Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-670/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 134/23 saylı xx.xx.2023-cü il tarixli hərracın yekununa dair protokolun etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2-2(113)-1403/2024 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 134/23 saylı xx.xx.2023cü il tarixli hərracın yekununa dair protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-2(113)-1403/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-2(113)-1403/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində məhkəməyə apellyasiya şikayəti daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2-2(113)-1403/2024 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1403/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nə geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1403/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 18 mart 2024cü il tarixli, e-2-2(113)-1403/2024 nömrəli qətnaməsi e-məhkəmə sisteminə 18 aprel 2024cü il tarixdə yerləşdirilmiş və iddiaçı həmin qətnaməni elektron məhkəmə sistemində yerləşdirildikdən sonra əldə etmiş və apellyasiya şikayəti 01 may 2024-cü il tarixdə verilmişdir. Qətnamənin 18 aprel 2024-cü il tarixdə sistemə yerləşdirilməsi barədə elektron məhkəmə sistemindən çıxarışı da əlavə edilmişdir. Həmin çıxarışdan da qətnamənin 18 aprel tarixində sistemə yerləşdirilməsi və iddiaçının da 24 aprel 2024-cü il tarixində qətnaməni oxuduğu (ilk dəfə sistemdən açması) görünür. Hesab edirlər ki, qərardad ləğv edilməli və hazırki şikayət təmin edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-2(113)- 1403/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Lakin adı çəkilən qətnamədən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixinədək verilməli olduğu halda, xx.xx.2024-cü il tarixdə verilmişdir. Beləliklə də, qanunda nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmüşdür. Apellyator iddiaçının nümayəndəsinin elektron kabinetinə qətnamənin 18 aprel 2024cü il tarixdə yüklənməsinə istinad etsə də, iddiaçının elektron kabinetinə qətnamə xx.xx.2024-cü il tarixdə yüklənmişdir. Göründüyü kimi iddiaçının qətnamədən şikayət etmək imkanı olmuş, lakin bu imkandan istifadə edilməmiş və nəticədə prosessual müddət ötürülmüşdür. Məhkəmə kollegiyası qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılması əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2-2(113)-1403/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-670/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-670/2024
13.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver