Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-683/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 521/2024 nömrəli qətnaməsindən cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 7.674,33 manat əsas borc, 1.444,22 manat faiz borcu, 100 manat mediasiya xərci və 11,19 manat dövlət rüsumunun müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-521/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 7.674 (yeddi min altı yüz yetmiş dörd) manat, 30 (otuz qəpik, faiz borcu üzrə 329 (üç yüz iyirmi doqquz) manat, 66 (iyirmi iki) qəpik olmaqla, cəmi 8.003 (səkkiz min üç) manat, 96 (doxsan altı) qəpik məbləğində pul Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-521/2024-023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırda iddia qismən təmin edildiyindən iddianı əsas və faiz borcu hissəsində mübahisələndirir. Hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-9/1290/2024 saylı ekspert rəyində qeyd olunan xüsusatlarla razı deyil. Ekspert rəyində əsas borc üzrə 7.674.30 manat, faiz borcu 329.66 manat müəyyən edilmişdir. Hesab edir ki, təyin olunmuş əsas və faiz məbləği çox qeyd edilmişdir. Ekspert araşdırma aparan zaman tərəfindən banka edilən ödənişləri nəzərə almamış, nəticədə eksper rəyində qeyd olunan əsas və faiz borcu çox qeyd edilmişdir. Göründüyü kimi məhkəmə bütün subutları araşdırmadığından, həmçinin kredit borcu ilə bağlı ekspertiza düzgün keçirilmədiyindən və məhkəmə tərəfindən borc məbləğinə düzgün qiymət verilmədiyindən qətnamə qanuni və əsaslı ola bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
8. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
9. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, əsas və faiz borcu barədə apellyasiya şikayətinin dəliləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mahiyyəti üzrə düzgündür.
13. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit razılaşmasına əsasən borcalan xx.xx.2023-cü ilədək illik 20 % ödəmək şərti ilə aldığı 30000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməlidir.
14. Borcalan Cavabdeh3 Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli 40HUZAM115606202 saylı, Bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 40HUZAM115607301 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit və zaminlik müqavilələri tərəflərin imzaları və bankın möhürü ilə təsdiq olunmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bankla Cavabdeh3 arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul Cavabdeh3 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehin əsas borc üzrə 7.674,33 manat, faiz borcu üzrə 1.444,22 manat olmaqla, cəmi 9.118,55 manat borcu vardır.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-521/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas və faiz borcunun və hal-hazıradək edilmiş ödənişlər nəzərə alınmaqla əsas borcun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-9/1290/2024 saylı ekspert rəyinə əsasən Cavabdeh3 Banka 24 aprel 2023-cü il tarixə əsas borc üzrə 7.706,26 manat, faiz borcu üzrə 329,99 manat olmaqla, cəmi 8.035,92 manat borcu vardır.
19. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara kompleks halda qiymət verərək hesab etmişdir ki, iddia faiz borcu hissəsində qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 7.674,3 manat, faiz borcu üzrə 329,66 manat olmaqla, cəmi 8.003,96 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənməlidir.
20. Göründüyü kimi məhkəmə əsas borcla bağlı ekspert rəyini deyil, iddia tələbində göstərilən məbləği əsas götürmüş, faiz borcunu isə ekspert rəyində müəyyən edilmiş məbləği əsas götürmüşdür. Ekspert rəyində faiz borcu iddia göstəriləndən daha aşağı olmuşdur. Ödənişlərin nəzərə alınmaması şikayətdə qeyd olunsa da, cavabdehin Qanuni nümayəndə müvafiq sübutu məhkəməyə təqdim etməsi görünmür. Ona görə apellyatorun əsas borcun və faiz borcunun düzgün hesablanmaması dəlili heç bir sübutla möhkəmləndirilmədiyindən əsasız hesab edilməlidir. Məhkəmə düzgün və qanuni nəticəyə gəlmişdir.
21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-521/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.