Məhkəmə qərarları › İş №2-2(103)-678/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-678/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-678/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X14 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin direktoru X5, 3-cü şəxsin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-154/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. İddiaçı iləCavabdehn arasında xx.xx.2017-ci il və 13 yanvar 2021-ci il tarixlərində borc müqavilələri və xx.xx.2021-ci il tarixli borc müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli 01 saylı əlavə imzalanmışdır.

2. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC, İddiaçı qeyd edilmiş borc müqavilələri üzrə 2.443.499,36 manat borcunun olduğunu qəbul etmişdir

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətindən 21 iyul 2017-ci il və 13 yanvar 2021-ci il tarixli “Borc Müqaviləsi”nə əsasən cavabdehin ona olan borcu 2.443.499,36 (iki milyon dörd yüz qırx üç min dörd yüz doxsan doqquz manat 36 qəpik) manat pulun və ödənilmiş 2004 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-154/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır, hazırkı halda müqavilənin etibarsızlıq şərtləri tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdan irəli gəlir və bilavasitə bununla bağlıdır. Yəni zahiri baxımdan xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli borc müqavilələri qanunla müəyyən olunmuş formada bağlanmış olsada, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olması iş üzrə müəyyən edilmir. Borc müqaviləsinin bağlanmasının əsil səbəbi heç də Cəmiyyətin inkişafına kömək etmək məqsədi olmamışdır. Hazırkı iş üzrə də borc müqavilələrinin bağlanması ilə bağlı iradə ifadəsi sırf görünüş üçün olduğu, əslində əsl niyyətinin borc verilməsi ilə bağlı olmadığı işin halları ilə aşkar olunur. Həmçinin iddiaçı hüquqi şəxsin payçısı olaraq Mülki Məcəllənin müvafiq normalarına istinad edərək, hüquqi şəxsə vermiş olduğu pula mütənasib olaraq nizamnamə kapitalının və nizamnamə kapitalındakı payının artırılmasını tələb etmək hüququ vardır. Hüquqi şəxs yaradıldıqdan sonra, onların müvafiq olaraq sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün pul tələb olunur və bu qeyd edilən pul da, onun payçıları tərəfindən təmin edilir. Ancaq bir çox hallarda, hüquqlarının olmasına baxmayaraq, təsisçilər qoymuş olduqları əlavə pay haqlarına münasibətdə nizamnamə kapitalının və müvafiq olaraq da, paylarının artırılmasını tələb etmirlər. İddianın təmin edilməsi gələcəkdə, bütün hüquqi şəxslərin formal 5-10 manat nizamnamə kapitalı əsasında təsis edilərək, təsisçiləri tərəfindən hüquqi şəxsə borc verərək, xərcin və zərərin süni surətdə artırılması, hüquqi şəxsdən pulun məhkəmə qətnamələri ilə çıxarılaraq vergidən yayınma kimi nəticələrə gətirib çıxara bilər. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-154/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Birinci instansiya məhkəməsi için hallarını təhrif edərək, sübutları qərəzli qiymətləndirərək yanlız nəticəyə gəlmişdir. Belə ki, əvvəla, borc mənləğinin geri alınması ilə bağlı iddia tələbi üzrə heç bir əsas olmadan borc məbləğindən vergi tutulmalı olub-olmamasını aydınlaşdırmaq üçün iş üzrə vergi mütəxəssisi dəvət etmişdir. Vergi mütəxəssisi çıxışında qeyd etdi ki, əgər borcun mövcudluğu hüquqi müstəvidə təsdiqlənərsə, müəssisə tərəfindən xərcə salınaraq zərərlə çıxa, bununla da vergidən yayına bilərlər. Çox məntiqsiz bir yanaşmadır. Əvvəla, borc hüquqi müstəvidə tam təsdiqini tapmışdır və borc verilən məbləğ müəssisənin bank hesabına mədaxil olunmuş və hesabdan da Cəmiyyətin inkişafı ilə bağlı xərclənmişdir. Nəticə də 2017-2024-cü illər ərzində iddiaçı tərəfindən veriımiş 3.2 milyon manat borc pul vəsaiti və şəxsi nüfuzu hesabına müəssisəyə bankdan aldığı 3.8 milyon manat kredit hesabına müəssisənin qeyd olunan dövrdə 68 milyon satış dövriyyəsi olmuş, 6 milyon manatlıq xaricə məhsul satmış, 210 nəfər işçiyə ayda 250 000 manat əmək haqqi verilmiş, 8 000 000 manat Sosial sığorta ayirmaları, 11.8 milyon manat vergi, 9.1 milyon manat enerji daşıyıcılarına ödəniş edilmiş, müəssisənin xalis aktivlərinin məbləği 470 000 manatdan 2.3 milyon manatadək artmişdir. Bu göstəricilər borc müqaviləsinin Cəmiyyətin inkişafına nə dərəcədə xidmət etməsinin əyani sübutudur borc müqaviləsini digər əqdləri pərdələmək niyyəti ilə görnüş üçün bağlanılmasına dəlal edə bildiyini qeyd etmiş, lakin qeyd olunan borc müqaviləsinin hansı əqdi pərdələmək niyyəti ilə görünüş niyyətilə bağlandığını göstərməmiş, bu hallı sübut edən dəlilləri qeyd etməmiş, bu hala hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsinin də əqdin etibarsızlığına dair qanunvericilik normasını sadalamış, onun tələblərini qeyd etmiş, lakin bu normanın iddia tələbinə hər hansı bir aidiyyətini göstərməmiş, hansı əqdin etibarsızlığından danışdığı belə məlumdur. Daha sonra məhkəmə qətnaməsində şəxslərin əqd bağlayarkən iradə ifadəsinə dair qanunvericilik normasının tələbini sadalamış, yen də bu normanın iddia tələbi ilə hər hansı bir əlaqəsini göstərməmiş, bu xüsusata hüquqi qiymət verməmişdir. Eyni zamanda, məhkəmə qətnaməsində yalan əqdlərə dair mülki qanunvericilik normalarını, Plenum qərarlarını sadalamış, sanki hakim fikrini formalaşdıra bilmədiyindən qanunvericilik normalarını sadalamaqla söz yığını yaratmaq istəmişdir. Borc müqaviləsində yalan əqdin nədən ibarət olduğunu yanlışda olsa belə göstərə bilməmişdir. Borc müqaviləsi rəsmi sənədlərlə təsdiq edildiyi halda, qaytarılacaq borc məbləğindən vergi tutulması, bu müqavilənin yalan, uydurma, etibarsız əqd olmasını göstərməsi bu sahədə hakimin təcrübəsizliyinin əyani sübutdur. Məhkəmə qətnamənin sonunda qeyd etmişdir ki, borc müqaviləsinin bağlanmasının əsl səbəbi heç də Cəmiyyətin inkişafına kömək etmək məqsədi olmamış, müqavilənin bağlanması ilə bağlı iradə ifadəsi sırf görnüş üçün olduğu, əslində əsl niyyətin borc verilməsi ilə bağlı olmadığı işin halları ilə də aşkar olur. Lakin məhkəmə borc müqaviləsi bağlamağın əsl səbəbini, onun görnüş üçün bağlandığnın əsaslarını göstərməmiş, bunların nədən ibarət olduğunu əsaslandırmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı "xxxx" MMC-nin 37,5 faiz payçısıdır.İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il və xx.xx.2021-ci il tarixli Borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı 2017- 2023-cü illərdə hissəhissə cavabdehin hesabına rəsmi bank sənədləri ilə 3 138 889,36 manat pul köçürmüşdür. Həmin borc pul məbləğindən cavabdeh rəsmi qaydada 695 390 manat qaytarmış və 2 443 499,36 manat borc qalığı qalmışdır. Qeyd olunan borc məbləği xx.xx.2024-cü il tarixli üzləşmə akti ilə də təsdiq edilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir.Cavabdeh məhkəmə hazırlıq iclaslarında iddia tələbini, iddia məbləğini qəbul etmişdir.İşdə olan Məhkəmə mühasibat ekspertizasının xx.xx.2024-cü il tarixli 9\5816 saylırəyindən də görünür ki, bank hesabı vasitəsi ilə iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə 2 445 680,0 manat və kassa mədaxil orderi ilə 11 635.0 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli 008 saylı arayışdan və "xxxx"dan alınmış hesabdan çıxarışdan da görünür ki, iddiaçı ondan əvvəlki təsisçidən payını alarkən Cəmiyyətin keçmiş təsisçiyə olan 322 930 manat borcu da iddiaçıya keçmişdir.”PaşaBank”dan alınmış xx.xx.2025-ci il tarixli Hesabdan Çıxarışdan da görünür ki, iddiaçı MMC-nin bank kreditini bağlamaq üçün Banka 291 194,04 manat pul vəsaiti köçürmüşdür. İşdə olan 13 yanvar 2021-ci il tarixli Borc müqaviləsinə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavədən də görünür ki, iddiaçı ona hesablanmış 91295,86 manat dividentini də Cəmiyyətə borc qismində vermişdir. Beləliklə, tərəflər arasında borc müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, borc məbləği rəsmi qaydada Cəmiyyətin bank hesabına köçürülmüş, Cəmiyyət həmin məbləğdən istifadə edərək Cəmiyyətin fəaliyyətini inkişaf etdirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən etiraz daxil olmuşdur.

8. Etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanında olan uçot-məlumat bazasına əsasən "xxxx" MMC Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 2-ci Quşçuluq ərazisində metal məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin cari tarixə şəxsi hesab vərəqəsində dövlət büdcəsinə vergilər üzrə 1.452.545,27 manat, faizlər üzrə 527.559,99 manat olmaqla cəmi 1.980.105,26 manat borcu vardır. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2023-cü ilin nəticələri üzrə mənfəət vergisi bəyannaməsi məlumatlarında əsas vəsaitlərin dəyəri 1.712.927,07 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi borcu və ya ona hesablanmış faizləri, habelə vergi ödəyicisinə tətbiq olunan maliyyə sanksiyalarının tutulması məqsədilə ixtisaslaşdırılmış hərracda satışa çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. "xxxx" MMC-nin cinayət tərkibi yaradan borcu olduğundan hazırlanmış materiallar xx.xx.2024-cü il tarixli **********908300 nömrəli xidməti məktubla Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir (xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır). Bildiririk ki, təsisçi İddiaçı məhkəməyə edilmiş müraciətində vergidən yayınma sxemi riskinin olma ehtimalı mövcuddur. Belə ki, həmin müraciətdə əsas məqsədin müəssisənin balansında olan əsas vəsaitlərin vergilər üzrə borc məbləğinin ödənilməsinə yönləndirilmədən əvvəl təsisçinin sərəncamına verilməsinin nəzərdə tutulduğu ehtimal edilir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC-də (VÖEN: **********) xüsusilə külli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, X2 direktoru olduğu- 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, həmin müəssisədə kameral vergi yoxlaması ilə hesablanmış, 2022-ci ilin iyunavqust ayları üzrə 1.195.584,24 manat ƏDV, eləcə də cari bəyannamələrlə hesablanmış, 2022-ci ilin iyun, avqust, dekabr ayları üzrə 174.875,75 manat əlavə dəyər vergisi, 2022-ci ilin 3-cü-2023-cü ilin 1-ci rübləri üzrə 61.450,16 manat ödəmə mənbəyində tutulan vergi, 2022-cü ilin 3-cü-2024-cü ilin 3-cü rübləri üzrə 4.175,67 manat işsizlikdən sığorta haqları, 2022-ci ilin 4-cü-2024-cü ilin 3- cü rübləri üzrə 11.600,36 manat icbari tibbi sığorta haqları və 2022-ci ilin 1-ci, 3-cü-2024-cü ilin 3-cü rübləri üzrə 170.382,08 manat məcburi dövlət sosial sığorta haqları olmaqla, ümumilikdə, xüsusilə küli miqdar təşkil edən, 1.618.068,26 manat məbləğində vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılmışdır. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 1(118)-176/2025 nömrəli qərarı əsasına Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinin iddia ərizəsi əsasında cavabdeh "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 50.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 50.000,0 manat dəyərində siyahıya alınmış əmlakı satılması qərara alınmışdır. X15 Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsi iddia ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixə "xxxx" MMC tərəfindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 2.996,21 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000,0 manat dəyərində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə icraat həmin məhkəmədə davam etdirilir. Bundan başqa, iddiaçı "xxxx" MMC Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə barədə” xx.xx.2023-cü il tarixli **********598200 nömrəli, xx.xx.2022-ci il tarixli **********323700 nömrəli və xx.xx.2023-cü il tarixli **********601700 nömrəli qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-708/2024 nömrəli qərarı əsasında iddia təmin edilsə də, cavabdeh vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(105)-495/2025 nömrəli qərarı ilə təmin edilmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək iddia tələbi rədd edilmişdir. Bildiririk ki, iddiaçı "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixinə dövlət büdcəsinə vergilərlə bağlı 1.455.971,12 manat əsas və 529.105,16 manat faiz, işsizlikdən sığorta üzrə 4.523,61 manat əsas və 1.691,12 manat penya, MDSS üzrə 166.102,68 manat əsas və 57.399,49 manat penya, icbari tibbi sığorta haqları üzrə 10.186,40 manat əsas və 4.656,57 manat faiz borcları mövcuddur. Qeyd olunan borcların bir hissəsi üzrə "xxxx" MMC barəsində cinayət işi başlanılmış və istintaq aparılır, bir hissəsi "xxxx" MMC tərəfindən məhkəmədə mübahisələndirilir, qalan hissəsi ilə bağlı "xxxx" MMC-nin əmlakları siyahıya alınaraq vergi borcunun ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müvafiq iddia ərizələri təqdim edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi "xxxx" MMCnin vergi və digər məcburi ödənişlər üzrə dövlət büdcəsinə külli miqdarda borcları mövcuddur. Hazırkı mübahisəsiz iddianın məhkəmədə qaldırılması məqsədi isə dövlət büdcəsinə olan borcların ödənilməsinə mane olmaq və müəssisənin borcunun ödənilməsinin təminatı qismində çıxış edəcək əmlakların süni şəkildə digər şəxslərə olan borcların ödənilməsinə yönəldilməsidir. Bunlarla yanaşı bildiririk ki, iddiaçı tərəfindən sübut qismində təqdim edilən sənədlər qanunvericiliyə əsasən borcun verilməsi təsdiq edən sənəd qismində çıxış edə bilməz. Belə ki, iddia ərizəsinə borcun verilməsini təsdiq edən sübutlar qismində təqdim edilən sənədlərin heç biri qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənməmişdir. Eyni zamanda sübutlar içərisində ödəniş terminallarından alınan müəyyən qəzblər, qaimələr də mövcuddur ki, qeyd olunan sənədlərin borc verilməsini təsdiq etməsi qeyri-mümkündür və mühasibat uçotu haqqında qanunvericiliyinə ziddir. Qeyd olunanları nəzərə alaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini Sizdən xahiş edirik.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdehin direktoru X5 borcları olduqlarını, borcun bir qisminin qaytarıldığını,lakin, MMC fəaliyyət göstərmədiyindən borcu qaytara bilmədiklərini bildirdi.

11. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Həmkin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

31. Belə ki, İddiaçı ilə Cavabdehn arasında xx.xx.2017-ci il və 13 yanvar 2021-ci il tarixlərində borc müqavilələri və xx.xx.2021-ci il tarixli borc müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli 01 saylı əlavə imzalanmış, iddiaçı payçısı olduğu hüquqi şəxsə borc müqaviləsi üzrə 3.047.593,5 manat borc pul vermiş, sonradan da alacağı dividend məbləği olan 91.295,86 manat pulun xx.xx.2021-ci il tarixli borc müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli 01 saylı əlavə ilə hüquqi şəxsdə qaldığını, yekundan hüquqi şəxsin 3.138.889,36 manat borcun formalış və sonradan qeyd edilmiş məbləğdən 695.390 manat qaytarılaraq 2.443.499,36 manat borc qalmışdır.

32. Belə ki, İddiaçı Cavabdeh 37,5 faiz payçısı olsada 3.047.593,5 borc pul vermişdir.

33. 13 yanvar 2021-ci il tarixli Borc müqaviləsinə xx.xx.2021-ci il tarixli 01 saylı Əlavədən də görünür ki, iddiaçı ona hesablanmış 91295,86 manat dividentini də Cəmiyyətə borc qismində vermişdir.

34. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC, İddiaçı qeyd edilmiş borc müqavilələri üzrə 2.443.499,36 manat borcunun olduğunu qəbul etmişdir.

35. Təsisçi tərəfindən bank hesabına qoyulmuş vəsait haqqında xx.xx.02024-cü il tarixli arayışa əsasən, xx.xx.2017-ci il tarixdə X6 müəssisədə olan öz 50% payını İddiaçı satdığı üçün 322 930.00 manat vəsait İddiaçı olan borc kimi hesablanmışdır.

36. İş materillarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışa əsasən, 213525 (iki yüz on üç min beş yüz iyirmi beş ) manat pul "xxxx" MMC-nin müvafiq bank hesabına İddiaçı adından yatırılmışdır.

37. "xxxx"ın 3.02.2025-ci il tarixli Hesabdan Çıxarışdan da görünür ki, iddiaçı MMCnin bank kreditini bağlamaq üçün Banka 291 194,04 manat pul vəsaiti köçürmüşdür.

38. İş materillarına əlavə olunmuş, "xxxx" MMC tərərfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli arayışa əsasən, "Milan-A” MMC Metallurgiya sənayesi üzrə ixtisaslaşmış müəssisə olaraq, metal külçə və armatur istehsal etmişdir. Dövr ərzində müəssisənin satış dövriyyəsi 68.000.000 (altımış səkkiz milyon) manata yaxın olmuşdur ki bundan 6.000.000 (altı milyon) manatı eksport olmuşdur. xx.xx.2017-xx.xx.2024 - ci il dövrdə "xxxx" MMC nin həmtəsisçisi X7 tərəfindən müəssisənin genişləndirilməsi, inkişafı və eyni zamanda dövriyyə məqsədilə müəssisəyə 3.200.000 (üç milyon iki yüz min) manat vəsait yatırımı etmişdir. Bundan əlavə müəssiənin inkişafı məqsədilə, şəxsi nüfuzu hesabına, bankdan 3.800.000 (üç milyon səkkiz yüz min) manat kredit alınmasına nail olmuşdur. Müəssisədə orta olaraq 210 nəfər işçi çalışmış və hər ay orta hesabla 250.000 manat əmək haqqı, ümumilikdə 8.000.000 manat sosial sığorta ayırmaları (DSMF), dövlət büdcəsinə 11.800.000 manat vergi ödənilmişdir. Dövr ərzində müəssisənin xalis aktivlərinin məbləği 470.000 manatdan 2.300.000 manatadək artırılmışdır. Müxtəlif təhcizatçılardan 50000.000 manatdan artıq xammal material ahnmış və məhsul istehsalında istifadə etmişdir. Ümumilikdə 9.100.000 manat enerji daşıyıcılarına (qaz, elektrik enerjisi) ödəniş etmişdir. Hal hazırda müəssisənin X3 2.500.000 manat borcu vardır.

39. Məhkəmə iddia tələbini rədd edərkən borc müqaviləsinin bağlanmasının əsl səbəbinin heç də Cəmiyyətin inkişafına kömək etmək məqsədi olmaması, hazırkı iş üzrə də borc müqavilələrinin bağlanması ilə bağlı iradə ifadəsinin sırf görünüş üçün olduğu, əslində əsl niyyətinin borc verilməsi ilə bağlı olmadığının işin halları ilə aşkar olunması və təsisçilər tərəfindən hüquqi şəxsə borc verərək, xərcin və zərərin süni surətdə artırılması, hüquqi şəxsdən pulun məhkəmə qətnamələri ilə çıxarılaraq vergidən yayınma kimi nəticələrə gətirib çıxara bilər kimi əsaslandırması yuxarıda sadalanan rəsmi sənədlərlə təkzib olunur. Həmçinin məhkəmənin MMC ilə təsisçi arasında borc münasibətləri yaradaraq gələcəkdə müəssisənin vergidən yayınmaq məqsədi daşıması arqumenti isə hər hansı sübuta istinad etməmiş, əsaslandırma sadəcə mülahizələrdın ibarət olmuşdur.

40. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirmiş, lakin məhkəmə əsassız olaraq onun təqdim etdiyi sübutları mötəbər hesab etməmişdir. Nəticə olaraq işin faktiki halları düzgün müəyyən edilməmiş və yanlış nəticəyə gəlinmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, borc müqaviləsi üzrə ödənişlərini tam həyata keçirmədiyindən, iddiaçı hazırki halda borcun ödənilməsini tələb etməyə haqlıdır.

42. Beləliklə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və sübutlara uyğun olmamışdır. Qeyd edilən əsaslar məhkəmənin qətnaməsinin əsassız və qanunsuz olmasını göstərir. Ona görə qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.

43. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 2.443.499,36 manat məbləğində pul və 2004 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməlidir.

45. İddiaçı apellyasiya şikayətinin nəticə hissəsində dövlət rüsumunu və vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə əlavə etdiyi qəbzlə dövlət rüsumun ödəməsini təsdiq etmiş, lakin vəkil xərcinin məbləğinə və ödənilməsinə dair nə iddia ərizəsinə, nə də apellyasiya şikayətinə hər hansı sübut əlavə etməmişdir. Kollegiya qeyd edir ki, vəkil xərci ilə bağlı hissə təmin olunmamalı, apellyasiya şikayətinə görə ödənilmiş 1002 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-154/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2.443.499,36 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 2004 manat dövlət rüsumu İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 1002 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar