Məhkəmə qərarları › İş №2-2(103)-684/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-684/2023

13.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-684/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh LPO ASC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3676/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh ASC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 61.880 ABŞ dolları və 111.206,77 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(81)-2246/2015 saylı qətnaməsi ilə "xxxx" ASC-nin məcburi qaydada ləğv edilməsi barədə qətnamə qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(82)-2481/2015 saylı qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 61880,96 ABŞ dolları və 111206,77 manat pulun tutulması qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1494/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, Cavabdeh ASC müflis elan edilmiş, iflas proseduruna başlanılması qərara alınmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-2481/2015 saylı xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir. Cavabdehin nümayəndəsinin ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3676/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı həmin qərardaddan şikayət vermiş, eyni zamanda müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-3676/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3676/2022 saylı qərardadından "xxxx" ASC tərəfindən şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası haqqında ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-3676/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3676/2022 saylı qərardadından cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməmiş, iş materialları işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-576/2023 saylı qərardadı ilə cavabdeh LPO "xxxx" ASC-nin şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3676/2022 saylı qərardadının ləğv edilməsi, iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3676/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi qərara alınmışdır. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3676/2022 saylı qərardadından verilmiş şikayətə baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə işə baxılarkən, qətnamə qəbul olunarkən bankın müflis elan olunmasına dair qərar yox idi və hətta müflis olunma barədə məhkəməyə müraciət olunmamışdır. Hazırkı iş üzrə qəbul olunmuş qətnamə Banka rəsmi olaraq 2015-ci ildə təqdim olunmuş və həmin dövrdə bank öz prosessual hüquqlarından istifadə etməmişdir. Onlara məlum olmayan səbəblərdən sonradan məhkəmə qanuni qüvvəsini almış qətnaməsini ləğv edərək işə yenidən baxmış və nəticədə icraata xitam verilməsi barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Cavabdeh olan Bank sözügedən qiyabi qətnaməni rəsmi olaraq 2015-ci il tarixdə almış və ondan şikayət verməmiş, icra mərhələsində iştirak etmiş və hətta hərracdan satılmış əmlakla bağlı Nəsimi rayon Məhkəməsində baxılan işdə tərəf olmuşdur ki, bu da onu təsdiqləyir ki, cavabdehin qiyabi qətnamədən 2022-ci ildə yox 2015-ci ildən məlumatı olmuşdur. İş materiallarında qiyabi qətnamənin 2015-ci ildə cavabdehə çatdırılması barədə poçt sənədləri mövcuddur. Pul tələbinə dair işə baxılarkən bank ləğvetmə mərhələsində deyildi və hətta müflis elan olunma barədə məhkəməyə müraciət olunmamışdı, bank öz fəaliyyətini normal davam etdirirdi. Məhkəmənin bankın ləğvetmə mərhələsində olmasına istinad edərək icraata xitam verilməsi barədə qərardad qəbul etməsi qanunsuz və əsassızdır. Buna görə də qərardad ləğv olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-3676/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3676/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Banklar haqqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2 və 72.1.3-cü maddələrə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəmsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, o, hazırki mübahisəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həll edə bilər. İddiaçının cavabdehin qiyabi qətnamədən 2022-ci ildə deyil, elə 2015-ci ildən məlumatlı olmasına münasibətdə isə kollegiya qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-3676/2022 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzlənmişdir. Həmin qərardaddan isə şikayət nəzərdə tutulmamışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.5, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli e-2-2(113)-3676/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar