Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-664/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-255/2024 saylı qətnaməsindən iddiçı və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ASC (Bank) ilə Cavabdeh4 (borclu) arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, 106901-983198/2 saylı kredit müqaviləsinə əsasən bank X1 27 avqust 2021-ci il tarixli ZM-1640/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) şərti ilə borcluya 120000 manat məbləğində illik 15%-lə 24 ay müddətinə kredit verir.
2. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması və borclunun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə verilir.
3. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə (bu müqavilənin 7-cı hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir.
4. Həmin müqavilənin 7.1-ci bəndinə görə borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5 faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir.
5. İddiaçı ASC-nin (bank) ilə Cavabdeh4 (borclu) və Cavabdeh3 (zamin) arasında 02 sentyabr 2021-ci il tarixli, 106901- 983198/2 saylı zaminlik müqaviləsi bağlanmışdır.
6. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə zamin, borc alanın 02 sentyabr 2021-ci il tarixli, 106901-983198/2 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürür.
7. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh4 (borc alan) və Cavabdeh5 (ipoteka qoyan) arasında 02 sentyabr 2021-ci il tarixli 106901-983198/2 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır.
8. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka qoyan ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 iyul 2019 tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********15- 10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (bundan sonra ipoteka predmeti) 02 sentyabr 2021 il tarixli 106901-983198/2 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan Cavabdeh4 və ipoteka qoyan Cavabdeh5 xx.xx.2023-cü il tarixli, 001/026/5098/2023 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 201,7 kv.m olan fərdi yaşayış evi üzərində, mülkiyyətində olan 0,04 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edildiyi bildirilmiş və borc alan tərəfindən 02 sentyabr 2021-ci il tarixli, 106901-983198/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı ASC tərəfindən Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 02 sentyabr 2021-ci il tariхli 106901-983198/2 nömrəli kredit müqaviləsi üzrə 49.237,27 manat əsas borc və 7.746,74 manat faiz borcu olmaqla, cəmi 56.984,01 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 manat xərcin və 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh5 tam mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, 4-cü döngə ünvanında olan 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 201,7 kv.m olan 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, İpoteka predmeti hərracda satıldıqda sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, 4-cü döngə ünvanında olan 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 201,7 kv.m olan 10 nömrəli fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı bildirir ki, cavabdehlər müqavilənin şərtini pozaraq ödəməli оlduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında borcunu etiraf etdiyini və ödəmək niyyətindəyə olduğunu, lakin borcu birdəfəyə ödəmək imkanının çatmadığını, ayda yalnız ***-**** manat ödəyə biləcəyini və eyni zamanda ekspert rəylərində müəyyən edilən məbləğlərlə razı olmadığını bildirdi.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 qarşı qarşı əmlak satıldıqdan sonra evdən çıxarılma və həmin fərdi yaşayış evinin boşaldılması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-255/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 02 sentyabr 2021-ci il tarixli, 106901-983198/2 saylı krеdit müqaviləsi üzrə 49.237,27 manat məbləğində krеdit bоrcu, 4.279,52 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 53.516,79 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti, digər məhkəmə xərclərinin əvəzi olaraq 45 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, 4-cü döngə ünvanında yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 91.000 manat məbləğində müəyyən edilməsi, Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilməsi, Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh5 qaytarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
16. İddiaçı Expressbank” ASC oğlu apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh4 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və iddianın qismən yəni, əsas borcun 46.000 manat məbləğində müəyyən edilməsi hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyinə əsaslanaraq ödənilməsi nəzərə tutulan lakin, ödənilməyən 528,77 manat məbləğində faiz subsidiyasının ümumi faiz borcundan silmişdir. Halbuki, həmin faiz subsidiyasının ödənilməsindən imtina edilməsi məhkəmə iclasında bildirilmişdir. Həmçinin, təqdim edilmiş sənədlərdən (X1 xx.xx.2023-cü il tarixli məktubu və hesabdan çıxarış) aydın görünür ki, faiz subsidiyasının ödənilməsi 04 aprel 2023-cü il tarixdən dayandırılmışdır.
19. Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Expressbank” ASC-yə bu günə qədər 71.000 manat ödəniş edilmişdir. Hazırda İddiaçı ASC-yə olan kredit borcu 46.000 manat təşkil edir. Lakin, məhkəmə 49.237.27 manat əsas borc və 4.279 manat cərimə məbləği ödənilməsi barədə qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 və cavabdehlər Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətlərini müdafiə etdilər, əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.
22. İşdə iştirak edən digər şəxslər isə məhkəmə iclasına gəlməmişlə. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
24. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
25. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
26. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydaları”nın 2.1.7-ci bəndinə əsasən faiz subsidiyası – bu Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla aldıqları kreditlərə zəmanət verildiyi təqdirdə, həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaitidir.
28. Qaydaların 3.6-cı bəndinə əsasən faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 50 faizi həddində verilir.
29. Qaydaların 9.3-cü bəndinə əsasən sahibkarlıq subyektinin zəmanət verilmiş krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş ödəniş cədvəlində göstərilən faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz.
30. Qaydaların 11.1.2-ci yarımbəndinə əsasən faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyekti tərəfindən kredit üzrə əsas borc və (və ya) hesablanmış faizlər üzrə ödənişlərdə gecikmə olduqda – gecikdirilmiş borc tam məbləğdə ödənilənədək və 11.2-ci bəndinə əsasən bu Qaydanın 11.1-ci bəndində nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qaydanın 9-cu hissəsində nəzərdə tutulmuş qaydada müvəkkil kredit təşkilatının hesabına köçürülür.
31. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
33. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddiaçının apellyasiya şikayətinə əsasən faiz borcunun təmin edilməyən 528,77 manat hissəsində, cavabdehin apellyasiya şikayətinə əsasən isə əsas borcun təmin edilən 3237,27 manat (49.237,27-46.000=3237,27) hissəsində və faiz borcunun (şikayətdə cərimə kimi qeyd edilmişdir) tutulması hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir.
36. Belə ki, əsas və faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını yuxarıda göstərilən Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir.
37. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.
38. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 15 dekabr 2023-cü il tarixli, 9/8637 saylı ekspert rəyi verilmişdir.
39. Həmin rəyə əsasən Cavabdeh4 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə (bildiriş göndərildiyi tarixə) ödənilməli əsas borcu 49.245 manat, faiz borcu 4.808,29 manat, xx.xx.2023-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) ödənilməli əsas borcu 49.245 manat, faiz borcu 7.537,28 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa sualda soruşulanlar üzrə qeyd edilmişdir ki, 02 sentyabr 2021-ci il tarixli, 106901- 983198/2 nömrəli kredit müqaviləsinə əsasən X2 tərəfindən ödənilməli olan illik 7,5% məbləğində, cəmi 9.819,65 manat məbləğində subsidiya ödənilməsi göstərilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, ümumilikdə 9.290,88 manat məbləğində subsidiya ödənilmişdir. Bundan əlavə 528,77 manat məbləğində subsidiya ödənilməsi müəyyən edilir (9.819,65-9.290,88=528,77).
40. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas borca aid hissədə iddianı tam təmin etmişdir.
41. Faiz borcuna dair isə qeyd etmişdir ki, İddiaçı ASC xx.xx.2023-cü il tarixdə borc alan və ipoteka qoyana ipotekaya tutma yönədilməsi barədə bildiriş göndərməklə mübahisəli kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək barədə iradəsini qarşı tərəfə çatdırmışdır. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsi ləğv edilmiş hesab edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün kredit müqaviləsi üzrə faiz borcunu tələb edə bilər. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə əsas borca hesablanması nəzərdə tutulmuş faiz borcunun (illik 15%) yarısı (illik 7,5%) faiz subsidiyası kimi X2 tərəfindən ödənilməli idi. Ekspert rəyi ilə isə müqavilə şərtlərinə əsasən X2 tərəfindən ödənilməli olan 9.819,65 manat həddində 7,5% məbləğində faiz subsidiyasından 9.290,88 manat ödəniş edildiyi, ödənilməmiş faiz subsidiyası məbləğinin 528,77 manat təşkil etməsi müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsində (7.1-ci bənd), eləcə də “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydaları”nda yalnız faiz subsidiyasının ödənilməsi ləğv edildiyi halda faiz borcunun tam olaraq borc alan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə faiz subsidiyasının ödənilməsinin ləğv edilməsi iş materialları ilə müəyyən edilmədiyindən faiz borcunun tam şəkildə borc alandan tutulması üçün əsaslar mövcud deyildir.
42. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini və ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 421.3, 447.1, 739.1 və 741-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsaslanaraq kollegiya hesab edir ki, əsas və faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
43. İddiaçının apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində X2 tərəfindən faiz subsidiyasının ödənilməsinin ləğv edilməsi barədə sübut təqdim edilməmişdir. Apellyasiya icraatında təqdim edilmiş X1 xx.xx.2023-cü il tarixli məktubu isə sübut kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirinə görə birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.
44. Cavabdehin dəlilləri də əsassızdır. Belə ki, kredit müqaviləsi üzrə borcun məbləği tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış, kredit borcunun hesablanması barədə arayış və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə ekspert rəyi ilə razılaşmadığını bildirsə də, ekspert tərəfindən hesablamanın düzgün aparılmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
45. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-255/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov