Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-674/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, Cavabdeh4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Mayıs qızına qarşı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması və cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-258/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli SMN-00002-15/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 229.521,95 manat əsas borc, 42.499,5 manat faiz borcu, 28.546,13 manat dəbbə borcu, ümumilikdə 300.567,58 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun Cavabdeh3 MMC-dən Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMMG00002-15/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzilə və iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMMG-A0002-15/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv.m əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış-binasına tutmanın yönəldilməsi, mənzilin və qeyri-yaşayış binasının açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh "xxxx" MMCdən tutulması, mənzilin və qeyri-yaşayış sahəsinin boşaldılması və Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Mayıs qızının və Cavabdeh4 övladı Cavabdeh2 Aqil qızı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında xx.xx.2019-ci il tarixli SMN-00002-15/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 250.000 manat məbləğində krediti illik 22 faizlə 36 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti 04 noyabr 2022-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-ci il tarixli, SMN00002-15/19A saylı kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC iddiaçı ilə xx.xx.2019-cu il tarixli, SMMG-00002- 15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə , Sadıqcan küçəsi, ev2A, korpus 3, 1 saylı mənzili ipoteka saxlayana yenidən ipotekaya qoymuşlar. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında Bakı şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli SMN-00003-15/18A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli SMMG-00003-15/18A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. xx.xx.2019-ci il tarixli SMN-00002-15/19A saylı kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC iddiaçı ilə xx.xx.2019-cu il tarixli, SMMG-A0002- 15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi , 74.5 kv.m əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriiyaşayış binasını ipoteka saxlayana yenidən ipotekaya qoymuşlar. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında Bakı şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli SMN- 00003-15/18A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli SMMG-00003-15/18A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. 22 iyun 2020-ci il tarixdə tərəflər arasında 04 noyabr 2019-cu il tarixli SMN- 00002-15/19A saylı kredit müqaviləsinə 1 saylı əlavə saziş, 04 noyabr 2019-cu il tarixli SMMG-00002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə 1 saylı əlavə saziş, 04 noyabr 2019-cu il tarixli SMNGA0002- 15/19A saylı sonrakı ipoteka müqaviləsinə 1 saylı əlavə saziş imzalanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Bank "xxxx" ASC cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Mayıs qızı, Cavabdeh4 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, bank ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 241 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 229.521,95 manat, faizlərin məbləği 42.499,5 manat, dəbbə borcu 28.546,13 manat təşkil edir. Beləliklə, cavabdehin xx.xx.2021-ci il tarixinə ümumi borcu 300.567,58 manat təşkil edir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2-2(113)-258/2022 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilmiş, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli SMN- 00002-15/19A saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh3 MMC-dən həmin müqavilə üzrə 229.521,95 manat əsas borc, 42.499,5 manat faiz borcu, 10.000 manat dəbbə borcu, ümumilikdə 282.021,45 manat məbləğində pul vəsaitinin tutularaq Bank BTB ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 220.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına Bank “BTBASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv.m əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilmasi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 321.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına Bank "xxxx" ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh3 MMC-dən tutulması qət edilmişdir. Apellyasiya şikayəti vermiş şəxsin tələbi və dəlilləri Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022, 2-2(113)-258/2022 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edərək iddianın qismən təmin edilməsini, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli SMN-00002- 15/19A saylı kredit müqaviləsinin ləğv edilərək Cavabdeh3 MMC-dən həmin müqavilə üzrə və digər cavabdehlərdən ümumi 229.521,95 manat manat məbləğində pul vəsaitinin tutularaq Bank "xxxx" ASC-yə ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi maddi hüquq normalarının düzgün şərh etməməsi ilə baqlıdır. Pandemiya ilə baglı yanacaq doldurulma stansiyası müvəqqəti bağlanmış və fəaliyyət göstərmirdi. Nəticədə işi dayanmışdır. İddiaçıya cəmi 229.521.95 manat borcu qalmışdır. Məhkəmə bu hissədə iddianı qismən təmin etməli, qalan hissədə rədd etməli idi. Buna baxmayaraq iddiaçı pandemiya dövründə faiz borcu 42.499.5 manat və 10000 manat dəbbə pulu hesblamışdır. Borcun ödənilməməsi onun günahı ucbatından deyil. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini göstərmişdir. Son dövrlər koronavirus (COVİD-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur. Yeni infeksiyanın, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri də artmaqdadır. Ölkədə koronavirus xəstəliyinin yayılmasının qaşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Azərbaycan Respublikası Prezidenti və Mərkəzi Bank rəhbəri tərəfindən pandemiya dövründə kredit alanlara güzəştə getməsi barədə bir sıra sənədlər qəbul edilmişdir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsi aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilmişdir. Sübutun predmetini düzgün müəyyən etmək lazımdır. Mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.” Məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məhkəmə qanun pozuntusu ilə qəbul edilmiş ekspert rəyinin əsas götürülməsi MPM-nin 2-ci maddəsinə ziddir. Müayisə metodunu əsas götürsək həmin ərazidə sözügedən torpaq sahəsi və üzərində yerləşən yanacaqdoldurma məntəqəsi ilə birlikdə bazar satış qiyməti 1.200.000-1.500.000 manat təşkil edir. Ekspert müqayisə metodu aparmamış, sadəcə fotoşəkillərə baxıb qiymət qoymuşdur. Bu da qiymətləndirmə fəaliyyəti haqqında qanunun müddəalarına ziddir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsi üçün xx.xx.2022-ci il tarixə təxirə salınmış, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh4 atası tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahilş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-258/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə faiz və cərimə borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində mübahisələndirir. İş materiallarından görünür ki, “Bank "xxxx" ASC (borc verən) ilə Cavabdeh3 MMC (borc alan) arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə əsasən borc verən 250.000 manat məbləğində krediti illik 22%-lə 36 ay müddətinə borc alanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2022-ci il tarixinədək faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6.4-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır. “Bank "xxxx" ASC (borcverən), Cavabdeh3 MMC (borc alan) arasında 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə dair 22 iyun 2020-ci il tarixdə 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər müqavilə üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: - 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 3 iyul 2020-ci il tarixdən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. - 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 04 noyabr 2019-cu il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borcalanın müqavilə üzrə ödənilməli olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. - 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 10 ay müddətinə 4 sentyabr 2023-cü il tarixinədək uzadılmış hesab edilir. - 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 22% olaraq müəyyən olunur. 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsinə 1 saylı əlavə kimi təsdiq edilmiş 22 iyun 2020-ci il tarixli ödəniş qrafikinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək ödəniləcək əsas məbləğ 229.521,95 manat, faizin məbləği 98.354,86 manat, cəmi ödəniləcək məbləğ 327.876,81 manat müəyyən edilmişdir. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında 04 noyabr 2019-cu il tarixli, SMMG-00002- 15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ipoteka qoyan 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzili ipoteka saxlayana ipoteka qoymuşdur. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzil üzərində Cavabdeh4 mülkiyyət hüququ “Bank "xxxx" ASC qarşısında xx.xx.2019-cu il tarixdə ipoteka ilə yüklü edilmişdir. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında 04 noyabr 2019-cu il tarixli, SMMG-A0002- 15/19A saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ipoteka qoyan 04 noyabr 2019-cu il tarixli, SMN-00002-15/19A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka saxlayana ipoteka qoymuşdur. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında 04 noyabr 2019-cu il tarixli, SMMG-00002-15/19A saylı sonrakı ipoteka müqaviləsinə dair 22 iyun 2020-ci il tarixdə 1 saylı əlavə saziş bağlanmışdır. “Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında 04 noyabr 2019-cu il tarixli, SMMG-A0002- 15/19A saylı sonrakı ipoteka müqaviləsinə dair 22 iyun 2020-ci il tarixdə 1 saylı əlavə saziş bağlanmışdır. Əlavə sazişlər borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş və bildirişin qeydə alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir. "xxxx" MMC-nin 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzilin xx.xx.2018-ci il tarixə bazar dəyəri 230.000 manat, likvid dəyəri 200.000 manat təşkil edir. "xxxx" MMC-nin 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixə bazar dəyəri 350.000 manat, likvid dəyəri 300.000 manat təşkil edir. "xxxx" MMC-nin 18 fevral 2022-ci il tarixli LP-067/22 və LP-068/22 saylı mütəxəssis rəylərinə əsasən müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzilin hazırkı bazar dəyəri 250.000 manat, likvid qiyməti 220.000 manat dəyərində və Ağdaş rayonu, Məşəd kəndində yerləşən və onun üzərində olan 88.5 m2 ümumi, 74.5 m2 əsas, 14 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının (yanacaq doldurma məntəqəsinin 0.20 ha torpaq sahəsi ilə birlikdə) hazırkı bazar dəyəri 374.500 manat, likvid qiyməti 321.000 manat dəyərində müəyyən edilmişdir. “Bank "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh3 MMC-nin “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixinə (ödənişlər nəzərə alınmaqla) əsas borcu 229.521,95 manat, faiz borcu 42.499,5 manat, dəbbə borcu 28.546,13 manat olmaqla cəmi borc 300.567,58 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında 04 noyabr 2019-cu il tarixli, SMN-00002- 15/19A saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə 22 iyun 2020-ci il tarixli 1 saylı əlavə sazişdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı “Bank "xxxx" ASC Cavabdeh3 MMC-yə müqavilədə və əlavə sazişdə (razılaşmada) müəyyən edilmiş şərtlərlə 250.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və əlavə saziş (razılaşma) ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh3 MMCnin iddiaçıya xx.xx.2021-ci il tarixinə kredit müqaviləsi üzrə 229.521,95 manat məbləğində əsas və 42.499,5 manat məbləğində faiz borcu yaranmışdır. İddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab etmişdir ki, cavabdeh Aqil-XG-500 MMC mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğundan, kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddiaçı “Bank "xxxx" ASC-nin iddiası əsaslı hesab edilməlidir. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması, tutmanın ipoeka predmetinə yönəldilməsinə dair tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci, 386-cı, 442, 443.1, 448.1, 739, 743-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə, 34, 41, 47-ci maddələrinə əsasən əsaslı hesab edilərək təmin edilmişdir. Apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında kredit müqaviləsinə 22 iyun 2020-ci il tarixdə 1 saylı əlavə saziş üzrə keditdən istifadəyə görə borcalanın ödəməli olduğu 98.354,86 manat faiz borcunun tam ödənildiyini təsdiq edən sübutlar olmadığından qalıq faiz borcunun və öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilənin 6.4-cü bəndinə əsasən cərimə borcunun tutulması hissəsində qətnamə əsaslı hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, borcalan Cavabdeh3 MMC “Covid-19” pandemiyası ilə əlaqədar öhdəliyini icra edə bilmədiyindən öhdəliyin icrasının gecikdirilməsinə görə məsuliyyət daşımır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, pandemiya ilə bağlı dövlət tərəfindən görülmüş məhdudiyyət tədbirləri heç bir halda kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsindən imtina üçün əsas ola bilməz. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. İstinad edilən normalara əsasən pandemiya ilə əlaqədar dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində fəaliyyəti müvəqqəti məhdudlaşdırılmış sahibkarlar müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdikləri halda məsuliyyətdən azad edilə-hesablanan cərimə borcları həmin dövr üçün ləğv edilə və ya azaldıla bilər. Öhdəliyin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilmə birmənalı olaraq öhdəliyin özünün icrasından azad edilmə kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində, o cümlədən Mülki Məcəllədə fors major hal bütün hallarda öhdəliyə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından hazırkı halda borcalanın pandemiya ilə əlaqədar kreditdən istifadəyə görə faizlərin ödənilməsi öhdəliyi xitam olunmamışdır. İşdən göründüyü kimi, bank tərəfindən öhdəliyin icrasına görə hesablanmış 28.546,13 manat dəbbə borcu məhkəmə tərəfindən azaldılaraq 10.000 manat müəyyən edilmişdiir. Hesabdan çıxarışa əsasən borcalan tərəfindən kredit borclarının ödənilməsi pandemiya ilə əlaqədar bəzi sahibkarlıq subyektlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər ləğv edildikdən sonra da icra edilmədiyindən cərimə borcunun tam ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir. Cavabdeh apellyasiya şikayətində ümumi, 74.5 kv.m əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (yanacaq doldurma məntəqəsi) qoyulmuş likvid dəyəri mübahisələndirərək əslində həmin obyektin bazar dəyərinin 1.200.000-1.500.000 manat olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarında iki qiymətləndirmə rəyi olduğunu, sözügedən obyektin "xxxx" MMC-nin qiymətləndirmə rəyində likvid dəyərinin 300.000 manat, "xxxx" MMC-nin rəyində isə 321.000 manat müəyyən edildiyini, qiymətləndirmə rəylərində qeyd edilmiş dəyərlər arasında əhəmiyyətli fərq olmadığını nəzərə alaraq hesab edir ki, iş üzrə təkrar ekspertiza təyin edilməsi üçün qanuni əsaslar yoxdur. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmiş, sübutlar düzgün qiymətləndirilmiş, mübahisə işin hallarına uyğun həll olunmuşdur. Nəticə hissəsi Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-258/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-258/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2-2(103)-674/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-674/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver