Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-684/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, e-2-2(113)-136/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, X2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı müqaviləsi üzrə 391687,91 manat əsas, 18885,47 manat faiz, 28180,05 manat dəbbə, cəmi 438753,43 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı müqaviləsi üzrə 631561,42 manat əsas, 36645,33 manat faiz, 42835,99 manat dəbbə, cəmi 711042,74 manat, 01 mart 2022ci il tarixli, TZM0022005/003 saylı müqaviləsi üzrə 482979,82 manat əsas, 24852,68 manat faiz, 32908,04 manat dəbbə, cəmi 540740,54 manat (bütün tələblərin cəmi 1690536,71 manat) məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 1235 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barəd barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, e-2-2(113)-136/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 birgə qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 391687,91 manat əsas borc, 7229,70 manat faiz borcu, 15000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 631561,42 manat əsas borc, 29139,85 manat faiz borcu, 25000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 482979,82 manat əsas borc, 18151,10 manat faiz borcu, 19000 manat dəbbə pulu, ödənilmiş 1325 manat dövlət rüsumu, ümumilikdə 1621074,80 (bir milyon altı yüz iyirmi bir min yetmiş dörd manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən ərizə göndərilmiş, apellyasiya şikayəti verildiyi üçün şikayətin mümkünlüyünə baxılması məqsədilə işin apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(103)-684/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-684/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver