Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-676/2023 14.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdeh QSC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Firması Cavabdeh QSC BOKT-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıdan xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 21.470,39 manat məbləğində borcun silinməsi və borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsinə əsasən kreditə pul götürülmüşdür. Kredit müqaviləsi üzrə İddiaçı Firmasının 21.470,39 manat (əsas borc 14.218,80 manat, faiz borcu 7.251,59 manat) məbləğində borcu yaranmışdır. "xxxx" ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları üzrə) tələb hüququ xx.xx.2015-ci il və xx.xx.2017-i il tarixli müqavilələr əsasında Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı Firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli, S-100 saylı təhvil-təslim aktı əsasında Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bunun əsasında Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Firmasından 21.470,39 manat məbləğində kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1445/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh QSC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)- 804/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(113)- 1445/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)- 804/2021 saylı qətnaməsindən Cavabdeh QSC kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-522/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)- 804/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd edilən qətnamələr qanuni qüvvələrini alsalar da, borc silinməmişdir. Bu isə iddiaçı üçün bəzi hüquqların məhdudlaşdırılmasına gətirib çıxarır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1750/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi “öhdəliyin qoyulması” hissəsində təmin edilmiş, İddiaçı Firmasının Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyi Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1750/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata “borcun silinməsi” hissəsində xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ləğv edilmədiyi təqdirdə apellyasiya şikayətinin baxılması üçün yeddi gün ərzində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında qeyd etmişdir ki, “borcun silinməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun”. Hesab edir ki, məhkəməyə kifayət qədər iddiaçının hüquqlarının pozulduğunu sübut edən sübutlar təqdim edilmişdir. Lakin, məhkəmə həmin sübutları nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1750/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1750/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşır ki, kredit müqaviləsi üzrə borcun silinməsi hər hansı hüquqi nəticə doğurmayacağından bu tələbə ayrıca baxılması mümkün deyil. İddiaçı xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun olmamasına dair məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi irəli sürməklə hüquqlarının müdafiəsinə nail olduğundan borcun silinməsinə dair iddia tələbi üzrə icraata xitam verilməsi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1750/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Firmasının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-676/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-676/2023
14.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver