Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-683/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər X3 və Cavabdeh1 qarşı lizinq müqaviləsinin ləğv edilməsi, avtomobilin mülkiyyətçiyə qaytarılması, müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-1225/2022 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər X3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/2814/İLİZ saylı X6nin xitam olunması, İddiaçı MMC-yə məxsus 1 (bir) ədəd, 2017-ci il buraxlışı olan, markalı, mühərrik WBAJA510X0B233799 “BMW 530İ” minik markalı **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/2814/İLİZ saylı X6nə əsasən yaranmış 66.664,22 manat məbləğində əsas borc, 16.142 manat məbləğində mükafat borcu 677,79 dəbbə pulu, cəmi 83.484,01 manat məbləğində lizinq borcunun, iddiaçı tərərəfindən ödənilmiş 400 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərcin cavabdeh X1 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/2814/İLİZ saylı X6nə əsasən İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1 (bir) ədəd, 2017-ci il buraxlışı olan, “BMW 530İ” markalı, mühərrik WBAJA510X0B233799 nəqliyyat vasitəsini X2 istifadəsinə vermişdir. Müqavilənin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi rəsmiləşdirilmişdir. Sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 121.539 manat təşkil edir. Bu ümumi məbləğdən 42.539 manat lizinq verənin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində əsasən hər ay 2.532,07 manat ödəniş etməli idi. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23% olmaqla 48 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən hər ay 2.532,07 manat olmaqla ödəniş etməli olduğu təqdirdə xx.xx.2021-ci il tarixdən etibarən heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530İ” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdeh X4 və onun zamini ilə əlaqə saxlanılaraq şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin bir tərəfli qaydada xitam olunması və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə kommersiya məhkəməsinə müraciət ediləcəyi bildirilmişdir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1225/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/2814/İLİZ saylı X6nin ləğv edilməsi, lizinq obyekti olan 1 (bir) ədəd, 2017-ci il buraxılışı olan mühərrik WBAJA510X0B233799 “BMW 530İ” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə qaytarılması, cavabdehlər X1 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli 06/2814/İLİZ saylı X6 üzrə 19.880 manat məbləğində əsas borc, 16.142 manat məbləğində mükafat borcu, 677,79 manat məbləğində dəbbə pulu, cəmi 36.699,79 manat məbləğində pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı MMC -yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1225/2022 nömrəli qətnaməsinin iddianın tələblərinin rədd edildiyi hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi tam, şərtləndirilmiş vaxtda və məbləğdə icra etməli olduğu halda icra etməmişdir. Cavabdehin qalıq borcu ilə bağlı məhkəmə özü hesablama aparmış və tələbi qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 88, 97.1-ci maddələri pozulmuş, məhkəmə iddiaçının təqdim etdiyi sübutlarla cavabdehin iddiaçıya iddia ərizəsində qeyd edilən məbləğdə borcu olduğunu müəyyən etdiyi halda, təqdim edilmiş sübutu səhv qiymətləndirirərək əsas borcla mükafat məbləğini əsassız yerə azaltmışdır. Məhkəmə riyazi hesablama aparmaq əvəzinə ekspertiza təyin etməli idi. Çünki xüsusi biliyə aid olan məsələ idi. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, xx.xx.2022-ci il tarixə təxirə salınmış, cavabdehlərə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan 2017-ci il buraxılışlı olan, BMW 530İ markalı, mühərrik, ban № WBAJA510X0B233799 avtomobil X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixdə 06/2814/İLİZ nömrəli Daxili X6 əsasında ona lizinqə verilmiş, İddiaçı MMC (lizinq verən) ilə X4 (lizinq alan) və Cavabdeh1 (zamin) arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, 06/2814/İLİZ saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 lizinq alan tərəfindən öhdəlik icra edilmədiyi halda öhdəliyin onun tərəfindən icra ediləcəyinə zəmanət vermişdir. xx.xx.2020-ci il tarixli daxili X6nə əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 48 ay müddətində hər ay cəmi (əsas və faiz məbləğlə birlikdə) 2532,07 manat məbləğində lizinq ödənişləri edilməli idi. xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə 06/2814/İLİZ nömrəli daxili X6 üzrə lizinq alan X4 tərəfindən əsas borcdan 12.335,78 manat, mükafatdan 15.568,33 manat, cərimədən 24,89 manat olmaqla cəmi 27.929 manat ödəniş edilmiş və hal-hazırda xx.xx.2022-ci il tarixə yaranmış borcu 66.664,22 manat əsas borc, 16.142 manat mükafat borcu, 677,79 manat cərimə borcu olmaqla, cəmi 83.484,01 manat təşkil edir. Maliyyə arayışına əsasən lizinq alan tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Lizinq ödənişləri həyata keçirilmədiyindən iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehlərə müqaviləyə xitam veriləcəyi və borcların məhkəmə qaydasında tələb ediləcəyi barədə pretenziya göndərmiş, ödəniş təmin edilmədiyindən xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lizinq müqaviləsinin 11.1.4-cü yarımbəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya iki dəfədən artıq ödənişi gecikdirirsə lizinq verən lizinq obyektini geri almaq və bununla da müqaviləyə xitam vermək hüququ vardır. 11.3.-cü bəndinə əsasən lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci, 747.1ci, 748-1.12-ci maddələrinə istinad edərək iddiaçının əsas borcun tutulması ilə bağlı tələb istisna olmaq digər tələblərini tam təmin edilmiş, əsas borcun tutulması ilə bağlı hissədə isə iddiaçı 66.664,22 manat məbləğində əsas borcun (qrafik üzrə bütün məbləğin) tutulmasını xahiş etdiyi halda məhkəmə bu tələbi qismən-19.880 manat borcun tutulması hissəsində təmin etmişdir. Məhkəmə əsas borcla bağlı hissədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, lizinq alanın öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar lizinq müqaviləsi məhkəmə qaydasında ləğv edildiyindən və lizinq obyektinin lizinq verənə qaytarılması qət edildiyindən lizinq alanın həmin müqavilədən irəli gələn lizinq obyektindən istifadə etmək və eyni zamanda lizinq ödənişlərini tam ödədikdən sonra həmin lizinq obyektini əldə etmək hüquqlarına xitam verilmişdir. Mülki Məcəllənin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə qeyd edilən normaya istinad edərək hesab etmişdir ki, İddiaçı MMC hazırkı iddia ərizəsində bütün lizinq müddəti üçün hesablanmış lizinq ödənişləri üzrə əsas məbləğin (yəni lizinq obyektinin tam dəyərinin) ödənilməsinə dair tələb irəli sürərkən onun mülkiyyətində qalmış lizinq əmlakının qalıq dəyərini və qənaət edilmiş digər xərcləri nəzərə almamışdır. Buna görə də iddianın əsas borcla bağlı hissədə tam təmin edilməsi İddiaçı MMC-nin lizinq müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə artıq gəlir etməsinə, bununla da əsassız varlanmasına səbəb olacaqdır. Mülki Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edilən normaya istinad edərək hesab etmişdir ki, müqavilə ləğv edildikdən sonra tərəflərin həmin müqavilə üzrə öhdəlikləri xitam olunduğundan lizinq verən yalnız müqavilənin ləğv edildiyi tarixədək yaranmış öhdəliklərin (əsas və faiz borcunun) icrasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, lizinq alandan yalnlz müqavilənin ləğv edilməsi barədə iddia qaldırıldığı tarixədək, yəni 25 aylıq müddət üçün lizinq ödənişlərinin həyata keçirilməsi tələb oluna bilər. Lizinq alanın hər ay 2532,07 manat ödəməli olduğu nəzərə alınarsa 25 ay üçün ödənilməli olan ümumi məbləğ (əsas borc və lizinq mükafatı) adi riyazı hesablama ilə 63301,75 manat təşkil edir. 25 ay üçün lizinq alan tərəfindən ödənilməli olan lizinq ödənişlərinin ümumi məbləğinin hesablanması xüsusi riyazı bilik tələb etmədiyindən məhkəmə tərəfindən nu hesablamanın həyata keçrilməsi üçün iş üzrə ekspertiza təyin edilməli olduğuna dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Lizinq alan tərəfindən ödənilmiş 27.929 manat ödəniş 25 ay üçün ödənilməli olan 63301,75 manatdan çıxıldıqda qalıq borc məbləğinin 35372,75 manat olduğu müəyyən olunur. Birinci instansiya məhkəməsi hesab səhvinə yol verərək cavabdehin qalıq borcunun əsas borc və lizinq mükafatı ilə birlikdə 36022 manat təşkil etməsi barədə nəticəyə gəlsə də, qətnamə cavabdehlər tərəfindən deyil, iddiaçı tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edildiyi hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1225/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1225/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-683/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-683/2022
27.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver