Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-678/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1939/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 tərəfindən iddiaçı X10 MMC-yə hesablanmış 21375,80 manat borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı meyvə və tərəvəz konservləşdirilməsi istehsalı ilə məşğul olur. Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, cəmiyyətimizin qaz xətti üzərində quraşdırılmış G1000 markalı, 83052697 nömrəli turbin tipli “Elster” qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış və Cavabdeh X1 Departamenti ilə Azərbaycan Meterologiya İnstitutu tərəfindən xx.xx.2021-ci il tarixində SS № 29/1640- 01378 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt tərtib edilmişdir. Aktda texniki nasazlığa istinad olunaraq 2021-ci ilin mart, aprel, may və iyun ayları ərzində qaz sərfiyyatının faktiki göstərilən həcmindən 67554 kub metr az olduğu müəyyən edilmiş və buna müvafiq olaraq Cavabdeh Xaçmaz X11 İdarəsi tərəfindən Cəmiyyətimiz üçün 21375,80 manat borcu olduğu qənaətinə gəlmişdir. Bildirmək istərdik ki, cəmiyyətimizin qaz xətti əsas qaz xəttindən həmin ərazidəki digər müəssisə olan kərpic zavodu ilə birlikdə fəaliyyət göstərməkdədir. Yoxlama nəticələrinin obyektivliyinə əmin olmaq üçün Xaçmaz X11 İdarəsinin əməkdaşlarından qaz xəttinin mərkəzində yerləşdirilmiş ROK ölçü cihazının göstəricilərindən həmin aylarda Kərpic Zavodunun sərf etdiyi qaz həcmini çıxmaqla cəmiyyətin üzərinə düşən 4 aylıq sərfiyyatın verilməsi istənilmiş, rəsmi qaydada məktubla müraciət olunmuş, lakin bu günə qədər məktuba rəsmi cavab verilməmişdir. Belə olduğu təqdirdə qeyd olunan artıq sərfiyyatın və borcun əsassız olması ilə bağlı tərəfimizdə əsaslı şübhələr yaranır. Bununla bağlı tərəfimizdən Cavabdeh İB-nə xx.xx.2021-ci il tarixli, 50 nömrəli pretenziya məktubu ilə müraciət olunsa da, cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə tələblər təmin edilməmiş və bu istiqamətdə mötəbər və effektiv araşdırma aparılmamışdır. Bakı Kommersiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2-2(113)-1939/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı MMC-nin **********10010 nömrəli abonent koduna hesablanmış 21375,80 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X8 apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022, 2-2(113)-1939/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin yoxlama haqqında məlumatın reyestrə daxil etməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbuki, iddiaçının qaz sayğacı zavodun ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni zavodun ərazisinə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Mübahisə edilən məbləğ sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən hesablanmamışdır. Sayğacın texniki şərtlərə cavab verməməsi isə laboratoriyada müəyyən edilmişdir. Bu rəyə əsasən iddiaçı üçün uçotu pozulmuş qaz sərfinin miqdarı onun hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan laboratoriya rəyi, tərtib edilmiş aktlar, iddiaçıya verilən cavab məktubu, iddia ərizəsinə etiraz qiymətləndirilməmişdir. Məhkəmə qanunsuz yoxlamaya əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb əvəz edərkən zavodun ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar. İddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1939/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, **********10010 nömrəli abonent kodu olan X10 MMC barəsində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, iddiaçının qaz sayğacına baxış keçirilərkən Azərbaycan Respublikası DNŞ-nin xx.xx.2021-ci il tarixli SS29/1640- 01378 saylı rəyinə əsasən G1000 markalı 83052697 turbin tipli “Elster” qaz sayğacının impuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən 67554 m3 az olduğu aşkar edilmişdir. “X10 MMC-nin abonent saldosundan görünür ki, akt əsasında 2021-ci ilin avqust ayı üçün iddiaçıya 21375,80 manat borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli, SS 29/1640-01378 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, G1000 markalı 83052697 nömrəli turbin tipli “Elster” qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış, xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir: Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İşdəki laboratoriya rəyindən və abonent saldosundakı məlumatlardan görünür ki, İddiaçı MMC-nin turbin tipli “Elster” qaz sayğacının nasazlıq yaranmış, bu səbəbdən elektron göstərici düzgün işləməmişdir. Sayğacda yaranmış bu nasaslığın istehlakçının təqsiri nəticəsində baş vermədiyi işin mübahisəsiz halıdır. Belə olan halda qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyü halda cavabdeh bu hesablamanın qanuni əsasını göstərə bilməmişdir. Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət xx.xx.1998-ci ildə qəbul edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edilən Qanunda və Qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 5.2-ci maddəsinə qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçıdan ödənilməsini tələb edə bilməz. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, istehlakçı tərəfindən sayğaca müdaxilə edilmədiyi hallarda qazın dəyərinin yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanması nəzərdə tutulmuşdur. Abonent saldosundan görünür ki, istehlakçının hər ay istehlak etdiyi qaz sərfiyyatı, o cümlədən 2021-ci ilin iyul və avqust aylarının sərfiyyatı Cavabdeh İB tərəfindən hesablanaraq saldoda qeyd edilmiş, iddiaçı hər ay hesablanmış borca uyğun ödənişlər həyata keçirmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının qaz təchizatı sisteminə cavabdeh tərəfindən keçirilmiş baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi qanuni və əsaslıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə(elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla)bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Qaz təchizatı haqqında” Qanunun 5-ci maddəsinə əsasən sahibkarlıq subyektlərininqaz qurğularının müayinəsi və ona nəzarət“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydadahəyatakеçirilir. Qanunun 5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qanunun 5-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habeləqaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma)hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qaz sayğacı iddiaçının obyektindən kənar yerdə quraşdırıldığından sayğaca baxış sahibkarlıq sahəsində aparılan yoxlama kimi qiymətləndirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilmiş normaların tələblərini nəzərə alaraq hesab edir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalıdır. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, yoxlamanın hüquqi nəticəsi yoxdur. Buna görə də X10 MMC-nin **********10010 nömrəli abonent koduna xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 21375,80 manat məbləğində borc silinməsi barədə məhkəmənin mövqeyi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1939/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1939/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-678/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-678/2022
20.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver