Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-672/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə (açar sözlər: kredit borcu, tutmanın ipoteka predmeti əmlaka yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-956/2021 nömrəli iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh3 MMC-nin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 may 2016-cı il tarixli 22-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsinə əsasən tərəflər kreditorun borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödəməsi barədə razılığa gəlmişlər.
2. Həmin müqavilənin: 1-ci bəndinə əsasən müqavilənin predmeti 3.324.754,04 ABŞ dolları, kreditin müddəti 29 ay, kreditin illik faiz dərəcəsi 12 faiz təşkil edir; 3-cü bəndinə əsasən müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu kredit vəsaiti ilə alınmış bu müqavilədə göstərilən ipoteka və zaminlikdir; 5-ci bəndinə əsasən kredit üzrə kreditora çatmalı olan faizlər borc alan tərəfindən hər ayın 30 tarixinədək ödənilmədikdə həmin faizlər ötürülmüş faizlər hesab olunur; 8-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər müqavilədə nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir; 9.1-ci bəndinə görə bu müqavilə üzrə borc alanın üzərinə düşən öhdəlikləri ixra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir; 9.2-ci bəndinə görə borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarında banka dəbbə pulu ödəməlidir. 1.14-cü bəndinə görə gecikdirilmiş borc yaranan halda tətbiq olunan sanksiyalar hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36% miqdarında müəyyən edilmişdir.
3. xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli 01 nömrəli razılaşmaya əsasən müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılması, kreditin illik faiz dərəcəsinin azaldılıb 8 faiz təşkil etməsi, razılaşmanın imzalandığı tarixə 3.321.911,48 ABŞ dolları məbləğdə təşkil edən əsas borcun və xx.xx.2018-ci il tarixdən hesablanan faiz borcunun ödənilməsinin yeni ödəniş qrafiki əsasında həyata keçirilməsi razılaşdırılmışdır. Razılaşmanın 1.8-ci bəndinə əsasən borc alanın müqavilə üzrə öhdəliklərinin icrasının təminatı aşağıdakılardır: Cavabdeh2 məxsus, ünvan 12 yerləşən 2 mərtəbəli 11 otaqlı 329 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi; Cavabdeh5 məxsus, ünvan 12 yerləşən 2 mərtəbəli 7 otaqlı 329 kv.m. ümumi sahədən ibarət məxsus fərdi yaşayış evi; Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-8 yaşayış kompleksi üzrə tələbetmə hüquqlarının girovu; Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-7 yaşayış kompleksi üzrə tələbetmə hüquqlarının girovu; Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-5 yaşayış kompleksi üzrə tələbetmə hüquqlarının girovu; Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-2 yaşayış kompleksi üzrə tələbetmə hüquqlarının girovu; Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B1 yaşayış kompleksi üzrə tələbetmə hüquqlarının girovu; Cavabdeh1 məxsus ünvan 12 yerləşən 3 mərtəbəli 3 otaqlı 135,58 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi.
4. xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 02 nömrəli razılaşmaya əsasən müqavilə üzrə kreditin illik faiz dərəcəsi 6 faiz həcmində müəyyən edilmişdir.
5. "xxxx" İKB ASC, Cavabdeh4 (girov qoyan) və Cavabdeh3 MMC (borc alan) arasında bağlanılmış tələbetmə hüququnun girovu barədə xx.xx.2018-ci il tarixli 23-BİZ-1- 0-39-16 nömrəli müqaviləyə əsasən girov qoyan xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsinə əsasən girov saxlayan qarşısında olan kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-8 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-7 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-5 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-2 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-1 yaşayış kompleksi barəsində 07/16 nömrəli xx.xx.2016-cı il tarixli, 08/16 nömrəli xx.xx.2016-cı il tarixli, 09/16 nömrəli xx.xx.2016-cı il tarixli və 17/18 nömrəli xx.xx.2018-ci il tarixli maliyyə arayışları üzrə "xxxx" MMC qarşısında yaranmış tələbetmə hüquqlarını girov saxlayanın xeyrinə girovla yüklü etmişdir.
6. xx.xx.2018-ci il tarixli 23-BİZ-1-0-39-16 nömrəli tələbetmə hüququnun girovu müqaviləsinə 01 nömrəli xx.xx.2020-ci il tarixli Əlavə Sazişə əsasən müqavilə üzrə kreditin illik faiz dərəcəsi 6 faiz müəyyən edilmişdir.
7. "xxxx" MMC tərəfindən verilmiş 07/16 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışına görə, X1 şosesi 12 ünvanda yerləşən A-8 nömrəli yaşayış kompleksinin ödənişini tam həyata keçirmişdir və xx.xx.2016-cı il tarixli 07/16 nömrəli müqaviləyə əsasən heç bir borcu yoxdur. Həmin maliyyə arayışının sonunda xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X3 xx.xx.2016-cı il tarixli 07/16 nömrəli müqavilə üzrə öz hüquq və tələblərini Cavabdeh4 güzəşt etməsi barədə qeyd yazılmışdır. Qeyd C.Cabbarlının imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
8. "xxxx" MMC tərəfindən verilmiş 07/16 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışına görə, X1 şosesi 12 ünvanda yerləşən A-7 nömrəli yaşayış kompleksinin ödənişini tam həyata keçirmişdir və xx.xx.2016-cı il tarixli 08/16 nömrəli müqaviləyə əsasən heç bir borcu yoxdur. Maliyyə arayışı "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin maliyyə arayışının sonunda xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X3 xx.xx.2016-cı il tarixli 08/16 nömrəli müqavilə üzrə öz hüquq və tələblərini Cavabdeh4 güzəşt etməsi barədə qeyd yazılmışdır. Qeyd C.Cabbarlının imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
9. "xxxx" MMC tərəfindən verilmiş 07/16 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışına görə, X1 Şosesi 12 ünvanda yerləşən A-7 nömrəli yaşayış kompleksinin ödənişini tam həyata keçirmişdir və xx.xx.2016-cı il tarixli 08/16 nömrəli müqaviləyə əsasən heç bir borcu yoxdur. Maliyyə arayışı "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin maliyyə arayışının sonunda xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X3 xx.xx.2016-cı il tarixli 08/16 nömrəli müqavilə üzrə öz hüquq və tələblərini Cavabdeh4 güzəşt etməsi barədə qeyd verilmişdir. Qeyd C.Cabbarlının imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
10. "xxxx" MMC tərəfindən verilmiş 09/16 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışına görə, X1 şosesi 12 ünvanda yerləşən B-2 nömrəli yaşayış kompleksinin ödənişini tam həyata keçirmişdir və xx.xx.2016-cı il tarixli 08/16 nömrəli müqaviləyə əsasən heç bir borcu yoxdur. Maliyyə arayışı "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin maliyyə arayışının sonunda xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X3 xx.xx.2016-cı il tarixli 09/16 nömrəli müqavilə üzrə öz hüquq və tələblərini Cavabdeh4 güzəşt etməsi barədə qeyd yazılmışdır. Qeyd C.Cabbarlının imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
11. "xxxx" MMC tərəfindən verilmiş 09/16 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışına görə, X1 şosesi 12 ünvanda yerləşən B-1 nömrəli yaşayış kompleksinin ödənişini tam həyata keçirmişdir və xx.xx.2016-cı il tarixli 10/16 nömrəli müqaviləyə əsasən heç bir borcu yoxdur. Maliyyə arayışı "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin maliyyə arayışının sonunda xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X3 xx.xx.2016-cı il tarixli 10/16 nömrəli müqavilə üzrə öz hüquq və tələblərini Cavabdeh4 güzəşt etməsi barədə qeyd yazılmışdır. Qeyd C.Cabbarlının imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
12. "xxxx" İKB ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh5 (ipoteka qoyan) arasında bağlanmış 23-BİZ-1-0-39-16 nömrəli xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan ilə borclu arasında 26 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 29 ay müddətinə ayrılmış 3.324.754,04 ABŞ dolları məbləğdə veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər 171,53 kv.m. yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 11 otaqlı fərdi yaşayış evi, ünvan 3 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 7 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 560.000 manat məbləğdə qiymətləndirilir, ipoteka ilə təmin edilmiş öhdəlik 29 ay müddətində icra edilməlidir. Müqavilənin 10-cu bəndinə əsasən əsas öhdəliyin, yaxud onun br hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir.
13. xx.xx.2016-cı il tarixli, 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə xx.xx.2018-ci il tarixli, 01 nömrəli sazişə əsasən xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilmişdir. Sazişin 4.1-ci bəndinə əsasən müqavilədə bütün “26 may 2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi” ifadəsi “xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi” ifadəsi ilə əvəz edilmişdir. 4.2-ci bəndinə əsasən müqavilənin 2.1 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada dəyişdirilir: İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2-ci bəndində göstərilən əmlakı xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. 4.1-ci bəndinə görə bu müqavilə ilə xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi üzrə aşağıdakı kredit öhdəlikləri təmin edilir: 4.1.1. 3.759.928,74 ABŞ dolları təşkil edən kreditin qalıq məbləği; 4.1.2.xx.xx.2022-ci il tarixədək uzadılan kreditin qaytarılma müddəti; 4.1.3. 8% təşkil edən kredit üzə ödəniləcək illik faiz dərəcəsi; 4.1.4. 36% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək faiz dərəcəsi.
14. xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli sazişə əsasən xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilmişdir. Sazişin 2.1-ci bəndinə əsasən bu saziş üzrə tərəflərin öhdəlikləri xx.xx.2016-cı il tarixli 23BİZ-1-0-39-16 nömrəli sonrakı ipoteka müqaviləsilə müəyyən edilir. 4.1-ci bəndinə əsasən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 6 faiz müəyyən edilmişdir.
15. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli çıxarışla Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161-də 0,01716 ha torpaq sahəsində yerləşən 171,53 kv.m. yaşayış, -kv.m. qeyri-yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 7 otaqlı 31 (B tik) fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh5 adına qeydiyyata alınmışdır.
16. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışla Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (B tik) fərdi yaşayış evi üzərində Cavabdeh5 hüququ "xxxx" İKB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
17. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışla Cavabdeh5 məxsus Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (B tik) fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Yüklülüyün müddəti xx.xx.2022-ci ilə kimi, əsas öhdəliyin mahiyyəti və icra müddəti xx.xx.2016-cı il tarixli 23- BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli 01 nömrəli sazişlə müəyyən edilmişdir.
18. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Elektron Çıxarışla xx.xx.2020-ci il tarixdə Cavabdeh5 məxsus ünvan 4 ünvanda yerləşən 31 (B tik) fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Əsas öhdəliyin mahiyyəti və icra müddəti xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0- 39-16 nömrəli kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli 02 nömrəli sazişlə müəyyən edilmişdir.
19. "xxxx" İKB ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 135,58 kv.m. olan, yaşayış sahəsi 87,1 kv.m. olan 3 otaqlı mənzili xx.xx.2016-cı il tarixli, 23-BİZ-1-0-3916 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (ipoteka saxlayan həm də kreditordur) ipotekaya verir. İpoteka ilə təmin edilmiş kreditləşmənin mənbəyi "xxxx" İKB ASC tərəfindən ayırılan vəsaitdir. Bu müqavilə üzrə ipoteka saxlayanın tələbi ilə onun hüquqları ipoteka qoyan və ya borc alan tərəfindən tərtib edilən və ipoteka saxlayana verilən ipoteka kağızı ilə rəsmiləşdirilə bilər. Müqavilənin: 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən əmlak 320.000 manat dəyərində qiymətləndirilir; 3.1.1-ci bəndinə əsasən kreditin qalıq məbləği 3.759.928,74 ABŞ dolları təşkil edir; 3.1.2-ci bəndinə əsasən kreditin qaytyarılma müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir; 3.1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 8 faiz müəyyən edilmişdir; 9-cu bəndinə əsasən borc alan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər 30 gün çox gecikdirildikdə; borcalan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir.
20. xx.xx.2018-ci il tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli, 01 nömrəli sazişə əsasən xx.xx.2018-ci il tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilmişdir. Sazişin 2.1-ci bəndinə əsasən bu əlavə saziş üzrə tərəflərin öhdəlikləri xx.xx.2018-ci il tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsi ilə müəyyən edilir. 4.1-ci bəndinə əsasən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 6 faiz müəyyən edilmişdir.
21. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışla ünvan 7 nömrəli evin 2 nömrəli mənzili üzərində X4 hüququ "xxxx" İKB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
22. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışla X5 məxsus ünvan 7 nömrəli evin 2 nömrəli mənzili üzərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Əsas öhdəliyin mahiyyəti və icra müddəti xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli Kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli 01 nömrəli sazişlə müəyyən edilir.
23. "xxxx" İKB ASC (ipoteka saxlayan) Cavabdeh3 MMC (borc alan) və X11 (ipoteka qoyan) arasında bağlanmış 23-BİZ-1-0-39-16 nömrəli xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borclu Azorel” MMC arasında 26 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 29 ay müddətinə ayrılmış 3.324.754,04 ABŞ dolları məbləğdə veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər ünvan 12 mülkiyyətdə olan 0,01719 ha torpaq ünvanda yerləşən 171,98 kv.m. yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 11 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 560.000 manat məbləğdə qiymətləndirilir. Müqavilənin: 3-cü bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəlik 29 ay müddətində icra edilməlidir; 10-cu bəndinə əsasən əsas öhdəliyin, yaxud onun br hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir.
24. xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli 01 nömrəli sazişə əsasən xx.xx.2018-ci il tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilmişdir. Sazişin: 4.1-ci bəndinə əsasən müqavilədə bütün “26 may 2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi” ifadəsi “xx.xx.2016-cı il tarixli, 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi” ifadəsi ilə əvəz edilmişdir; 4.2-ci bəndinə əsasən müqavilənin 2.1 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada dəyişdirilir: 2.1. ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2ci bəndində göstərilən əmlakı xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. Bu müqavilə ilə xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi üzrə aşağıdakı kredit öhdəlikləri təmin edilir: 4.1.1. 3.759.928,74 ABŞ dolları təşkil edən kreditin qalıq məbləği; 4.1.2. xx.xx.2022-ci il tarixədək uzadılan kreditin qaytarılma müddəti; 4.1.3. 8% təşkil edən kredit üzə ödəniləcək illik faiz dərəcəsi; 4.1.4. 36% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək faiz dərəcəsi.
25. xx.xx.2016-cı il tarixli, 23-BİZ-1-0-39-16 nömrəli sonrakı ipoteka müqaviləsinə əlavə xx.xx.2021-ci il tarixli 02 nömrəli sazişə əsasən xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39- 16 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilmişdir. Sazişin: 2.1-ci bəndinə əsasən bu əlavə saziş üzrə tərəflərin öhdəlikləri xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsi ilə müəyyən edilir; 4.1-ci bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 6% müəyyən edilmişdir.
26. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli çıxarışla ünvan 12 mülkiyyətində olan 0,01719 ha torpaq üzərində yerləşən 171,98 kv.m. yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 11 otaqlı 31 nömrəli (C tik) fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır.
27. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışla Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (C tik) fərdi yaşayış evi üzərində X7 hüququ "xxxx" İKB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
28. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışla təsdiq edilir ki, X9 məxsus Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (Ctik) fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Yüklülüyün müddəti xx.xx.2022-ci ilədəkdir. Əsas öhdəliyin mahiyyəti və icra müddəti xx.xx.2016-cı il tarixli 23- BİZ-1-0-39-16 nömrəli Kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli 01 nömrəli sazişlə müəyyən edilir.
29. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Elektron Çıxarışla xx.xx.2020-ci il tarixdə X9 məxsus Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (C tik) fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Əsas öhdəliyin mahiyyəti və icra müddəti xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli 02 nömrəli sazişlə müəyyən edilir.
30. İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh5 xx.xx.2020-ci il tarixli PAİMTD-15233/1 nömrəli xəbərdarlıq məktubu ünvalanaraq Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (B tik) fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alındığı bildirilmiş və ipoteka qoyan tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
31. İddiaçı ASC tərəfindən ipoteka qoyan X6 (ipoteka qoyanın etibarnamə üzrə nümayəndəsi) xx.xx.2020-ci il tarixli PAİMTD-15472/1 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq ünvan 7 nömrəli evin 2 nömrəli mənzilinə tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alındığı bildirilmiş və ipoteka qoyan tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
32. İddiaçı ASC tərəfindən borclu Cavabdeh4 xx.xx.2020-ci il tarixli PAİMTD-13807 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq borclunun İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi barədə bildirilmişdir.
33. İddiaçı ASC tərəfindən borc alan Cavabdeh3 MMC-yə xx.xx.2020-ci il tarixli PAİMTD-15230 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq borc alanın kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini pozduğu, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququnun yarandığı və borc alan tərəfindən təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı ASC-yə olan əsas və faiz borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildirilmişdir.
34. İddiaçı ASC-nin ipoteka qoyana ünvanladığı xx.xx.2020-ci il tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinin xx.xx.2020-ci tarixli təsdiqetmə barədə bildirişinə əsasən Cavabdeh5 məxsus Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (B tik) fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
35. İddiaçı ASC-nin ipoteka qoyana ünvanladığı xx.xx.2020-ci il tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli müraciət və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinin xx.xx.2020-ci tarixli təsdiqetmə barədə bildirişinə əsasən X5 məxsus ünvan 7 nömrəli evin 2 nömrəli mənzilinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
36. İddiaçı ASC-nin ipoteka qoyana ünvanladığı xx.xx.2020-ci il tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli müraciət və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinin xx.xx.2020-ci tarixli təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, Cavabdeh2 məxsus Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (C tik) fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
37. Maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh3 MMC-nin İddiaçı ASCyə xx.xx.2021-ci il tarixə əsas borcu 2.574.484,25 ABŞ dolları, faiz borcu 122.433,77 ABŞ dolları, cərimə borcu 194.485,33 ABŞ dolları təşkil edir.
38. Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən iddiaçı "xxxx" İKB ASC-nin adı İddiaçı ASC-yə dəyişdirilmişdir.
39. "xxxx" MMC-nin 09 aprel 2021-ci il tarixli LP-067/21 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 31 nömrəli evin 2 nömrəli mənzilinin hazırkı bazar qiyməti 320.000 manat, likvid qiyməti 288.000 manat dəyərində; Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 31 (c tik) nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiyməti 1.000.000 manat, likvid qiyməti 900.000 manat dəyərində; Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 31 (b tik) nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiyməti 900.000 manat likvid qiyməti 810.000 manat dəyərində müəyyən edilmişdir.
40. xx.xx.2019-cu il tarixli **********986800 nömrəli çıxarışdan görünür ki, "xxxx" İKB ASC-nin adı dəyişərək İddiaçı ASC olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
41. İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən onun xeyrinə 2016-cı il 27 may tarixli kredit müqaviləsi üzrə 2.574.484,25 ABŞ dolları əsas, 122.433,77 ABŞ dolları faiz, 194.485,33 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2.891.403,35 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh5 mülkiyyətindəki ünvan 9 ünvanda yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (B tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun ünvan 10 ünvanda yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (B tik) nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 9 ünvanda yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahəsindən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 11 ünvanda yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin, 2 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan 10 ünvanda yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (C tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ünvan 9 ünvanda yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (C tik) nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; borcun əvəzi girov qoyulmuş Cavabdeh4 Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m olan A-8 yaşayış kompleksi, Bakı şəhəri, Salyan şosesi 12 ünvanda yerləşən, ümumi sahəsi 535 kv.m. olan A-7 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən, ümumi sahəsi 535 kv.m olan A-5 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən, ümumi sahəsi 520 kv.m olan B-2 yaşayış kompleksi, Bakı şəhəri, Salyan şosesi 12 ünvanda yerləşən, ümumi sahəsi 520 kv.m olan B-l yaşayış kompleksi barəsində 07/16 nömrəli xx.xx.2016-cı il tarixli, 08/16 nömrəli xx.xx.2016-cı il tarixli 09/16 nömrəli xx.xx.2016-cı il tarixli, 10/16 nömrəli xx.xx.2016-cı il tarixli, 17/18 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışları üzrə "xxxx" MMC qarşısında yaranmış tələbetmə hüquqlarına yönəldilməsi hesabına borcun ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh5 mülkiyyətindəki ünvan 11 ünvanda yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (B tik) nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və digər şəxslərin ünvan 11 ünvanda yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (B tik) nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 mülkiyyətindəki ünvan 11 ünvanda yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 11 ünvanda yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin , 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh2 mülkiyyətindəki ünvan 11 ünvanda yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (C tik) nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 11 ünvanda yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (C tik) nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 may 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
42. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh MMC-dən 2.574.484,25 ABŞ dolları məbləğdə əsas borcun, 122.433,77 ABŞ dolları məbləğdə faiz borcunun, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulunun, ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğdə borc ödənişinin günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 60 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən, 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilk satış qiyməti 810.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh5 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda 0,01716 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 135,58 kv.m. ümumi 87,1 kv.m. yaşayış sahəsindən ibarət olan 31 nömrəli evin, 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahədən ibarət 3 otaqlı 2 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilk satış qiymətinin 288.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən, 171,98 kv.m yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilk satış qiyməti 900.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
43. Qətnamənin əsaslarına görə, “İddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh3 MMC mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə İddiaçı ASCnin iddiası əsaslı olduğundan təmin edilməlidir. ... Cavabdeh3 MMC-nin 31 may 2016-cı il tariхli 2017/00438-01 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC cavabdehdən 2.574.484,25 ABŞ dolları məbləğdə əsas və 122.433,77 ABŞ dolları məbləğdə faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı ASC-nin 194.485,33 ABŞ dolları məbləğdə dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh3 MMC-nin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 50.000 ABŞ dolları məbləğdə müəyyən edilməsini ədalətli hesab edir. ... İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh3 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməlidir. ... İddianın ipoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanların və digər şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaklara olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin ipoteka predmetləri olan daşınmaz əmlaklardan çıxarılmaları, həmin əmlakların boşaldılması və banka təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının, ipoteka qoyanların və digər şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi həmin şəxslərin qanunla qorunan hüquqlarını pozur. Buna görə də həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. ... Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı borcun girov predmetinə yönəldilməsi barədə tələb irəli sürsə də, girov müqaviləsinin predmeti olan tələbetmə hüququnun mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, müqavilənin əsasında bağlandığı maliyyə arayışları yalnız C.Cabarlı adlı şəxs tərəfindən "xxxx" MMCyə ödəniş edilməsini təsdiq edən sənəd olmaqla nə C.Cabarlının yaşayış sahəsinin verilməsini tələb etmək hüququnun yaranması, nə də həmin tələb etmək hüququnun Cavabdeh4 güzəşt edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Həmin hüquqların yaranması əsası qismində çıxış edən müqavilələr isə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən girov predmeti olan tələbetmə hüququnun mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, mübahisəli girov müqaviləsi üzrə girov predmeti daşınmaz əmlak üzrə hüquq olduğu halda girov müqaviləsi sadə yazılı formada bağlanmış və dövlət qeydiyyatına alınmamışdır. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Belə olan halda isə məhkəmə hesab edir ki, sözügedən girov müqaviləsi həmin əqd üçün qanunla müəyyən edilmiş formaya dair tələblərə riayət edilmədən bağlandığından əhəmiyyətsiz əqddir. Məhkəmə borcun girov müqaviləsi üzrə tələbetmə hüququna yönəldilməsi hissəsinə münasibətdə iddia tələbinin hüquqi əsasını olub-olmadığını araşdırıraq belə qənaətə gəlir ki, həmin tələbin əsaslandığı müqavilə əhəmiyyətsiz əqd olduğundan iddiaçının həmin müqavilə üzrə irəli sürdüyü tələbin hüquqi əsası mövcud deyil. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.”
44. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci, 139.1-ci, 269-cu, 270.1-ci, 303.1-ci 303.3-cü, 303.4-cü, 329.1-ci, 385.1-ci, 386-cı, 421.2-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 739-cu, 743-cü, “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 34.1.1-ci, 34.1.3-ci, 34.1.4-cü, 41.1-ci maddələri, “İpoteka haqqında” AR Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
45. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh MMC ondan apellyasiya şikayətləri verərək, iddiaçı qismən ləğv edilərək, iddianın tam təmin edilməsini, cavabdeh MMC iddianın qismən təmin edilən hissədə ləğv edilməsini, iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişlər.
46. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, girov müqaviləsinin məzmununa və formasına uyğun olaraq, eləcə də qanunla nəzərdə tutulmuş qaydalara riayət etməklə tələbbetmə hüququnun girov müqaviləsi tərəflər arasında əsas müqaviləyə münasibətdə uyğun və əlaqədar bağlanmışdır. Məhkəmənin iddiaçı tərəfindən girovla bağlı kifayət qədər sənədlərin təqdim edilməməsi fikrinə gəldikdə isə qeyd etmək lazımdır ki, tərəflər arasında 12 iyun 2018-ci il tarixdə bağlanmış “Tələbetmə hüququnun girovu müqaviləsinin” 2.2-ci yarımbəndinə əsasən girov ilə yüklü edilmiş tələb hüququ kredit müqaviləsi üzrə girov saxlayanın tələblərini (o cümlədən kredit üzrə əsas borc məbləğinin, hesablanmış faizləri, cərimə faizlərini, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərcləri) öhdəliklər tam ödənilənə qədər təmin edilir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadan və Mülki Məcəllənin bir maddəsini əsas gətirərək əqdin etibarsız və eyni zamanda əhəmiyyətsiz hesab edilməsi nəticəsinə gəlməsi tam əsassız və anlaşılmazdır. Bundan başqa birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, “... iddianın ipoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanların və digər şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaklara olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin ipoteka predmetləri olan daşınmaz əmlaklardan çıxarılmaları, həmin əmlakların boşaldılması və banka təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının, ipoteka qoyanların və digər şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi həmin şəxslərin qanunla qorunan hüquqlarını pozur. Buna görə də həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir...” Bu halların olması, istifadə hüquqlarının xitam verilməməsinə, mübahisəli əmlaklardan yaşayan şəxslərin çıxarılmamasına, həmin əmlakların boşaldılmamasına və banka təhvil verilməməsi üçün əsas ola bilməz. Məhkəmənin qeyd olunan əsasla bu nəticəyə gəlməsi ipoteka saxlayan olaraq bankın hüquqlarını pozur, ipoteka predmetini əldə etmək hüquqlarını məhdudlaşdırır. Göründüyü kimi, məhkəmə tələbin mübahisəli əmlaklara istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin əmlaklardan çıxarılmaları, həmin əmlakların boşaldılması və banka təhvil verilməsi hissəsində iddianı rədd edərkən, heç bir əsası olmayan bir cümlə ilə qeyd edərək əsas gətirmiş və bununla da kifayətlənmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Eyni zamanda həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəhclə iddianı tam təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyəti olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsi MPM-in və MM-in müxtəlif maddələrinə istinad edərək, formal mülahizələrə əsasən göstərilən normaları düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin cərimə borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan və maliyyə arayışında göstərilən banka ödənilməmiş əsas borcun məbləğini, yəni 2.574.484,25 ABŞ dolları olmasını nəzərə almayaraq, ona münasibətdə cərimə borcunun 50.000 ABŞ dolları kimi müəyyən etməsi isə tənasübsüz surətdə azaltmışdır.
47. Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının tələb etdiyi 122.433,77 ABŞ dolları məbləğdə faiz borcu, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulu cərimə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə tələblərinə uyğun olaraq yüksək olduğundan həmin cərimə məbləği məhkəmə tərəfindən azaldılmamışdır. Həmin məsələlərin düzgün araşdırılması və aydınlaşdırılması üçün mütləq şəkildə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli idi. Məhkəmə böyük məbləğ olan 122.433,77 ABŞ dolları məbləğdə faiz borcun, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulu cərimə məbləğinin necə yaranmasını, həmin məbləğin düzgün hesablanıb-hesablanmamasını və sair məsələləri müəyyən etmək üçün işin düzgün araşdırılması və aydınlaşdırılması üçün mütləq şəkildə məhkəmə-mühasibatlıq ekspertizasını keçirilməli idi. Çünki iddia ərizəsində qeyd olunan cərimə həddindən artıq göstərilmişdir.
48. Həmçinin qətnaməyə əsasən ipoteka predmetləri olan əmlakların satış qiymətini müəyyən edilməsi ilə bağlı mütləq şəkildə ekspertiza keçirilməli idi.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Apelyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
50. İddiaçının nümayəndəsi öz apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdeh MMC-nin şikayətinin təmin edilməməsini xahiş etmişdir.
51. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir; Maddə 303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir; Maddə 303.3. Girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməlidir; Maddə 303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır; Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
53. “İpoteka haqqında” AR Qanununun: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: “... istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.”
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadı: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apelyasiya baxışının hədləri
58. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayətləri ilə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi xahiş edilərək, hər iki şikayət konkret dəlillərdən ibarət olduğu (qətnamə işin qalan faktiki hallarına münasibətdə mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə həmin hissələrdə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayətləri həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğundan, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
59. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh MMC-nin apellyasiya şikayəti isə rədd edilməlidir.
60. İşdən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli 01 nömrəli və xx.xx.2020-ci il tarixli 2 nömrəli razılaşmalara əsasən kreditin verilmə müddəti və kreditin faiz dərəcəsi dəyişdirilmişdir. İddiaçı cavabdeh MMC-yə müqavilədə və razlaşmalarda müəyyən edilmiş şərtlərlə 3.324.754,04 ABŞ dolları məbləğdə kredit verməklə, göstərilən müqavilə və razılaşmalarla üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixə kredit müqaviləsi üzrə 2.574.484,25 ABŞ dolları məbləğində əsas və 122.433,77 ABŞ dolları məbləğdə faiz borcu yaranmışdır. İddiaçı ilə MMC arasında xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq iddiaçı, cavabdehlər MMC və Cavabdeh5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 23-BİZ-1-0-39-16 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161-də ünvanda mülkiyyətdə olan 0,01716 ha torpaq sahəsində yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 31 (B tik) nömrəli fərdi yaşayış evi; iddiaçı, cavabdehlər MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 23- BİZ-1-0-39-16 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 12 ünvanda mülkiyyətində olan 0,01719 ha torpaq sahəsində yerləşən 171,98 kv.m. 157,74 kv.m. köməkçi sahəsindən ibarət 11 otaqlı 31 (C tik) nömrəli fərdi yaşayış evi və iddiaçı, cavabdehlər MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 23-BİZ-1-039- 16 nömrəli ipoteka müqaviləsinə əsasən N.Əkbərovaya məxsus ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 135,58 kv.m, yaşayış sahəsi 87,1 kv.m. olan 3 otaqlı mənzili ipoteka ilə yüklü edilmişdir. Müqavilələr, eləcə də həmin müqavilələrə əlavə sazişlər qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciətlər edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. Eyni zamanda, borcun təminatı olaraq, xx.xx.2018-ci il tarixli 23-BİZ-1-039-16 nömrəli Tələbetmə hüququnun girovu müqaviləsinə əsasən Cavabdeh4 07/16 nömrəli xx.xx.2016-cı il tarixli, 08/16 nömrəli xx.xx.2016-cı il tarixli, 09/16 nömrəli xx.xx.2016-cı il tarixli, 10/16 nömrəli xx.xx.2016-cı il tarixli, 17/18 nömrəli xx.xx.2016-cı il tarixli maliyyə arayışları üzrə "xxxx" MMC qarşısında Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A8 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-7 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-5 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m olan B-2 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-1 yaşayış kompleksinə dair yaranmış tələbetmə hüquqları girov qoyulmuşdur.
61. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh MMC müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən əsas, faiz və dəbbə pulu borclarını ödəməli, borcun tutulması öhdəliyin icrasının təmininatı olan cavabdehlərə məxsus ipoteka predmetlərinə yönəldilməlidir.
62. İlk olaraq, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Tələbetmə hüququnun girovu müqaviləsinin qanunla nəzərdə tutulmuş qaydalara riayət etməklə bağlanması barədə dəlili ilə razılaşmır. Belə ki, birincisi, iddiaçı həmin girov müqviləsinin hansı qanunla nəzərdə tutulan qaydalara riayət etməklə bağladığını dəqiqləşdirməmiş, mücərrəd ifadələrlə formal mülahizələr irəli sürmüşdür. İkincisi, sözügedən girov müqaviləsi həmin əqd üçün Mülki Məcəllənin 303.3, 303.4, 144.1 və 139.1-ci maddələri ilə müəyyən edilmiş formaya dair tələblərə riayət edilmədən bağlandığından, eyni Məcəllənin 329.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqddir.
63. İddiaçının apellyasiya şikayətinin tutma ipoteka predmeti əmlaklara yönəldikdə və əmlaklar satıldıqdan 1 ay sonra mülkiyyətçilərin və digər şəxslərin həmin əmlaklara olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mülkiyyətçilərin və digər şəxslərin sözügedən əmlaklardan çıxarılmaları, əmlakların boşaldılması və iddiaçıya təhvil verilməsi barədə dəlili isə mülkiyyətçilərə münasibətdə qismən əsaslıdır. Belə ki, əvvəlcə, digər şəxslərin kimliyi Məhkəməyə məlum olmadığından, həmçinin hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmədiyindən onlara qarşı məhkəmə qərarının çıxarılması mümkün deyil. İkincisi, istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbini əmlakın mülkiyyətçisi irəli sürə bilər. Digər tərəfdən, onun bu istifadə hüququ əmlak satılıb, mülkiyyətçisi dəyişənə qədər qüvvəsində qalır. Üçüncüsü, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrini tələb etmiş, 59.4-cü maddəsi isə həmin şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılmalarını tənzimləmiş, ipoteka predmeti əmlakların ipoteka qoyan tərəfindən ipoteka saxlayana təhvil verilməsi isə, göründüyü kimi, vəzifə kimi Qanunla ipoteka qoyana həvalə edilməmişdir.
64. İddiaçının apellyasiya şikayətinin məhkəmənin əsas borc məbləğini nəzərə almayaraq, ona münasibətdə cərimə borcunu tənasübsüz surətdə azaltmasına dair dəlili də qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, kreditorun həm əmlak mənafeləri və formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla, 2.574.484,25 ABŞ dolları məbləğdə əsas borca nisbətdə 125.000 ABŞ dolları məbləğdə dəbbə pulunun tutulması daha qanuni, əsaslı və ədalətli sayılar.
65. Bu mənada, və qeyd olunan nəticə sadə riyazi hesablamalarla əldə oluna biləcəyindən, bununla bağlı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri deyil.
66. Cavabdeh MMC-nin apellyasiya şikayətinin faiz borcu məbləğinin də yüksək olması ilə bağlı dəlili əsassızdır. Belə ki, cavabdeh razılaşmadığı borcun əslində nə məbləğdə olmalı olduğunu bildirməmiş, nəyə görə ekspertiza təyin edilməli olmasını əsaslandırmamış, heç bir hesablama aparmamış və nəticə irəli sürməmişdir.
66. Cavabdeh MMC-nin apellyasiya şikayətinin ipoteka predmetləri olan əmlakların satış qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsinə dair dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi məsələ ilə bağlı "xxxx" MMC-nin mütəxəssis rəylərini almışdır, rəylərin mötəbərliyi cavabdeh MMC tərəfindən mübahisə edilmir, belə əsaslar işdən də müəyyən olunmur, cavabdehin özü də ekspertiza keçirilməsini tələb etdiyi əmlakların likvid dəyəri haqqında konkret arqumentlərə istinad etmir.
67. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə mülkiyyətçi olan cavabdehlərin ipoteka predmeti əmlaklardan çıxarılmaları və əmlakların boşaldılması tələblərinin rədd edilməsi və dəbbə pulunun (o cümlədən cəmi borcun) məbləği hissələrdə qanuni və əsaslı olmamışdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissələrdə işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə həmin hissələrdə ləğv edilməli, eyni hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müzakirə edilən qaydada qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməlidir.
116. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-956/2021 nömrəli iş üzrə 30 iyun 2022ci il tarixli qətnaməsi qismən - Cavabdeh5 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evindən, Cavabdeh1 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 nömrəli evin 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 2 nömrəli mənzilindən, Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli saylı fərdi yaşayış evindən çıxarılmaları və həmin əmlakların boşaldılması tələbləri rədd edilən, həmçinin, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulunun (ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğdə borcun) tutulması hissələrdə - ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissələrdə iddia qismən təmin edilsin. Cavabdeh5 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evindən, Cavabdeh1 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 nömrəli evin 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 2 nömrəli mənzilindən, Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli saylı fərdi yaşayış evindən - həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində tərk etmədikdə - məcburi qaydada çıxarılsınlar və əmlaklar boşaldılsın. Cavabdeh3 MMC-dən 125.000 ABŞ dolları məbləğdə dəbbə pulu, ümumilikdə 2.821.918,02 ABŞ dolları məbləğdə borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə qiyməti üzrə manatla tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova