Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-676/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kommersiya işi Açar söz: kreditin qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabeh Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 123/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh1 MMC-nin X1 xx.xx.2022-ci il tarixli qərarına əsasən MMC-yə dövriyyə vəsaitinin alınması məqsədi ilə İddiaçı ASC-dən 300.000 manat məbləğində, 12 ay müddətinə sifariş və invoys maliyyələşməsi limitinin alınmasına razılıq verilməsi və tərəflər arasında bağlanacaq kredit, zaminlik, ipoteka müqavilələrini imzalamaq səlahiyyəti MMCnin direktoru Cavabdeh4 həvalə edilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 29 avqust 2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmışdır.
3. Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 42.700 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair TZM0022015/02 saylı razılaşma bağlanmışdır.
4. Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 70845 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair TZM0022015/03 saylı razılaşma bağlanmışdır.
5. Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 83900 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair TZM0022015/04 saylı razılaşma bağlanmışdır.
6. Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 16100 manat məbləğində invoys maliyyələşməsinə və tələbin güzəştinə dair TZM0022015/05 saylı razılaşma bağlanmışdır.
7. Həmin maliyyələşdirmə limiti müqaviləsi və razılaşmalar üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli TZM0022015 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər razılaşmalar üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdülər.
8. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-1774 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/04 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 83900 manat əsas borc, 7103,12 manat faiz borcu, 167,89 manat cərimə borcu olmaqla, cəmi 91.171,01 manat qeyd olunmuşdur.
9. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-1773 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/03 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 70845 manat əsas borc, 5974,6 manat faiz borcu, 70,87 manat cərimə borcu olmaqla, cəmi 76.890,47 manat qeyd olunmuşdur.
10. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-1772 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/02 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 26217,66 manat əsas borc, 1452,13 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 27.669,79 manat qeyd olunmuşdur.
11. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-1771 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/05 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 14405,08 manat əsas borc, 1279,71 manat faiz borcu, 129,02 manat cərimə borcu olmaqla, cəmi 15.813,81 manat qeyd olunmuşdur.
12. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Fortiori” vəkil bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2022-ci il tarixində dövlət sərhədindən çıxmış və xx.xx.2022-ci il tarixində ölkəyə giriş etmişdir.
13. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-5127 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/05 saylı 23 sentyabr 2022-ci il tarixli müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 14404 manat əsas borc, 3122,91 manat faiz borcu, 129,02 manat cərimə borcu, xx.xx.2022-ci ildən sonra illik 5% ilə hesablanmış faiz borcu 4708,16 manat olmaqla, cəmi 18365,12 manat qeyd olunmuşdur.
14. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-5128 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/04 saylı 16 sentyabr 2022-ci il tarixli müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 83900 manat əsas borc, 17841,68 manat faiz borcu, 167,89 manat cərimə borcu, xx.xx.2022-ci ildən sonra illik 5% ilə hesablanmış faiz borcu 4020 manat olmaqla, cəmi 105929,57 manat qeyd olunmuşdur.
15. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-5129 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/02 saylı 07 sentyabr 2022-ci il tarixli müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 24223,42 manat əsas borc, 4600,95 manat faiz borcu, xx.xx.2022-ci ildən sonra illik 5% ilə hesablanmış faiz borcu 1381,6 manat olmaqla, cəmi 30205,97 manat qeyd olunmuşdur.
16. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli RB-02/PK-5130 saylı arayışına əsasən Cavabdeh1 MMC-nin TZM0022015/03 saylı 13 sentyabr 2022-ci il tarixli müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 70845 manat əsas borc, 15089,99 manat faiz borcu, 70,87 manat cərimə borcu, xx.xx.2022-ci ildən sonra illik 5% ilə hesablanmış faiz borcu 3434 manat olmaqla, cəmi 89439,86 manat qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha spnra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində bağlanmış 07 sentyabr 2022-ci il tarixli, TZM0022015/02 saylı müqavilə üzrə 24223,42 manat əsas, 4600,95 manat faiz, 1381,6 manat xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 30205,97 manat, 13 sentyabr 2022-ci il tarixli, TZM0022015/03 saylı müqaviləsi üzrə 70845 manat əsas, 15089,99 manat faiz, 70,87 manat dəbbə, 3434 manat xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 89439,86 manat, 16 sentyabr 2022-ci il tarixli, TZM0022015/04 saylı müqavilə üzrə 83900 manat əsas, 17841,68 manat faiz, 167,89 manat dəbbə, 4020 manat xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 105929,57 manat və 23 sentyabr 2022-ci il tarixli, TZM0022015/05 saylı müqavilə üzrə 14405,08 manat əsas, 3122,91 manat faiz, 129,02 manat dəbbə, 4708,16 manat xx.xx.2022-ci ildən sonra hesablanmış illik 5%-lə faiz, cəmi 18365,17 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 101,55 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 29 avqust 2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 300.000 manat məbləğində cavabdehlərə dövriyyə vəsaitinin artırılması üçün invoys, sifariş, anbar və sair maliyyələşdirmə məqsədilə bərpa olunan kredit limiti verilmişdir (müqavilənin 1.1.1., 1.1.2. və 1.1.3. maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 42700 manat məbləğində invoys maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 4,5 və 6-cımaddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 70845 manat məbləğində invoys maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 4,5 və 6cımaddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 83900 manat məbləğində invoys maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 4,5 və 6-cı maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 16.100 manat məbləğində invoys maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 4,5 və 6-cımaddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi və razılaşmalar üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli TZM0022015 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə Zaminlər razılaşmalar üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdülər. Lakin cavabdehlər müqavilələr üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh1 MMC və digər cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2023-cü il tarixli X4 Barədə Təklif məktubuna əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həll edilməsi təklif edilmişdir. Lakin cavabdehlər ilkin mediasiya sessiyasına dəvət edilsələr də iştirak etməmişlər. 400 manat ilkin mediasiya xərciİddiaçı ASC tərəfindən tam ödənilmişdir. 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli Arayış təqdim edilmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehlərin xx.xx.2023-cü il tarixinə 07 sentyabr 2022-ci il tarixli, TZM0022015/02 saylı müqaviləsi üzrə borcunun məbləği 26217,66 manat əsas, 1452,13 manat faiz, borcun cəmi məbləği 27669,79 manat, 13 sentyabr 2022-ci il tarixli, TZM0022015/03 saylı müqaviləsi üzrə borcunun məbləği 70845 manat əsas, 5974,6 manat faiz, 70,87 manat dəbbə, borcun cəmi məbləği 76890,47 manat, 16 sentyabr 2022- ci il tarixli, TZM0022015/04 saylımüqaviləsi üzrə borcunun məbləği 83900 manat əsas, 7103,12 manat faiz, 167,89 manat dəbbə, borcun cəmi məbləği 91171,01 manat və 23 sentyabr 2022-ci il tarixli, TZM0022015/05 saylı müqaviləsi üzrə borcunun məbləği 14405,08 manat əsas, 1279,71 manat faiz, 129,02 manat dəbbə, borcun cəmi məbləği 15813,81 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdehlər müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 07 sentyabr 2022-ci il tarixli, TZM0022015/02 saylımüqaviləsi üzrə 26217,66 manat əsas, 1452,13 manat faiz,cəmi 27669,79 manat, 13 sentyabr 2022-ci il tarixli, TZM0022015/03 saylı müqaviləsi üzrə 70845 manat əsas, 5974,6 manat faiz, 70,87 manat dəbbə, cəmi 76890,47 manat, 16 sentyabr 2022-ci il tarixli, TZM0022015/04 saylı müqaviləsi üzrə 83900 manat əsas, 7103,12 manat faiz, 167,89 manat dəbbə, cəmi 91171,01 manat və 23 sentyabr 2022-ci il tarixli, TZM0022015/05 saylı müqaviləsi üzrə 14405,08 manat əsas, 1279,71 manat faiz, 129,02 manat dəbbə, cəmi 15813,81 manat məbləğində pul tutulmalıdır.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1448 saylı məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə dair rəyində ekspertizaya təqdim edilmiş, işin 113-117-ci və 146-150-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli TZM0022015 nömrəli zaminlik müqavilələrinin zamin qrafalarındakı imzaların və 29 avqust 2022-ci il tarixli Cavabdeh1 MMC-nin X1 qərarında təsisçiər qrafasında Cavabdeh3 yazıları qarşısındakı imzanın Cavabdeh3 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur.
20. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/277 saylı rəyində xx.xx.2022-ci il tarixli TZM0022015/02 saylı razılaşmanın qeyd olunan şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən MMC-nin xx.xx.2023-cü il tarixə (iddia tələbi artırılan tarixə) iddiaçıya olan borcu 22.866,79 manat məbləğində, o cümlədən əsas borcu 21.619,53 manat, faiz illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 1247,26 manat, xx.xx.2022-ci il tarixli TZM0022015/03 saylı razılaşmanın qeyd oluan şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən MMC-nin xx.xx.2023-cü il tarixə (iddia tələbi artırılan tarixə) iddiaçıya olan borcu 71774,77 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 68.456,74 manat, faiz borcunun 00 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 3.318,03 manat, xx.xx.2022-ci il tarixli TZM0022015/04 saylı razılaşmanın qeyd oluan şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən MMC-nin xx.xx.2023-cü il tarixə (iddia tələbi artırılan tarixə) banka olan borcu 85.318,24 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 81.408,75 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcunu 3909,49 manat, xx.xx.2022-ci il tarixli TZM0022015/05 saylı razılaşmanın qeyd oluan şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən MMC-nin xx.xx.2023-cü il tarixə (iddia tələbi artırılan tarixə) banka olan borcu 14.765,28 manat məbləğində müəyyən edildiyi, o cümlədən əsas kredit borcunun 14.079,73 manat, faiz borcunun 00 manat, illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun 685,55 manat olması müəyyən edilmişdir.
21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-123/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia qismən təmin edilmiş, cavabdеhlər Cavabdeh1 MMC-dən, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 07 sentyabr 2022-ci il tarixli TZM0022015/02 saylı müqavilə üzrə 21619,53 manat əsas, 5% hesabı ilə 1247,26 manat faiz borcunun; 13 sentyabr 2022-ci il tarixli TZM0022015/03 saylı müqaviləsi üzrə 68456,74 manat əsas, 5% hesabı ilə 3318,03 manat faiz borcunun; 70,87 manat dəbbə pulunun; 16 sentyabr 2022-ci il tarixli TZM0022015/04 saylı müqavilə üzrə 81408,75 manat əsas, 5% hesabı ilə 3909,49 manat faiz borcunun, 167,89 manat dəbbə pulunun və 23 sentyabr 2022-ci il tarixli TZM0022015/05 saylı müqavilə üzrə 14079,73 manat əsas, 5% hesabı ilə 685,55 manat faiz borcunun və 129,02 manat dəbbə pulunun, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 501,55 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 07 sentyabr 2022- ci il tarixli TZM0022015/02 saylı, 13 sentyabr 2022-ci il tarixli TZM0022015/03 saylı, 16 sentyabr 2022-ci il tarixli TZM0022015/04 saylı və 23 sentyabr 2022-ci il tarixli TZM0022015/05 saylı müqavilələr üzrə tələb etdiyi əsas, faiz və illik 5% borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və illik 5%-lə tələb edilən borcdan aşağı, digər faiz borcu məbləğinin isə olmadığı müəyyən edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, 07 sentyabr 2022-ci il tarixli TZM0022015/02 saylı, 13 sentyabr 2022-ci il tarixli TZM0022015/03 saylı, 16 sentyabr 2022-ci il tarixli TZM0022015/04 saylı və 23 sentyabr 2022-ci il tarixli TZM0022015/05 saylı müqavilələr üzrə tələb olunan əsas, faiz və illik 5% borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərdə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə dəbbə pullunun tutulması ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə iddianın müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan faiz borcu məbləğləri hər 4 müqavilə üzrə yuxarı həddə müəyyən edildiyindən və ekspert rəyində daha aşağı həddi müəyyən edildiyinən, məhkəmə ekspert rəyinə əsasən müəyyən edilən məbləğlərin cavabdehlər MMC və üç zamindən tutulmasını qanuni və ədalətli hesab etmişdir.
26. Məhkəmə iddia tələbinin təmin Cavabdeh3 qarşı hissəsinə dair qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-4/1448 saylı məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə dair rəyində ekspertizaya təqdim edilmiş, işin 113-117-ci və 146-150-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli TZM0022015 nömrəli zaminlik müqavilələrinin zamin qrafalarındakı imzaların və 29 avqust 2022-ci il tarixli Cavabdeh1 MMC-nin X1 qərarında təsisçiər qrafasında Cavabdeh3 yazıları qarşısındakı imzanın Cavabdeh3 tərəfindən icra olunubolunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2022-ci il tarixində dövlət sərhədindən çıxmış və xx.xx.2022-ci il tarixində ölkəyə giriş etmişdir.
27. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, zaminlik müqaviləsində olan imzanın Cavabdeh3 tərəfindən icra olunması ekspert tərəfindən müəyyən edilməsi mümkün olmamış, digər tərəfdən müqavilənin imzalandığı xx.xx.2022- ci il tarixində (xx.xx.2022 - xx.xx.2022 tarixləri aralığında) ümumiyyətlə onun ölkə ərazisində olmamasına dair təqdim olunmuş sübut, məhkəmənin xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin və ümumi yığıncağın qərarının Cavabdeh3 tərəfindən imzalanmadığı qənaətinə gəlməyə əsas verir.
28. Məhkəmə, iddiaçının nümayəndəsinin “Cavabdeh3 xx.xx.2022-ci il tarixində ölkə ərazisində olmaması onunla zaminlik müqaviləsinin bağlanmaması anlamına gəlməməli, müqavilə sonradan da ona imzalatdırıla bilərdir” argumentini tamamilə qanunsuz və əsassız hesab etmişdir. Belə ki, müqavilənin bağlandığı tarix xx.xx.2022-ci il göstərilmişdir. Həmin tarixdə, hətta müqavilənin bağlanması istiqamətində etimal olunan aparılan danışıqlar zamanı belə Cavabdeh3 ölkə ərazisində olmamışdır. Kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi isə əgər Cavabdeh3 ilə bağlanmalı idisə, ən tezi xx.xx.2022-ci il (ölkəyə qayıtdığı) tarixi və ya daha sonrakı tarix müəyyən edilə bilərdi və baxmayaraq ki, kredit müqaviləsi tarixindən sonrakı tarix olsaydı belə zaminlik müqaviləsinin hüquqi mahiyyəti və ya etibarlılığı sübhə altına alınmazdı. Beləliklə, 29 avqust 2022-ci il tarixli TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsi və dörd razılaşmaların təminatı olaraq Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmamışdır.
29. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə iclaslarında Cavabdeh1 MMC-nin nümayəndəsi də zaminlik müqaviləsinin və MMC-nin X1 xx.xx.2022ci il tarixli qərarının təsisçilərdən biri olan Cavabdeh3 tərəfindən imzalanmaması faktına istinad edərək kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin, məhkəmə aşağıdakılara əsasən cavabdeh MMC-nin bu arqumentini tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, X2 qərarından görünür ki, cəmiyyətin payları təsisçilər arasında aşağıdaki kimi müəyyən edilmişdir: Cavabdeh5 – 25%, Cavabdeh4 – 25%, Cavabdeh2 – 15% və Cavabdeh3 – 35%. Həmin qərarı imzalayan və imzaları mübahisə predmeti olmayan təsisçilərin payları 65% təşkil edir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
30. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-123/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
31. Cavabdeh1 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 29 avqust 2022-ci il tarixli, TZM0022015 saylı “Maliyyələşdirmə limiti müqaviləsinin” əsasını X1 xx.xx.2022-ci il tarixli qərarı təşkil etmişdir. Sözügedən təsis yığıncağının qərarı etibarlı olmamış, təsisçilərin kredit müqaviləsi bağlamaq niyyəti olmamış və təsisçilərin imzaları saxtalaşdırılmışdır. Məhkəmə tərəfindən təsisçilərdən biri olan Cavabdeh3 imzasının saxta olduğu müəyyənləşdirilmişdir. Belə olan halda, digər təsisçilərin imzalarının saxta olduğuna əsaslı şübhələr olsa da, məhkəmə təsisçilərin paylarının həcmini nəzərə alaraq ümumi yığıncağın səlahiyyətli olması qənaətinə gəlmişdir. Digər tərəfdən ümumi yığıncaq səlahiyyətli olsa belə, yığıncağın qərarı əsasında yalnız 300.000 manat məbləğində kredit götürülməsi nəzərdə tutulmuş, iddiaçı tərəfindən verilmiş kreditin məbləği isə 400.000 manat təşkil etmişdir. Göründüyü kimi məhkəmə işin faktiki hallarını hərtərəfli araşdırmamış, ziddiyyətli məqamlara aydınlıq gətirməmiş, nəticədə cavabdehin əleyhinə əsassız qərar qəbul etmişdir. Təsis yığıncağının qərarı etibarlı olmamışdır. Belə ki, kreditin alınması üçün təsisçilərdən biri olan Cavabdeh4 tərəfindən saxta təsis qərarı imzalanmış, digər təsisçilərin bundan xəbəri və razılığı olmamışdır. X2 qərarında olan imzalar müvafiq olaraq saxtalaşdırılmış, əldə edilən vəsait mənimsənilmişdir. Məhkəmə iclası zamanı cavabdeh tərəfindən bu fakt dəfələrlə bildirilsə də, məhkəmə öz mülahizəsinə əsasən qeyd etmişdir ki, kredit müqaviləsinin etibarsız olması üçün əsas mövcud deyildir. Təsisçilərdən biri olan Cavabdeh4 tərəfindən saxtalaşdırılmış təsisçi qərarı əsasında imzalanmış müqavilədən və ödənişlərdən digər təsisçilərin heç xəbəri belə olmamışdır. Təsisçilərdən Cavabdeh3 və Cavabdeh2 tərəfindən müqavilənin sonradan bəyənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamış və bəyənmə ilə bağlı hər hansı sübuta yetirilmiş işin halı mövcud deyildir. Ödənişin alınması məhz sənədləri saxtalaşdıran keşmiş direktor Cavabdeh4 tərəfindən həyata keçirilmişdir. Cavabdeh4 hərəkətlərinin digər təsisçilər tərəfindən əqdin bəyənilməsi kimi qiymətləndirilməsi yolverilməzdir. Məhkəmə digər bir tərəfdən qeyd etmişdir ki, X2 qərarından görünür ki, həmin qərarı imzalayan və imzaları mübahisə predmeti olmayan təsisçilərin payları 65% təşkil edir. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətli olub-olmaması böyük şübhə altında olmaqla, məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmamışdır. Bununla yanaşı, cəmiyyətin ümumi yığıncağının qərarında 50 %-dən çox hissəsinə malik olan iştirakçıların iştirak etməsi ümumi yığıncağın qərarının etibarlı olması mənasına gəlmir. Çünki cəmiyyətin yığıncağının qərarı saxta imzalarla təsdiqlənmiş, formal olaraq təsisçilərin iştirakı görüntüsü yaradılmışdır. Beləliklə, aydın olur ki, keçmiş direktor Cavabdeh4 tərəfindən cinayət tərkibi yaradan sənəd saxtakarlığı icra olunmuş, təsis qərarlarına naməlum şəkildə şəxslərin əvəzindən imzalar çəkilmişdir. Bu halda səs çoxluğu əsasında təsis qərarına səsli payçıların səs faizi əsasında hüquqi qüvvə vermək ciddi qanun pozuntusudur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Cavabeh Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
33. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
34. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
35. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: (tərəflər arasında müqavilə münasibəti yaranan dövrdə qüvvədə olan redaksiya) 91.1-4-cü maddə-cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 354.2-ci maddə-bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddə-bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
36. Qətnamə Cavabdeh1 MMC tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-123/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 29 avqust 2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində cavabdeh bankdan xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 42.700 manat, xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 70845 manat, xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 83900 manat, xx.xx.2022-ci il tarixdə illik 12 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 16100 manat kredit götürülmüş, həmin kreditlər üzrə borclar tam ödənilmədiyindən bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməklə qalıq kredit borcunun məbləğini müəyyənləşdirərək iddianı qismən təmin etmişdir.
39. Cavabdeh1 MMC-nin 300.000 manat məbləğində kredit limiti olduğu halda iddiaçı tərəfindən verilmiş kreditin məbləğinin 400.000 manat təşkil etdiyinə (bankın limitdən artıq kredit verdiyinə) dair apellyasiya şikayətinin dəlili məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, işdən görünür ki, kredit limiti çərçivəsində 4 kredit sazişi üzrə verilmiş ümumi kredit məbləği 213545 manat olmuşdur.
40. Birinci instansiya məhkəməsi 29 avqust 2022-ci il tarixli, TZM0022015 saylı Maliyyələşdirmə limiti müqaviləsi bağlanarkən hüquqi şəxsin ümumi yığıncağının eyni tarixli protokolunun təsisçilərdən Cavabdeh3 tərəfindən imzalanmaması barədə cavabdehin etirazında istinad etdiyi halla bağlı düzgün olaraq qeyd etmişdir ki, bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, MM-nin 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli olduğundan 35 faiz paya malik Cavabdeh3 ümumi yığıncağın protokolunu imzalamaması digər 65 faiz payı olan təsisçilərin (Cavabdeh5 – 25%, Cavabdeh4 – 25%, Cavabdeh2 – 15%) iştirak etdiyi ümumi yığıncaqda qəbul edilmiş qərarın etibarsız sayılması üçün əsas ola bilməz.
41. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC-nin 29 avqust 2022-ci il tarixli protokolunu mübahisələndirmək hüququ (subyektiv hüquq) hüquqi şəxsin iştirakçısına (təsisçi Cavabdeh3) məxsus olduğu halda qeyd edilən protokol təsisçi tərəfindən hal-hazıradək mübahisələndirilmədiyindən qüvvədə olduğu üçün hüquqi şəxs bu əsasa istinad edərək kredit müqaviləsinin hüquqi şəxsin iradə ifadəsinə uyğun olmadığını iddia edə bilməz. İşdəki sübutlarla təsdiq olunur ki, MMC kredit məbləğlərindən istifadə etməklə və qismən ödənişlər həyata keçirməklə həmin müqavilələri etibarlı əqd olaraq qəbul etmiş, MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət ərzində 29 avqust 2022-ci il tarixli Maliyyələşdirmə limiti müqaviləsini mübahisələndirməmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-123/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-123/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.