Məhkəmə qərarları › İş №2-2(103)-681/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-681/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-681/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmənin 07 may 2025-ci il tarixli, e-2-2(113)-484/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 17399.84 (on yeddi min üç yüz doxsan doqquz manat səksən dörd qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 01 cavabdehdən xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 20299.84 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-484/2025 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək olan müddət üçün yaranmış 20299.84 (iyirmi min iki yüz doxsan doqquz manat səksən dörd qəpik) manat məbləğində borc tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-484/2025 saylı qərardadı ilə Prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 484/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni geri qaytarılması ilə bağlı qərar qəbul edərkən qətnaməni Cavabdeh xəbərnaməli poçt zərfi ilə qeydiyyatda olduğu ünvana (Bakı şəhəri,Nərimanov rayonu,Həsənoğlu 10,m.119) göndərilmiş və xx.xx.2025-ci il tarixində xəbərnaməli poçt qəbzi ilə rəsmi qaydada verildiyini bildirmişdir. Həmçinin, qərardada göstərilir ki, iş materiallarında iş üzrə cavabdehə göndərilən bildirişlər də həmin ünvana göndərilmiş və cavabdehə çatdırılmışdır və MPM-in 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən,yəni xx.xx.2025-ci il tarixindən başlayaraq hesablanmalıdır. Lakin, MPM-nin135.2-ci maddəsinə əsasən: Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Belə ki, mənə şəxsən hər-hansı məhkəmə sənədi (qətnamə ya da bildiriş) verilməmişdir və bunun barədə xəbərnaməli poçt qəbzində ya da digər sənəddə imza etməmişəm. Belə halda xx.xx.2025-ci il tarixli, e-2-2(113)-484/2025 saylı qətnaməsinin rəsmi qaydada verilmiş hesab edilməsi əsassız və qanunsuzdur. -Bundan başqa, qərardadda Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə qətnamənin yerləşdirilməsi göstərilmişdir. Lakin qətnamənin Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməsi ilə bağlı heç bir məlumat (SMS, bildiriş və s.) almamışdım. Həmçinin, qeyd etmək lazımdır ki, şəxsi elektron kabinetdə ilk bildiriş xx.xx.2025-ci il tarixdə (apellyasiya şikayətimi göndərəndən sonra) gəlmişdir. Bu fakt, xx.xx.2025-ci il tarixli, e-2-2(113)-484/2025 saylı qətnaməsinin elektron kabinetimdə yerləşdirildiyi barədə onun məlumatsız olduğumu təstiq edir. Beləliklə, yuxarıda göstərənlərdən məlum olur ki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət xx.xx.2025-ci il tarixdən (yəni qətnaməni məhkəməyə əyani müraciət edib aldıqdan sonra) hesablanaraq, buraxılmamış hesab edilməlidir. xx.xx.2025-ci il tarixli, e-2-2(113)-484/2025 saylı qətnaməsinin Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməsi ilə bağlı heç bir məlumat (SMS, bildiriş və s.) almamışdım. Həmçinin, qeyd etmək lazımdır ki, şəxsi elektron kabinetdə ilk bildiriş xx.xx.2025-ci il tarixdə (apellyasiya şikayətimi göndərəndən sonra) gəlmişdir. Bu fakt, xx.xx.2025-ci il tarixli, e-2-2(113)-484/2025 saylı qətnaməsinin elektron kabinetimdə yerləşdirildiyi barədə onun məlumatsız olduğumu təsdiq edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə görə aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-484/2025 saylı qətnaməsi xəbərnaməli poçt zərfi ilə cavabdehin qeydiyyatda olduğu ünvana (Bakı şəhəri, Nərimanov rayonu,Həsənoğlu 10,m.119) göndərilmiş və xx.xx.2025-ci il tarixində xəbərnaməli poçt qəbzi ilə rəsmi qaydada verilmişdir. İş materiallarından görünür ki, iş üzrə cavabdehə göndərilən bildirişlər də həmin ünvana göndərilmiş və cavabdehə çatdırılmışdır. Odur ki, MPM-in 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən, yəni xx.xx.2025-ci il tarixindən başlayaraq hesablanmalıdır. Beləliklə, işin yuxarıda göstərilən halları ilə müəyyən edilir ki, Cavabdeh hazırkı apellyasiya şikayətini qətnamədən rəsmi qaydada aldıqdan 2 ay 25 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməklə həmin qətnamədən apellyasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. Müddətin bərpa edilməsi üçün Cavabdeh istinad etdiyi hallar isə apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən obyektiv amillər olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü səbəbi hesab edilə bilməz. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Üzrlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-2-2(113)-484/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar