Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-670/2023 14.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-5142/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 2 noyabr 2020- ci il tarixli 07-İ-2020-0009 nömrəli icarə müqaviləsi üzrə yaranmış 19596,36 manat məbləğində pulun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2 noyabr 2020-ci il tarixli 07-İ-2020-0009 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən “ASK Villa” adlanan binada ümumi sahəsi 52.5 kv.m olan iaşə (kafe) obyektini 11 ay müddətinə icarəyə götürməyi və 1.050 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 19.596,36 manat icarə haqqı borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Bununla əlaqədar olaraq tərəflər arasında imzalanmış 1 iyul 2022-ci il tarixli xitam razılaşması ilə Müqaviləyə 1 iyul 2022-ci il tarixindən xitam verilmiş və cavabdeh borcunu etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehə 18 may 2022-ci il tarixli 11-2022- 0062 nömrəli pretenziya məktubu ünvanlanaraq Müqavilə üzrə yaranmış 18.900 manat məbləğinin ödənilməsi tələb olunmuş, cavabdeh bu günə kimi ödəniş etməmişdir. Daha sonra cavabdehə 16 iyun 2022-ci il tarixli 11-2022-0082 nömrəli mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində təklifə münasibət bildirilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-5142/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 19596,36 manat məbləğində pul və ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə sözügedən qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2-2(113)-5142/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5142/2022 saylı qərardadının ləğv edilməsini, müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5142/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qərardadından sonradan, yəni, hazırki iş üzrə icra sənədi üzrə İcra Şöbəsində icraata başlanıldıqdan sonra məlumatlı olublar, bu səbəbdən də sözügedən qərardadın mübahisələndirilməsi müddəti ötürülmüşdür. Hazırda isə, hesab edirlə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5142/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmədən verildiyinə görə, prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair müvafiq qərardad qəbul olunmalı və apellyasiya şikayəti mahiyyəti üzrə baxılması ilə əlaqədar iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5142/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5142/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2- 2(113)-5142/2022 nömrəli qətnaməsi rəsmi qaydada cavabdehin qanuni nümayəndəsinin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayəti birinci dəfə xx.xx.2022-ci il tarixdə verilmiş, Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2-2(113)- 5142/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti (müddət ötürülməklə verildiyindən, habelə MPM-nin apellyasiya şikayəti ilə bağlı müəyyən etdiyi tələblərə cavab vermədiyindən) geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-5142/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən növbəti dəfə apellyasiya şikayəti xx.xx.2022ci il tarixdə verilmiş, həmin apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5142/2022 nömrəli qərardadı ilə geri qaytarılmış, qərardad tərəflərin nümayəndələrinin elektron kabinetlərinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Həmin qərardaddan şikayət verilməmişdir. Hazırkı apellyasiya şikayəti isə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilməklə, apellyasiya şikayəti verilməsi müddəti 6 ay ötürülmüşdür. Vəsatətə əlavə edilmiş cavabdehin qanuni təmsilçisinə məxsus elektron məhkəmə informasiya sistemindən çıxarışdan da görünür ki, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-5142/2022 nömrəli qətnaməsi həmin elektron kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirildiyindən sənədin hansı tarixdə oxunmasından asılı olmayaraq müddətin axımı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə bitmişdir. Elektron kabinetə yerləşdirilmiş sənədin gec oxunması buraxılmış müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5142/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5142/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-670/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-670/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver