Məhkəmə qərarları › İş №2-2(103)-675/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-675/2022

20.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-675/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-1106/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsi cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" EİM-nin 48.627,05 manat, ƏDV üzrə 7.417,69 manat məbləğində borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2-2(113)-1106/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən xx.xx.2008-ci il tarixədək olan müddət üçün iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsinə hesablanmış ƏDV daxil 48.627,05 manat məbləğində borcun silinməsini, çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh oğlu apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022, 2-2(113)-1106/2021 qətnaməsinin iddianın təmi edildiyi hissədə ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. İş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi müddətin axımının başlandığı müddəti müəyyən etməmişdir. Belə ki, abonent saldosundan da göründüyü kimi 2010-cu ildən iddiaçı tərəfindən təbii qazdan mütəmadi istifadə edilir və istifadə edilmiş qazın dəyərinə görə müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfindən 13 il ərzində ödənilmiş pul məbləğlərinin təyinatı müəyyən edilməmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1106/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmi qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1995-ci il tarixdə D-412 nömrə ilə qeydiyyata alınmış “Nord” Elmi-İstehsalat Birliyinin adında və Nizamnaməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla edilmiş əlavələr və dəyişikliklərdən görünür ki, “Nord” Elmi-İstehsalat Birliyinin adındakı “Nord” sözü "xxxx" sözləri ilə, “Birliyinin” sözü isə “Müəssisəsinin” sözü ilə, “Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi” sözləri “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1995-ci il tarixdə D-412 nömrə ilə qeydiyyata alınmış Müdafiə, Kəşfiyyat, Naviqasiya və Rabitə Sistemləri üzrə İstehsalat Birliyinin "xxxx" Elmi-İstehsalat Müəssisəsinin nizamnaməsində Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla edilmiş əlavələr və dəyişikliklərdən görünür ki, "xxxx" sözləri "xxxx" sözü ilə, tabe olduğu Müdafiə, Kəşfiyyat, Naviqasiya və Rabitə Sistemləri üzrə İstehsalat Birliyinin adındakı “Müdafiə, Kəşfiyyat, Naviqasiya və Rabitə Sistemləri üzrə” sözləri “Üfüq” sözləri ilə əvəz edilmiş və müəssisənin tam adı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmiİstehsalat Müəssisəsi kimi təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin dövlətə olan borclarının, həmçinin kreditor və debitor borclarının tənzimlənməsi barədə” 29 iyul 2008-ci il tarixli, 173 nömrəli qərarına əsasən “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin fəaliyyətinin sağlamlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 24 iyun 2008-ci il tarixli 785 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaz, su və elektrik enerjisinə görə 2008-ci ilin aprelin 1-nə olan kreditor borclarının və həmin tarixə olan debitor borclarının ödənilməsinin tənzimlənməsi və bununla əlaqədar dövlətin maliyyə dəstəyinin verilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xeyrinə, onun tabeliyində olan müəssisələrin borclarının inventarlaşdırılması əsasında 2.876.600 manat məbləğində xəzinə veksellərinin buraxılmasının təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılmışdır (Qərarın 3.2-ci bəndi). Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 12 dekabr 2008-ci il tarixli, MN 000007 nömrəli buraxılmış 124.930,20 manat məbləğinə xəzinə vekselindən görünür ki, həmin vekselə əsasən yuxarıda qeyd edilən Nazirlər Kabineti qərarına istinad edilərək Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaza görə Cavabdeh QSC Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan kreditor borcu, o cümlədən 19.057.15 manat məbləğində ƏDV həmin cəmiyyətin büdcəyə olan eyni məbləğdə vergi borcu ilə əvəzləşdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, onun tabeliyində olan müəssisələr və keçmiş Cavabdeh QSC Bakı şəhər Baş İstehsalat Qaz İdarəsi arasında 26 dekabr 2008-ci il tarixində imzalanmış borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma protokolundan görünür ki, həmin protokolda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan qurumların, o cümlədən "xxxx" Elmi-İstehsalat Müəssisəsinin 48.627,05 manat, o cümlədən ƏDV üzrə 7.417,69 manat məbləğində qaza görə Cavabdeh QSC Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan kreditor borclarının həmin cəmiyyətin büdcəyə olan eyni məbləğdə vergi borcu ilə əvəzləşdirilməsi nəzərdə tutulmuşdur. Razılaşma həmçinin Cavabdeh QSC-nin səlahiyyətli şəxsi tərəfindən imza və möhürlə təsdiqlənmişdir. 12/415 saylı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Cavabdehnə müraciət edilərək, xx.xx.2008-ci il tarixə "xxxx" Elmi- İstehsalat Müəssisəsinin Cavabdeh İB-yə olan 48.627,05 manat məbləğində borcun silinməsinə köməklik göstərilməsi xahiş edilmişdir. 12/415 saylı xx.xx.2017-ci il tarixli məktuba Cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli cavab məktubundan görünür ki, borcların qarşılıqlı əvəzləşdirilməsi və ya borcun silinməsinə görə Cavabdeh İB (Cavabdeh QSC-nin hüquqi varisi) ilə "xxxx" Elmi-İstehsalat Müəssisəsi arasında protokol olduğu halda, Cavabdeh QSC-nin dövlət büdcəsinə olan kreditor borcu silinmədiyi üçün həmin debitor borcun silinməsi mümkün deyil, yəni üçüncü tərəfin Azərbaycan Respublikası Vergilər Nazirliyinin protokolu onlara təqdim edilmədiyindən həmin borcun silinməsi imkan xaricindədir. Abonent saldosundan görünür ki, İddiaçı MMC-nin "xxxx" Elmiİstehsalat Müəssisəsinin (abonent kodu: **********00000) qazdan istifadəyə görə Cavabdeh İB-yə olan borcu 2010-ci ilin iyun ayına 51.613,95 manat olmuş, 2022-ci ilin fevral ayının əvvəlinə (hazırkı iddia ilə məhkəməyə müraciət edilən vaxta) isə 52.108,29 manat təşkil etmişdir.Saldodan həmçinin müəyyən edilir ki, saldonun əhatə etdiyi müddət ərzində abonent tərəfindən yalnız cari borcların ödənilməsi həyata keçirilmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin dövlətə olan borclarının, həmçinin kreditor və debitor borclarının tənzimlənməsi barədə” 29 iyul 2008-ci il tarixli, 173 nömrəli qərarına əsasən “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin fəaliyyətinin sağlamlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 24 iyun 2008-ci il tarixli 785 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaz, su və elektrik enerjisinə görə 2008-ci ilin aprelin 1-nə olan kreditor borclarının və həmin tarixə olan debitor borclarının ödənilməsinin tənzimlənməsi və bununla əlaqədar dövlətin maliyyə dəstəyinin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xeyrinə, onun tabeliyində olan müəssisələrin borclarının inventarlaşdırılması əsasında 2.876.600 manat məbləğində xəzinə veksellərinin buraxılmasının təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılmış, Azərbaycan Respublikası Maliyyə Nazirliyi 12 dekabr 2008-ci il tarixli, MN 000007 nömrəli 124.930,20 manat məbləğinə xəzinə vekselini buraxmış və həmin vekseldə Nazirlər Kabineti qərarına istinad edilərək Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaza görə Cavabdeh QSC (cavabdehin hüquqi sələfi) Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan kreditor borcunun, o cümlədən 19.057,15 manat məbləğində ƏDV-nin həmin cəmiyyətin büdcəyə olan eyni məbləğdə vergi borcu ilə əvəzləşdirilməsi nəzərdə tutulmuşdur. Bundan sonra 26 dekabr 2008-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr, o cümlədən "xxxx" Elmi-İstehsalat Müəssisəsi ilə Cavabdeh QSC Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsi arasında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələrin kreditor borclarının, o cümlədən "xxxx" Elmi-İstehsalat Müəssisəsinin qaza görə Cavabdeh QSC (cavabdehin hüquqi sələfi) Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə olan 48.627,05 manat məbləğində (o cümlədən 7.417,69 manat ƏDV) kreditor borcunun cəmiyyətin büdcəyə olan eyni məbləğdə vergi borcu ilə əvəzləşdirilməsi barədə “Borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma” protokolu imzalanmış, lakin həmin razılaşma Cavabdeh QSC tərəfindən icra edilməmiş və razılaşmada qeyd edilən borc məbləğinin ödənilməsi hazırda da Cavabdeh İB tərəfindən iddiaçıdan tələb edilir. İddiaçı borcun silinməsinə dair iddia tələbinin əsası kimi yuxarıda istinad edilən borcların qarşılıqlı əvəzləşdirilməsi haqqında razılaşma protokolundan irəli gələn öhdəliklərin cavabdehin hüquqi sələfi tərəfindən icra edilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə müvafiq olaraq kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edilən normalara əsasən hesab etmişdir ki, sözügedən protokol 26 dekabr 2008-ci il tarixində, yəni məhkəmədə hazırkı iddia qaldırılmamışdan 13 il əvvəl bağlandığından və həmin müddət ərzində cavabdehin protokol üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərin hər hansı bir hissəsi icra edilmədiyindən iddiaçının həmin protokoldan irəli gələn tələb etmə hüquqlarına müddətin keçməsi əsası ilə xitam verilmişdir. Odur ki, "xxxx" Elmi-İstehsalat Müəssisəsi həmin protokol üzrə öhdəliklərin icrası olaraq mübahisəli borcun cavabdeh tərəfindən silinməsini tələb etməkdə haqlı deyil. Digər tərəfdən "xxxx" Elmi-İstehsalat Müəssisəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə borcun silinməsinə əsas kimi Mülki Məcəllənin 551-ci maddəsinə də istinad etmişdir. Göstərilən əsasla bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi- İstehsalat Müəssisəsinin 2010-ci ilin iyun ayına olan borcu 51.613,95 manat olmuş, 2010cu ilin iyun ayından 2022-ci ilin fevral ayına qədər istifadə olunmuş cari qaz sərfinə görə ödənişlər edilmiş və 2022-ci ilin fevral ayının əvvəlinə 52108,29 manat məbləğində borc təşkil etmişdir. Protokolun imzalanmasından ötən on iki ildən artıq müddət ərzində Cavabdeh İB (və ya onun hüquqi sələfi) tərəfindən həmin borcun ödənilməsi ilə bağlı məhkəmədə tələb irəli sürməmiş, həmçinin iddiaçı tərəfindən həmin borcdan ödəniş edilməmiş, borc öhdəliyi başqa formada icra edilməmiş, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmamışdır. Belə olan halda iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İddiaçı MMC-nin "xxxx" Elmi-İstehsalat Müəssisəsinə Cavabdeh İB tərəfindən hesablanmış ƏDV daxil 48.627,05 manat məbləğində borc öhdəliyinə tələb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən həmin məbləğin abonentin hesabından silinməsi hissəsində iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətini dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Məcəllənin 553.1.1-ci maddəsinə əsasən mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə tələbetmə müddətinin axımı kəsilir. Abonent saldosundan görünür ki, iddiaçının məhkəmə tərəfindən silinməsi qət edilmiş 48.627,05 manat məbləğində borcu 2010-cu ilədək yaranmış, iddiaçının aylıq ödənişləri istehlak etdiyi qazın dəyərindən çox olmadığından həmin borc öhdəliyi üzrə tələbetmə müddətinin axımı kəsilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin cari borclar üzrə deyil, MM-nin 440.1-ci maddəsinə əsasən əvvəlki borclar üzrə silinməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1106/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1106/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar