Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-67/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1481/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İB Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 41.266,15 manat məbləğində borcun, 41.266,15 manat məbləğində gecikdirilmiş cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhərinin Nərimanov rayonu, 823-cü məhəllə, K.Rəhimov küçəsində “xxxx” MTK tərəfindən inşa edilmiş 239 mənzilli yaşayış binası üçün 239 ədəd G4-T Smart Kart tipli qaz sayğaclarının (qutu ilə) satınalınması ilə əlaqədar 239 ədəd qaz sayğacının (qutu ilə) alqı-satqısına dair tərəflər arasında xx.xx.2019-cu il tarixdə 70/19-AV/LSE nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən G4-T Smart Kart tipli qaz sayğaclarının qutu ilə birlikdə 1 ədədinin qiyməti 244,14 manat olmaqla, ümumi dəyəri 58.349,46 manat təşkil etmişdir. 4.2-ci bəndinə görə qaz sayğaclarının (qutu ilə) dəyəri “Satıcı” tərəfindən təqdim edilən hesab-faktura əsasında alıcı tərəfindən əvvəlcədən ödənilməli idi. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində təqdim edilmiş №069-Av/LSE-DHŞ38/2019 nömrəli hesab-faktura üzrə 70 ədəd qaz sayğacının alınması müqabilində xx.xx.2019-cu il tarixində 17.083,31 manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Daha sonra, “xxxx” ASC-nin “İpoteka” filialı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 05 və 06 nömrəli, xx.xx.2019-cu il tarixli 27, 28, 29 və 31 nömrəli ödəniş tapşırıqları əsasında cavabdehə qutuları ilə birlikdə 169 ədəd G4-T Smart Kart tipli qaz sayğacı verilmiş, lakin həmin qaz sayğaclarının dəyəri olaraq 41.266,15 manat məbləğində pul vəsaiti hazırki günədək cavabdeh tərəfindən ödənilməmişdir. xx.xx.2019-cu il tarixində tərəflər arasında imzalanmış razılaşma ilə cavabdeh iddiaçıya olan borcunu qəbul etmişdir. Həmin razılaşma imzalandığı andan 5 iş günü müddətində borc iddiaçının bank hesabına ödənilməli idi, əks halda, hər gecikdirilmiş gün üçün ödəniləcək məbləğin 1% miqdarında MMC-yə cərimə tədbiq edə bilər. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi (pretenziyanın hazırlandığı tarixə kimi) əsas borc məbləğindən əlavə olaraq gecikdirilmiş 100 gün üçün 41.266,15 manat məbləğində cərimə məbləği hesablanmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli ümumi məbləğ isə hazırda 82.532,30 manat təşkil etməkdədir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1481/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 41.266,15 manat məbləğində borc, 2000 manat məbləğində dəbbə pulu, cəmi 43.266,15 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, qalan hissədə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnaməni birliyin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edib, həmin hissədə iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən mübahisə üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, müqavilə öhdəliklərinin pozulması nəticəsində cavabdeh tərəfindən 41.266,15 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına ödənilməmiş qaldığından, xx.xx.2019-cu il tarixində tərəflər arasında razılaşma 1-ci bəndinin şərtləri pozulduğu təqdirdə hər gecikdirilmiş gün üçün ödəniləcək məbləğin 1 % miqdarında MMC-yə cərimə tədbiq edə bilər. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi ödəniləcək 41.266,15 manat əsas borc məbləğinin gecikdirilmiş 100 gün üçün cərimə məbləği 41.266,15 manat hesablanmışdır. Məhkəmənn qeyd olunan mötəbər hallara qiymət verməməsi və MPM-in 13-cü maddəsinin tələblərini tətbiq etməməsi, maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndəmi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin («MPM») 135.5, 135.8, 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə məbğəği hissəsində mübahisələndirilir. Bu baxımdan MPM-in 372.6-cı maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində baxılmalıdır yəni, qətnamə cərimə məbləğinin mübahisələndirilməsi hissəsində yoxlanılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbb pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixində sadə yazılı formada tərəflər arasında bağlanmış razılaşmanın 3-cü bəndindən görünür ki, cavabdeh tərəfindən razılaşmanın 1-ci bəndi ilə razılaşdırılmış 41266,15 manat borc məbləği, razılaşma qüvvəyə mindiyi gündən 5 iş günü ərzində ödənilməli, həmin müddət keçdikdən sonra isə hər gecikdirilmiş gün üçün ödəniləcək borc məbləğinin 1%-i miqdarında cərimə tətbiq ediləcək. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə Məcəllənin qeyd olunan normasına istinadən hesab etmişdir ki, «Cavabdeh MMC-nin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda, məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2000 manat məbləğində müəyyən edilməlidir.» Birinci instansiiya məhkəməsinin gəldiyi həmin nəticədən göründüyü kimi, iddiaçının 100 günə görə ödənilməsini tələb etdiyi 41.266,15 manat cərimənin məbləği 20 dəfə azadılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Çünki, ən azından, tərəflər arasındakı razılaşmanın 3-cü bəndi ilə cərəmənin hər gecikdirilmiş gün üçün ödəniləcək borcun 1% məbləğində müəyyən edilməsi hazırkı böhran şəraitində cavabdeh borclunun əmlak mənafeyinə, habelə, onun bütün əsaslı mənefeləri baxımından, həddindən artıq ağır və onun maliyyə vəziyyətinə münasibətdə aşkar tənasübsüzdür. Ona görə də məhkəmə kollegiyası birinci instansiya tərəfindən iddiaçının ödənilməsini tələb etdiyi 41.266,15 manat cərimə məbləği 20 dəfə azaldılmaqla 2000 manat məbləğində müəyyənləşdirilməsini işin hallarına, tərəflərin qarşılıqlı vəziyyətinə və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən mötəbər hallara qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1481/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 218, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçın apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1481/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-67/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-67/2021
04.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver