Məhkəmə qərarları › İş №2-2(103)-679/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-679/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-679/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar söz: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, ipotekanın qiyməti, ekspert rəyinin mötəbərliyi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-30/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2019-cu il tarixli, SMN-00011-08/19A saylı “Əsas Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə 60 (altmış) ay müddətinə, xx.xx.2024-cü il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 500 000 (beş yüz min) manat məbləğində kredit verə bilər.

2. Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borcalan) və Cavabdeh4 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli SMMGA0011- 08/19A saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2019-cu il tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoyur.

3. Bank "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borcalan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli SMMG-00011- 08/19A saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2019-cu il tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə borcalanın öhdəliklərinin icrasının təmin edillməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanlı 0,04 ha torpaq sahəsini ipoteka saxlayana ipotekaya qoyur.

4. Daha sonra "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2020-ci il tarixində xx.xx.2019-cu il tarixli, SMN-00011-08/19A saylı “Əsas Kredit Müqaviləsi”nə 1 nömrəli Əlavə Saziş, eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli SMMG- A0011- 08/19A və SMMG-00011-08/19A saylı ipoteka müqavilələrinə Əlavə sazişlər imzalanmışdır.

5. Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2020-ci il tarixli, BKX-00011-08/20A saylı “Əlavə Kredit Xətti Müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 18 (on səkkiz) faizlə 13 (on üç) ay müddətinə xx.xx.2021-ci il tarixədək bərpa olunan kredit xətti açır və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə krediti borcalanın mülkiyyətinə verir, borclan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2021-ci il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.

6. Daha sonra Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPZ-A0011-05/21A saylı “Əlavə Kredit Müqaviləsi” müqaviləsinə əsasən borcverən 250000 (iki yüz əlli min) AZN məbləğində krediti illik 18 (on səkkiz) faizlə 31 (otuz bir) ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən xx.xx.2020-ci il tarixli Əlavə Kredit Xətti Müqaviləsi üzrə mövcud borcların tam ödənilməsi məqsədi ilə istifadə etməyi və onu 6 (altı) ay güzəşt müddəti daxil olmaqla xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

7. Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPZZ-B0011-05/21A saylı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPZZ-A0011-05/21A saylı “Zaminlik Müqaviləsi”nə əsasən, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli, RPZ-A0011-05/21A saylı “Əlavə Kredit Müqavilə”si üzrə borcalanın (Cavabdeh3 MMC) öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

8. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

9. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə Cavabdeh3 MMC-nin banka əsas borc məbləği 224.676,33 manat, faiz borcu 34.600,11 manat, cərimə borcu 11.233,82 manat, cəmi 270.510,26 manat təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli rəyə əsasən Cavabdeh3 MMC-nin iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə olan əsas borcu 224.676,30 manat, faiz borcu isə 34.600,16 manat müəyyən olunmuşdur.

11. "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin bazar qiyməti 115.000, likvid qiyməti 100.000 manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11E ünvanında yerləşən mənzilin bazar dəyəri 380.000, likvid dəyəri 340.000 manat dəyərində müəyyən edilmişdir.

12. xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 16 saylı Mediasiya təşkilatına ödənmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki ilk icraat

13. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Cavabdeh4 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli RPZ-A0011- 05/21A saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 224.676.33 manat, faizlərin məbləği 34.600,11 manat, dəbbə borcu 11.233,82 manat olmaqla ümumilikdə 270.510,26 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 160.51 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat rüsumun cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank "xxxx" ASCnin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC iddiaçıyla 05 mart 2019-cu il tarixli, SMMG-A0001-08/19A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11E, giriş-1, mənzil 23 ünvanlı əmlaka və Cavabdeh1 və Cavabdeh3 MMC iddiaçıyla bağlanmış 05 mart 2019-cu il tarixli, SMMG-00001-08/19A sayıl ipoteka müqaviləsi üzrə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanlı 0.04 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMCdən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 şəxsində 05 mart 2019-ci il tarixli SMN-00011-08/19Asaylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 500000 (beş yüz min) manat məbləğində krediti 60 (altmış altı) ay müddətinə Cavabdeh3 MMC-nin mülkiyyətinə verə bilər, Cavabdeh3 MMC isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və əlavə müqavilələr bağlamaqla 05 mart 2024-cü il tarixinədək faizilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 şəxsində xx.xx.2020-ci il tarixli, BKX-00011-08/20A saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 250000 (iki yüz əlli min) manat məbləğində krediti 13 (on üç) ay müddətinə xx.xx.2021-ci il taxirədək Bərpa olunan kredit xətti açır və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə krediti cavabdehin mülkiyyətinə verir, cavabdeh isə həmin kreditdən Biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2021-cil il tarixədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürür. İddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 şəxsində xx.xx.2021-ci il tarixli, RPZ-A0011-05/21A saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 250000 (iki yüz əlli min) manat məbləğində krediti illik 18 (on səkkiz) faizlə 31 (otuz bir) ay müddətinə cavabdehin öhdəsinə verir, cavabdeh isə xx.xx.2020-ci il tarxili BKX-00011- 08/20A saylı Əlavə kredit müqaviləsi üzrə mövcud borcların tam ödənilməsi məqsədi ilə istifadə etməyi və onu 6 (altı) ay güzəşt müddəti daxil olmaqla xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda, 05 mart 2019cu il tarixli, SMN-00011-08/19A saylı kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC iddiaçıyla 05 mart 2019-cu il tarixli, SMMG-00001-08/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanlı 0.04 ha torpaq sahəsi ipotekaya qoymuşlar. 05 mart 2019-cu il tarixli, SMN-00011- 08/19A saylı kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC iddiaçıyla 05 mart 2019-cu il tarixli, SMMG-A0001-08/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11E, giriş-1, mənzil 23 ünvanlı əmlak ipotekaya qoymuşlar. Kreditin təminatı qismində Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçıyla RPZZ-B0011-05/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur.

15. Cavabdeh2 məhkəməyə ərizə göndərərək, iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZZ-B0011-05/21A nömrəli zaminlik müqaviləsinə xitam verilməsi əsası ilə ona qarşı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 30/2025 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilərək xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən, əsas borc üzrə 224.676 (iki yüz iyirmi dörd min altı yüz yetmiş altı) manat, 33 (otuz üç) qəpik, faiz borcu üzrə 34.600 (otuz dörd min altı yüz) manat, 11 (on bir) qəpik, cərimə borcu üzrə 11.233 (on bir min iki yüz otuz üç) manat, 82 (səksən iki) qəpik olmaqla, cəmi 270.510 (iki yüz yetmiş min beş yüz on) manat, 26 (iyirmi altı) qəpik məbləğində pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 160 (bir yüz altmış) manat 51 (əlli bir) qəpik məbləğində pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 150.7 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 340.000 (üç yüz qırx min) manat müəyyən edilməklə və Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə ilkin satış qiymətinin 100.000 (bir yüz min manat) müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 17.1. 17.1. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 17.2. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. 17.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. 17.4. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. 17.5. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. 17.6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə Cavabdeh3 MMC-nin banka əsas borc məbləği 224.676,33 manat, faiz borcu 34.600,11 manat, cərimə borcu 11.233,82 manat, cəmi 270.510,26 manat təşkil edir. 17.7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2854/2023 saylı qərardına əsasən təyin olunmuş məhkəməmühasibatlıq ekspertizasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli rəyə əsasən Cavabdeh3 MMC-nin iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə olan əsas borcu 224.676,30 manat, faiz borcu isə 34.600,16 manat müəyyən olunmuşdur. 17.8. Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır. 17.9. Məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.2023- cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh2 cavabdeh kimi göstərmişdir. 17.10. Bütün qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 224.676,30 manat, faiz borcu üzrə 34.600,11 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. 17.11. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır. 17.12. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. 17.13. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 34.600,11 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir. 17.14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 107/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1ci küçə, 5-ci döngə, 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin bazar qiyməti 115.000, likvid qiyməti 100.000 manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11E ünvanında yerləşən mənzilin bazar dəyəri 380.000, likvid dəyəri 340.000 manat dəyərində müəyyən edilmişdir. 17.15. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 150.7 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 340.000 (üç yüz qırx min) manat müəyyən edilməklə və Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə ilkin satış qiymətinin 100.000 (bir yüz min manat) müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir. 17.16. Məhkəmə həmçinin hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz. 17.17. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 16 saylı Mediasiya təşkilatına ödənmişdir. 17.18. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. 17.19. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160,51 manat və bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 qəpik məbləğində pul da cavabdehlərdən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. 17.20. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat məbləğində pul da müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. 17.21. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəməmühasibatlıq Ekspertizasının keçirilməsi xərci 100 manat təşkil edir. Ona görə də, 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

18. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 269.5, 317.1, 462.1, 470.1, 472.1, 472.2 739.1, 741-ci maddələrini, . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarını tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 30/2025 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-A0011-05/21A nömrəli “Əlavə Kredit Müqaviləsi”nə əsasən bank tərəfindən sonuncuya illik 18 faiz olmaq şərtilə 31 ay müddətinə 250.000 manat kredit vəsaiti verilmişdir. Sözügedən müqavilənin təminatı qismində bankla məhz həmin tarixdə RPZZ-B0011- 05/21A nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin sözügedən öhdəliyin təminatı qismində çıxış etməsi müqavilənin 1.2-ci bəndi ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixli RPZ-A0011- 05/21A nömrəli “Əlavə Kredit Müqaviləsi”nin müddəti xx.xx.2024-cüil tarixdə bitmişdir. Müqavilə müddətinin bitməsinin üzərindən 1 ildən artıq vaxt keçdikdən sonra bank tərəfindən iddia irəli sürülmüşdür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsinə görə isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Elektron məhkəmə sistemindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 2023-cü ilin may ayının 11-də baxılması üçün məhkəməyə təqdim edilmişdir. İlkin iddia tələbi məhkəməyə ünvanlanarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbləri tamamilə pozulmuşdur. Belə ki, iddia ərizəsinin giriş hissəsində cavabdeh qismində Cavabdeh2 adı əlavə edilməsinə baxmayaraq ərizənin nəticə hissəsində ona qarşı hər hansı tələb yönəlməmişdir. Məhkəmə isə buna baxmayaraq iddia ərizəsini geri qaytarmadan icraata götürmüşdür. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim edilənədək Cavabdeh2 iddia tələbi üzrə məhkəmə iclaslarında iştirakı təmin olunmamış eyni zamanda iddia tələbinə dair hər hansı münasibəti öz əksini tapmamışdır. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilərək digər cavabdehlərlə birgə Cavabdeh2 da müştərək qaydada borcun tutulması məhkəmə qaydasında tələb edilmişdir. Ehtimal olunur ki, məhkəmə tərəfindən ilkin iddia tələbində Cavabdeh2 qarşı hər hansı iddianın irəli sürülməməsinə iddia tələbinin dəyişdirilməsinə dair ərizə məhkəməyə təqdim edilənədək diqqət yetirilməmişdirsə artıq həmin anda yəni dəqiqləşmə ərizəsi verilən anda prosessual qanunvericinin tələblərinin pozularaq müraciət edilməsi məhkəməyə də bəlli olmuşdur. Belə olan təqdirdə isə məhkəmə iş üzrə iddia ərizəsinin baxılmamış saxlanmasına dair qərardad qəbul etməli olduğu halda tam əksinə 2 ilə yaxın müddət keçdikdən sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni icraata qəbul etmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 30/2025 nömrəli qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə borc məbləğini müəyyən edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli rəyə əsaslanılmışdır. Halbuki, həmin rəylə tərəf razılaşmamış və bu barədə məhkəmə prosesi ərzində məhkəmə informasiya sistemindəki şəxsi elektron kabinet vasitəsilə təkrar maliyyəmühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş, rəylə razılaşmadığının konkret əsasları göstərilmiş, lakin məhkəmə tərəfindən həmin vəsatətə ümumiyyətlə baxılmamışdır. Təkrar ekspertiza təyin edilməsi barədə vəsatətdə ekspertiza qarşısında sualların qoyulması təklif edilmiş, iş üçün xüsusilə əhəmiyyət kəsb edən həmin sualların aydınlaşdırılması istiqamətində məhkəmə tərəfindən heç bir tədbir görülməmişdir. Halbuki, sözügedən ekspertiza rəyi bankın təqdim etdiyi, birtərəfli qaydada tərtib edilmiş qeyri-obyektiv, mülki qanunveriicliyin tələblərinə zidd olan maliyyə sənədlərini demək olar ki, mexaniki olaraq təkrarlarmışdır. Mülki qanunvericiliyin istinad olunan normalarından aydın olur ki, bank tərəfindən müqavilə üzrə məbləğin birdəfəlik tələb hüququnun yarandığı zaman borclu tərəfindən edilmiş ödənişlər ilk növbədə onun üçün daha ağır olan tələbə, yəni əsas borca yönəldilməli, daha sonra qalan məbləğdən faizlər çıxılmalı idi. Halbuki, hazırki mülki iş üzrə iddiaçının təqdim etdiyi maliyyə arayışı, ödəniş cədvəlləri və s. sənədlərdən göründüyü kimi sözügedən kredit müqaviləsi üzrə borclunun ödənişlərinin 34 000 (otuz dörd min) manata yaxın ödənilmiş pul vəsaitləri Mülki Məcəllənin 440-cı və 741-ci maddəsində göstərilmiş ardıcıllıqla ümumi borc məbləğindən silinməmiş, borc qanunamüvafiq qaydada hesablanmamışdır. Nəticədə süni şəkildə və əsassız olaraq şişirdilmiş faizlərdən ibarət olan pul tələbi iddiaçı tərəfindən irəli sürülmüşdür. Müvafiq eksertiza rəyində isə qeyd olunan xüsusatlar ümumiyyətlə nəzərə alınmamışdır. Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014cü il tarixli qərarında göstərilmişdir ki, "Banklar haqqında" Qanunun 36.6-cımaddəsinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Yəni borc öhdəliyi qismən icra olunduqda borc öhdəliyinin qalıq məbləği ilə yanaşı, həmin borc üzrə yaranmış faiz məbləği də müvafiq qaydada azalır. Eyni zamanda hazırki mübahisəli ekspert rəyində müvafiq kredit müqaviləsinə əsasən borcalan tərəfindən ödənilmiş pul vəsaitinin borcverən tərəfindən müqavilə şərtlərinə uyğun silinib-silinməməsi və nə qədər əsas, faiz və cərimə borcuna görə silinməli olması barədə suala ümumiyyətlə münasibət bildirməmişdir. Başqa sözlə ötən müddət ərzində borcalanın apardığı ödənişlərin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq silinməsi məsələsi ekspert tərəfindən təftiş edilməmiş, bankın təqdim etdiyi birtərəfli ödəniş cədvəli və maliyyə arayışındakı hesablamalar əsassız olaraq mötəbər sənəd kimi qəbul edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bununla yanaşı, məhkəmə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli hesabata əsasən müəyyən etmişdir. Halbuki, həmin hesabat ümumiyyətlə ekspert rəyi hesab olunmadığından, bilə-bilə yalan rəy verməklə bağlı rəyi verən şəxs iltizamlandırılmadığından və müvafiq prosessual tələblərə cavab vermədiyindən sübut kimi qəbul edilə bilməzdi və ən yaxşı halda mütəxəssis rəyi kimi nəzərə alına bilərdi ki, bu da sübut hesab edilmir. Bununla yanaşı, məhkəmə əsas borc üzrə 224.676 (iki yüz iyirmi dörd min altı yüz yetmiş altı) manat, 33 (otuz üç) qəpik, faiz borcu üzrə 34.600 (otuz dörd min altı yüz) manat, 11 (on bir) qəpik məbləğ tənasübsüz surətdə yüksək və ədalətsiz cərimə borcu, yəni 11.233 (on bir min iki yüz otuz üç) manat, 82 (səksən iki) qəpik məbləğ hesablamışdır. Bu isə kifayət qədər yüksək məbləğdir və kreditora əsassız varlanma üçün şərait yaradır. Həmçinin, mübahisəli qətnamədə məhkəmə xərcləri və müvafiq dövlət rüsumlarının da düzgün bölgüsü aparılmamış, həmin xərclər və rüsumlar iddia tələbinin təmin olunan hissəsinə mütənasib qaydada deyil, bütövlükdə cavabdehlərdən tutulmasını qət etmişdir ki, bu da prosessual qanunvericiliyin tələblərinə ziddir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı məhkəməyə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə ərizə təqdim edərək cavadehlərdən yalnız Cavabdeh2 münasibətdə iddia tələbindən imtina etdiyini bildirmiş, məhkəmənin qərar qəbul edilən zaman həmin hissədə iddiadan imtinanın nəzərə alınmasını xahiş etmişdir.

24. Cavabdeh2 məhkəməyə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, şikayəti üzrə apellyasiya icraatına xitam verilməsinə xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

28. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

29. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

32. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

33. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

39. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

“İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun:

40. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

41. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

42. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

43. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

47. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

50. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

54. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçının “iddiadan qismən imtina edilməsi barədə” ərizəsi üzrə “ İddiaçı "xxxx" ASC-nin “xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən, əsas borc üzrə 224.676 (iki yüz iyirmi dörd min altı yüz yetmiş altı) manat, 33 (otuz üç) qəpik, faiz borcu üzrə 34.600 (otuz dörd min altı yüz) manat, 11 (on bir) qəpik, cərimə borcu üzrə 11.233 (on bir min iki yüz otuz üç) manat, 82 (səksən iki) qəpik olmaqla, cəmi 270.510 (iki yüz yetmiş min beş yüz on) manat, 26 (iyirmi altı) qəpik məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 160 (bir yüz altmış) manat 51 (əlli bir) qəpik məbləğində pulun, bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pulun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh2 müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi” tələbi üzrə işin icraatına xitam verilməsi barədə” qərardad qəbul etmişdir.

57. Həmçinin Kollegiya tərəfindən Cavabdeh2 “apellyasiya şikayətindən imtina edilməsi barədə” ərizəsi üzrə “Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinasının qəbul edilməsi və Cavabdeh2 münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə”qərardad qəbul edilmişdir.

58. Bu kontekstdə hazırda apellyasiya baxışının predmetini xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən, əsas borc üzrə 224.676 (iki yüz iyirmi dörd min altı yüz yetmiş altı) manat, 33 (otuz üç) qəpik, faiz borcu üzrə 34.600 (otuz dörd min altı yüz) manat, 11 (on bir) qəpik, cərimə borcu üzrə 11.233 (on bir min iki yüz otuz üç) manat, 82 (səksən iki) qəpik olmaqla, cəmi 270.510 (iki yüz yetmiş min beş yüz on) manat, 26 (iyirmi altı) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 160 (bir yüz altmış) manat 51 (əlli bir) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMCdən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 150.7 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 340.000 (üç yüz qırx min) manat müəyyən edilməklə və Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə ilkin satış qiymətinin 100.000 (bir yüz min manat) müəyyən edilməklə yönəldilməsi, açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməsi, məhkəməmühasibatlıq ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi təşkil edir.

59. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən şikayət vermədiyindən, iddia təmin edilməyən hissədə yoxlanılmır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

60. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsi hazırda apellyasya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

62. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, borcun düzgün hesablanmaması ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

64. Apellyatorun ödənişlərin əsas və faiz borcundan düzgün ardıcıllıqla silinməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsinə aid ödəniş cədvəlindən müəyyən edilir ki, ödənişlərin anuitet qaydada aparılması razılaşdırılmışdır. Bu qayda aylıq ödənişə həm əsas borcun bir hissəsinin, həm də əsas borcun qalığına əsasən hesablanmış faiz borcunun ödənilməsini nəzərdə tutur. Ödənişlərin qrafik üzrə aparılmaması isə əsas borc qalığının azalmaması və faiz borcunun artmasına səbəb olur. Ona görə də, müqavilə üzrə faiz borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu ilə bağlı dəlillər əsassızdır.

65. Kollegiya apellyatorların şikayətinin ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsini də əsassız hesab edir. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırki işə tətbiq edilən 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən görünür ki, müvafiq qiymətlər birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi əsasında müəyyən olunmuşdur və apellyatorlar əmlakların dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyləri təqdim etməmişlər.

66. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, 2019-cu ildə bağlanmış ipoteka müqavilələrində müəyyənləşdirilən qiymətlərlərə müqayisədə, qiymətləndiricinin müəyyənləşdirdiyi qiymətlər real qiymətə uyğun olmayan hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin ipoteka predmetinin müqavilənin bağlandığı tarixdən keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin azalması deyil, əksinə, artmasının daha real və ağlabatan olduğundan ipoteka predmetinin likvid dəyərinin müqavilə üzrə, habelə mütəxəssis rəyində nəzərdə tutulmuş məbləğdən daha aşağı qiymətə müəyyən olunmasının məqsədəmüvafiq olmaması barədə gəldiyi nəticə tam əsaslıdır.

67. Kollegiya apellyatorun məhkəmə tərəfindən dəbbə pulunun yüksək müəyyən edilməsi barədə dəlilinə də qiymət verərək qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

68. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.

69. Məhkəmə kollegiyası məhkəmə xərclərinin iddianın təmin edilən hissəsinə mütənasib bölünməməsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, iddiaçı iddia ərizəsində ümumilikdə 270.510,2565 (224.676,33 əsas borc + 34.600,11 faiz borcu və 11.233,82 manat cərimə borcu) manat pulun tutulması tələb etmiş, məhkəmə 270.510,26 (224.676,33 əsas borc + 34.600,11 faiz borcu və 11.233,82 manat cərimə borcu) manat hissəsində təmin etmiş, “ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması” hissəsində iddia tələbini rədd etmişdir.

70. Beləliklə, birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsinə mütənasib olaraq məhkəmə xərclərini cavabdehlərdən tutulması barədə düzgün qərara gəlmişdir.

71. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

73. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-30/2025 nömrəli qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə, yəni “xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən, əsas borc üzrə 224.676 (iki yüz iyirmi dörd min altı yüz yetmiş altı) manat, 33 (otuz üç) qəpik, faiz borcu üzrə 34.600 (otuz dörd min altı yüz) manat, 11 (on bir) qəpik, cərimə borcu üzrə 11.233 (on bir min iki yüz otuz üç) manat, 82 (səksən iki) qəpik olmaqla, cəmi 270.510 (iki yüz yetmiş min beş yüz on) manat, 26 (iyirmi altı) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 160 (bir yüz altmış) manat 51 (əlli bir) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 150.7 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 340.000 (üç yüz qırx min) manat müəyyən edilməklə və Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 5-ci döngə, 13 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə ilkin satış qiymətinin 100.000 (bir yüz min manat) müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Məhkəməmühasibatlıq ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar