Məhkəmə qərarları › İş №2-2(103)-681/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-681/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-681/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı faktorinq üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1126/2021 saylı qətnaməsindən (hakim Z.Axundova) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddiaçı tərəfdən iddia tələbinin həcminin artırılması barədə ərizə verilərək, cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 İDK0373/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9646,92 manat əsas borc, 181,88 manat faiz borcu, 1976,28 manat cərimə borcu olmaqla, cəmi 11805,08 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1126/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İDK0373/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9646,92 manat (doqquz min altı yüz qırx altı manat doxsan iki qəpik) əsas borc, 181,88 manat (yüz səksən bir manat səksən səkkiz qəpik) faiz borcu, 300 (üç yüz) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 26 manat olmaqla, cəmi 10154,8 manat (on min yüz əlli dörd manat səksən qəpik) məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun 4 (dörd) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, apelyasiya şikayətində Mülki Məcəllənin 404.1, 404.3, 324.1, 325.1-ci maddələrinə, eləcə də MPM-in 218.1, 385 və 389-cu maddələrinə istinad edərək məhkəmə tərəfindən aralarında bağlanmış müqavilə şərtlərinin düzgün təfsir edilmədiyini göstərmiş, bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1126/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması 23.06.2021-ci il tarixə təyin edilmiş, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də onların məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1126/2021 saylı qətnaməsi Cavabdeh1nə aid hissədə və borcun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 15.10.2019-cu il tarixli İDK0373 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi imzalanmış və bank tərəfindən cavabdehə bu müqavilə əsasında 15.04.2021-ci il tarixinədək, hər bir maliyyələşdirmə zamanı təqdim edilən hesab fakturaların sayı 1-9 olmaqla maliyyələşmə məbləği 30000 manat məbləğindən az olduqda 13.50%, 30000 manata bərabər və artıq olduqda 12.50%, hər bir maliyyələşdirmə zamanı təqdim edilən hesab fakturaların sayı 10 və daha çox olmaqla, maliyyələşmə məbləği 30000 manat məbləğindən az olduqda 14.50%, 30000 manata bərabər və artıq olduqda 12.50% olmaqla 40.000 manat məbləğində krеdit limiti açılmışdır. İşin hallarından görünür ki, qeyd edilən müqavilə əsasında Cavabdeh1 MMC ilə Maraqlı şəxs arasında bağlanmış 02.08.2019-cu il tarixli 007/19 saylı alqı-satqı müqaviləsi maliyyələşdirilmişdir. İş materiallarında olan 26.12.2019-cu il tarixli, İDK0373/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən satıcı Cavabdeh1 MMC ilə alıcı Maraqlı şəxs MMC arasında bağlanmış 02.08.2019-cu il tarixli 007/19 saylı alqı-satqı müqaviləsi üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə Cavabdeh1 MMC-yə Bank tərəfindən 24.02.2020-ci il tarixinədək illik faiz dərəcəsi 14,50% olmaqla, 9646,92 manat məbləğində krеdit limiti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 15.10.2019-cu il tarixli, ZF0266 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalanın bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 04 mart 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri İDK0373/06 saylı kredit müqaviləsinə əsasən 9646,92 manat əsas borc, 181,88 manat faiz borcu, 1976,28 manat cərimə borcu olmaqla, cəmi 11805,08 manat təşkil edir. İş materiallarındakı 21.01.2021-ci il tarixli məktubdan görünür ki, cavabdehə, alıcı Maraqlı şəxsnə və zaminə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndində qeyd edilir ki, bu müqavilə əsasında kreditləri verilməsi və qaytarılması hər bir “Maliyyələşdirmə üçün ərizə”nin şərtlərinə uyğun olaraq həyat keçirilməlidir. Müqavilənin 5.1.2-ci bəndində qeyd edilir ki, maliyyələşdirilmiş müqavilə üzrə pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, bankın həmin məbləğin müştəri (Cavabdeh1 MMC) tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək, həmin məbləği müştərinin bütün hesablarından akseptsiz qaydada silmək və ya məhkəmə qaydasında tələb etmək hüququ vardır. Müqavilənin 5.4.5-ci bəndində qeyd edilir ki, müqavilə ilə “Maliyyələşdirmə üçün ərizə” ilə müəyyən olunan illik faizləri və komisiyyaları müvafiq qaydada banka ödəmək müştərinin vəzifələrinə aid edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1-ci, 386-cı, 655-ci, 442, 443.1, 448.1-ci, 470, 472-ci maddələrinə istinad edərək, müqavilə şərtlərinə görə zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıdığını, cavabdehlərin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyini və müqavilə üzrə öhdəliyə əsasən yaranmış borcun ödənilməsinin təmin edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan tam təmin edilməlidir. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri məhkəmə tərəfindən düzgün təfsir edilməmişdir. Lakin cavabdeh apelyasiya şikayətində müqavilənin hansı şərtinin məhkəmə tərəfindən düzgün təfsir edilmədiyini göstərmədiyindən məhkəmə apelyasiya şikayətinin bu dəlilini formal mülahizə hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1126/2021 saylı qətnaməsi Cavabdeh1nə aid hissədə və borcun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1126/2021 saylı qətnaməsi Cavabdeh1nə aid hissədə və borcun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar