Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-675/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 22 may 2023-cü il tarixli, e- 2-2(113)-1582/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. xx.xx.2021-ci il tarixli, 007940 nömrəli aktdan görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən İddiaçı İBnin X5 İstismar İdarəsinin Şamaxı Xidmət Sahəsinin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmişdir. Şamaxı Xidmət Sahəsinə məxsus sayğacın girişindəki filtirdən diametri 20 mm-lik polad boru vasitəsi ilə qanunsuz istifadə olunmuşdur. Həmin akt əsasında 4.104 manat dəyərində içməli və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadəyə görə Cavabdeh ASC-yə ziyan vurulduğu göstərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Ağsu X2 İdarəsinin Şamaxı Xidmət Sahəsinə 007940 nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə hesablanmış 4.104 manat manat məbləğində borcun silinməsi və ödənilmiş 61,40 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehçıq Səhmdar Cəmiyyətinin 2 №-li Regional sukanal idarəsi ilə İddiaçı İB-nin Ağsu X2 İdarəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 41679335 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən Şamaxı Xidmət Sahəsi su təchizatı ilə təmin edilir. İstehlak edilmiş suya görə müqavilə üzrə İddiaçı İB-nin Ağsu X2 İdarəsi tərəfindən dəyəri tam şəkildə ödənilmişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən İddiaçı İB-nin X5 İstismar İdarəsinin Şamaxı Xidmət Sahəsinin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmişdir. Yuxarıda qeyd olunan ünvana baxış keçirilərkən İddiaçı İBnin yerli nümayəndəsinin iştirakı təmin edilməyərək xx.xx.2021-ci il tarixli, 007940 nömrəli birtərəfli akt tərtib edilmişdir. Həmin aktda Şamaxı Xidmət Sahəsinə məxsus sayğacın girişindəki filtrdən diametri 20 mm-lik polad boru vasitəsi ilə qanunsuz istifadə olunduğu qeyd olunmuşdur. Həmin akt əsasında aparılmış hesabatda 2052 m miqdarında 4.104 manat dəyərində içməli və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə edilməklə Cavabdeh ASC-yə ziyan vurulduğu qeyd edilmişdir. Halbuki, İddiaçı İB-nin X5 İstismar İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən heç bir halda sudan qeyri-qanuni istifadə edilməmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Şamaxı Sukanal idarəsi tərəfindən Şamaxı Xidmət Sahəsində su təchizatında aparılan yoxlama zamanı ”Azəriqaz” İB-nin Ağsu RQİİ-nin nümayəndələrinin və hal şahidlərinin iştirakının təmin edilməməsi buna əyani sübutdur. Yuxarıda qeyd olunanlara əsasən Şamaxı Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 007940 nömrəli akt ləğv edilməli və əsassız hesablanmış dəymiş ziyan məbləği İddiaçı Ağsu RQİİ-nin hesabından silinməlidir.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2-2(113)-1582/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Ağsu X2 İdarəsinin Şamaxı Xidmət Sahəsinə aid 740044 saylı abunə kodu üzrə əsassız olaraq hesablanmış 3.702 (üç min yeddi yüz iki) manat 59 (əlli doqquz) qəpik məbləğində borcun silinməsi, mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı İB-yə ödənilməsi qət edilmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək, İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1582/2023 nömrəli qətnaməsinin ləğv edillməsi, İddiaçı İB-nin cavabdeh “Azərsu Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1582/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30.52 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər iddianın qismən təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmışdır. Halbuki, İddiaçı İB-nin iddia tələbi tam şəkildə təmin edilməlidir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. İddiaçı tərəfdən cavabdehin hesabında yaranmış borcun qanuni hesablanması halını təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilmişdir.
9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Qaydaların 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhəddində Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Qaydaların tələbindən göründüyü kimi, balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti Cəmiyyətin balansındadır və həmin xəttə nəzarət funksiyasını Cavabdeh ASC həyata keçirir. Cavabdeh ASC balansında olan xətlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Hesab edirlər ki, bu cür baxışın keçirilməsi tamamilə qanunauyğundur və sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilmədiyindən reyestrdə qeydiyyata alınması üçün heç bir əsas yoxdur. Məhkəmə tərəfindən məhkəmə prosesində sudan qeyri-qanuni istifadə ilə faktın doğruluğunu yoxlamaq üçün hadisə yerinə baxış keçirilməmiş, iş üçün əhəmiyyətli olan digər hallar araşdırılmamışdır. Odur ki, yuxarıda qeyd olunan məsələlərin araşdırılmaması məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
14. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
15. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
16. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
17. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
18. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
19. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
20. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
21. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
22. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
23. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən-iddianın təmin edildiyi hissədə əsaslıdır.
26. xx.xx.2021-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, xx.xx.2021-ci il tarixli 07940 nömrəli akt əsasında cavabdehə 4.104 manat məbləğində borc hesablanmışdır.
27. Abonent haqqında məlumatdan görünür ki, cavabdehin hal-hazırda 3.702,59 manat məbləğində borcu vardır.
28. Cavabdeh mübahisəli yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.
29. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz.
30. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
31. Ona görə də, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.
32. Eyni zamanda, kollegiya qeyd edir ki, akt əsasında 4.104 manat məbləğində borc hesablanmış olsa da, hal-hazırda borcun qalıq məbləğinin 3.702,59 manat təşkil etməsini nəzərə alaraq 3.702,59 manat məbləğində borc silinməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı və Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2-2(113)-1582/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova