlə, iddiaçıya hər hansı bir aidiyyəti olmayan Cavid müəllim adlandırılan şəxsə həmin müraciətin ünvanlandığı göstərilmiş; qanuni qüvvədə olan məhkəmə qərarları əsasında qeyd olunan ərazidə cavabdehin və onun ortaqlarının, o cümlədən 3-cü şəxsin hər hansı bir subyektiv hüquqlarının olmadığı təsdiq olunduğu halda, həmin ərazidə onların müəyyən hüquqa malik olmalarına cəhd edilmiş, iddiaçının istifadəsinə qanuni əsaslarla 0,27 ha (yəni 2700 kv.m) torpaq sahəsi verildiyi halda, bilə-bilə yalandan 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyi qeyd olunmuş, “Göl” restoranının cavabdeh tərəfindən söküldüyü faktı Yasamal Rayon İcra Şöbəsinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli akt ilə açıq-aşkar sübut olunduğu və qanuni qüvvədə olan məhkəmə qərarları ilə cavabdehin, ümumiyyətlə, həmin ərazidə hər hansı bir hüququnun olmadığı müəyyən edildiyi halda, bilə-bilə yalandan həmin restoranın guya axır daşına qədər iddiaçı tərəfindən söküldüyü bəyan edilmiş, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008- ci il tarixli sərəncamı əsasında iddiaçının əmlak hüquqları ilə bağlı cavabdeh və 3-cü şəxs arasında yaranmış bütün mübahisələrə və münasibətlərə hüquq müəyyənlik gətirildiyi halda, iddiaçı haqqında bilə-bilə yalan məlumatlar yaymaqla guya iddiaçının cavabdehə 400 000 manat borcu olduğu göstərilmiş və cavabdehin subyektiv hüququ olmayan əmlak üzərində özünün məkrli planının həyata keçirilməsi göstərilmişdir. Xüsusi olaraq, iddiaçı haqqında yuxarıda göstərilən bilə-bilə yalan, yəni həqiqətə uyğun olmayan məlumatların iddiaçının tikinti işlərini aparan fəhlələrinin və iş icraçısının yanında bildirilməsi, eləcə də iddiaçıya hər hansı bir aidiyyəti olmayan Cavid müəllim adlandırılan şəxsə edilmiş müraciətdə göstərilən həqiqətə uyğun olmayan məlumatların yayılması onu müəyyən edir ki, cavabdeh tərəfindən Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən torpaq sahəsi ərazisində cavabdehin və onun ortaqları, o cümlədən 3-cü şəxsin hər hansı bir subyektiv hüquqları olmadığı halda, “Şirkətin istifadəsinə 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyini və həmin ərazidə onların müəyyən hüquqa malik olmalarını, restoranın axır daşına qədər Şirkət tərəfindən söküldüyünü, eləcə də Şirkətin cavabdehə 400 000 manat borcu olduğunu” göstərmiş və bununla da açıq-aşkar iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmaqla, özü üçün gələcəkdə pul tələb etməsinə cəhd edilmişdir. Deməli, iddiaçıya hər hansı bir aidiyyəti olmayan Cavid müəllim adlandırılan şəxsə ünvanlanmış müraciətin və həmin müraciətdə göstərilənlərin iddiaçının tikinti işlərini aparan fəhlələrinə və iş icraçısına təqdim olunması, açıqaşkardır ki, 1994-cü il tarixdən, yəni 30 ilə yaxın müddət ərzində fəaliyyət göstərən iddiaçını nüfuzdan salmaqla ona təsir göstərilməsi məqsədi daşıyır, eləcə də göstərilən əməllə iddiaçı hesabına əsassız varlanmağa cəhd edilir.
3. Birinci instansiya məhkəməsinin iclasında iştirak edə iddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, cavabdeh müxtəlif bəhanələrlə iddiaçının istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən torpaq sahəsi ərazisində tikintiyə hazırlıq üçün aparılan təmizlik işlərinə mane olur. Belə ki, o, sərxoş vəziyyətdə adıçəkilən torpaq sahəsinə daxil olur, iddiaçının fəhlələrini qorxudur, özünü iş texnikasının önünə ataraq işə maneə törədir, müxtəlif şəxsləri iddiaçının təsisçisi X1 pul tələb etmək üçün göndərir, iş icraçısına iddiaçının ona borcunun olması, iddiaçı tərəfindən cavabdehə məxsus restoranın söküldüyü barədə Cavid müəllimə ünvanlanan məktub verir. Eyni zamanda cavabdeh “Göl” restoranının iddiaçı tərəfindən söküldüyünü bildirir, lakin Yasamal Rayon İcra Şöbəsinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli aktda restoranının cavabdeh tərəfindən söküldüyü təsdiqlənir.İiddiaçı bir neçə dəfə polis çağıraraq cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən torpaq sahəsindən çıxarılmasına nail olsa da, maneələr aradan qaldırılmamışdır. Musaev Rapik cavabdehin keçmiş şəriki olmuşdur. O da torpaq sahəsindən istifadəyə maneələr yaratmışdır, lakin bununla bağlı iddiaçının sübut mövcud deyildir. Cavid müəllimə ünvanlanan məktub isə iddiaçının iş icraçısı Məzahir adlı şəxsə verilmişdir. Həmin şəxs iddiaçının işçisi olmasa da, xidmət müqaviləsi əsasında iddiaçıya xidmət edir.
4. İddiaçının nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə verərək bildirmişdir ki, cavabdeh işdə olan Cavid müəllim adlandırılan şəxsə ünvanlanmış yazılı müraciətin və həmin müraciətdə qeyd edilənlərin cavabdeh tərəfindən şəxsən tərtib edilməsi faktlarını, alkoqollu içki qəbul etməyə meyilli olması, lakin istirahət günlərində içməsi, bir neçə il bundan öncə içkili vəziyyətdə iddiaçının tikinti işlərinin dayandırılmasını tələb etməsi və hazırda isə iddiaçının istifadəsində olan torpaq sahəsinə arabir gəlməsi və orada maneə törətmədən torpaq sahəsini müşahidə etməsi faktlarını, iddiaçının iş icraçısı olan Məzahir adlı şəxsi yaxından tanıdığını və onunla müxtəlif vaxtlarda ünsiyyətdə olduğunu, hətta onunla nərd oynadığını etiraf etmişdir. Bundan başqa, adıçəkilən müraciətin təxminən 4-5 ay bundan öncə cavabdeh tərəfindən Cavid müəllim adlandırılan şəxsin katibəsinə təqdim edilməsi kimi yeni fakt müəyyən edilmiş, iddiaçının istifadəsinə 27 sot torpaq sahəsinin verilməsinə etiraz edilməməsi barədə imzası ilə və möhürlə təsdiqlənmiş ərizə verməsi faktını, iddiaçıya yalnız 21 sot torpaq sahəsinin verilməsinə etiraz edilmədiyini göstərməklə, cavabdeh bilə-bilə yalandan və açıq-aşkar təhrif etmiş, iddiaçının istifadəsində qanuni əsaslarla 27 sot torpaq sahəsinin olması faktını ümumilikdə torpaq sahəsinin 60 sot olduğunu, 21 sotu iddiaçının və qalan 39 sotun isə qarşı tərəfin balansında qaldığını göstərməklə, yəni anlaşılmayan ifadələrlə bilə-bilə yalandan və açıqaşkar təhrif etmişdir. Eyni zamanda Yasamal Rayon İcra şöbəsinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli akt ilə açıq-aşkar təsdiqini tapmış “Göl” restoranının cavabdeh tərəfindən söküldüyü və qanuni qüvvədə olan məhkəmə qərarları ilə cavabdehin, ümumiyyətlə, həmin ərazidə hər hansı bir hüququnun olmadığını müəyyən edən faktları həmin restoranın guya axır daşına qədər iddiaçı tərəfindən söküldüyü və həmin ərazidə onların müəyyən hüquqa malik olmalarını bəyan etməklə cavabdeh bilə-bilə yalandan və açıq-aşkar təhrif etmiş, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 688 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı əsasında iddiaçının əmlak hüquqları ilə bağlı cavabdeh və 3-cü şəxs arasında yaranmış bütün mübahisələrə və münasibətlərə hüquq müəyyənlik gətirilən faktları iddiaçı haqqında bilə-bilə yalan məlumatlar yaymaqla, yəni iddiaçının cavabdehə 400 000 manat borcu olduğunu göstərməklə, cavabdeh açıq-aşkar təhrif etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edə cavabdeh iddiaya etiraz etdi və bildirdi ki, 400 000 manatın iddiaçı tərəfindən ona verilməsi barədə razılaşma şifahi olmuşdur. İddiaçı hər ay 3000-5000 manat ödəniş etsə də, daha sonra ödəniş etməmişdir. Söküntü işləri onun tərəfindən aparılmamışdır. İddiaçı obyektdə söküntü işləri apararkən cavabdeh sərxoş halda söküntüyə mane olmağa çalışmış, pulun tam ödənmədiyini bildirmişdir. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə aparılan hər hansı işə mane olmamışdır. Lakin iddiaçıya 21 sot torpaq sahəsi verilmişdir, halbuki ümumi torpaq sahəsinin həcmi 60 sota yaxındır. İddiaçı 21 sotun verilməsinə razı olmuşdur. Qalan torpaq sahəsi isə iddiaçıya verilməmişdir. Cavid müəllim rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir və cavabdehlə tanışlığı olmuşdur. Cavid müəllimin həmçinin iddiaçı ilə də əlaqələri olmuşdur. Həmin məktub da Cavid müəllimin katibəsinə verilmişdir ki, o, mübahisənin həllinə köməklik etsin. Sonradan cavabdeh iddiaçıya verilməsinə razılıq verdiyi torpaq sahəsinin 21 sot olmasını yanlış xatırlamışdır, həmin torpaq sahəsi elə 27 sotdur (“X24” Kiçik Müəssisəsinin Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanan məktubu ilə tanış olduqdan sonra). Hal-hazırda cavabdeh iddiaçıya maneə törətmir, sadəcə olaraq arabir hasarın kənarında dayanaraq keçmiş obyektinə baxır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-740/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamı əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən torpaq sahəsi ərazisində yenidənqurma işlərinə, o cümlədən inşa işlərinə başlamaq üçün aparılan hazırlıq və ərazinin təmizlənməsi istiqamətində iddiaçının tikinti işlərini aparan fəhlələri və iş icraçısı tərəfindən görülən işlərə Cavabdeh tərəfindən edilən müdaxilə və maneələr aradan qaldırılması və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, iddianın İddiaçı tikinti işlərinini aparan fəhlələrinə və iş icraçısına təqdim olunmuş, şirkətə aidiyyəti olmayan şəxsə ünvanlanmış müraciətdə göstərilən, eyni zamanda onların arasında bəyan edilmiş (yayılmış) “Şirkətin istifadəsinə 0,21 ha torpaq sahəsinin verildiyi və həmin ərazidə onların (yəni cavabdeh X6 və 3-cü şəxs X5) müəyyən hüquqa malik olmaları”,“Göl” restoranının axır daşına qədər Şirkət tərəfindən söküldüyü”, eləcə də "xxxx" məlumatların Şirkətin işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması; Şirkətin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi 5000 manatın cavabdehdən iddiaçının xeyrinə ödənilməsi” hissəsində ləğv edilməsini və iddianın həmin hissələrdə təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İŞ haqqında həqiqətə uyğun olmayan məlumatları əks etdirən məktub, iddiaçıdan başqa, iddiaçıya aid olmayan digər şəxslərə də təqdim edilmiş, eləcə də məktubda göstərilən məlumatlar digər şəxslər arasında da yayılmışdır. Belə ki, şirkət barədə həqiqətə uyğun olmayan məlumatlarla müxtəlif şəxslərə müraciətlər etməklə şirkətin bəzi əməkdaşları arasında da şirkətin işgüzar nüfuzuna xələl gətirən məlumatların yayılması ilə cavabdeh, iddiaçının işgüzar nüfuzuna zərər vurmuş və məhkəmə bir qədər ədalətsizliyə yol verməklə, iddia tələbini göstərilən hissələrdə əsassız olaraq təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
12. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 13.Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Belə ki, işgüzar nüfuzun müdafiəsi və zərərin əvəzinin ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 23.1 və 23.6-cı maddələri təşkil edir.
19. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndində isə göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.
20. Lakin hazırki işdə həmin halların hamısı müəyyən edilmir.
21. Belə ki, iddiaçı həmin tələbinin əsası kimi iş icraçısına (Məzahir adlı şəxs) cavabdeh tərəfindən verildiyini iddia etdiyi məktubu (Cavid müəllimə ünvanlanan) təqdim edir, Cavid adlı şəxslə iddiaçının hər hansı əlaqəsinin olmadığını bildirir. Cavabdeh adıçəkilən məktubun özü tərəfindən yazıldığını qəbul edir, lakin iddiaçının iş icraçısına deyil, şəxsən Cavid müəllimə təqdim etdiyini, məqsədinin mübahisənin həll edilməsi olduğunu göstərir.
22. Mübahisələndirilən və Cavid müəllimə ünvanlanan məktubda qeyd edilmişdir ki, “Çox hörmətli Cavid müəllim. Sizə müraciətimin əsas məqsədi keçmiş Yasamal Rayon İcra hakimiyyətinin aşağı təqdim olunan qərarı əsasında mənə verilmiş su sahəli torpaq sahəsində İddiaçı Şirkəti ilə birgə iş görməkdir. Xahiş edirəm, təqdim olunan və qırmızı xətlə qeydə alınmış sənədi hüquqşünaslar diqqətlə nəzərdən keçirsinlər və lazım bilsəniz, çox əlverişli vasitə tövsiyə edilən təklifimi qəbul etsinlər. Əlavə olaraq bildirirəm ki, keçmiş göl restoranı 0,60 hektar sahədə yerləşməsi baxmayaraq, İddiaçı Şirkətinin nümayəndələrinin qəti qərarı ilə 0,60 hektar torpaq sahəsinin cəmi 0,21 hektar sahəsi icra hakimiyyətinin qərarı ilə İddiaçı Şirkətinə verilmiş, qalan 0,39 hektar sahə isə qarşı tərəfin balansında qalmış və məhkəmə qərarı ilə təsdiq edilmişdir. Qarşı tərəf orda iş başlamaq fikrindədir. İddiaçı Şirkəti mənə çatacaq 400 000 məbləği verməmiş, amma restoranı axır daşına qədər sökmüşdür. Mən tələb və xahiş edirəm ki, 400000 pulun yarısını, yəni 200 000-ni qaytarsınlar, qalan hissəsini isə müsbət həll edilərsə, onlara halal edirəm. Mənim bu pula İddiaçı Şirkətindən fərqli olaraq çox böyük ehtiyacım var. Xahiş edirəm pulumun yarısını qaytarsınlar və belə olsa, qarşı tərəf qalan 0,39 hektar sahəni qaytarılmasını təmin edəcəm. Əgər gölün sahəsini birgə qurutmalı olsaq, onun 60%-ni İddiaçı Şirkətinə verəcəm və qalan hissəsini isə çox əlverişli satqı yolu ilə onların balansına keçirəcəm. Xahiş edirəm mənim təklifimə biganə yanaşmayasınız. Cavabdeh. Əlaqə nömrəsi:***-***-**-**”.
23. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 23.1, 23.2, 23.6-cı maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 4 nömrəli Qərarının 3-cü bəndinə istinad edərək qeyd etmişdir ki, hüquqi şəxslərin işgüzar nüfuzunun müdafiəsi təşkil edilərkən məlumatın hüquqi şəxsin işgüzar nüfuzuna təsiri; bu məlumatların yayılması; həmin məlumatların doğru olub-olmaması kimi üç element üzrə yoxlama aparılmalıdır. Əvvəla, kommersiya hüquqi şəxslərinə münasibətdə işgüzar nüfuz onlarla sahibkarlıq fəaliyyəti subyektləri kimi əmlak istifadəsi, malların istehsalı və (və ya) satışı, işlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı bazar subyektləri və ya digər şəxslər arasında formalaşmış davamlı və ardıcıl etimad münasibətlərinin qorunmasına əsaslanır. Bu münasibətlər zəminində hüquqi şəxsin öz öhdəliklərini vicdanla həyata keçirməsi, mübahisələrin həllində qarşılıqlı fəaliyyət göstərməsi və s. kimi amillər əsasında əmtəə bazarında sonuncunun işgüzar nüfuzu formalaşır. Lakin, hüquqi şəxsin fəaliyyəti çərçivəsində digər şəxslərlə yaranan mübahisələr zəminində kontragentin öz mənafeyinin müdafiəsi üçün səsləndirdiyi və ya yazdığı istənilən məlumat hüquqi şəxsin işgüzar nüfuzunu zədələyən məlumat hesab oluna bilməz. Hüquqi şəxs barəsində ifadə olunan məlumatın işgüzar nüfuzunu ləkələyən məlumat olubolmaması yoxlanılarkən nəzərə alınmalı məqam belə məlumatın ifadə olunmasında güdülən məqsədin kontragent tərəfindən mübahisənin həlli yoxsa hüquqi şəxsin nüfuzunun ləkələnməsi istiqamətində olmasının müəyyən olunmasıdır. Əks halda şəxslər arasında yaranan mübahisələr zamanı tərəflərin öz mənafeyinin müdafiəsi üçün əsaslandığı faktiki halların sonradan həqiqətə uyğun olmadığının müəyyən olunması hər bir halda şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunmasına gətirib çıxara bilər. Bu mənada mübahisələndirilən məktubdakı ayrı-ayrı ifadələrin kontekstdən çıxarılaraq müstəqil şərh edilməsi doğru hesab edilmir. Belə ki, həmin məktubda cavabdeh, əvvəla, özünün Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 593-cü məhəllədə torpaq sahəsinin olduğunu xatırladır, daha sonra iddiaçının ona borca olduğunu bildir, yekunda öz təklifini göstərir. Göründüyü kimi, qeyd edilən sənəd mübahisənin danışıqlar yolu ilə həll edilməsi vasitəsilə təqdim edilmiş pretenziya məktubunun elementlərini daşıyır. Cavabdeh iddiaçıya öz tələbini bildirir, tələbin qarşılıqlı güzəşt yolu ilə həllini təklif edir. Həmçinin məhkəmənin suallarına cavab olaraq cavabdeh sübutlarının zəif olduğunu və bu səbəbdən birbaşa məhkəmə müraciət edə bilmədiyini qeyd edir.
24. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı tikinti işlərini aparan fəhlələrinə və iş icraçısına təqdim olunmuş, iddiaçıya aidiyyəti olmayan şəxsə ünvanlanmış müraciətdə göstərilən, eyni zamanda onların arasında bəyan edilmiş (yayılmış) “Şirkətin istifadəsinə 0,21 ha (yəni 2100 kv.m) torpaq sahəsinin verildiyi və həmin ərazidə onların (yəni Cavabdeh və 3-cü şəxs X8) müəyyən hüquqa malik olmaları”, “Göl” restoranının axır daşına qədər Şirkət tərəfindən söküldüyü”, eləcə də "xxxx" məlumatlarının iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir.
25. İşgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 5000 manatın tutulması tələbinə dair məhkəmə qeyd etmişdir ki, zərərin ödənilməsi iddiası üçün əsas kimi çıxış edən müvafiq məktub iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması hesab olunmadığından ona istinad edilməklə hər hansı zərərin ödənilməsi də istisna edilir. Ona görə də, işgüzar nüfuza dəymiş zərər hissəsində iddia təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.
27. Eyni zamanda iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
28. Əlavə olaraq kollegiya qeyd edir ki, istənilən həqiqətə uyğun olmayan məlumat deyil, yalnız fiziki şəxsin şərəf, ləyaqətini və ya işgüzar nüfuzunu, habelə hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasına yol verilir.
29. Cavabdeh tərəfindən yazılmış mübahisələndirilən məktubdakı məlumatlar da həqiqətə uyğun deyil (çünki cavabdeh həmin məlumatların həqiqi olması ilə bağlı heç bir sübut təqdim etməmişdir), lakin birinci instansiya məhkəməsinin qeyd etdiyi əsaslara görə həmin məktubdakı məlumatlar iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-740/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov