Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-68/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: kredit borcu Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(113)-64/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Bank ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bank xidmətlərinin göstərilməsinə dair X2nun xx.xx.2020-ci il tarixində xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02949LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müddətsiz olaraq bağlanmışdır.
2. xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı kredit müqaviləsinə əsasən kreditor ( Paşa Bank ASC) Azərbaycan Respublikasının X1 15 dekabr 2020-ci il tarixli ZM- 389/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə Borcluya 30.150 manat məbləğində illik 15% 24 ay müddətinə kredit verir. Müqavilə tərəflərin elektron imzası ilə imzalanmışdır.
3. xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı kredit müqaviləsi üzrə müştərinin Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, DGS**********63 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. xx.xx.2022-ci il tarixli OnGTC-02949LE/2019 saylı razılaşma çərçivəsində Bank ilə arasında xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən müştəriyə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% olmaqla, 100.000 manat məbləğində birdəfəlik krеdit verilmişdir. Ərizə tərəflərin elektron imzası ilə təsdiq edilmişdir.
5. DC00278993-04 saylı kredit müqaviləsi üzrə müştərinin bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, DG**********26 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - DC00278993-04 saylı kredit müqaviləsinə əsasən 95.038,25 manat əsas borc, 23.022,46 manat faiz borcu, 11.050,75 manat cərimə borcu olmaqla, cəmi 129.111,46 manat təşkil edir, gecikmə günü - 626. - DCS00278993-02 saylı kredit müqaviləsinə əsasən 12.060 manat əsas borc, 5.291,38 manat faiz borcu, 1.336,24 manat cərimə borcu olmaqla, cəmi 18.867,62 manat təşkil edir, gecikmə günü – 616.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən və Cavabdeh2 DC00278993-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 95.038,25 manat əsas borc, 23.022,46 manat faiz borcu, 11.050,75 manat cərimə borcu olmaqla, cəmi 129.111,46 manat məbləğində borcun, DCS00278993-02 saylı kredit müqaviləsinə əsasən 12.060 manat əsas borc, 5.291,38 manat faiz borcu, 1.336,24 manat cərimə borcu olmaqla, cəmi 18.867,62 manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 39 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02949LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Qeyd olunan X2 çərçivəsində tərəflər arasında xx.xx.2021-ci il tarixli DC00278993- 04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 17% olmaqla xx.xx.2022-ci il tarixədək 100.000 (yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmçinin Bank ilə Borcalan "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli DC00278993-02nömrəli kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 “15” dekabr 2020-ci il tarixli ZM- 389/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 30,150 manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan "xxxx" MMC arasında bağlanmış müqavilələr üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, DG**********63 saylı və xx.xx.2021-ci il tarixli, DG**********26 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan müqavilələr üzrə öhdəliklərini icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş, nəticədə borcu yaranmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-64/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı kredit müqaviləsi üzrə 12.060 (on iki min altmış) manat əsas borc, 5.291 (beş min iki yüz doxsan bir) manat 38 (otuz səkkiz) qəpik faiz borcu və 600 (altı yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 17.951 (on yeddi min doqquz yüz əlli bir) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul, xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı maliyələşdirmə üçün ərizəyə əsasən 95.038 (doxsan beş min otuz səkkiz) manat 25 (iyirmi beş) qəpik əsas borc, 23.022 (iyirmi üç min iyirmi iki) manat 46 (qırx altı) qəpik faiz borcu və 4500 (dörd min beş yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 122.560 (yüz iki min beş yüz altmış) manat 71 qəpik məbləğində pul, ümumilikdə 140.512 manat 09 qəpik məbləğində pul müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6005 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli DC00278993- 04 saylı kredit müqaviləsi üzrə əsas borcu 95.038,25 manat, faiz borcu 15.078,86 manat, xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı kredit müqaviləsi üzrə əsas borcu 30.150 manat, faiz borcu 4.050,18 manat müəyyən edilmişdir. 11.. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlərin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyində qeyd edilmiş olan məbləğlər iddiaçı tərəfindən ilkin nüsxədə iddia ərizəsində göstərmiş olduğu məbləğlə tam üst-üstə düşmüşdür. Belə olan halda isə, məhkəmə hesab etmişdir ki, Bank tərəfindən iddia tələbinin həcmini azaldaraq təqdim etdiyi ərizədə göstərilmiş əsas və faiz borcu məbləğləri əsaslıdır.
13. Məhkəmə son olaraq qeyd etmişdir ki, işin hallarından görünür ki, cavabdehlərin DC00278993-04 saylı müqavilə üzrə 95,038.25 manat əsas borcuna münasibətdə iddiaçı 11.050,75 manat, DCS00278993-02 saylı kredit müqaviləsinə əsasən 12.060 manat əsas borcuna münasibətdə 1.336,24 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğlər əsas borca mütənasib deyildir və cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin DC00278993-04 saylı müqavilə üzrə 4.500 manat, DCS00278993-02 saylı kredit müqaviləsi üzrə 600 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-64/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbləri həddindən artıq şişirdilmiş məbləğləri əks etdirir. İddiaçının təqdim etdiyi maliyyə arayışı və ekspertin gəldiyi nəticələr ilə cavabdehlərin ödədiyi məbləğlər arasında kəskin fərqlər mövcuddur. Buna baxmayaraq məhkəmə yenidən ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti rədd etmişdir. Cavabdeh2 ödədiyi məbləğ ilə İddiaçı ASC tərəfindən verilən maliyyə arayışı və məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri üst-üstə düşmür. İddiaçı cavabdehlərə münasibətdə əsas borc və faiz borcunu şişirdərək öhdəliyin icrasına maneçilik törətməklə yaranan vəziyyətdən süni şəkildə faydalanmağa çalışır. xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə vəsatət verərək məhkəmə-mühasibatlıq ekspertizasının yenidən təşkil olunmasını xahiş etmişdir. Belə ki, İddiaçı ASC-nin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və digər Cavabdeh2 iddiası üzrə iddiaçının tələbləri həddindən artıq şişirdilmiş məbləğləri əks etdirir. İddiaçının təqdim etdiyi maliyyə arayışı və ekspertin gəldiyi nəticələri ilə cavabdehlərin ödədiyi məbləğlər arasında kəskin fərqlər mövcuddur. Buna baxmayaraq məhkəmə yenidən ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti rədd etmişdir. Eyni zamanda ayrı-ayrılıqda cavabdehlər "xxxx" MMC və Cavabdeh2 nə qədər əsas borcu və faiz borcu olduğunu müəyyənləşdirmək zərurəti vardır. Bu səbəbdən yenidən məhkəmə-mühasibatlıq ekspertizasının təşkil olunması labüddür.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddə- (əvvəlki redaksiyada) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddə- borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə- əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə cavabdehlər tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-64/2023 nömrəli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək cavabdehlər "xxxx" MMC və Cavabdeh2 İddiaçı ASCnin xeyrinə 02 saylı müqavilə üzrə 3034,19 manat, 04 saylı müqavilə üzrə 14403,59 manat məbləğində faiz borcu tutulmalıdır.
21. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında DCS00278993-02 saylı və DC00278993-04 saylı kredit müqavilələri üzrə yaranmışdır.
22. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı maliyələşdirmə üçün ərizəyə əsasən 95.038 manat 25 qəpik əsas borcu qəbul edirlər. Cavabdehin nümayəndəsi həmin müqavilə üzrə faiz borcunu və DCS00278993-02 saylı müqavilə üzrə əsas və faiz borcunu qəbul etmədiyini, DCS00278993-02 saylı müqavilə üzrə ödənişlərin cərimə borcu üzrə silindiyini göstərmişdir.
23. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərkən cavabdehlərin müqavilə üzrə faiz borcunun xx.xx.2022-il tarixədək hesablanması barədə sual qoyulmuşdur. Halbuki işdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq məkubunda məktubunda əlavə edilmiş əlavədə qeyd edilmiş gecikdirilmiş borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kreditin geri qaytarılması və kredi müqaviləsinin ləğvi üçün məhkəmədə iddia qaldırılacağı qeyd edilmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərdən hər iki müqavilə üzrə bütün kredit borcunun tutulmasını tələb etdiyindən qarşı tərəfə müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini bildirmişdir.
24. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
25. Qeyd edilən qərarı nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə faiz borcu iddia qaldırıldığı tarixədək, yəni xx.xx.2022-ci il tarixədək hesablanmalıdır.
26. İşə apellyasiya qaydasında əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, DC00278993-04 saylı kredit müqaviləsi üzrə faiz borcu xx.xx.2022-ci il tarixə 14403,59 manat təşkil etmişdir.
27. İddiaçı tərəfindən təqdim edilmiş 04.04,2024-cü il tarixli maliyyə arayışından görünür ki, DCS00278993-02 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə faiz borcu 3034,19 manat olmuşdur. Həmin müqavilə üzrə bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən edilmişdir ki, ödənişlər yalnız faizlər üzrə silinmiş, cərimə üzrə silinmə olmamışdır.
28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə müqavilə üzrə faizlərin tutulması hissəsində dəyişdirilərək faizlər müqavilənin ləğv edilməsi barədə iddia qaldırıldığı tarixədək tutulmalıdır.
29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 64/2023 nömrəli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək cavabdehlər "xxxx" MMC və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli DCS00278993- 02 saylı müqavilə üzrə 3034,19 manat, xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı müqavilə üzrə 14403,59 manat məbləğində faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-64/2023 nömrəli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı müqavilə üzrə 3034,19 manat, xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı müqavilə üzrə 14403,59 manat məbləğində faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 100 manat ekspertiza xərci cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.