Məhkəmə qərarları › İş №2-2(103)-686/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-686/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-686/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(81)-1434/2015 saylı qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası FHN X1 Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi Tədqiqat və X2 Materialları İnstitutu cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2008-ci il tarixdə bağlanılmış 08/08 saylı müqavilə və xx.xx.2008-ci il tarixli müqavilə və əlavə Razılaşma Protokolları üzrə qalıq məbləğ 80022,68 manatın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehin hesabından tutularaq, iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-(81)-1434/2015 saylı qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh “xxxx” MMC ərizə ilə müraciət edərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(81)-1434/2015 saylı qərardadı ilə ərizə geri qaytarılmışdır. Cavabdeh “xxxx” MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə şikayəti müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin 50-ci vərəqəsində olan ******* saylı yol qaiməsindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-(81)-1434/2015 saylı qiyabi qətnaməsinin surəti xx xxxx 2015-ci il tarixdə cavabdehin ofisinin yerləşdiyi ünvana çatdırılmış və S.Z.Mehrəliyeva adlı şəxs tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəfindən verilmış həmin qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə isə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi həmin ərizə Mülki Prosessual Məcəllənin 244-cü maddəsində göstərilən 10 günlük müddətdə verilməmişdir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsində isə təsbit olunmuşdur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Cavabdehin dəlillərinə (S.Z.Mehrəliyeva adlı şəxsin cavabdeh MMC-də işləməməsi, həmin şəxs tərəfindən qətnamənin surətinin MMC-yə verilməməsi və s.) dair kollegiya qeyd edir ki, həmin dəlillər hazırki mərhələdə deyil, prosessual müddətin bərpası barədə ərizə verildiyi və təsdiq olunduğu halda əhəmiyyətli hesab edilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(81)-1434/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar