Məhkəmə qərarları › İş №2-2(103)-671/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-671/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-671/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, iddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh1 və Hacıyev YusifTofiq oğluna qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020- ci il tarixli, e-2-2(113)-1933/2020 nömrəli qərardadından iddiaçı “xxxxxxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh1 və Hacıyev YusifTofiq oğluna qarşı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1822544,69 manat əsas, 566704,11 manat faiz, 267385,93 manat cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2019-ci il tarixdən xx xxxx 2020-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 52147,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2708781,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzi Cavabdeh1 mülkiyyətindəki “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131-95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ- 33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ-33021”, 4552 AQX dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərə , Hacıyev YusifTofiq oğlunun mülkiyyətindəki “X3 İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyicixırdalayıcı maşına, elektrik və ya qeyri elektrik isitmə ilə peçlərinə, kameralara, məhsul qovuran cihaza yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2 mülkiyyətindəki “VAZ-21213” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı, parlaq ağ rəngli (ban: XTA**********0983) avtomobilin üzərinə həbs qoyulmaqla istismardan çıxarılması və icra orqanının müəyyən etdiyi cərimə meydançasında saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 1933/2020 nömrəli qərardadına əsasən ərizə təmin olunmamışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 1933/2020 nömrəli qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən xx.xx.2020-ci il tarixdə iddianın təmini tədbiri barədə ərizə verilməsinə və eyni zamanda ərizəyə dərhal baxılmalı olan halda, xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı ərizəyə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən məhkəmə prosesi zamanı avtomobilin digər şəxsin mülkiyyətində olduğunu bildirilmiş və məhkəmə iclasının xx.xx.2020-ci il tarixə təxirə salınmasını xahiş etmişdir. Bununla da məhkəmə, avtomobilin digər şəxsin adına özgəninkiləşdirməyə və nəqliyyat vasitəsinin yəni xx.xx.2020-ci il tarixdə qeydiyyat şəhadətnaməsinin tez bir zamanda alınaraq məhkəməyə təqdim edilməsinə cavabdeh üçün şərait yaratmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1933/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, işdə iştirak edən digər şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatlar dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020- ci il tarixli, e-2-2(113)-1933/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Normanın tələbindən göründüyü kimi, iddianı təmin etmə tədbiri kimi yalnız cavabdehin mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyulması mümkündür. İşdə olan AD N 854046 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “VAZ-21213” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə X1 mülkiyyətinə keçmişdir. Buna görə də məhkəmə düzgün olaraq həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyulması barədə ərizəni təmin etməmişdir. Göründüyü kimi iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Hal – hazırda avtomobil cavabdehin deyil, digər şəxsin mülkiyyətində olduğundan məhkəmə iddianı təmin etmə tədbiri olaraq həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyulması barədə ərizəni təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ərizəyə qanunda nəzərdə tutulmuş müddət ərzində baxılmadığına dair şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddianı təmin etmə tədbiri barədə ərizə xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən “Elektron kabinet” vasitəsilə verilmiş, MPM-nin 159.1-ci maddəsinin tələbinə uyğun olaraq ərizəyə baxılması xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin iclasda cavabdehin vəkili “VAZ- 21213” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin artıq cavabdehin mülkiyyətində olmadığını bildirərək bu barədə sübutun məhkəməyə təqdim edilməsi üçün iclasın təxirə salınması barədə vəsatət vermiş, məhkəmə vəsatəti təmin edərək iclası təxirə salmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Maddənin mənasına görə, iddianı təmin etmək haqqında ərizəyə onun daxil olduğu gündən sonrakı iş günündən gec olmayaraq baxılmalıdır. Prosessual qanunvericilikdə dərhal baxılması nəzərdə tutulan ərizələrlə bağlı hər hansı halın araşdırılması üçün məhkəmə iclasının növbəti günə təxirə salınması kobud prosessual pozuntu kimi qiymətləndirilə bilməz. İddiaçı şikayət ərizəsində məhkəmənin ərizəyə baxılmasını bir gün təxirə salması ilə cavabdehə “VAZ-21213” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini özgəninkiləşdirməyə şərait yaratdığını göstərsə də, iş materiallarında qeyd edilən nəqliyyat vasitəsi üzərində yeni mülkiyyətçinin mülkiyyət hüququnun qeydiyyatının məhkəmə iclasından sonra həyata keçirildiyinə dair hər hansı sübut olmadığına görə qeydiyyatın xx.xx.2020-ci il tarixdə ərizəyə baxılması üçün təyin edilmiş saatdan (16-45) əvvəl həyata keçirildiyi istisna edilmir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020- ci il tarixli, e-2-2(113)-1933/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qər а r а а ldı : İddiaçı “xxxxxxxx” ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020- ci il tarixli, e-2-2(113)-1933/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar