Məhkəmə qərarları › İş №2-2(103)-665/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-665/2025

25.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-665/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-844/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:

1. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli FA0604/003 nömrəli məktubuna əsasən xx.xx.2023-ci il tarixində “Xudat” stansiyasından 5 ədəd refrejerator tipli vaqonun (83349019, 83349001, 83349043, 83349035, ********) ünvanı dəyişdirilərək “Çarxı” stansiyasına Cavabdeh MMC-nin ünvanına göndərilmişdir. Qeyd edilən vaqonlar Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli FA0704/001 nömrəli məktubuna əsasən "xxxx" MMCnin dalan yoluna verilmişdir. Dalan yoluna verilmiş vaqonlara dair tərtib edilmiş YKX 007922 seriya və nömrəli qəbul-təhvilçisinin yaddaş vərəqəsi (Forma QU-45) əsasında vaqonların xx.xx.2023-cü il tarixdə, saat 12:25-də verilməsi, xx.xx.2023-cü il tarixdə, saat 16:20-də götürülməsi (hər iki tərəf məhkəmə iclasında qeyd olunan tarixin xx.xx.2023-cü il tarix olduğunu, yanlışlığa “06” qeyd olunduğunu təsdiq etmişdir) Cavabdeh MMC-nin qanuni təmsilçisinin imzası ilə təsdiq edilmişdir.

2. Həmin vaqonlar üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın: a) 5.2-ci bəndinə əsasən vaqonların “Xudat” stansiyasından “Çarxı” stansiyası ünvanına dəyişdirilməsinə görə hər vaqon üçün 41,3 manat olmaqla cəmi ƏDV daxil olmaqla 206,5 manat; b) 5.12-ci bəndinə əsasən müraciət əsasında vaqonların ünvan dəyişdirilməsi üzrə yazılı teleqramın verilməsinə görə ƏDV daxil olmaqla 17,7 manat; c) 6.1-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yoluna bağlanmış müqavilə əsasında vaqonların verilib-götürülməsinə görə ƏDV daxil olmaqla 181,72 manat; d) 6.7-ci bəndinə əsasən dalan yoluna vaqonların verilib-götürülməsi barədə müqaviləsi olmayan digər hüquqi və fiziki şəxslərin ünvanına gəlmiş vaqonların həmin dalan yoluna yazılı icazə ilə verilib-götürülmə əməliyyatlarının aparılmasına görə ƏDV daxil olmaqla 59 manat; e) 6.9-cu bəndinə əsasən dalan yolunda dalan yolu sahibindən başqa yük əməliyyatı aparan digər hüquqi şəxs olduğu üçün dalan yoluna verildiyi vaxtdan 24 saat müddətindən sonrakı hər gün hesabına oxa görə ƏDV daxil olmaqla 31152 manat (44 gün üçün); f) 7.1-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün məxsusluğundan asılı olmayaraq verilən bütün vaqonlara (dalan yolu sahibinin ünvanına daxil olmuş özəl və icarə vaqonları istisna olmaqla) dalan yolunda dayanmasına görə istifadə haqqı olaraq 1068 saat üçün ƏDV daxil olmaqla 71002,84 manat yığım hesablanmışdır.

3. Adıçəkilən vaqonların təkrarən xx.xx.2023-cü il tarixində “Çarxı” stansiyasına gəlməsi ilə bağlı tərtib edilmiş YKX 196033 seriya və nömrəli qəbul-təhvilçisinin yaddaş vərəqəsi (Forma QU-45) əsasında vaqonların xx.xx.2023-cü il tarixdə, saat 21:15-də gəlməsi, xx.xx.2023-cü il tarixdə, saat 09:00-da verilməsi, xx.xx.2023-cü il tarixdə, saat 10:30-da götürülməsi Cavabdeh MMC-nin qanuni təmsilçisinin imzası ilə təsdiq edilmişdir. Həmin vaqonlar üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın: g) 6.1-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yoluna bağlanmış müqavilə əsasında vaqonların verilib-götürülməsinə görə ƏDV daxil olmaqla 181,72 manat; h) 6.8-ci bəndinə əsasən dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (məxsusluğundan asılı oımayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilərsə, vaqonların ümumi istifadə yollarında dayanmasına görə xx.xx.2023-cü il tarixi saat 21:00-dan xx.xx.2023-cü il tarixi saat 09:00dək 10 saat üçün ƏDV daxil olmaqla 304,62 manat yığım hesablanmışdır.

4. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli FA0307/001 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixində “Xudat” stansiyasından 5 ədəd refrejerator tipli vaqonun (83349084, 83349118, 83349100, 83349076, ********) ünvanı dəyişdirilərək “Çarxı” stansiyasına Cavabdeh MMC-nin ünvanına göndərilmişdir. Dalan yoluna verilmiş vaqonlara dair tərtib edilmiş YKX 196040 seriya və nömrəli qəbul-təhvilçisinin yaddaş vərəqəsi (Forma QU-45) əsasında vaqonların xx.xx.2023-cü il tarixdə, saat 04:00-da gəldiyi, xx.xx.2023- cü il tarixdə, saat 14:00-da verilməsi, xx.xx.2023-cü il tarixdə, saat 10:30-da götürülməsi Cavabdeh MMC-nin qanuni təmsilçisinin imzası ilə təsdiq edilmişdir. Həmin vaqonlar üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın: i) 5.2-ci bəndinə əsasən vaqonların “Xudat” stansiyasından “Çarxı” stansiyası ünvanına dəyişdirilməsinə görə hər vaqon üçün 41,3 manat olmaqla cəmi ƏDV daxil olmaqla 206,5 manat; j) 5.12-ci bəndinə əsasən müraciət əsasında vaqonların ünvan dəyişdirilməsi üzrə yazılı teleqramın verilməsinə görə ƏDV daxil olmaqla 17,7 manat; k) 6.1-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yoluna bağlanmış müqavilə əsasında vaqonların verilib-götürülməsinə görə ƏDV daxil olmaqla 181,72 manat; l) 6.8-ci bəndinə əsasən dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (məxsusluğundan asılı oımayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilərsə, vaqonların ümumi istifadə yollarında dayanmasına görə xx.xx.2023-cü il tarixi saat 04:00-dan xx.xx.2023-cü il tarixi saat 14:00dək 130 saat üçün ƏDV daxil olmaqla 16318,34 manat yığım hesablanmışdır.

5. "xxxx" QSC ilə Cavabdeh MMC arasında bağlanmış X6 Xidmətlərin Göstərilməsinə dair 2023-cü il tarixli müqaviləyə əsasən müqaviləyə əlavədə nəzərdə tutulduğu kimi icraçı Xudat stansiyasında (Stansiya) məntəqəsi (ünvanı) dalan yolu sahibinə məxsus olan dalan dəmir yoluna və istifadəsində olan stansiyanın 7 və 8-ci yollarına sifarişçinin lokomotivinin İcraçının ümumi istifadə yoluna çıxmaqla vaqonların verilib götürülməsinin, zərurət yarandığı təqdirdə isə (Dalan yoluna xidmət edən lokomotivin xidmət imkanını məhdudlaşdıran hərəkətlər olduğu halda) Sifarişçinin yazılı müraciəti əsasında icraçı öz lokomotivi ilə Dalan dəmir yolunun yükləmə-boşaltma sahəsinə vaqonların verilib-götürülməsini və X6 digər əlavə manevr işlərinin (eyni vaxtda verilən vaqonların yükləmə-boşaltma sahələrinə paylanması, yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, bir yükləmə-boşaltma yerindən digərinə və ya başqa yola verilib-götürülməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması, vaqonların tərəziyə verilib-götürülməsi və s.) həyata keçirilməsi xidmətini yerinə yetirməyi, Sifarişçi isə bu Müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş Xidmət müqabilində Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə ilə müəyyən edilən xidmət haqqını İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü bəndinə əsasən bu müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş xidmət haqqı dalan yolu sahibi və sifairşçi arasında olan münasibətlər, mübahisələr, hər hansı anlaşılmazlıqlar, yaxud digət halların mövcudluğuna baxmayaraq və belə hallar nəzərə alınmadan, icraçı tərəfindən hər qaimə-fakturanın sifarişçiyə təqdim edilməsindən etibarən 5 bank günü ərzində sifarişçi tərəfindən köçürmə yolu ilə icraçının bank hesabına ödənilməlidir.

6. Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli FA0604/003 nömrəli məktubdan görünür ki, “Xudat” stansiyasına (kod: 545107) gələn 5 ədəd boş vaqonların təyinat stansiyasının “Çarxı” stansiyasına (kod: 545400) dəyişdirilərək cavabdehin adına rəsmiləşdirilməsi xahiş edilmişdir.

7. Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli FA0704/001 nömrəli məktubdan görünür ki, stansiya xidmətlərinə görə formalaşacaq yığımların ödəniləcəyinə zəmanət verilərək, 5 ədəd boş vaqonun "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasına icazə verilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2023-cü ilin iyul, avqust və sentyabr aylarında göstərilmiş xidmətlər üzrə 119 830,36 manat əsas borc, 5500,07 manat faiz borcunun və ödənilmiş 416 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsası olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin iyul, avqust və sentyabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının “Çarxı” stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsinə görə”, “ünvandəyişmə üzrə yığım”, “dalan yolundan istifadə zamanı cərimə” və s.) görə 119 830,36 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Stansiya xidmətlərinin göstərilməsi iddiaçının təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş 04/S nömrəli “Yük və baqaj qəbul-təhvilçisinin vəzifə Təlimatı”nın 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbultəhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda Təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdehin direktorunun imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd edilən Təlimata uyğun tərtib edilmişdir və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Qeyd olunmalıdır ki, 2023-cü ilin iyul ayında iddiaçı ilə cavabdeh arasında şifahi xidmət müqaviləsi, xx.xx.2023-cü ildə isə 13-1/2- 8038/2023 nömrəli X6 xidmətlərin göstərilməsinə dair yazılı müqavilə bağlanmışdır.

10. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 445.7-ci maddələri, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 36.1.4cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1, 3.2.4, 3.2.25-ci və s. bəndləri göstərilmişdir.

11. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

12. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki vəziyyəti bundan ibarətdir ki, xx.xx.2023-cü il tarixində 5 ədəd yeni alınmış avtonom refrejerator vaqonlar “Xudat” stansiyasına daxil olmuşdur. “Foodcity Agropark”a məxsus dalan dəmir yolu hazır olmadığına görə vaqonların “Xudat” stansiyasında dayandığı halda cərimə tətbiq ediləcəyi cavabdehə məlum olmuşdur. Buna görə də vaqonları müvəqqəti dayandırmaq barədə yaxınlıqda yerləşən “Çarxı” stansiyasının ərazisində olan "xxxx" MMC ilə müqavilə bağlanılmışdır. 3 gün həmin yerdə vaqonlar qaldıqdan sonra xx.xx.2023-cü ildə vaqonlar “Çarxı” stansiyasına çatmışdır. Bununla belə iddiaçıya müqavilə imzalanması üçün cavabdeh tərəfindən müraciət edilmiş və xx.xx.2023-cü ildə cavab olaraq kontragent kimi tanınma haqqında sənəd təqdim edilmişdir. Həmçinin cavab məktubunda bildirilmişdir ki, sözügedən məktubda göstərilən məbləğin silinməsi iddiaçıda büdcə kəsrlərinin yaranmasına, iqtisadi fəallığın pozulmasına, hamının digər sahibkarlıq subyektlərinə münasibətdə cavabdehin üstün hüquqlar əldə etməsinə şərait yaradacağından qaldırılan iddia ilə bağlı məsələlərin müsbət həlli cavabdehin imkanı xaricindədir. İddiaçı 23 may 2023-cü ilədək olan tarixə 5 vaqona görə 119 830,36 manat cərimə hesablamışdır. Halbuki vaqonlar iddiaçıya məxsus heç bir yolda dayanmamışdır və tətbiq edilən cərimələr qapalı vaqon kimi yox, refseksiyalı vaqon kimi 4 dəfə baha hesablanmışdır. Lakin cavabdehin vaqonları refrejerator seksiyadan ibarət deyil, avtonomdur. Bu o deməkdir ki, vaqonlar qapalı vaqon bazasında yığılmışdır. Refseksiyalılar isə 5 vaqondan ibarət olur, ortada olan bir vaqonda isə mexaniklər olur, insan faktoru olduğuna görə refseksiyalılar baha hesablanır. Cavabdehin vaqonlarda isə, ümumiyyətlə, xidmət etmək üçün insan olmur. Tərəflər arasında bağlanmış müqavilənin predmetində birbaşa göstərilmişdir ki, icraçı dalan sahibinə məxsus olan dəmir yollarında xidmətlər yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin A bəndinə isə göstərilmişdir ki, sifarişçi “Çarxı” stansiyasına birləşən "xxxx" MMC-yə məxsus olan dəmir yolunda qarşılıqlı maraqların mövcudluğuna əsaslanaraq yük əməliyyatı aparmaq niyyətindədir. Göründüyü kimi, iddiaçının müqavilə üzrə tələbetmə hüququ ona məxsus olan dəmir yollarının əhatə dairəsi ilə məhdudlaşdırılmışdır. Bu mənada iddiaçının başqa hüquqi şəxsə məxsus olan sahədə yerləşən dəmir yoluna görə subyektiv hüququ yoxdur. Xüsusi olaraq vurğulanmalıdır ki, tərəflər arasında bağlanılmış müqavilənin 8.5-ci maddəsinə görə dalan dəmir yolu stansiyasına birbaşa yox, bilavasitə başqa dalan dəmir yolu xətti vasitəsi ilə birləşərsə, marşruta müvafiq həmin dalan dəmir yolu xətti üzrə xidmətin icrasına maneə ola biləcək və gedişatını məhdudlaşdıran hərəkət və hərəkətsizlik, sifarişçi və birləşdiyi həmin dalan dəmir yolu sahibi arasında olan münasibətlər, mübahisələr, fikir ayrılıqları, tələblər və ya hər hansı anlaşılmazlıqlar yarandıqda sifarişçi tərəfindən dərhal aradan qaldırılmalıdır və bu cür halın baş verdiyi andan aradan qaldırıldığı anadək icraçı xidmətin icrasını dayandıra bilər. Sözügedən məsələlərin aradan qaldırılması üçün də qabaqlayıcı preventiv tədbirlər görülmüş, "xxxx" MMC ilə vaqonlara dair icarə müqaviləsi bağlanılmışdır. Tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq öz öhdəliklərinin həcmi barədə razılığa gəlmiş, öz iradə ifadələrini bəyan etmişlər. Lakin iddiaçı müqavilənin ziddinə olaraq hüquqdan suiistifadəedərək başqa şəxsin mülkiyyətində olan sahəyə dair göstərilən xidmətə görə pul tələb edir ki, bu tamamilə əsassızdır.

13. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 387.3, 390.1, 399.1, 560.1, 560.3.5-ci maddələri, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il tarixli Qərarlarına istinad edilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-844/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir, Cavabdehndən 119.830,34 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 5500,07 manat olmaqla ümumilikdə 125330,41 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-844/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 844/2025 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilərək qətnamənin 67-ci bəndində “ümumilikdə 5500,07 manat (4709,3+704,03+11,4)” sözləri “ümumilikdə 5424,73 manat (4709,3+704,03+11,4)” kimi, nəticə hissəsinin 2-ci abzasında qeyd olunmuş “əsas borca illik 5 faizlə hesablanmaqla 5500,07 manat olmaqla ümumilikdə 125330,41 manat” ifadəsi “əsas borca illik 5 faizlə hesablanmaqla 5424,73 manat olmaqla ümumilikdə 125255,07 manat” kimi oxunması qərara alınmışdır.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı göstərilmiş stansiya xidmətlərinin dəyərinin – 119 830,36 manat məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh təqdim etdiyi yekun mövqe ilə yalnız a, b, c, g, i, j, k bəndlərində əks olunmuş stansiya xidmətlərini qəbul edir. Digər hissədə isə etirazının əsası olaraq göstərir ki: (1) xidmət göstərilməmişdir, lakin yığım tətbiq edilmişdir; (2) “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nda ƏDV nəzərdə tutulmadığı halda tətbiq edilmişdir; (3) cavabdehə məxsus avtonom refrejerator vaqonlar iddiaçının smart proqramında izotermik (termos) vaqon kimi qeydə alınsa da, yığımlar refrejerator vaqon kimi aparılmışdır; (4) iddiaçıya vaxtında məlumat verilsə də, sonuncu müraciətə gec cavab vermiş, nəticədə iddiaçıya məxsus olmayan dalan yolunda vaqonların dayanmasına görə yığım tətbiq edilmişdir; (5) vaqonların ümumi istifadədə olan dalan yolunda dayanmasında cavabdeh təqsirli deyildir, lakin yığım tətbiq edilmişdir; (6) həm vaqonların oxuna görə, həm də istifadəyə görə ikiqat yığım – cərimə tətbiq edilmişdir; (7) qəbul-təhvilçisinin yaddaş vərəqələri (Forma QU-45-lər) əhəmiyyətsizdir, belə ki, beynəlxalq istiqamətdən daxil olmuş yüklü vaqonlar (özəl və icarədə olan) boşaldıqdan sonra boş halda geri qayıtması haqqında təlimat stansiyaya təqdim edilənə qədər açılmış yaddaş vərəqəsi bağlanmamış hesab edilir, lakin belə bir təqdimat olmadan yaddaş vərəqəsi bağlanılmışdır. İddiaçı tərəfindən göstərilməsi iddia olunan və cavabdeh tərəfindən mübahisələndirilən dəmiryolu xidmətləri zamana görə 2 qrupa bölünür: tərəflər arasında X6 xidmətlərin göstərilməsinə dair müqavilənin bağlandığı xx.xx.2023- cü il tarixədək göstərilmiş xidmətlər – 16-cı paraqrafın d, e, f bəndləri və xx.xx.2023-cü il tarixdən sonra göstərilmiş xidmətlər – 16-cı paraqrafın h, l bəndləri. Tərəflər (iddiaçı İcraçı qismində, cavabdeh Sifarişçi qismində) arasında bağlanmış X6 xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə Əlavədə nəzərdə tutulduğu kimi İcraçı “Çarxı” stansiyasında (stansiya) məntəqəsi (ünvanı) Dalan yolu sahibinə ("xxxx" MMC-yə) məxsus olan dalan dəmiryolunun yükləmə-boşaltma yerinə vaqonların verilibgötürülməsi və verilib-götürülmə zamanı manevr işinin (zərurət yarandığı təqdirdə eyni vaxtda ötürülən vaqonların ayrı-ayrı yükləmə-boşaltma yollarına paylanılması), eyni zamanda Sifarişçinin müraciəti əsasında dalan dəmir yollarında digər əlavə manevr işlərinin (yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması, vaqonların bir yükləmə-boşaltma yerindən, başqa yükləmə-boşaltma yerinə, digər əlavə dayanma yoluna və ya əksinə verilibgötürülməsi və s.) həyata keçirilməsi və yük daşımaları üzrə digər əlavə xidmətləri yerinə yetirməyi, Sifarişçi isə müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə ilə müəyyən edilən xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki Tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürləri ilə təsdiq edildiyi andan qüvvəyə minir və xx.xx.2026-cı il tarixinədək qüvvədədir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı münasibətlər X6 xidmətlərin göstərilməsindən ibarətdir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Tərəflər arasında formalaşmış münasibətin konkret nəticə tələb edilməyən xidmətlərin göstərilməsi ilə bağlı yarandığını nəzərə alan məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu mənada xx.xx.2023-cü il tarixdə qədər münasibətlər şifahi qaydada formalaşmış, həmin tarixdən sonra isə yazılı qaydada rəsmiləşdirilmişdir. Bu əsaslarla iddia tələblərinin hüquqi əsasını MM-in 783.2 – 783.3-cü maddələri təşkil etmişdir. Həmin maddələrə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmə muzdun məbləği ilə bağlı isə göstərmişdir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əlavələrlə ayrı-ayrı xidmətlərin dəyəri razılaşdırılmışdır. Həmin tarixəqədərki xidmətlər üçün isə tariflər müəyyən edilmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli müqavilənin əlavəsində göstərilən xidmətlərin dəyərinin hesablanması ilə bağlı bəndlərin “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nı təkrarladığını, həmin tarixəqədərki xidmətlərin tariflərinin isə bilavasitə Qaydalarla tənzimləndiyini nəzərə alaraq hesab etmişdir ki, göstərilmiş xidmətlərin dəyəri məhz Qaydalara əsasən ödənilməlidir. Bu zaman cavabdehin etirazının ilkin dəlili də o səbəbdən əsassız olur ki, cavabdehin iddiaçının hərəkətlərini xidmət hesab edib-etməməsindən asılı olmayaraq Qaydalarda yükün mühafizəsi və müşayiət olunması, yükün tərəzidə çəkilməsi, ümumi istifadə yollarında (yük həyətlərində, yükləmə-boşaltma yollarında, dəmir yoluna məxsus dalan yollarında və s.) vaqonların dəmir yoluna məxsus olmayan dalan dəmir yoluna verilib-götürülməsi, dalan yolunda boşdayanma, dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının saxlanması və s. xidmət hesab olunaraq həmin xidmətlər üçün yığımlar tətbiq edilmişdir. Qeyd edilən yanaşma iddiaçının təbii inhisar subyekti kimi magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyətinə bilavasitə cavabdeh olmasından irəli gəlir. Bu səbəbdən də iddiaçının bəzi yığımları cərimə adlandırması da düzgün olmamışdır. Qaydalarda ƏDV-nin nəzərdə tutulması ilə bağlı göstərilməlidir ki, Qaydaların 1.4-cü bəndinə əsasən, xidmətlərə görə yığımlara əlavə dəyər vergisi daxil edilməmişdir və ödəmələr Azərbaycan manatı ilə həyata keçirilir. Başqa sözlə, Qaydalarda göstərilmiş tariflər ƏDV nəzərə alınmadan göstərilmişdir. Lakin qeyd edilən hal vergi qanunvericiliyinə müvafiq olaraq ƏDV ödəyicisini məsuliyyətdən azad edə bilməz. Həmçinin xx.xx.2023-cü il tarixli müqavilənin 4.1-ci bəndində də razılaşdırılmışdır ki, müqavilədə nəzərdə tutulmuş xidmətin yerinə yetirilməsinə görə ödəniləcək xidmət haqqı qanunvericilikdə nəzərdə tutulduğu hallarda əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməklə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qaydada dalan yolu sahibinə uyğun əsaslara görə hesablanır. Həmçinin cavabdehin bir tərəfdən qətnamənin 16-cı paraqrafın a, b, c, g, i, j, k bəndlərində əks olunmuş stansiya xidmətlərinin dəyərini ƏDV daxil olmaqla qəbul etməsi, digər tərəfdən ƏDV-nin onun tərəfindən ödənilməli olmaması barədə mövqeyi də özü Cavabdehə məxsus vaqonların hansı qrupa aid olmasına münasibətdə qeyd edilmişdir ki, Qaydaların 7.1-ci bəndinə əsasən, Dəmir yoluna məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün verilən vaqon və konteynerlərə istifadəyə görə yığım tətbiq edilir, vaqon və konteynerlərin istifadə haqqının qiymətləri, onların qruppasından və istifadə vaxtının intervalından asılı olaraq diferensiallaşır. Vaqonlar aşağıdakı qruplara bölünürlər: İ qrup yarımvaqon, bağlı vaqon, platforma; İİ qrup - avtomobil daşıyan vaqonlar və dumkarlar; İİİ qrup - çən vaqonları, taxıldaşıyan vaqonları, fitinqli platformalar; İV qrup - sement daşıyanvaqon, konteyner daşıyan vaqon, İ, İİ, İİİ, V, Vİ qruplara daxil olmayan digər vaqonlar 12 oxlu transportyorlar; V qrup - refrejerator vaqonlar, 16-və yuxarı oxlu transportyorlar; Vİ qrup - vaqon termoslar. Göründüyü kimi, növündən asılı olmayaraq refrejerator vaqonlar V qrupa daxil edilmişdir. Cavabdeh də həmin vaqonların refrejerator vaqonlar olduğunu qəbul edərək onların avtonom refrejerator vaqonlar olduğundan digər qruplara aid edilməli olmasını bildirmişdir. Halbuki Qaydalarda refrejerator vaqonun hansı növdə olmasından asılı olmayaraq birmənalı surətdə V qrupa aid olması təsbit edilmişdir. Eləcə də məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-1-23/3-5-2331/202 nömrəli əmrinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən güzəştlərin tətbiq edilməsinin əmr edildiyi, həmin güzəştlərdən birinin avtonom refrejerator vaqonlarla yük əməliyyatı həyata keçirərkən yığımların hesablanması və tətbiqi zamanı həmin vaqonların qapalı vaqon hesab edilməsi olduğu görünür. Qeyd edilən yanaşmanın iddiaçı tərəfindən tətbiq edilən güzəşt olduğu və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixlərini əhatə etdiyi isə aydın məqamdır. Bu isə hazırkı iddia tələbinə həmin əmrin tətbiqini istisna edir. Cavabdehin digər etirazlarına münasibətdə isə aşağıdakılar göstərilməlidir. Əvvəla məhkəmə göstərmişdir ki, iş materiallarında olan əlavə yığımlar üçün yığım vərəqələrindən görünür ki, xx.xx.2023-cü il tarixli vərəqə ilə 102 619,76 manat, xx.xx.2023-cü il tarixli vərəqə ilə 16724,26 manat məbləğində yığım hesablanmış, hər iki vərəqənin 14-cü sütununa cavabdehin qanuni təmsilçisi – Qanuni nümayəndə2 tərəfindən imza edilmiş, vərəqələrdə yığımların hesablanması ilə bağlı hər hansı qeydşərt cavabdehin nümayəndəsi tərəfindən verilməmişdir. Başqa sözlə, cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir. Bu mənada məhkəmə cavabdehin hazırkı mövqeyini hüquqdan sui-istifadə hesab etmişdir. Bundan başqa, Qaydalarda dəmir yoluna məxsus olmayan dalan yoluna vaqonların verilib-götürülməsinə görə yığım və vaqon və konteynerlərdən istifadəyə görə yığım (müvafiq olaraq 6 və 7-ci hissə) birbirindən fərqləndirilmiş, nəinki birinin tətbiqi digərini istisna etmiş, eləcə də həmin başlıqlar altında ayrı-ayrı yığımlar da fərqləndirilmişdir. Qaydaların 6.7-ci bəndinə əsasən, dalan yoluna vaqonların verilibgötürlməsi barədə müqaviləsi olmayan digər hüquqi və fiziki şəxslərin müraciəti əsasında, ünvanlarına gəlmiş vaqonların həmin dalan yolu sahibinin müvafiq yazılı icazəsi ilə hər verilib-götürülmə əməliyyatının aparılması zamanı əlavə 50 manat yığım hesablanlanmalıdır. 6.8-ci bəndinə əsasən, dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (konteynerlər) (məxsusluğundan asılı olmayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilərsə, vaqonların (konteynerlərin) ümumi istifadə yollarında dayanmasına görə yığım stansiyanın texnoloji iş prosesi nəzərə alınmaqla müvafiq olaraq cədvəl №8 və cədvəl №9-dakı qiymətlərə 1.5 əmsalı tətbiq edilməklə hesablanmalı və əgər stansiyanın işində çətinliklər yaranarsa, Cəmiyyət rəhbərliyi tərəfindən yığımın məbləği yükalanı (yükgöndərəni) yazılı formada məlumatlandırdıqdan 24 saat sonra 5 dəfəyə qədər artırıla bilər. 6.9-cu bəndinə əsasən, dalan yolunda dalan yolu sahibindən başqa yükləməboşaltma əməliyyatı aparan digər hüquqi və fiziki şəxslərin ünvanlarına daxil olan yüklü və boş vaqonlara (mənsubiyyətindən asılı olmayaraq), vaqonların dalan yoluna verildiyi vaxtdan 24 saat müddətindən sonrakı hər gün hesabına oxa görə 30 manat yığım tətbiq edilməlidir. Hazırkı halda cavabdeh vaqonların ümumi istifadə yollarında ondan asılı olmayan səbəblərdən gecikdirildiyini bildirsə də, təqsirli olmadığına dair nə iddiaçıya ünvanladığı məktublarda, nə də məhkəmə iclaslarında hər hansı sübut təqdim etmişdir. Belə olan halda, Qaydaların 6.8-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixi saat 21:00-dan xx.xx.2023-cü il tarixi saat 09:00-dək 10 saat və xx.xx.2023-cü il tarixi saat 04:00-dan xx.xx.2023-cü il tarixi saat 14:00-dək 130 saat üçün vaqonların ümumi istifadə yollarında dayanmasına görə yığım tətbiq etməkdə iddiaçı haqlı olmuşdur. Digər tərəfdən, hər gün hesabına oxa görə tətbiq edilən yığım isə təqsirlə bağlı olmayıb ümumi yığım kimi çıxış edir. Bu səbəbdən hər gün hesabına oxa görə ƏDV daxil olmaqla 44 gün üçün 31152 manat da cavabdehdən tutulmalıdır. Eyni zamanda qeyd edilən səbəblərdən dalan yoluna yazılı icazə ilə verilib-götürülmə əməliyyatlarının aparılmasına görə ƏDV daxil olmaqla 59 manat da hesablanmalıdır. Qaydaların 7.3-cü bəndinə əsasən, Dəmir yoluna məxsus olmayan dalan yoluna yükləmə-boşaltma əməliyyatı üçün verillən məxsusluğundan asılı olmayaraq bütün vaqon və konteynerlərin (dalan yolu sahibinin ünvanına daxil olmuş özəl və icarə vaqonlar, konteynerlər istisna olmaqla) dalan yolunda boşdayanmasına görə istifadə haqqı cədvəl №8 və cədvəl №9-da verilmiş qiymətlərə görə hesablanmalıdır. Qaydaların 7.5-ci bəndinə əsasən, Dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının (konteynerlərinin) dalan yolunun və həmin vaqonların (konteynerlərin) sahibləri arasında qarşılıqlı razılaşması əsasında uzun müddət saxlanması barədə dəmir yolu əvvəlcədən rəsmi məlumatlandırıldığı təqdirdə 7.3-cü bəndinə əsasən tətbiq edilən yığım tutulmasın. Bu dalan yolunun istismar edilməsi barədə müqaviləyə edilmiş əlavələrlə tənzimlənsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilənin ondan asılı olmayan səbəblərdən gec bağlandığını, bu səbəbdən də 1068 saat üçün ƏDV daxil olmaqla 71002,84 manat yığımın əsassız olduğunu bildirir. Məhkəmə həmin arqumentlərlə razılaşmamışdır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli FA0604/001 nömrəli məktubla müxtəlif adda və çeşiddə meyvətərəvəz yükləri göndərişlərinin həyata keçirməsi zamanı cavabdehə məxsus (eləcə də icarəyə və istifadəyə götürülmüş) vaqonların saxlanılması (eləcə də yükləmə və ya boşalma əməliyyatları aparılması) üçün “Çarxı” stansiyalarına birləşən "xxxx" MMC-nə məxsus dalan dəmir yollarından istifadə edilməsi nəzərdətutulduğu bildirilərək, dəmir yolu kodu ******* olan cavabdehin “Çarxı” stansiyalarına birləşən "xxxx" MMC-yə məxsus dalan dəmir yollarında tam hüquqlu (statuslu) kontragent qismində qeydiyyata alınması, uyğun olaraq "xxxx" MMC və "xxxx" QSC arasında imzalanmış “dalan dəmir yollarında xidmətlərin göstərilməsinə dair” müqavilə hüquqi qüvvədə olduğu bütün müddət ərzində dalan yol sahibinə tətbiq edilən bütün güzəştli şərtlərin və imtiyazların cavabdehə tətbiq edilməsi üçün müvafiq müqavilənin imzalanması iddiaçıdan xahiş edilmişdir. Həmin tarixli FA0604/003 nömrəli məktubla “Xudat” stansiyasına (kod: 545107) gələn 5 ədəd boş vaqonların təyinat stansiyasının “Çarxı” stansiyasına (kod: 545400) dəyişdirilərək cavabdehin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli FA0704/001 nömrəli məktubla isə stansiya xidmətlərinə görə formalaşacaq yığımların ödəniləcəyinə zəmanət verilərək, 5 ədəd boş vaqonun "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasına icazə verilməsi xahiş edilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə bağlamaq barədə ofertasının nəticəsini gözləmədən dərhal stansiya xidmətlərinin göstərilməsini xahiş etmiş, ofertanın göndərilməsinin sabahı günü dəyərinin ödəniləcəyinə zəmanət verərək 5 ədəd boş vaqonun "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasına icazə verilməsini xahiş etmişdir. Bu səbəbdən cavabdehin hazırkı halda müqavilə bağlanmasının gecikdirilməsi səbəbindən əlavə yığımla üzləşməsini bildirməsi əsassız olmuşdur. Cavabdeh sahibkarlıq fəaliyyətinin peşəkar subyekti kimi oferta üzrə 1 gün ərzində müqavilənin bağlanmasının və nəticədə hər hansı güzəştin tətbiq edilməsinin mümkün olmadığını bilməli idi. Həmçinin məhkəmə göstərmişdir ki, müqavilə bağlanmasının gecikdirilməsi nəticəsində cavabdehə zərər dəyməsi və onun həcmi hazırkı mübahisənin predmeti qismində çıxış edə bilməz. Həmin hal yalnız cavabdehin dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbinin faktiki əsası qismində çıxış edə bilər. Belə olan halda məhkəmə Qaydaların 7.5-ci bəndinə əsasən Dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının saxlanması üçün tərəflər arasında xx.xx.2023-cü il tarixə qədər dalan yolunun istismar edilməsi barədə müqavilə və ona edilmiş əlavənin olmadığını nəzərə alaraq, 1068 saat üçün ƏDV daxil olmaqla 71002,84 manat yığımı da doğru hesab etmişdir. Cavabdehin qəbul-təhvilçisinin yaddaş vərəqələrinin (Forma QU-45-lərin) əhəmiyyətsizliyi ilə bağlı mövqeyinə münasibətdə isə məhkəmə qeyd edir ki, Qaydaların 1-ci hissəsində beynəlxalq istiqamətdən daxil olunmuş yüklü vaqonlar (özəl və icarədə olan) boşaldıqdan sonra boş halda geri qayıtması haqqında təlimat stansiyaya təqdim edilənə qədər açılmış yaddaş vərəqəsi bağlanmamış hesab edilməsi təsbit edilmişdir. Hazırkı halda isə cavabdeh özünün təsdiq etdiyi xx.xx.2023-cü il tarixli FA0604/003 nömrəli və xx.xx.2023-cü il tarixli FA0307/001 nömrəli məktublarda vaqonların boş olduğunu bildirir. Həmçinin, yaddaş vərəqələrinin məlumatlarına əsasən yığım vərəqələrində hesablamalar aparılmış, cavabdeh də sonuncunu imzalamış, etiraz etməmişdir. Belə olan halda cavabdehin qanuni təmsilçisi tərəfindən təsdiq edilmiş yaddaş vərəqələrinin əhəmiyyətsizliyi ilə bağlı mövqeyi də əsassızdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, cavabdeh iddiaçının istinad etdiyi xidmətlərin bir hissəsini bütövlükdə mübahisələndirsə də, iddiaçı tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli EBDN 193933 seriya və nömrəli və xx.xx.2023-cü il tarixli EBDO 470184 seriya və nömrəli elektron qaimələrə etiraz etməmiş, qaimələr sistem və cavabdeh tərəfindən təsdiq edilmişdir. Beləliklə, cavabdeh şifahi və yazılı xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə göstərilməsi müəyyən edilən xidmətlərin ümumi dəyərinə münasibətdə isə göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı ümumi dəyəri 119 830,34 manat olan xx.xx.2023-cü il tarixli EBDL 616510 seriya və nömrəli (ləğv olunsa belə xidmətin dəyəri iddiaçı tərəfindən hesablanmışdır), xx.xx.2023- cü il tarixli EBDN 193933 seriya və nömrəli və xx.xx.2023-cü il tarixli EBDO 470184 seriya və nömrəli elektron qaimələr göndərilmişdir. Bu səbəbdən də iddia məhz həmin hissədə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borca münasibətdə 119 830,34 manat pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 119 830,34 manat əsas borc tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. İddia ərizəsində iddiaçı əsas borca illik 5 faizlə hesablanan 5500,07 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunan 102619,76 manat dəyərində elektron qaimənin düzəlişə qaytarılması səbəbinin qeyd olunduğu çıxarışdan görünüb ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən elektron qaimə göndərilmiş, həmin elektron qaimə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə düzəlişə qaytarılmışdır. İş materiallarından görünüb ki, iddiaçı tərəfindən təkrarən 102619,76 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDL 616510 seriya və nömrəli göndərilmiş, həmin elektron qaimə də yenidən düzəlişə qaytarılmışdır. Beləliklə aydın olur ki, 102619,76 manat xidmət haqqı cavabdehdən mütəmadi tələb olunmuşdur. Həmçinin iş materiallarından görünüb ki, 16905,97 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN 193933 seriya və nömrəli və 304, 61 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO 470184 seriya və nömrəli elektron qaimələr göndərilmiş, həmin qaimələr təsdiqlənmişdir. Məhkəmə iddiaçının hesablamanı apardığı tarixləri nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə 102619,76 manat əsas borca illik 5 faizlə hesablanmaqla 335 gün üçün 4709,3 (102619,76 manat*5%/100/365 gün*335 gün) manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixə 16905,97 manat əsas borca illik 5 faizlə hesablanmaqla 304 gün üçün 704,03 (16905,97 manat*5% /100/365 gün*304 gün) manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixə 304,61 manat əsas borca illik 5 faizlə hesablanmaqla 274 gün üçün 11,4 (304,61 manat*5% /100/365 gün*274 gün) manat olmaqla ümumilikdə 5500,07 manat (4709,3+704,03+11,4) pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. İddiaçı həmçinin ödənilmiş 416 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 416 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsi AR Mülki Məcəlləsinin 427.3, 442, 448.1, 448.2, 448.3, 777.1-777.3, 783.2-783.3-cü maddələrinə, zamana görə qüvvədə olan “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 1.4-cü maddəsinə, zamana görə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013- cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19cu bəndinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanın 3.4-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu bəndinə, “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”na, M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir.

18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halıdır ki, iddia predmeti üzrə tələb olunan məbləğ, yəni iddiaçı tərəfindən tətbiq olunan yığımlar və cərimə müvafiq müqavilə olmadığından 44 gün ərzində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddətdə hesablanmışdır. xx.xx.2023-cü il tarixli müqavilə bağlandığı andan isə yığımların hesablanması dayandırılmışdır. İddianın hüquqi əsası olan “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydalarının 7.5-ci bəndinə əsasən, Dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının (konteynerlərinin) dalan yolunun və həmin vaqonların (konteynerlərin) sahibləri arasında qarşılıqlı razılaşması əsasında uzun müddət saxlanması barədə dəmir yolu əvvəlcədən rəsmi məlumatlandırıldığı təqdirdə 7.3-cü bəndinə əsasən tətbiq edilən yığım tutulmur. Qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli FA0604/001 nömrəli məktubla müxtəlif adda və çeşiddə meyvə-tərəvəz yükləri göndərişlərinin həyata keçirməsi zamanı cavabdehə məxsus (eləcə də icarəyə və istifadəyə götürülmüş) vaqonların saxlanılması (eləcə də yükləmə və yaboşalma vaqonların saxlanılması (eləcə də yükləmə və yaboşalma əməliyyatları aparılması) üçün “Çarxı” stansiyalarına birləşən "xxxx"MMC-nə məxsus dalan dəmir yollarından istifadə edilməsi nəzərdə tutulduğu bildirilərək, dəmir yolu kodu ******* olan cavabdehin “Çarxı” stansiyalarına birləşən "xxxx" MMC-yə məxsus dalan dəmir yollarında tam hüquqlu (statuslu) kontragent qismində qeydiyyata alınması, uyğun olaraq "xxxx" MMC və "xxxx" QSC arasında imzalanmış “dalan dəmir yollarında xidmətlərin göstərilməsinə dair” müqavilə hüquqi qüvvədə olduğu bütün müddət ərzində dalan yol sahibinə tətbiq edilən bütün güzəştli şərtlərin və imtiyazların cavabdehə tətbiq edilməsi üçünmüvafiq müqavilənin imzalanması iddiaçıdan xahiş edilmişdir. Həmin tarixli FA0604/003 nömrəli məktubla “Xudat” stansiyasına (kod: 545107) gələn 5 ədəd boş vaqonların təyinat stansiyasının “Çarxı” stansiyasına (kod: 545400) dəyişdirilərək cavabdehin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli FA0704/001 nömrəli məktubla isə stansiya xidmətlərinə görə formalaşacaq yığımların ödəniləcəyinə zəmanət verilərək, 5 ədəd boş vaqonun "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasına icazə verilməsi xahiş edilmişdir. Göründüyü kimi iddiaçı yığım məbləğlərini yalnız boş vaqonların dayanmasına görə hesablamışdır. Cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək, ona məxsus vaqonların boş halda, istifadəsiz qalacağını bildirmiş, şirkətlər arasında müvafiq müqavilənin bağlanmasını xahiş etmiş, bu sahədə inhisarçı olan iddiaçı isə əvvəlcə buna münasibət bildirməmiş, daha sonra isə tərəflər arasında müqavilənin bağlanmadığını əsas gətirərək yığımlar hesablamışdır. Halbuki, işdən də göründüyü kimi cavabdeh dəfələrlə ona müqavilə bağlamaq barədə təkliflərlə çıxış etmişdir. Bu isə onu deməyə əsas vermişdir ki, hazırda boş vaqonların dayanmasına görə tələb olunan yığım məbləğləri məhz iddiaçının özünün hərəkətsizliyi və inhisarçı orqan kimi öz funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır. Yəni, iddiaçı cavabdehin ona ilk müraciətindən sonra müqavilə bağlasa idi, hazırda boş vaqonların dayanmasına görə yığım məbləğləri də hesablanmazdı. Eyni zamanda, cavabdehin müraciətlərinə cavab olaraq iddiaçı müqavilənin bağlanmasını təklif etməmiş və bununla bağlı real hərəkətlər etməmiş, cavab məktublarında ümumiyyətlə vaqonlara dair müqavilə bağlanılmasına istinad etməmiş, yalnız bir cavab məktubunda qeyd etmişdir ki, “Sözügedən məktubda göstərilən məbləğin silinməsi "xxxx" QSC-də büdcə kəsirlərinin yaranmasına, iqtisadi fəallığın pozulmasına, hamının digər sahibkarlıq subyektlerinə münasibətdə "xxxx" MMC-nin üstün hüquqlar əldə etməsinə şərait yaradacağından qaldırılan iddia ilə bağlı məsələlərinmüsbət həllicavabdehin imkanı xaricindədir.” İddiaçı vaqonlara dair müqavilə bağlanması sahəsində inhisarçı subyekt olduğuna görə cavabdeh həmin vaqonlara dair başqa hər hansı üçüncü şəxslə də müqavilə bağlaya bilməzdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bu faktı etiraf etmişdir. Beləliklə, tələb olunan vaqonların boş dayanmasına görə borc məbləğləri məhz iddiaçının özünün hərəkətsizliyi ucbatından yaranmışdır. İddiaçı öz hüquqlarından sui-istifadə etmiş və boş dayanmış vaqonlara dair müqavilə bağlamaq əvəzinə həmin vaqonların boş dayanmasına görə yığımların tutulmasını tələb etmişdir. Bu baxımdan, iddiaçı boş vaqonların dayanmasına görə yığımların cavabdehdən tutulmasını tələb edə bilməz. Ona görə də iddia tələbi rədd edilməlidir. İddiaçı təbii inhisarçı olsa da, istehlakçılarla yalnız müqavilə münasibətləri əsasında işgüzar əməkdaşlıq edə bilər. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 10- inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 10- cu maddəsinin 3-cü hissəsinə görə, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Həmin normanın məzmunundan anlaşıldığı kimi, ilkin olaraq məhz sahibkarlıq subyekti(hazırkı haldacavabdeh) təbii inhisarçıya (hazırkı halda iddiaçıya) konkret təkliflə müraciət etməli, təbii inhisarçı da bu təklif əsasında istehlakçı ilə müvafiq müqavilə bağlamalı və həmin xidmətləri istehlakçıya təqdim etməlidir. Qeyd etmək lazımdır ki, elə ümumi qaydaya görə də, hüquqi və fiziki şəxslər arasında müqavilələr eyni qaydada bağlanılır. Xüsusi olaraq vurğulanmalıdır ki, məhkəmə öz qərarının 23-cü bəndində tərəflər arasında xx.xx.2023-cü il tarixə qədər münasibətlərin şifahi qaydada formalaşmış olduğunu təsbit etmişdir. Bu isə o deməkdir ki, əgər müqavilə bağlanmış hesab edilirsə, boş dayanmaya görə yığımlar da hesablanmamalı idi. Çünki, sözügedən yığımlar məhz müqavilənin bağlanmaması əsası ilə tətbiq olunmuş (44 gündə) və xx.xx.2023-cü il müqavilənin rəsmi bağlandığı tarixdə dayandırılmışdır. Qeyd olunmalıdır ki, iddiaçı ilə müqavilə bağlanmaması səbəbindən sözügedən məsələlərin aradan qaldırılması üçün cavabdeh tərəfindən qabaqlayıcı preventiv tədbirlər görülmüş, Qala Construction MMC ilə sözügedən vaqonlara dair xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmçinin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdehə məxsus avtonom vaqonlar "xxxx" MMC-yə məxsus X6 saxlanılmış və vaqonlara görə iddiaçı tərəfindən hər hansı xidmət göstərilməmişdir. İddiaçının istinad etdiyi “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”-nın İ bölməsinin 1-ci maddəsində göstərilmişdir ki, X7, X3, X2 haqqında Sazişi rəhbər tutaraq dəmir yolu xidmətlərindən istifadə edən bütün yük göndərənlərədən, yükalanlardan və dalan dəmir yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilmiş xidmətlərə görə yığımlar tutulur. Lakin işdən göründüyü kimi heç bir xidmət göstərilməmişdir. Xüsusi ilə qeyd edir ki, iddiaçı öz iddiasının hüquqi əsası kimi xx.xx.2023-cü il tarixli müqaviləyə istinad etsə də, guya həmin müqavilədən əvvəl, yəni həmin ilin iyul, avqust, sentyabr aylarındakı stansiya xidmətlərinə pul tələb edir. Hansı ki, nə istinad edilən müqavilə üzrə, nə də müqavilə bağlanmadan öncə iddiaçı tərəfindən 5 vaqona görə hər hansı stansiya xidmətləri göstərilməmişdir. Tərəflər arasında xx.xx.2023-cü ildə üçtərəfli müqavilə bağlanmışdır ki, müqavilənin predmetində birbaşa göstərilmişdir ki, icraçı dalan sahibinə məxsus olan dəmir yollarında xidmətlər yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin sübuta, yəni xx.xx.2023-cü il tarixli müqaviləyə iddiaçı tərəfindən ümumiyyətlə istinad edilməmişdir. Məhkəmədən həmin sübut gizlədilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə pul tələb edə bilməz. İddiaçının təqdim etdiyi elektron qaimələrə gəldikdə isə hesab edirik ki, Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2021- ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə görə, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələrtərəfindən işdəki digərsübutlarla əlaqəlişəkildə qiymətləndirilməlidir.” İşdə olan 102619,76 manat dəyərində elektron qaimənin düzəlişə qaytarılması səbəbinin qeyd olunduğu çıxarışdan görünüb ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən elektron qaimə göndərilmiş, həmin elektron qaimə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə düzəlişə qaytarılmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təkrarən 102619,76 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDL 616510 seriya və nömrəli elektron qaimə göndərilmiş, həmin elektron qaimə də yenidən düzəlişə qaytarılmışdır. Göründüyü kimi iddia üzrə tələb olunan məbləğlə bağlı elektron qaimələr cavabdeh tərəfindən mübahisələndirilərək geri qaytarılmışdır. Hazırkı halda mübahisəli elektron qaimə fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktını təsdiq etmək üçün yetərli deyildir. İddiaçı tərəfindən məhkəməyə QU-45 formalı arayışlar təqdim olunsa da, həmin arayışlar iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmçinin, sözügedən sənədlər xidmətlər göstərilərkən tərtib olunan ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir.Hesablanmış yığımlarla bağlı qeyd edir ki, bizimşirkət tərəfindən alınmış vaqonlar "xxxx" QSC –nin Smart proqramında izotermik( termos ) vaqon olaraq qeydiyyata alınmasına yığımlar izotermik( termos ) vaqon olaraq qeydiyyata alınmasına yığımlar kitabında Vİ qrupa daxil olmasına baxmayaraq Çarxı stansiyasının yük kassiri tərəfindən Vaqonlar Refrijator vaqonları kimi V qurup vaqon olaraq yığımların hesablanması aparılmış və nəticədə şirkətə maddi ziyan vurulmuşdur. İddiaçının istinad etdiyi “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nın Vİ bölməsinin 3-cü bəndinə görə dəmir yolu tərəfindən icarəyə verilmiş ümumi istifadə yoluna vaqonların verilib götürülməsinə görə yığım (dalan dəmir yoluna xidmət göstərilən xidmət şərtlərindən və bağlanmış müqavilədən asılı olaraq) cədvəl 6-ya əsasən hesablanır. Lakin işdən göründüyü kimi Vİ deyil V cədvələ əsasən yığımlar hesablanmışdır. Bu baxımından hesablamanın özündə belə məhkəmə tərəfindən səhvə yol verilmişdir. Bunu isə sadə riyazi hesablama ilə deyil xüsusi biliyə malik olan ekspertlər müəyyənləşdirə bilər. Bu baxımdan da məhkəmə mühasibatlıq ekspertizası keçirilməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bildirdi ki, güzəşt tətbiq edilməsi ilə bağlı qaydaları cavabdeh birinci instansiya məhkəməsində işə baxılan zaman da təqdim etmişdir. Güzəştin tətbiqi 2025-ci ilə bağlıdır və həmin il üzrə cavabdehə yığım hesablanmayıb.

22. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir.

23. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

24. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

25. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.. -445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

26. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

28. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

Apellyasiya baxışının hədləri

29. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövrdə göstərilmiş dəmiryolu (stansiya) xidmətlərinə görə ƏDV daxil 119.830,36 manat məbləğində yığım hesablanmışdır. Hazırda iddiaçı həmin yığımın və yığımın ödənilməsinin gecikdirilməsinə görə faizlərinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etmir və apellyasiya şikayətində aşağıdakı arqumentlər irəli sürür: iddiaçıya "xxxx" MMC-nin dalan yolunda vaqonların dayanması üçün güzəştlərinin tətbiqini nəzərdə müqavilənin bağlanması üçün vaxtında müraciət edsə də, sonuncu müraciətə gec cavab vermiş, nəticədə iddiaçıya məxsus olmayan dalan yolunda vaqonların dayanmasına görə yığım tətbiq edilmişdir; yığımlar məhz müqavilə bağlanmaması əsası ilə hesablanmış, xx.xx.2023-cü ildə müqavilə bağlandıqdan sonra yığım hesablanması dayandırılmışdır; onlara məxsus vaqonlar "xxxx" MMC-yə məxsus dalanda saxlanılmış və vaqonlara iddiaçı tərəfindən heç bir xidmət göstərilməmişdir; cavabdehə məxsus avtonom refrejerator vaqonlar iddiaçının smart proqramında izotermik (termos) vaqon kimi qeydə alınsa da, vaqonlardan istifadəyə görə yığım hesablanarkəm vaqonların qrupu düzgün müəyyənləşdirilməmiş və refrejerator vaqonlarına görə yığımlar hesablanmışdır; “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın (bundan sonra Qaydalar) 7.5-ci bəndinə əsasən dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının (konteynerlərinin) dalan yolunun və həmin vaqonların (konteynerlərin) sahibləri arasında qarşılıqlı razılaşması əsasında uzun müddət saxlanması barədə dəmir yolu əvvəlcədən rəsmi məlumatlandırıldığı təqdirdə 7.3-cü bəndinə əsasən tətbiq edilən yığım tutulmalı deyildir.

33. İlk növbədə qeyd edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixədək dəmiryol xidmətlərinin göstərilməsi ilə bağlı yazılı müqavilə mövcud olmasa da, cavabdehin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası müddət ərzində iddiaçının göstərdiyi dəmir yolu xidmətlərindən istifadə etməsi (cavabdehə məxsus vaqonların “Xudat” stansiyasından “Çarxı” stansiyası ünvanına dəyişdirilməsi, dalan yoluna verilib-götürülməsi və dalan yolunda saxlanması) işin mübahisəsiz halını təşkil edir. Odur ki, xx.xx.2023-cü il tarixədək iddiaçı ilə cavabdeh arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Hazırkı iddia tələbi isə tərəflər arasında bağlanmış şifahi və xx.xx.2023-cü il tarixli yazılı xidmət müqavilələrə əsasən göstərilmiş xidmətlərin dəyərinin (yığımların) ödənilməsi və həmin öhdəliklərin icrasının gecikdirilməsinə görə faizlərin tutulması ilə bağlıdır.

34. Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar nəzərdə tutulmadığından mübahisəyə analogiya üzrə xidmət müqaviləsinə yaxın olan podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir. Odur ki, yığımların tutulması hissəsində hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.

35. Yığımların hesablanmasının əsassız olması, o cümlədən dalan yolunda vaqonlara dayanmasının xidmət hesab edilməməsi və belə olan halda dayanmaya görə yığım tətbiq edilməli olmaması barədə cavabdehin istinad etdiyi dəlillərinə münasibətdə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, cavabdehin iddiaçının hərəkətlərini xidmət hesab edib-etməməsindən asılı olmayaraq istinad edilən Qaydalarda yükün mühafizəsi və müşayiət olunması, yükün tərəzidə çəkilməsi, ümumi istifadə yollarında (yük həyətlərində, yükləmə-boşaltma yollarında, dəmir yoluna məxsus dalan yollarında və s.) vaqonların dəmir yoluna məxsus olmayan dalan dəmir yoluna verilib-götürülməsi, dalan yolunda boşdayanma, dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının saxlanması və s. xidmət hesab edilmiş və həmin xidmətlər üçün yığımlar tətbiq edilməsi nəzərdə tutulmuşdur.

36. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilənin ondan asılı olmayan səbəblərdən gec bağlandığı, bu səbəbdən də dalan yolundan vaqonlardan istifadəyə görə 1068 saat üçün ƏDV daxil olmaqla 71002,84 manat yığımın əsassız olması arqumentinə münasibətdə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli FA0604/001 nömrəli məktubla müxtəlif adda və çeşiddə meyvətərəvəz yükləri göndərişlərinin həyata keçirməsi zamanı cavabdehə məxsus (eləcə də icarəyə və istifadəyə götürülmüş) vaqonların saxlanılması (eləcə də yükləmə və ya boşalma əməliyyatları aparılması) üçün “Çarxı” stansiyalarına birləşən "xxxx" MMC-yə məxsus dalan dəmir yollarından istifadə edilməsi nəzərdə tutulduğu bildirilərək, dəmir yolu kodu ******* olan cavabdehin “Çarxı” stansiyalarına birləşən "xxxx" MMC-yə məxsus dalan dəmir yollarında tam hüquqlu (statuslu) kontragent qismində qeydiyyata alınması, uyğun olaraq "xxxx" MMC və "xxxx" QSC arasında imzalanmış “dalan dəmir yollarında xidmətlərin göstərilməsinə dair” müqavilə hüquqi qüvvədə olduğu bütün müddət ərzində dalan yol sahibinə tətbiq edilən bütün güzəştli şərtlərin və imtiyazların cavabdehə tətbiq edilməsi üçün müvafiq müqavilənin imzalanması iddiaçıdan xahiş edilmişdir. Həmin tarixli FA0604/003 nömrəli məktubla “Xudat” stansiyasına (kod: 545107) gələn 5 ədəd boş vaqonların təyinat stansiyasının “Çarxı” stansiyasına (kod: 545400) dəyişdirilərək cavabdehin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli FA0704/001 nömrəli məktubla isə stansiya xidmətlərinə görə formalaşacaq yığımların ödəniləcəyinə zəmanət verilərək, 5 ədəd boş vaqonun "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasına icazə verilməsi xahiş edilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə bağlamaq barədə ofertasının nəticəsini gözləmədən dərhal stansiya xidmətlərinin göstərilməsini xahiş etmiş, ofertanın göndərilməsinin sabahı günü dəyərinin ödəniləcəyinə zəmanət verərək 5 ədəd boş vaqonun "xxxx" MMC-yə məxsus dalan yolunda saxlanılmasına icazə verilməsini xahiş etmişdir. Bu səbəbdən cavabdehin hazırkı halda müqavilə bağlanmasının gecikdirilməsi səbəbindən əlavə yığımla üzləşməsini bildirməsi əsassız olmuşdur. Cavabdeh sahibkarlıq fəaliyyətinin peşəkar subyekti kimi oferta üzrə 1 gün ərzində müqavilənin bağlanmasının və nəticədə hər hansı güzəştin tətbiq edilməsinin mümkün olmadığını bilməli idi. Həmçinin müqavilə bağlanmasının gecikdirilməsi nəticəsində cavabdehə zərər dəyməsi və onun həcmi hazırkı mübahisənin predmeti qismində çıxış edə bilməz. Həmin hal yalnız cavabdehin dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbinin faktiki əsası qismində çıxış edə bilər.

37. Yığımların məbləğinin hesablanması qaydası ilə bağlı arqumentlərə münasibətdə isə əvvəla qeyd edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əlavələrlə ayrı-ayrı xidmətlərin dəyəri razılaşdırılmışdır. Həmin tarixə qədərki xidmətlər üçün Qaydalarda tariflər müəyyən edilmişdir.

38. Eyni zamanda məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli müqavilənin əlavəsində göstərilən xidmətlərin dəyərinin hesablanması ilə bağlı bəndlərin Qaydaları təkrarladığını, həmin tarixəqədərki xidmətlərin tariflərinin isə bilavasitə Qaydalarla tənzimləndiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, göstərilmiş xidmətlərin dəyəri məhz Qaydalara əsasən ödənilməlidir.

39. Bununla yanaşı Qaydaların 7.5-ci bəndinə əsasən dəmir yoluna məxsus olmayan dalan yolunda özəl və icarə vaqonlarının (konteynerlərinin) dalan yolunun və həmin vaqonların (konteynerlərin) sahibləri arasında qarşılıqlı razılaşması əsasında uzun müddət saxlanması barədə dəmir yolu əvvəlcədən rəsmi məlumatlandırıldığı təqdirdə 7.3cü bəndinə əsasən tətbiq edilən yığım tutulmalı olmamasına dair dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi 71002,84 manat məbləğində yığım Qaydaların 7.3-cü bəndə əsasən deyil, 7.1-ci bəndə əsasən hesablanmışdır. Odur ki, 7.5ci bənddə göstərilən istisnanın həmin yığıma şamil olunması üçün əsas yoxdur.

40. Kollegiya vaqonlardan istifadəyə görə yığım hesablanarkən vaqonların qrupunun düzgün müəyyənləşdirilməməsi barədə dəlillərə münasibətdə qeyd edilir ki, Qaydaların 7.1-ci bəndinə əsasən, Dəmir yoluna məxsus olmayan dalan yoluna yük əməliyyatı üçün verilən vaqon və konteynerlərə istifadəyə görə yığım tətbiq edilir, vaqon və konteynerlərin istifadə haqqının qiymətləri, onların qruppasından və istifadə vaxtının intervalından asılı olaraq diferensiallaşır. Vaqonlar aşağıdakı qruplara bölünürlər: İ qrup yarımvaqon, bağlı vaqon, platforma; İİ qrup - avtomobil daşıyan vaqonlar və dumkarlar; İİİ qrup - çən vaqonları, taxıldaşıyan vaqonları, fitinqli platformalar; İV qrup - sement daşıyanvaqon, konteyner daşıyan vaqon, İ, İİ, İİİ, V, Vİ qruplara daxil olmayan digər vaqonlar 12 oxlu transportyorlar; V qrup - refrejerator vaqonlar, 16-və yuxarı oxlu transportyorlar; Vİ qrup - vaqon termoslar. 36. Göründüyü kimi, növündən asılı olmayaraq refrejerator vaqonlar V qrupa daxil edilmişdir. Cavabdeh də həmin vaqonların refrejerator vaqonlar olduğunu qəbul edərək onların avtonom refrejerator vaqonlar olduğundan digər qruplara aid edilməli olmasını bildirmişdir. Halbuki Qaydalarda refrejerator vaqonun hansı növdə olmasından asılı olmayaraq birmənalı surətdə V qrupa aid olması təsbit edilmişdir. Eləcə də məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-1-23/3-5-2331/202 nömrəli əmrinə və xx.xx.2025-ci il tarixli N737/75 nömrəli əmrinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-xx.xx.2025-ci il tarixədək müəyyən güzəştlərin tətbiq edilməsinin əmr edildiyi, həmin güzəştlərdən birinin avtonom refrejerator vaqonlarla yük əməliyyatı həyata keçirərkən yığımların hesablanması və tətbiqi zamanı həmin vaqonların qapalı vaqon hesab edilməli olduğu görünür. Lakin qeyd edilməlidir ki, bu yanaşma iddiaçı tərəfindən tətbiq edilən güzəşt olmaqla xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixlərini əhatə edir. Bu isə hazırkı iddia tələbinə həmin əmrlərin tətbiqini istisna edir.

41. İddiaçı tərəfindən həm vaqonların boşdayanmasına görə Qaydaların, eyni zamanda dalan yolunda yükləmə-boşaltma əməliyyəti aparan vaqonlara oxa görə yığım tətbiq edilməsi barədə arqumentlərə münasibətdə qeyd edilməlidir ki, istinad edilən yığımlar fərqli əsaslara tətbiq edilir. Belə ki, Qaydaların 6.9-cu bəndinə əsasən tətbiq edilən oxa görə yığım dəmir yoluna məxsus olmayan dalan yoluna vaqonlara verilibgötürülməsinə görə yığım kateqoriyasına, Qaydaların 7.1-ci bəndinə əsasən hesablanan yığım isə vaqonlardan istifadəyə görə yığımlara aid edilməklə birinin tətbiqi digərini istisna etmir.

42. Qaydaların 6.1-ci bəndinə əsasən iddiaçıya məxsus olmayan dalan yoluna vaqonların verilib-götürülməsinə görə yığımların 6-cı cədvəl əsasında hesablanmalı olduğu halda 5-ci cədvəl əsasında hesablanması barədə arqumentə gəldikdə kollegiya qeyd edir ki, cavabdehə fərqli tarixlərdə 6-cı cədvəlin 3 sətri ilə 4-cü sütunun kəsişməsində göstərilən tarifə uyğun olaraq 3 ədəddən 5 ədədə qədər vaqonun dalan yoluna 3km- dən 4- km qədər məsafədə verilib-götürülməsinə görə ƏDV xaric 154 (ƏDV daxil 181,72 manat) məbləğində yığım hesablanmışdır. Odur ki, həmin dəlillərin də əsassız olması açıq-aşkardır.

43. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, iddiaçı cavabdehə göstərdiyi dəmiryol xidmətlərinə görə ƏDV daxil 119.830,36 manat məbləğində yığım hesablanmaqla haqlı olmuşdur.

44. Bundan əlavə kollegiya onu da vurğulayır ki, iş materiallarında olan əlavə yığımlar üçün yığım vərəqələrindən (forma Fdu-92) görünür ki, xx.xx.2023-cü il tarixli vərəqə ilə 102619,76 manat, xx.xx.2023-cü il tarixli vərəqə ilə 16724,26 manat məbləğində yığım hesablanmış, hər iki vərəqənin 14-cü sütununa cavabdehin qanuni təmsilçisi – Qanuni nümayəndə2 tərəfindən imza edilmiş, yığımın hesablanması əsasları və qaydasını əks etdirən 102 619,76 manat yığıma dair YKX N007922 seriyalı, 12683 saylı; 16724,26 manat yığma dair YKXN196040 seriyalı, 26365 nömrəli və 486,34 manat yığıma dair YKX N196033 seriyalı qəbul-təhvilçisinin yaddaş vərəqləri (Forma QU-45) də cavabdehin qanuni təmsilçisi – Qanuni nümayəndə2 tərəfindən hər hansı qeyd-şərt verilmədən imza edilmişdir.

45. Odur ki, kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq cavabdehin şərtsiz qəbul etdiyi yığımların məhkəmə icraatı gedişində mübahisələndirməsini vicdanlılıq və estoppel prinsiplərinin pozuntusu kimi qiymətləndirir.

46. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, xidmət haqqının tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

47. Xidmətin dəyərinin ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulması tələbi ilə kollegiya qeyd edir ki, cavabdehin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyəqədərki dövrdə göstərilmiş xidmətlərin dəyərini tələb edildiyi andan ağlabatan müddət ərzində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə göstərilmiş xidmətləri isə müqavilədə nəzərdə tutulduğu müddətdə (qaimə-fakturanın verilməsindən 5 bank günü ərzində) ödəməməsini, bununla da öhdəliklərinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə 102619,76 manat əsas borca illik 5 faizlə hesablanmaqla 335 gün üçün 4709,3 (102619,76 manat*5%/100/365 gün*335 gün) manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixə 16905,97 manat əsas borca illik 5 faizlə hesablanmaqla 304 gün üçün 704,03 (16905,97 manat*5% /100/365 gün*304 gün) manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixə 304,61 manat əsas borca illik 5 faizlə hesablanmaqla 274 gün üçün 11,4 (304,61 manat*5% /100/365 gün*274 gün) manat olmaqla ümumilikdə 5424,73 manat (4709,3+704,03+11,4) pulun tutulmasını qət etməkdə də haqlı olmuşdur.

48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin(mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Birinci instansiya qətnaməsi məhkəməsinin iddia tələbinə dair hissədə dəyişdirilmədən saxlanıldığından məhkəmə xərclərinə dair hissədə də həmin qətnamənin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

50. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsində işə baxılması ilə bağlı çəkilmiş məhkəmə xərclərinə isə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-844/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar