Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-671/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı CO/00018 saylı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2- 2(113)-188/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış CO/00018/20 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 200.000 manat əsas, 46017,83 manat faiz borcunun, cəmi 246.017,83 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 537 manat dövlət rüsumunun tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh məxsus olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.74 ha torpaq sahəsi və üzərində yerləşən 570.7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (“Qızıldaş” ailəvi istirahət mərkəzi) yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanılmış “CO/00018/20” saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 15 faiz olmaqla 200.000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat N-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.74 ha torpaq sahəsi və üzərində yerləşən 570.7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (“Qızıldaş” ailəvi istirahət mərkəzi) Cavabdeh ilə “Bank” arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır. Həmçinin AR X2 tərəfindən banka daxil olmuş xx.xx.2020-ci il tarixli, ZM-259/2020 saylı zəmanət məktubuna əsasən fond bankın verdiyi kredit üzrə dövlət zəmanətinin verilməsini öhdəsinə götürmüşdür. Həmin zəmanət məbləği kreditin 60 faizini təşkil edir. Zəmanət münasibətləri Fondla İddiaçı ASC arasında bağlanmış xx.xx.2020 tarixli Əməkdaşlıq müqaviləsinə uyğun olaraq tənzimlənir. Həmçinin həmin zəmanət verilmiş məbləğin də cavabdehdən tələb edilməsi məqsədilə Fond tərəfindən Banka daxil olmuş xx.xx.2022 tarixli “Zəmanət ödənişi üzrə öhdəliyin icrası haqqında” məktuba əsasən Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi İddiaçı ASC-yə həvalə edilmişdir. Lakin kredit alan Cavabdeh ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış “Kredit müqavilə”sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2022-ci il tarixinə cavabdehin xx.xx.2020-ci il tarixli, CO/00018/20 saylı kredit müqaviləsi üzrə “bank”a 200.000 manat əsas, 46.017,83 manat faiz borcu yaranmışdır.
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-2(113)-188/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 3CO/00018/20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 200.000 manat əsas borc, 20.703,38 manat faiz borcu, cəmi 220.703,38 manat məbləğində pul vəsaiti, mediasiya xəclərinin əvəzi olaraq 360 manat və dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 877.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin 135 manat hissəsinin Cavabdeh, 15 manat hissəsinin isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin № e-2-2(113)-188/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə iclası iştirakı olmadan keçirilmiş və qətnamə çıxarılmışdır. Çəkişmə prinsipi hüququn ən təməl prinsiplərindən biridir ki, bu prinsip məhkəmələr tərəfindən qorunmazsa alınan nəticə həqiqətdən uzaq olar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli, 9/8726 saylı ekspert rəyi həqiqəti əks etdirmir. Belə ki, o, İddiaçı ASC ilə CO/00018/20 saylı kredit müqaviləsini xx.xx.2020-ci il tarixdə bağlamışdır. Belə ki, ölkədə 2020-ci ilin mart ayından etibarən xüsusi karantin dövrünün başlaması iqtisadiyyata çox ağır zərbə endirmişdir. Bu səbəbdən sahibkarlıq fəaliyyəti iflic vəziyyətinə düşmüşdü. Düşdükləri bu çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə kredit götürmək üçün İddiaçı ASC-yə müraciət etmişdir. Bu zaman AR X2 tərəfindən banka daxil olmuş xx.xx.2020-ci il tarixli, ZM- 259/2020 saylı zəmanət məktubuna əsasən fond bankın verdiyi kredit üzrə dövlət zəmanətinin verilməsini öhdəsinə götürmüşdür. Kreditdən sahibkarlıq fəaliyyyətinin dirçəlməsi məqsədilə təyinatına uyğun istifadə etmiş və hər ay üçün müəyyənləşdirilmiş borc məbləğini iddiaçıya ödəməyə çalışmışdır. Bu məqsədlə ödəniş məbləğləri çox böyük miqdarı əhatə etməsə də ekspert rəyində göstərildiyi kimi əsas borc 200000 manat, faiz borcu isə 18.406,04 manatı əhatə etmir. ölkədə pandemiya dalğasının hökmsürdüyü bir şəraitdə AR Nazirlər Kabineti tərəfindən 9 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydaları” qəbul olunmuşdur. Məhz bu qaydalar adından və mahiyyətindən də göstərir ki, qeyd edilən dövr üçün sahibkarlığın bir çox sahələrində sahibkarlar ziyan görmüş, mövcud vəziyyətdən əziyyət çəkmişlər. Elə bu qərardan da göründüyü kimi iqtisadi fəaliyyət dövlətin əsaslarından biridir və onun inkişafı üçün dövlət onun subyektlərinin fəaliyyətinə stimul verməlidir. Buna baxmayaraq, İddiaçı ASC-dən götürdüyü krediti hissə-hissə ödəməyə çalışmışdır. Lakin, ödədiyi məbləğ ekspert rəyində göstərilmiş məbləğlə üst-üstə düşmür. Hesabdan çıxarışa nəzər salınsa görünür ki, ekspert rəyində əldə olunmuş nəticə şişirdilmişdir. Bundan başqa məhkəmə ekspert rəyində göstərilmiş mövqe ilə razılaşmayaraq faiz borcunu 18.406,04 manat deyil, 20.703,38 manat müəyyən etmişdir. Məhkəmə təcrübəsində tez-tez rastlaşdıqları hal iddiaçı və cavabdeh borclu və kreditor qismində çıxış edirsə məhkəmə borclunun vəziyyətini ağırlaşdıran elementləri iddia pretmetində nəzərə alır: məsələn dəbbə pulu. Amma burada məhkəmənin mövqeyinə baxılsa görünür ki, məhkəmə nəinki, daxilii namını danışdırmağa çalışmış, əksinə şişirdilmiş ekspert rəyini biraz da şişirtmişdir. Yuxarı da da qeyd etdiyi kimi dövlətin aparıcı sahərindən olan sahibkarlıq fəaliyyətinə dövlət sahib çıxır. Hakim isə qərar çıxararkən dövlətin adından qərar çıxarır. Necə ola bilər axı dövlətin adından qərar çıxaran hakim məsləyə bu qədər biganə yanaşıb. Mübahisənin predmeti olan borc məbləğinin həqiqəti əks etdirmədiyi ekspert rəyi və məhkəmənin gəldiyi nəticənin uzlaşmamasında özünü göstərir. Digər bir qanun pozuntusu isə özünü ipoteka predmetinin qiymətləndirilməsizamanı mütəxəssis rəyində göstərmişdir. "xxxx" MMC-nin 20 fevral 2023-cü iltarixli, LP-018/2023 saylı qiymətləndirmə (mütəxəssis) rəyinə əsasən müəyyən edilir ki, Şamaxı rayonu, Avaxıl kəndində 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hazırki bazar qiyməti 920.000 manat, likvid qiyməti 877.000 manat təşkil edir. Halbuki, bu qiymətləndirmə qətiyyən doğru ola bilməz. Belə ki, qiymətləndirilmə zamanı əmlakın yerləşdiyi ərazi, onun kurort zonası olduğu, ümumi sahəsi, təmiri və s. kimi hallar nəzərə alınmalıdır. Mütəxəssis rəyində yerləşdirilən elanların elə özünə baxmaq kifayətdir ki, qiymətləndirmənin doğru olmadığı, əmlakın bazar qiymətinin və likvid dəyərinin mütəxəssiz rəyində göstərildiyi kimi olmadığı qənaətinə gələk. Belə ki, əmlakın bu cür qiymətləndirilməsi birbaşa onun ən təməl hüquqlarından biri olan mülkiyyət hüququna qəsddir. Müxətəssisin gəldiyi nəticə reallığı əks etdirmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
14. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
15. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
16. “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
17. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
18. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
20. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - ipoteka predmetinin satış (likvid) qiymətidir.
21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin cavabdeh tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı borc məbləğinin təmin edilmiş və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
25. Azərbaycan Respublikası X2 (Fond) ilə İddiaçı ASC (müvəkkil kredit təşkilatı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası X2 ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair əməkdaşlıq müqaviləsindən görünür ki, bu müqavilə tərəflər arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasını, müvəkkil kredit təşkilatı tərəfindən birdəfəlik zəmanət haqqı və komissiyanın ödənilməsini, zəmanət verilmiş kredit üzrə monitorinqin aparılmasını, sahibkarlıq subyekti müvəkkil kredit təşkilatı qarşısında kredit üzrə borc öhdəliyini icra etmədikdə, onun öhdəliyinin zəmanət məbləği həddində Fond tərəfindən müvəkkil kredit təşkilatına köçürülməsini, zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi, müvəkkil kredit təşkilatının Fond qarşısında hesabatlılığına dair münasibətləri tənzimləyir.
26. İddiaçı ASC (kreditor) ilə Cavabdeh (borclu) arasında bağlanmış xx.xx.2020-ci il tarixli CO/00018/20 saylı sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə kredit müqaviləsindən görünür ki, kreditor Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X2nun 20 oktyabr 2020ci il tarixli ZM259/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) şərtilə borcluya 200.000 manat məbləğində illik 15 faiz (%) dərəcəsi ilə 36 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 ay olmaqla) kredit verir.
27. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir.
28. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitlərinin artırılması məqsədləri üçün borclunun Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş ərazi dairəsi, Qızıldaş qəsəbəsi, Yat 20 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin (bundan sonra – layihə) maliyyələşdirilməsinə verilir
29. Həmin müqavilənin 1.5-ci bəndinə görə bu müqavilə üzrə borclunun öhdəliklərinin icarsının təmin edilməsi üçün aşağıdakılar həyata keçirilir: 1.5.1. Şamaxı rayonu, Avaxlı kəndində 0,74 ha torpaq sahəsi və üzərində yerləşən 570,70 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (“Qızıldaş” ailəvi istirahət mərkəzi) ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 04 noyabr 2011-ci il tarixində verilmiş,qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus daşınmaz əmlak kreditorun xeyrinə ipoteka ilə yüklü edilir.
30. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir.
31. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə həyata keçirilir.
32. Həmin müqavilənin 3.1.5-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər: 3.1.5.1. Borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ödəniş cədvəli üzrə ödəmədikdə; 3.1.5.2. Borclu tərəfindən ödənişlər 12 ay ərzində ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə və s.
33. Həmin müqavilənin 3.2.7-ci bəndinə əsasən borclu ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora ödəyir.
34. Həmin müqavilənin 3.2.9-cu bəndinə əsasən borclu bu müqavilənin 3.1.5-ci bəndində nəzərdə tutulmuş hallarda bu müqaviləyə birtərəfli qaydada xitam verildikdə, kredit üzrə əsas borc qalığını bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə dərhal qaytarır və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunu kreditora ödəyir. 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.
35. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə (7,5) faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir.
36. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən Fond tərəfindən 20 oktyabr 2020-ci il tarixli ZM-259/2020 nömrəli zəmanət məktubu ləğv ediləcəyi təqdirdə (zəmanət verilmiş kreditin restrukturizasiyası və təyinatına uyğun istifadə edilməməsi halları istisna olmaqla), kreditor kreditin illik faiz dərəcəsini faiz subsidiyası üzrə Fond tərəfindən ödəniləcək (7,5) faiz bəndi həcmində aşağı salır və bununla bağlı tərəflər bu müqaviləyə dəyişikliklər edirlər.
37. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, digər hallarda faiz subsidiyasının ödənilməsi ləğv edildikdə, Fond tərəfindən faiz subsidiyasının ödənilməsi dayandırılan dövr də daxil olmaqla borclu kredit müqaviləsi üzrə illik faiz dərəcəsinə uyğun olaraq hesablanmış faizləri ödəməyə davam edir.
38. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun və borclunun imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.
39. Faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən cədvəlinə əsasən (27 oktyabr 2020-ci il tarixli CO/00018/20 saylı kredit müqaviləsi üzrə) Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 200.000 manat, hesablanan faiz məbləği 62.572 manat, faiz ödənişi (subsidiya çıxılmaqla) 31.286 manat, subsidiyanın ödənişi 31.286 manat, sahibkarlıq subyektinin cəmi ödəniləcək məbləği 231.286 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bankın və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.
40. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 27 oktyabr 2020-ci il tarixli İ1-CO/00018/20 saylı ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, bu müqaviləyə əsasən ipoteka qoyan Şamaxı rayonu, Avaxıl kəndində 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (“Qızıldaş” ailəvi istirahət mərkəzi) ünvanında yerləşən və mülkiyyət hüquqları ilə ona məxsus daşınmaz əmlakı (ipotekla predmeti) 27 oktyabr 2020-ci il tarixli CO/00018/20 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilir.
41. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka predmeti "xxxx" MMC tərəfindən Bakı şəhəri 13 avqust 2020-ci il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən 340.000 manat dəyərində qiymətləndirilir. Tərəflər həmin məbləğin ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər.
42. Həmin müqavilənin 3.1.16-cı bəndinə əsasən ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldikdə həmin prosedurların keçirilməsinə mane olmur.
43. Həmin müqavilənin 3.1.17-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda yeni sahib tərəfindən tələb irəli sürüldüyü tarixdən etibarən 30 gün ərzində bütün ləvazimatları ilə birlikdə ipoteka predmetini təhvil verir və ya ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda yeni sahib tərəfindən tələb irəli sürüldüyü tarixdən etibarən 30 gün ərzində onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərlə ipoteka predmetini boşaldır və ipoteka predmeti üzrə qeydiyyatdan çıxır.
44. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir.
45. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla təsdiq edilir ki, 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin üzərində Cavabdeh mülkiyyət hüququ İddiaçı ASC qarşısında 36 ay müddətinə xx.xx.2020-ci il tarixli CO/00018/20 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərə görə ipoteka ilə yüklü edilmişdir.
46. Bildirişin qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci tarixli məktubundan görünür ki, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
47. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1436 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli CO/00018/20 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə 200.000 manat məbləğində əsas, 46.017,83 manat məbləğində faiz borcu vardır.
48. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1703 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli CO/00018/20 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası X2 tərəfindən Banka cəmi 4.875 manat məbləğində faiz subsidiyası ödənilmişdir.
49. Cavabdeh xx.xx.2020-xx.xx.2022-ci il dövrləri əhatə edən xx.xx.2022-ci il tarixli bank hesabından çıxarışlardan görünür ki, mübahisəli kredit müqaviləsinə əsasən həmin hesaba xx.xx.2020-ci il tarixdə 200.000 manat məbləğində pul vəsaiti daxil olmuş, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər edilmişdir.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli, 9/8726 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2020-ci il tarixli CO/00018/20 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, faiz dərəcəsi illik 15% ilə hesablanmaqla əsas kredit borcu 200.000 manat, faiz borcu 47.114,38 manat, faiz dərəcəsi illik 7,5% ilə hesablanmaqla isə həmin tarixə əsas kredit borcu 200.000 manat, faiz borcu 18.406,04 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatlarının dəyəri 150 manat təşkil edir.
51. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli CO/00018/20 saylı kredit müqaviləsi üzrə cavabdeh kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürsə də, cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
52. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam və faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmişdir.
53. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli CO/00018/20 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh xx.xx.2020-ci il tarixli CO/00018/20 saylı kredit müqaviləsi üzrə 200.000 manat məbləğində əsas və 20.703,38 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
54. Apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 oktyabr tarixli, 9/7533 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları 27 oktyabr 2020-ci il tarixli CO/00018/20 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, faiz dərəcəsi illik 15% ilə hesablanmaqla, xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı ASC-nə olan borcu 247.114,38 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 200.000,0 manat, faiz borcu 47114,38 manat, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CO/00018/20 saylı kredit müqaviləsi üzrə AR X2 tərəfindən ödənilmiş 4.875 manat məbləğində faiz subsidiyası məbləği nəzərə alınmaqla ödənilməli olan illik 7,596 məbləğində faiz subsidiyası 23.833,33 manat təşkil edir. Ekspertiza tədqiqatı zamanı təqdim edilmiş hesabdan çıxarış məlumatları 27 oktyabr 2020-ci il tarixli CO/00018/20 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, faiz dərəcəsi illik 7,596 ilə hesablanmaqla, aparılmış bütün ödənişlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı ASC-nə olan borcu 218.406,04 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 200.000,0 manat, faiz borcu 18.406,04 manat, "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CO/00018/20 saylı kredit müqaviləsi üzrə AR X2 tərəfindən ödənilməli olan illik 7,596 məbləğində faiz subsidiyası və aparılmış 4875 manat məbləğində ödəniş faiz borcundan çıxılmaqla Cavabdeh banka xx.xx.2022-ci il tarixə faiz borcu 22.906,04 manat, xx.xx.2022-ci il tarixə 23.281,04 manat təşkil edir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
56. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
57. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
58. Hazırkı məhkəmə araşdırması zamanı 2023-cü il 25 oktyabr tarixli, 9/7533 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
59. Ekspert rəyi ilə əsas kredit borcu 200.000,0 manat məbləğində müəyyən edilmişdir.
60. Odur ki, birinci instansiya məhkəməsi əsas tutulması hissəsində iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
61. Birinci intansiya məhkəməsi müqavilə üzrə ödənilməsi nəzərdə tutulan faiz subsidiyasının məbləğinin 26.411 manat təşkil etdiyini nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2022-ci il tarixədək olan müddət üçün cavabdehdən tutulmalı olan faiz borcu ekspert rəyində müqavilə üzrə illik 15 % ilə müəyyən edilmiş faiz borcundan həmin məbləğ (yəni fond tərəfindən ödənilməli olan hissə) çıxılmaqla hesablanmalı və 20.703,38 manat (47.114,38 manat -26.411 manat) məbləğində müəyyən edilməlidir.
62. Bununla bağlı kollegiya qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CO/00018/20 saylı kredit müqaviləsi üzrə AR X2 tərəfindən ödənilməli olan illik 7,596 məbləğində faiz subsidiyası və aparılmış 4875 manat məbləğində ödəniş faiz borcundan çıxılmaqla Cavabdeh banka faiz borcu xx.xx.2022-ci il tarixə 23.281,04 manat təşkil etsə də, hazırkı iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, apellyasiya baxışının həddini iddianın təmin edilmiş hissədə borc məbləğinin əsaslılığı yoxlanıldığından 20.703,38 manat faiz borcunun tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
63. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğini tam tələb edilməmişdir.
64. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, ilkin satış qiyməti ilə bağlı tərəflər əsasında mübahisə olduğu və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında aşağıda qeyd olunan mütəxəssis rəyi təqdim edilmişdir:
65. "xxxx" MMC-nin 20 fevral 2023-cü il tarixli, LP-018/2023 saylı qiymətləndirmə (mütəxəssis) rəyinə əsasən müəyyən edilir ki, Şamaxı rayonu, Avaxıl kəndində 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hazırki bazar qiyməti 920.000 manat, likvid qiyməti 877.000 manat təşkil edir.
66. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq düzgün olaraq belə qənaətə gəlmişdir ki, Şamaxı rayonu, Avaxıl kəndində 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 877.000 manat müəyyən edilməlidir.
67. Odur ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən Məhkəmə kollegiyası hesab edir ki, 150 manat ekspertiza xərci Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır
69. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
70. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.
71. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-2(113)-188/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 150 manat ekspertiza xərci Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova